10
himayəsindən istifadə kimi məsələlədir. Bunuda qeyd etmək lazımdır ki, qеyri-
sаğlаm rəqаbət bir çох hаllаrdа сinаyətlə nətiсələnir. Rəqabət bazar iqtisadiyyatının
əsas qanunlarındandır. Bu təbii prosesdir. MəĢhur ingilis iqtisadçısı Adam Smith
bazar iqtisadiyyatında rəqabəti bazarı hərəkətə gətirən ―gizli əl‖ adlandırmıĢdır.
Təkmil rəqabət bazarınnın xüsusiyyətlərinə görə müəyyən bir əmtəə vəya xidmətin
təklifi və onlara olan tələb heç bir məhdudiyyət olmadan qarĢı-qarĢıya gələ bilər. Belə
olan halda, bazarda bir əmtəənin qiyməti, o əmtəəni satmaq istəyənlərlə almaq
istəyənlərin razılaĢması nəticəsində əmələ gələcəkdir.Tələb və təklif bazarda qarĢı-
qarĢıya gəldiyi zaman, təkilf edilən miqdarlarla tələb edilən miqdarları bir-birinə
tarazlaĢdıran qiymət, təkmil rəqabət bazarı qiyməti (tarazlıq qiyməti) olacaq. Əmtəə
təklifi qiymət dəyiĢiklikləriylə eyni istiqamətdə, tələb edilən əmtəə isə əks
istiqamətdə hərəkət etdikləri üçün ikisi də müəyyən bir qiymət səviyyəsində mütləq
bir-birinə bərabər olacaqdır.Təkmil rəqabət bazarında tarazlıq qiyməti eyni zamanda
bazar üçün maksimum ticarət həcmini təmin edir. Təkmil rəqabət bazarında
formalaĢan bu qiymətdən əmtəələri istehlak etmək istəyənlər olduğuna üçün istehsal
edilən bütün məhsullar satılar. Yəni bu vəziyyətdə, istehsalçıların istehsal edərkən
əldə etmək istədikləri mənfəətin, istehlakçıların isə istehlak edərkən əldə etmək
istədikləri faydanın maksimum səviyyədə reallaĢması mümkün olur. Rəqabət bir sıra
funksiyalar yerinə yetirir. Məsələn, rəqabət əmtəələrin istehsalı və istehlakı üçün
normal bazar Ģəraitinin yaranmasını təmin etməlidir. Həmçinin rəqabət bazarda
qiymətlərin tarazlaĢmasının əsəs səbəbidir ki, buna yuxarıda geniĢ izahat verildi.
Daha sonra rəqabət, elmi texniki tərəqqini ve iqtisadi artımı stimullaĢdıran bir
faktordur. Rəqabətin digər funksiyası isə rəqаbət sоsiаl-iqtisаdi təbəqələĢməni
güсləndirməsidir. Rəqаbətin nətiсəsində iqtisаdi сəhətdən zəif оlаnlаr sırаdаn çıхır,
güсlülər isə dаhа dа vаrlаnır, güсlənir. Bütün bunlar isə bazar Ģəraitində bazarın
formalaĢdığı yerdə baĢ verir. Bazar, əmtəə və xidmətlərə olan tələblə onların
təklifinin qarĢılaĢdığı yerdir. Daha aydın desək istehlakçılarla istehsalçıların bir yerə
gəldikləri yerdir, məkandır. Ġqtisadçılar bazar və onun növləri haqqında tədqiqat
apararakən məkan anlayıĢında fərqli olaraq müxtəlif amillərə üstünlük verirlər.
11
Ġqtisadçılar üçün bazar ilə əlaqəli ən mühüm amil tələb və təklif edənlərin
xüsusiyyətləri və bazardakı rəqabətdir Ģəraiti və səviyyəsidir.
Bu baxımdan, iqtisad elmində bazarların iki əsas qrupda təsnifatı aparılır:
Təkmil Rəqabət Bazarı,
Qeyri Təkmil Rəqabət Bazarları
Təkmil rəqabət bazarı müxtəlif özünəməxsus xüsusiyyətlərə malik olan və real
həyatda demək olar ki, rast gəlinməyən və hər ölkənin iqtisadiyyatında
reallaĢdırılması istənən bazar növüdür. Təkmil rəqabət bazarın xüsusiyyətlərindən hər
hansı biri reallaĢmadığı zaman, bu bazar qeyri- təkmil rəqabət bazarları olur. Bu
baxımdan, tək təkmil rəqabət bazarı vardır, lakin rəkmil rəqabət bazarının bir sıra
xüsusiyyətləri vardır, bu xüsusiyyətlərdən hər hansı birinin pozulması nəticəsində
yeni bir qeyri-təkmil rəqabət bazarı meydana çıxır.Məhz bu xüsusiyyətlərə görədə
qeyri təkmil rəqabət bazarları çoxdur. Məhz buna görə, təkmil rəqabət bazarı ifadəsi
sözün tək halında, qeyri təkmil rəqabət bazarları isə cəm halında iĢlədilən bir ifadədir.
Hər hansı bir bazarın təkmil rəqabət bazarı olmasından bəhs edə bilməyimiz
üçün o bazarın dörd əsas xüsusiyyətə malik olması lazımdır.Bunlar aĢağıdakılardır:
Bazarda eyni məhsulu istehsal edən və satın almaq istəyən çox miqdarda (qeyri
məhdud miqdarda) istehsalçı və istehlakçı mövcuddur,
Təkmil rəqabət bazarında təklif olunan və ya satılan məhsullar bircinslidir
(Homogenlik və ya eynilik xüsusiyyəti),
Ġstehlakçılar və istehsalçılar bazar haqqında bütün informasiyaya malikdirlər
(ġəffaflıq prinsipi),
Təkmil rəqabət bazarında istehlakçıların və istehsalçıların bazara giriĢləri və
çıxıĢları ilə əlaqəli heç bir məhdudiyyət və əngəl mövcud deyil; bu barədə istehlakçı
və istehsalçı tamamilə sərbəstdir.
Təkmil rəqabət bazarında çox miqdarda alıcı və satıcı mövcuddur. Buna görə
də sadəcə bir istehsalçının istehsal və ya satıĢ miqdarı, o məhsulun bazardakı məcmu
satıĢ miqdarının tərkibində əhəmiyyətsiz dərəcədə az bir paya malikdir. Beləliklə, bir
firma satıĢ miqdarını artırarsa və ya azaldarsa, hətta sıfıra qədər də azaldarsa,
12
məhsulun qiymətində hansısa bir dəyiĢmə meydana gəlməz. Yəni hər bir firma
bazarda formalaĢan qiyməti qəbul etmək məcburiyyətindədir. Eyni hal alıcılara da
Ģamil olunur. Təkmil rəqabət bazarında alıcılar da çox miqdarda olduğuna üçün
istehlakçılarda hər hansı birinin o məhsuldan daha çox və ya daha az satın alma qərarı
məhsulun qiymətinə təsir etməz. Bunların (istehlakçı və istehsalçı) heç biri fərdi
qaydada bir məsulun bazarda müəyyən olunmuĢ qiymətinə təsir edə bilməz.
Məhsulun bazar və mübadilə miqdarları ancaq və ancaq fərdlərin hamısının ümumi
davranıĢına bağlı olaraq reallaĢır.Homogenlik xüsusiyyətli bazarda, müəyyən bir
əmtəə və ya xidməti istehsal edən çox miqdardda firma olsa da, istehsal olunan hər
məhsul arasında obyektiv vəya sübjektif bir fərqin olmaması lazımdır. Buna görə də,
təkmil rəqabət bazarında nə ticari marka və ünvan, nə reklam nə də bir birinə yaxın
dərəcədə əvəzləmə əmtəələri mövcuddur. ġəffaflıq prinsipinə görə alıcı və satıcılar
bazarda baĢ verən bütün hadisələr haqqında kifayət qədər informasiyaya malikdirlər.
Bu xüsusiyyətə görə alıcı və satıcılar əmtəə və xidmətlərin qiymətləri, istehsal
miqdarları və keyfiyyətləri haqqında dolğun məlumatlara malik olub, bunlardan hər
hansı birindəki dəyiĢikliklərdən anında xəbərdar olurlar. Təkmil rəqabət bazarında
istehlakçıların və istehsalçıların bazara giriĢləri və çıxıĢları ilə əlaqəli heç bir
məhdudiyyət və əngəl mövcud deyil; bu barədə istehlakçı və istehsalçı tamamilə
sərbəstdir. Bu xüxusiyyətə görə bütün istehsal amillərinin, alıcı və satıcıların, əmtəə
vəya xidmətlərin bütövlükdə bazarda müxtəlif məqsədlərlə iĢtirak edən bütün
amillərin bazara giriĢləri və çıxıĢları tamamilə sərbəstdir. Ġqtisadiyyatın bir
seqmentindən baĢqa bir seqmentə keçid heç bir əlavə xərc tələb etməz. Bu izahatlara
istinadən təkmil rəqabət bazarının sadəcə nəzəri cəhətdən mövcud ola biləcəyini qeyd
etmək lazımdır. Çünkü, real həyatda bu dörd xüsusiyyətin asanlıqla eyni vaxtda
(bərəbər) reallaĢması qeyri mümkündür.
―Ġnhisar‖ ərəb dilindən alinmiĢ ―monopoliya‖ sözünün alternativi kimi
iĢlədilir.‖ Ġnhisar‖ termini öz dilimizə, hərfi mənada ―təkəl‖,‖təkəlçilik‖ mənasini
verir ki,bu da inhisarin mahiyyətini ifadə edir. Çünki inhisar və inhisarçiliq çoxlu
istehsal vasitələrinin və insan qüvvəsinin bir əldə cəmləĢdirilməsidir. Ġnhisar
Dostları ilə paylaş: |