Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix23.09.2018
ölçüsü1,45 Mb.
#70284
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 



AZƏRBAYCAN DÖVLƏT ĠQTĠSAD UNĠVERSĠTETĠ 

 

             MAGĠSTRATURA MƏRKƏZĠ 

 

  Əlyazması hüququnda 

 

HÜSEYNOV MĠSĠRXAN MĠSĠRXAN OĞLU 



“MüĢtərək sahibkarlığın inkiĢafı məsələləri” 

                        mövzusunda 

 

MAGĠSTR DĠSSERTASĠYASI 

 

Ġxtisasın Ģifri və adı :  

060409 “Biznesin idarəedilməsi” 

ĠxtisaslaĢmanın adı :  

Biznesin təĢkili və idarəedilməsi” 

 

Elmi rəhbər : 

 

i.ü.f.d., dos. Ə.Ş.İmanov  



Magistr proqramının rəhbəri : 

 

i.ü.f.d., dos. R.Ə.Abbasova  



Kafedra müdiri: 

   


i.ü.f.d., dos. M.Ə.Əliyev  

 

 

BAKI – 2016

 



 

MÜNDƏRĠCAT 



GiriĢ.........................................................................................................................  

1.

 

Fəsil: Bazar münasibətləri Ģəraitində müĢtərək sahibkarlığın nəzəri-

metodoloji məsələləri. 

 

1.1  Bazar münasibətləri şəraitində müştərək sahibkarlığın vəziyyəti və 



məzmunu..................................................................................................................  8 

1.2  Müştərək müəssisələrin səmərəliliyinin qiymətləndirilməsi............................  16 

1.3  Müştərək müəssisələrin səmərəliliyini xarakterizə edən göstəricilər 

sistemi...................................................................................................................... 

 

23 


2.

 

Fəsil: Azərbaycanda müĢtərək sahibkarlığa investisiya qoyuluĢu və onun 

müasir vəziyyəti. 

 

2.1 Azərbaycanda müştərək sahibkarlığa investisiya qoyuluşu və onun inkişafına 



təsir edən amillər..................................................................................... 

 

31 



2.2  Azərbaycanda  müştərək  sahibkarlığa  investisiya  qoyuluşunun  müasir 

vəziyyəti...................................................................................................................  40 

2.3  Müştərək sahibkarlığa invesyisiya qoyuluşunun iqtisadi səmərəliliyi.............  49 

3.

 

Fəsil: Bazar münasibətləri Ģəraitində müĢtərək sahibkarlığa investisiya 

qoyuluĢunun iqtisadi səmərəliliyinin yüksəldilməsi istiqamətləri. 

 

3.1  Bazar münasibətləri şəraitində müştərək sahibkarlığa investisiya 



qoyuluşunun iqtisadi səmərəliliyinin yüksəldilməsi................................................ 

 

59 



3.2  Müştərək sahibkarlığa investisiya qoyuluşunun planlaşdırılması və 

proqnozlaşdırılması.................................................................................................. 

 

66 


Nəticə və təkliflər....................................................................................................  69 

Ġstifadə olunmuĢ ədəbiyyat siyahısı......................................................................  74 

РЕЗЮМЕ 

 

SUMMARY 

 

REFERAT 

 

 



 

 


 

GĠRĠġ 



Mövzunun  aktuallığı.Yüksək  səviyyədə  inkişaf  etmiş  maddi-texniki  bazaya, 

beynəlxalq  əmək  bölgüsü  sisteminə  və  beynəlxalq  kooperasiyanını  müxtəlif 

formalarına  malik  dünya  məhsuldar  qüvvələrinin  inkişafının  müasir  vəziyyəti 

beynəlxalq  iqtisadi  əməkdaşlığın  genişlənməsinə  obyektiv  zərurət  yaradır.  Belə  bir 

şəraitdə  istehsal  və  kapitalın  beynəlmilləşməsi,  elmi-texniki  tərəqqinin  sürətlənməsi 

kapital  idxalını  məhsuldar  qüvvələrin  inkişafının  mühüm  amillərində  birinə 

çevrilmişdir.  Sosial  yönümlü  bazar  iqtisadiyyatı  modelini  özünə  inkişaf  yolunu 

seçmiş müstəqil Azərbaycanın belə bir dövrdə qarşısında duran mühüm vəzifələrdən 

biri iqtisadiyyatının beynəlxalq əmək bölgüsündə səmərəli iştirakını təmin etməkdən, 

xarici  kapitalın,  mütərəqqi  texnika,  texnologiya  və  idarə  etmə  təcrübəsinin  cəlb 

olunması yolu ilə məhsuldar qüvvələrin inkişafına nail olmaqdan ibarətdir. 1994-cü 

ildə  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  rəhbərliyi  ilə  işlənib 

hazırlanan «Neft Strategiyası», onun uğurla həyata keçirilməsi, xarici investisiyanın 

ölkə  iqtisadiyyatına  cəlb  olunması,  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  əsasında 

kiçik  və  orta  sahibkarlığın  geniş  vüsət  alması  bütünlüklə  müştərək  fəaliyyətin 

yüksələn  xətlə  inkişaf  etməsinə  əlverişli  imkan  yaratmışdır.  Azərbaycanda  dövlət 

səviyyəsində  aparılan  məqsədyönlü  daxili  və  xarici  siyasətin  nəticəsi  olaraq,  ölkədə 

siyasi  və  iqtisadi  sabitliyə  nail  olunmuş,  Azərbaycanın  dünya  iqtisadiyyat  sisteminə 

inteqrasiyası  prosesi  getdikcə  genişlənmiş,  respublikanın  əlverişli  geosiyasi  şəraiti, 

onun  beynəlxalq  əmək  bölgüsü  sisteminə  daxil  olması  xarici  investorların  sərmayə 

qoymalarına  marağını  artırmışdır.  Azərbaycanda  «Sahibkarlıq  fəaliyyəti  haqqında», 

«İnvestisiya  fəaliyyəti  haqqında»,  «Xarici  investisiyalarının  qorunması  haqqında» 

qanunların  qəbul  edilməsi,  Mülki  Məcəllənin  təsdiqi  və  digər  normativ-hüquqi 

aktların  qüvvəyə  minməsi  ilə  xarici  iqtisadi  əlaqələrin  genişləndirilməsinə,  ölkəyə 

xarici  investisiyaların  axınının  sürətləndirilməsinə,  xarici  investisiyalara  əsaslanan 

müştərək  sahibkarlığın  inkişaf  etdirilməsinə,  istehsal  və  infrastruktur  sahələrinin 

müasir  texnologiya  əsasında  yenidən  qurulmasına  nail  olunmuşdur.  Azərbaycanın 

mili  iqtisadiyyatına  xarici  investisiyaların  cəlb  olunması,  sahibkarlıq  fəaliyyətinin 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə