Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   75
Ssenari yaradiciligi 1

açıq 
saspens
dir. 
Amma bir də 
qapalı saspens
var. Tamaşaçı təhlükənin ol
-
du
ğunu bilirsə, lakin onun harada olduğunu nə tamaşaçı, nə də 
qəhrəman bilmirsə, bu qapalı saspensdir. Qəhrəman hədəfə çat
-
ma
lıdır. O, düşmənə qalib gələ biləcəkmi? Bu sual tamaşaçını 
düşündürməlidir. Rəqib nə qədər güclüdürsə, saspens də bir o 
qədər güclü təsir edir.
Rəqibin qəhrə
mana 
bir addım yaxınlıqda olması və ya qəh
-
rəmanın yanlış bir addımla uçuruma yuvarlanma təhlükəsi ilə 
üz
-
üzə qalması tamaşaçıda güclü emosiyalar doğurur. Qəhrə
-
man başqa bir şəhərdən telefonla təhdid edilərkən tamaşaçı bir 
o qədər həyəcanlanmır, nəinki düşmən onun bir addımlığında 
olarkən.
Xilas olmaq üçün nə qədər az şans varsa, həyəcan 
bir 
o qədər çox
artır. 
Saspens müəllifin arzusuna görə qısaldılıb, uzadılır. Hiçkok 
saspensin əsas anında vaxtının uzadılmasını tövsiyə edir. Hər 
saniyə ən azı on dəfə çox uzadılmalıdır. Bu, tamaşaçıda 
emosio
nal marağı artırır. Bu vaxtı, adətən, montaj zamanı
hadisəni müxtəlif rakurslardan göstərərək uzadırlar. Belə 
səhnələr Hiçkokun, demək olar ki, hər filmində var. Amma 
Hiçkokdan əvvəl tanınmış rus rejissoru Sergey Eyzenşteyn də 
eyni texnikadan istifadə edib. Onun filmlərində də buna 
dəfələrlə şahid oluruq. 
Saspens həyəcan atmosferi yaradılmasını tələb edir və özü 
də bu atmosferi yaradır. Tamaşaçılar belə anları çox sevirlər. 
Hiçkokun fikrinə görə, saspens zamanı hadisənin mümkünlüyü, 


- 19 - 
reallığı önəmli deyil. Tamaşaçıları hadisəyə yalnız emosional 
olaraq cəlb etmək lazımdır. Hadisənin həqiqiliyinin detalları 
üzərində düşündüyünüz zaman emosional boşluqlar yarana 
bilər. Saspens tamaşaçılara enerji verməlidir. Əsas olan budur. 
Məsələn, filmlərin birində siz dağın zirvəsində neftin fontan 
vurması ilə yaranan atəşin
dağ
dan 
aşağı gələrək qəhrəmanın 
həyatı üçün təhlükə törətdiyini göstərirsinizsə, tamaşaçı 
saspens sayəsində emosional həyəcan keçirib, «nə üçün neft 
dağın zirvəsində çıxır?» sualını verməyi unudacaq. Əslində, 
tamaşaçıya yaxşı məlumdur ki, dağın zirvəsində
neft ola 
bilməz. Lakin, o, saspens sayəsində o qədər həyəcan keçirib 
sevdiyi qəhrəmanlar üçün narahat olur ki, bunu düşünməyi belə 
unudur.
Hiçkok bu haqda təxminən belə deyirdi: «Filmdən reallığı 
gözləmək gülməlidir. Bir parça real həqiqət? Siz bunu 
kino
teatra girmədən öncə küçədə havayı da ala bilərsiniz. 
Dram elə bir həyatdır ki, orada maraqsız və darıxdırıcı olan heç 
nə yoxdur. Sizin kameraya verəcəyiniz yeganə tapşırıq kadrın 

sirini 
maksimum gücləndirməsidir. Hər şey hərəkətə qurban 
verilməlidir. Hekayə inanılmaz, dramatik və insani olmalıdır». 
Təbii ki, bu fikirləri kinonun poetikası çərçivəsində başa 
düşmək lazımdır. Aktyorların davranışları, hadisələrin baş 
verdiyi mühit, əlbəttə ki, həqiqəti əks etdirir. Lakin vaxt və 
məkan şərtidir.
İlk saspens haqqında öyrənmək istəyirsinizsə, qədim yunan 
faciəsi «Edip» əsərini xatırlayın. Əsərin əvvəlində Edip şəhəri 
taun xəstəliyindən xilas etmək istəyir. Topladığı məlumat
-
lardan isə taunun səbəbkarının özü olduğunu öyrənir. Belə ki, 
o, taleyin onun üçün hazırladığı oyundan xəbərsiz olaraq ata
-
sını öldürmüş və anası ilə evlənmişdir. Bununla da Allah tərə
-
fin
dən cəzalandırılaraq xəstəliyin səbəbkarına çevrilmişdir.
Saspensin ən azı iki mindən çox yaşı var.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə