Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   ...   20

30.2.  Mübahisə  predmetini  eyni  növdən  olan,  uyğun  faktiki  və  hüquqi  əsaslara 

söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və 

ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.  

30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə 

başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  inzibati  məhkəmə  icraatında  prosessual 

həmiştirakçılardan  hər  biri  digər  tərəfə  qarşı  müstəqil  şəkildə  çıxış  edir.  Prosessual 

həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir 

oluna bilməz.  

30.4.  İnzibati  mübahisəyə  dair  bir  vahid  (eyni)  qərarın  bütün  prosessual 

həmiştirakçılar  haqqında  qəbul  edilməli  olduğu  hallarda  və  ya  prosessual 

həmiştirakçılığın 

başqa 


əsaslara 

görə 


zəruri 

olduğu 


hallarda, 

prosessual 

həmiştirakçılardan  hər  hansı  biri  məhkəmə  iclasına  gəlmədikdə  və  ya  müəyyən 

olunmuş  prosessual  müddəti  buraxdıqda,  məhkəmə  iclasında  iştirak  edən  və  ya 

prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.  

30.5.  Hər  bir  prosessual  həmiştirakçı  müstəqil  şəkildə  inzibati  prosesdə  iştirak 

etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə 

iclaslarına çağırılmalıdır.  

 

Maddə 31. Prosessual nümayəndəlik  



 

31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli 

nümayəndə ilə təmsil olunmaq hüququ vardır.  

31.2.  Prosessual  nümayəndə  onun  nümayəndəliyini  təsdiq  edən  sənədi 

məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və 

sənədləri  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydada  ona  təqdim  olunur  və  həmin 

nümayəndə  təmsil  etdiyi  şəxsin  adından  bütün  prosessual  hərəkətləri  həyata  keçirə 

bilər.  


 

Maddə 32. Mübahisələndirmə haqqında iddia  

 

32.1.  Mübahisələndirmə  haqqında  iddia  vasitəsi  ilə  iddiaçı  inzibati  aktın  ləğv 



olunmasını  və  ya  dəyişdirilməsini  məhkəmədən  tələb  edə  bilər.  Mübahisələndirmə 

haqqında  iddia  mübahisə  edilən  inzibati  aktın  icra  olunması  nəticəsində  meydana 

gəlmiş  nəticələrin  aradan  qaldırılması  tələbini  özündə  əks  etdirən  əlavə  ərizə  ilə 

birlikdə də qaldırıla bilər.  

32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola 

bilər:  


32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;  

32.2.2.  barəsində  şikayət  verildiyi  hallarda,  şikayət  instansiyasının  qərarı  ilə 

dəyişdirilmiş  inzibati  akt  (şikayət  instansiyası  tərəfindən  qərar  qəbul  edildikdən 

sonrakı formada ilkin inzibati akt);  

32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və 

ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).  




32.3.  İlkin  inzibati  aktla  müqayisədə  inzibati  aktın  ünvanlandığı  şəxs  üçün  əlavə 

öhdəliklər  yaratdığı  və  ya  əlavə  məhdudiyyətlər  nəzərdə  tutduğu  hallarda  da  şikayət 

instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə 

predmeti  ola  bilər.  Prosessual  normanın  şikayətlə  bağlı  qərara  ciddi  təsir  göstərəcək 

şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir.  

 

Maddə 33. Məcburetmə haqqında iddia  



 

33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı 

qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.  

33.2.  Bu  Məcəllənin  33.1-ci  maddəsində  nəzərdə  tutulmuş  qayda  həm  iddiaçının 

arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən  imtina edildiyi hallara, həm 

də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul 

edilmədiyi hallara şamil olunur.  

33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, 

məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati 

orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.  

33.4.  Bu  Məcəllənin  33.3-cü  maddəsinə  uyğun  olaraq  təyin  edilmiş  müddət 

bitənədək  inzibati  orqan  tərəfindən  inzibati  akt  qəbul  edilmədikdə,  məhkəmə  həmin 

müddətin  bitdiyi  vaxtdan  3  ay  ərzində  iş  üzrə  qərar  qəbul  edir.  Məhkəmənin  həmin 

qərarı  inzibati  aktı  əvəz  edir.  Bu  Məcəllənin  73.3-cü  maddəsində  nəzərdə  tutulmuş 

hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər 

verməyə haqlıdır.  

 

Maddə  34.  Öhdəliyin  icrası  haqqında  və  ya  müəyyən  hərəkətləri  etməkdən 



çəkinməyə dair iddia  

 

34.1.  Öhdəliyin  icrası  haqqında  iddia  vasitəsi  ilə  iddiaçı  cavabdehdən  inzibati 

aktın  qəbul  edilməsi  ilə  bağlı  olmayan  (inzibati  aktın  qəbul  edilməsinə  yönəlməyən) 

müəyyən  hərəkətlərin  edilməsini  tələb  edə  bilər.  Öhdəliyin  icrası  haqqında  iddia 

vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması 

nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.  

34.2.  Müəyyən  hərəkətləri  etməkdən  çəkinməyə  dair  iddia  vasitəsi  ilə  iddiaçı 

cavabdehdən  inzibati  akt  sayılmayan  əlverişsiz  hərəkətlərin  edilməməsini  və  ya 

dayandırılmasını tələb edə bilər.  

34.3. Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın 

qaldırılmasına  yalnız  obyektiv  səbəblərdən  irəli  gələn  müstəsna  hallarda  (şəxsin 

hüquqlarına  və  qanunla  qorunan  maraqlarına  müdaxilənin  qarşısını  almağın  xüsusilə 

zəruri olduğu hallarda) yol verilir.  

 

Maddə 35. İddianın mümkünlüyü  



 

35.1.  Bu  Məcəllədə  başqa  qayda  nəzərdə  tutulmamışdırsa,  iddiaçının  iddia 

ərizəsində  inzibati  aktın  qəbul  edilməsi  və  ya  qəbul  edilməsindən  imtina  olunması, 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə