Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   ...   20

V fəsil 

 

PROSESSUAL MÜDDƏTLƏR 

 

Maddə 22. Müddətlər  



 

22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim 

edilmə  anından,  təqdim  edilmənin  bu  Məcəllə  ilə  məcburi  hesab  olunmadığı  hallarda 

isə, elan edilmə anından başlanır.  

22.2.  Müddətlərlə  bağlı  bu  fəslin  müddəaları  nəzərə  alınmaqla  Azərbaycan 

Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.  

 

Maddə  23.  Hüquqi  müdafiə  vasitələri  ilə  bağlı  prosessual  müddətlərin 



hesablanması  

 

23.1.  Məhkəmə  qərarına  (qərardadına)  qarşı  şikayət  verilməsi  ilə  bağlı  bu 



Məcəllədə  nəzərdə  tutulmuş  müddətin  axımı,  proses  iştirakçısına  həmin  qərara 

(qərardada)  qarşı  şikayət  vermənin  qaydası  və  müddəti,  şikayətin  verilə  biləcəyi 

məhkəmə  və  onun  ünvanı  barədə  məlumatların  nəzərdə  tutulduğu  məhkəmə  aktının 

və  ya  bu  barədə  məhkəmə  tərəfindən  yazılı  məlumatın  təqdim  edildiyi  gündən 

başlanır.  

23.2.  Hüquqi  müdafiə  vasitələri,  həmin  hüquqi  müdafiə  vasitələrindən  istifadə 

qaydası  və  müddəti  ilə  bağlı  məlumat  bu  Məcəllənin  23.1-ci  maddəsində  nəzərdə 

tutulmuş  qaydada  təqdim  olunmadıqda  və  ya  təhrif  olunmuş  şəkildə  təqdim 

olunduqda,  məhkəmə  qərarına  (qərardadına)  qarşı  onun  təqdim  olunduğu  və  ya  elan 

olunduğu  gündən  1  il  müddətində  şikayət  verilə  bilər.  Həmin  müddətdə  şikayətin 

verilməməsinin  təbii  fəlakət  və  ya  digər  qarşısıalınmaz  hadisə  ilə,  eləcə  də  hüquqi 

müdafiə  vasitələrindən  istifadəyə  yol  verilməməsi  barədə  yazılı  xəbərdarlıqla  bağlı 

olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə 

mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.  

 

Maddə 24. Prosessual müddətlərin bərpa olunması  



 

24.1.  Bu  Məcəllə  ilə  müəyyən  olunmuş  müddət  proses  iştirakçısının  təqsiri 

olmadan  buraxıldığı  hallarda,  məhkəmə  həmin  şəxsin  ərizəsinə  əsasən  buraxılmış 

prosessual müddəti bərpa etməlidir.  

24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl 

olunmasına  mane  olan  hallar  aradan  qalxdığı  gündən  15  gün  ərzində  verilməlidir. 

Müddətin  buraxılmasına  səbəb  olmuş  hallar  ərizədə  və  ya  ərizə  üzrə  keçirilən 

məhkəmə iclasında əsaslandırılmalıdır.  

24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də 

edilməlidir.  

24.4.  Təbii  fəlakət  və  ya  digər  qarşısıalınmaz  hallar,  eləcə  də  hüquqi  müdafiə 

vasitələrindən  istifadəyə  yol  verilməməsi  barədə  yazılı  xəbərdarlıqla  bağlı  olan  hallar 




istisna  olmaqla,  müddətin  buraxılmasından  1  il  keçdikdən  sonra  həmin  müddətin 

bərpasına dair ərizə verilə bilməz.  

24.5.  Ərizə  prosessual  hərəkətin  edilməli  olduğu  məhkəməyə  verilir.  Həmin 

ərizəyə  məhkəmə  iclasında  baxılır.  Ərizəçiyə  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə 

məlumat verilir.  

24.6.  Buraxılmış  prosessual  müddətin  bərpa  edilməsi  haqqında  qərardad  qəbul 

edən  məhkəmə,  eyni  vaxtda  buraxılmış  prosessual  hərəkətlərə  dair  məsələni  də  həll 

etməlidir.  

24.7.  Buraxılmış  prosessual  müddətin  bərpa  edilməsi  haqqında  məhkəmə 

qərardadından şikayət verilə bilməz.  



 

VI fəsil 

 

PROSES İŞTİRAKÇILARI. İDDİANIN NÖVLƏRİ 

 

Maddə 25. Prosessual hüquq qabiliyyəti  

 

25.0.  İnzibati  məhkəmə  icraatında  iştirak  etmək  hüququna  aşağıdakılar 



malikdirlər:  

25.0.1. fiziki və ya hüquqi şəxslər;  

25.0.2. dövlət orqanları və ya bələdiyyələr.  

 

Maddə 26. Prosessual fəaliyyət qabiliyyəti  



 

26.1.  İnzibati  məhkəmə  icraatında  prosessual  hərəkətləri  etmək  hüququna 

aşağıdakılar malikdirlər:  

26.1.1.  mülki  hüquq  normalarına  uyğun  olaraq  tam  fəaliyyət  qabiliyyətli  sayılan 

şəxslər;  

26.1.2.  mülki  hüquq  normalarına  əsasən  məhdud  fəaliyyət  qabiliyyətli  hesab 

edilən,  lakin  inzibati  məhkəmə  icraatının  predmetinə  münasibətdə  ümumi  hüquq 

normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər.  

26.2.  Dövlətin,  bələdiyyələrin  və  ya  hüquqi  şəxslərin  adından  prosessual 

hərəkətləri onların nümayəndələri və ya dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən 

xüsusi  səlahiyyət  verilmiş  şəxslər  həyata  keçirirlər.  Rəhbəri  ilə  və  ya  həmin  rəhbər 

tərəfindən səlahiyyət verilmiş nümayəndə ilə təmsil olunmuş inzibati orqan da dövlətin 

adından prosessual hərəkətləri həyata keçirə bilər.  

26.3.  Məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər 

inzibati  məhkəmə  icraatında  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.  

 

Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları  



 

27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar:  

27.0.1. iddiaçı;  



27.0.2. cavabdeh;  

27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.  



 

Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması  

 

28.1.  İş  üzrə  məhkəmə  qərarı  qanuni  qüvvəyə  minənə  qədər  və  ya  iş  yuxarı 



instansiya  məhkəməsinin  icraatında  olduğu  müddətdə,  məhkəmə  qərarının  digər 

şəxslərin  qanunla  qorunan  maraqlarına  toxunacağı  hallarda,  məhkəmə  xidməti 

vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları 

üçüncü  şəxs  qismində  inzibati  məhkəmə  icraatına  cəlb  edə  bilər.  Məhkəmə  qərarının 

qəbul  edildiyi,  lakin  qanuni  qüvvəyə  minmədiyi  dövrdə  məhkəmə  üçüncü  şəxslərin 

icraata  cəlb  edilməli  olduğu  qənaətinə  gəldikdə,  həmin  məhkəmə  qərarının  ləğv 

edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.  

28.2.  Mübahisə  edilən  hüquq  münasibətində  üçüncü  şəxsin  iştirakının  xarakteri 

inzibati  məhkəmə  icraatının  tərəfləri  və  həmin  üçüncü  şəxs  barəsində  vahid  qərarın 

qəbul  olunmasını  şərtləndirdiyi  hallarda,  həmin  şəxs  iştirakçı  kimi  inzibati  məhkəmə 

icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).  

28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə 

qərardadı  inzibati  prosesin  bütün  iştirakçılarına  təqdim  olunmalıdır.  Qərardadda 

məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.  

28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət 

verilə bilməz.  

28.5.  Məhkəmə  tərəfindən  xidməti  vəzifəsinə  əsasən  məhkəmə  icraatına  cəlb 

olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla 

qorunan  maraqlarına  toxunacağını  güman  etdikləri  hallarda  məhkəmə  icraatına 

cəlbetmə  barədə  vəsatət  qaldıra  bilərlər.  Məhkəmə  həmin  vəsatət  barəsində  10  gün 

müddətində  qərardad  qəbul  edir.  Vəsatətin  təmin  edilməsindən  imtina  haqqında 

qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.  

 

Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual 



hüquqları  

 

29.1.  Üçüncü  şəxslər  tərəflərdən  birinin  tələbi  daxilində  öz  maraqlarını  qorumaq 



məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual 

hərəkətləri həyata keçirmək hüququna malikdirlər.  

29.2.  Yalnız  zəruri  cəlbetmə  qaydasında  prosesə  cəlb  olunmuş  üçüncü  şəxslər 

tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.  

 

Maddə 30. Prosessual həmiştirakçılıq  



 

30.1.  Mübahisə  predmeti  baxımından  müştərək  hüquqi  maraqlara  malik  olan  və 

yaxud  da  hüquq  və  vəzifələri  eyni  faktiki  və  hüquqi  əsaslara  söykənən  bir  neçə  şəxs 

birgə  iddiaçı  və  ya  birgə  cavabdeh  qismində  prosessual  həmiştirakçılar  kimi  çıxış  edə 

bilərlər.  



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə