Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   ...   20

9.1.1.  səlahiyyətli  məhkəmə  konkret  halda  hüquqi  və  ya  faktiki  baxımdan 

məhkəmə icraatını həyata keçirə bilmədikdə;  

9.1.2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda;  

9.1.3.  mübahisə  ilə  bağlı  işin  göndərildiyi  məhkəmə  özünü  səlahiyyətli 

saymadıqda.  

9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini 

müəyyən  etmək  mümkün  olmadığı  hallarda,  səlahiyyətli  məhkəmə  Ali  Məhkəmə 

tərəfindən müəyyən edilir.  

9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə 

aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə 

şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır.  

 

II fəsil 



 

İNZİBATİ MƏHKƏMƏ İCRAATININ PRİNSİPLƏRİ 

 

Maddə 10. Hakimlərin müstəqilliyi prinsipi 

 

10.1.  İnzibati  məhkəmə  icraatını  həyata  keçirərkən  hakimlər  müstəqildirlər  və 



yalnız  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  tabedirlər.  10.2. 

İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir 

göstərilməsi qadağandır. 10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul 

edilməsi  ilə  əlaqədar  hakimin  birbaşa  və  ya  dolayı  göstərişlər  gözləməsi  və  ya  belə 

göstərişləri qəbul etməsi yolverilməzdir.  

 

Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi  



 

11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi 

prinsipi əsasında həyata keçirilir.  

11.2.  Məhkəmə  inzibati  prosesin  gedişində  proses  iştirakçılarından  hər  birinə  öz 

mövqeyini  ifadə  etmək,  prosessual  hüquqlarını  və  vəzifələrini  həyata  keçirmək  üçün 

tam və bərabər imkanlar yaratmağa borcludur.  

 

Maddə 12. İşin hallarının araşdırılması prinsipi  



 

12.1.  Məhkəmə  proses  iştirakçılarının  izahatları,  ərizə  və  təklifləri  ilə,  onların 

təqdim  etdikləri  sübutlarla  və  işdə  olan  digər  materiallarla  kifayətlənməyərək, 

mübahisənin  düzgün  həlli  üçün  əhəmiyyət  kəsb  edən  bütün  faktiki  halları  xidməti 

vəzifəsinə görə araşdırmağa borcludur.  

12.2.  Məhkəmə  müstəqil  şəkildə  öz  təşəbbüsü  ilə  və  ya  proses  iştirakçılarının 

vəsatətinə  əsasən  digər  zəruri  sübutları  toplamağa  borcludur.  Məhkəmə  tərəflərdən 

əlavə məlumat və sübutlar tələb edə bilər.  




12.3.  Məhkəmə  prosesinin  iştirakçıları  mübahisə  ilə  bağlı  faktiki  halların 

araşdırılmasında  və  sübutların  toplanılmasında  məhkəməyə  yardım  etməyə 

borcludurlar.  

12.4.  Proses  iştirakçıları  tərəfindən  hər  hansı  sübutun  məhv  edilməsi  və  ya 

gizlədilməsi  yaxud  hər  hansı  başqa  üsulla  həmin  sübutun  araşdırılmasına  maneçilik 

törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı 

bütün  xüsusiyyətləri  nəzərə  alaraq  sübut  etmə  vəzifəsinin  dönüşü  haqqında  qərardad 

qəbul edə bilər.  

 

Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi  



 

Məhkəmə 


qaldırılan 

iddialarda 

yol 

verilən 


formal 

xətaların 

aradan 

qaldırılmasında,  aydın  olmayan  iddia  tələblərinin  dəqiqləşdirilməsində,  yanlış  iddia 



növlərinin  münasibləri  ilə  əvəz  olunmasında,  natamam  faktiki  məlumatların 

tamamlanmasında,  eləcə  də  işin  hallarının  müəyyənləşdirilməsi  və qiymətləndirilməsi 

baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına 

yardım etməyə borcludur.  

 

Maddə 14. Sübut etmə vəzifəsi  



 

14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul 

edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.  

14.2.  İnzibati  orqanın  inzibati  aktın  qəbul  edilməsi  ilə  əlaqədar  olmayan  və 

bilavasitə  şəxsin  hüquq  və  azadlıqlarını  pozan  qanunsuz  müdaxiləsindən  müdafiəyə 

dair  iddialar  üzrə  belə  müdaxiləni  zəruri  edən  faktiki  şərtlərin  mövcudluğunu  sübut 

etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.  

14.3.  İnzibati  aktın  qəbul  edilməsi  tələbinə  dair  (məcburetmə  haqqında)  iddialar 

üzrə  həmin  aktın  qəbul  edilməsini  zəruri  edən  faktiki  şərtlərin  mövcudluğunu  sübut 

etmək  vəzifəsi  iddiaçının  üzərinə  düşür.  Lakin  inzibati  orqan  iddiaçının  arzuladığı 

inzibati  aktın  qəbulunu  konkret  halda  istisna  edən  faktiki  şərtlərin  mövcudluğuna 

istinad  etdiyi  hallarda,  belə  şərtlərin  mövcudluğunu  sübut  etmək  vəzifəsi  həmin 

inzibati orqanın üzərinə düşür.  

 

Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri  



 

15.1.  İnzibati  məhkəmə  icraatı  çəkişmə  (kontradiktor  icraat)  prinsipi  əsasında 

həyata keçirilir.  

15.2.  İnzibati  məhkəmə  icraatında  tərəflər  mübahisəyə  baxılmasını  barışıq  sazişi 

ilə,  iddiaçının  iddiadan  imtina  etməsi  ilə,  cavabdehin  iddianı  qəbul  etməsi  ilə  və  ya 

hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər.  

 

Maddə 16. Məhkəmə baxışının şifahiliyi prinsipi  



 


16.1.  Məhkəmə  tərəfindən  mübahisəyə  şifahi  məhkəmə  baxışı  (şifahi  dinləmələr) 

qaydasında baxılır.  

16.2.  Tərəflərin  razılığı  ilə  məhkəmə  mübahisəni  şifahi  məhkəmə  baxışı  (şifahi 

dinləmələr) keçirmədən də həll edə bilər.  

16.3.  Mübahisəni  mahiyyəti  üzrə  həll  etməyən  məhkəmə  qərardadları  şifahi 

məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.  

 

Maddə 17. Məhkəmə baxışının aşkarlığı prinsipi  



 

17.1.  Məhkəmə  iclasları,  bu  Məcəllənin  17.3-cü  maddəsində  nəzərdə  tutulmuş 

hallar  istisna  olmaqla,  ictimaiyyət  üçün  açıq  keçirilir.  Məhkəmə  iclasının  qapalı 

keçirildiyi  hallar  istisna  olmaqla,  hər  hansı  şəxsin  məhkəmə  iclasına  buraxılmaması 

qadağandır.  

17.2.  Proses  iştirakçıları  və  iclas  zalında  olan  digər  şəxslər  iclasın  gedişinə  dair 

qeydlər  apara  bilərlər.  Bu  Məcəllənin  17.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  tərəflərdən  hər  hansı  birinin  vəsatətinə  əsasən  və  ya  məhkəmənin  öz 

təşəbbüsünə  əsasən  məhkəmə  iclasının  audio  yazılışına,  video  və  foto  çəkilişinə 

məhkəmə tərəfindən icazə verilə bilər.  

17.3. İnformasiyanın, qanunla qorunan hər hansı sirrin açıqlanmasının yolverilməz 

olduğu  hallarda,  proses  iştirakçılarının  şəxsi  və  ya  ailə  həyatının  toxunulmazlığının 

təmin  edilməsinin  tələb  olunduğu  hallarda,  yetkinlik  yaşına  çatmayan  şəxslərin 

maraqlarının qorunmasının zəruri olduğu hallarda, habelə proses iştirakçılarının və ya 

digər şəxslərin həyatı, sağlamlığı və ya azadlığı üçün təhlükə yarandığı hallarda proses 

iştirakçılarının  vəsatəti  və  ya  məhkəmənin  öz  təşəbbüsü  ilə  məhkəmə  iclası  qapalı 

keçirilə  bilər.  Məhkəmə  iclasının  qapalı  keçirilməsi  barədə  məhkəmə  əsaslandırılmış 

qərardad qəbul edir. Həmin qərardad açıq məhkəmə iclasında elan edilməlidir.  

17.4.  Qapalı  məhkəmə  iclasında  tərəflər  və  digər  proses  iştirakçıları,  onların 

nümayəndələri və vəkilləri, zərurət olduğu hallarda şahidlər, ekspertlər və tərcüməçilər 

iştirak  edə  bilərlər.  Qapalı  məhkəmə  iclasında  iştirak  edən  şəxslər  iclasın  gedişində 

onlara məlum olan informasiyanı yaymamaq barədə xəbərdar olunurlar.  

17.5.  Mübahisə  ilə  bağlı  işə  qapalı  məhkəmə  iclasında  baxan  məhkəmə  açıq 

inzibati məhkəmə icraatı ilə bağlı bütün prosessual qaydalara əməl etməyə borcludur.  

17.6.  Mübahisə  ilə  bağlı  işə  qapalı  məhkəmə  iclasında  baxıldığı  hallarda  da, 

məhkəmənin yekun qərarı (qərardadı) açıq məhkəmə iclasında elan olunur.  

 

III fəsil 

 

ETİRAZLAR 

 

Maddə 18. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi  

 

18.0. Hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir:  



18.0.1.  proses  iştirakçılarından  birinin  və  ya  onlardan  hər  hansı  birinin 

nümayəndəsinin,  eləcə  də  məhkəmə  tərkibinin  üzvlərindən  birinin  valideyni,  övladı, 




Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə