Azərbaycan respublikasinin əDLİYYƏ naziRLİYİ kollegiya qərari



Yüklə 496,8 Kb.
səhifə1/4
tarix29.03.2018
ölçüsü496,8 Kb.
#35448
növüQaydalar
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ

 

KOLLEGİYA QƏRARI

 

19.03.2012-ci il                                                                                                                     № 2-N

 

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə



 

30 dekabr 2011-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən hüquqi şəxsin təsis sənədlərinin anlayışı yeni redaksiyada verilmiş, habelə bu qurumun dövlət qeydiyyatına alınmasından və ya belə qeydiyyata alınmış nümayəndəliyin (filialın) dövlət reyestrinə daxil edilməsindən imtina halları və s. barədə müddəalar əlavə edilmişdir.

Bundan əlavə dövlət başçısının 15.02.2011-ci il tarixli Fərmanı ilə təhsil müəssisələrinin dövlət qeydiyyatının həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilmişdir.

Qeyd olunanlar nazirlik üzrə 2008-ci il 29 dekabr tarixli, 27-T nömrəli əmrlə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nıntəkmilləşdirilməsini zəruri edir.

Bununla bağlı müvafiq sənədin layihəsi hazırlanmış, ona nazirliyin aidiyyəti struktur qurumlarında baxılaraq müsbət rəylər verilmişdir.

Kollegiya layihəyə baxıb onu məqbul hesab edir.

Göstərilənlərə, habelə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq kollegiya

 

QƏRARA  ALIR:

 

1. “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları” təsdiq edilsin (Əlavə olunur).



2. Bu Qaydaların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı həyata keçirilərkən bu Qaydaların dürüst tətbiqi təmin edilsin, sənəddə əks olunmuş yeniliklərin aidiyyəti ədliyyə işçiləri tərəfindən mükəmməl öyrənilməsi üçün zəruri tədbirlər görülsün (İ.Məmmədov).

4. “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” nazirlik üzrə 29.12.2008-ci il tarixli, 27-T nömrəli əmr (07.04.2009-cu il tarixli, 3439 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il tarixli Fərmanının 1.2-ci bəndinin icrası ilə bağlı” nazirlik üzrə 11.05.2010-cu il tarixli, 5-T nömrəli əmrin 1.2-ci bəndi (24.05.2010-cu il tarixli, 3836 nömrəli şəhadətnamə), “Azərbaycan Respublikası Prezidentinin 13.04.2010-cu il və 24.05.2010-cu il tarixli sərəncamlarının icrası ilə bağlı” nazirlik üzrə 08.07.2010-cu il tarixli, 11-T nömrəli əmrin 1.2-ci bəndi (20.07.2010-cu il tarixli, 3946 nömrəli şəhadətnamə) ləğv edilsin.

 

 



Azərbaycan Respublikası

ədliyyə nazirinin vəzifəsini

müvəqqəti icra edən

nazir müavini

II dərəcəli dövlət ədliyyə

müşaviri

Vilayət Zahirov

 

 



 


 

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

 

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması

 

QAYDALARI

 

I. Ümumi müddəalar

 

1.1. “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları” (bundan sonra “Qaydalar”) Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7, 9.9, 9.11, 9.12, 10.6-cı bəndlərindən irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır.



1.2. Qaydalar qeyri-kommersiya qurumlarının (dini qurumlar istisna olmaqla), xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filiallarının və təhsilmüəssisələrinindövlət qeydiyyatının və qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinin (bundan sonra “dövlət reyestri”) hüquqi və təşkilati əsaslarını müəyyən edir.

 

II. Sənədlərin qəbulu

 

2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir.



2.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

2.3. Ərizədə aşağıdakılar göstərilir:

        təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

        təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

        ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda — habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilmə tarixi və vəkalətnaməhaqqında məlumatlar;

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.04.2005-ci il tarixli 70 nömrəli qərarı ilə təsdiq edilən ərizə formasında müəyyən edilən digər məlumatlar.



//çıxarılıb//

2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

        qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə);

        qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar. Siyasi partiyanın təsis qərarında həmçinin proqramın qəbul olunması göstərilməlidir. Təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır;

        dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli,  ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi);

        fondlarda nizamnamə kapitalının on min manatdan az olmayan məbləğdə ödənilməsini təsdiq edən sənəd;

        təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışının və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

        təsisçi xarici hüquqi şəxs olduqda onun qeydiyyatını təsdiq edən sənədlər (reyestrdən çıxarış və ya qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və s.);

        təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti:

        hüquqi ünvanını təsdiq edən sənəd (qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin yerləşdiyi yerə dair mülkiyyətçinin müvafiq iradə ifadəsini əks etdirən sənəd, qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin yerləşdiyi yerə dair təsisçinin (təsisçilərin) qərarı, siyasi partiyalarda isə rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı);

        qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

        siyasi partiyanın dövlət qeydiyyatı zamanı “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq partiya üzvlərinin sayını təsdiqləyən sənəd;

        qeyri-hökumət təşkilatının təsisçi (təsisçilər) və qanuni təmsilçi (təmsilçilər), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

        özəl və bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi;

        nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi;

        kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);

        məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş təhsil müəssisələrinin nizamnaməsində kapitalının 3 aydan çox olmayan müddətdə ödənilməsi nəzərdə tutulmadığı halda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən);

        siyasi partiyanın  təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat;

        siyasi partiyanın proqramı;

        təşkilatı təmsil edən şəxsin səlahiyyətini təsdiq edən sənəd (olduğu halda).

2.6. Məhdud məsuliyyətli cəmiyyət kimi təsis edilmiş təhsil müəssisələrinin nizamnaməsində kapitalının 3 aydan çox olmayan müddətə ödənilməsi nəzərdə tutulduğu halda kapital nizamnamədə göstərilən müddətdə ödənilməlidir.

2.7. Xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün Qaydaların 2.5-ci bəndinin 3, 6, 8, 9, 12-ci yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:

        nümayəndəliyi və ya filialı yaradan xarici qeyri-kommersiya hüquqi şəxsi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi  və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər  göstərilməlidir);

        nümayəndəliyin və ya filialın yaradılması haqqında xarici qeyri-kommersiya hüquqi şəxsinin qərarı;

        nümayəndəliyin və ya filialın təsisçisi olan xarici hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd - reyestrdən çıxarış (qeydiyyat şəhadətnaməsi və s.);

        nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

        xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbərinin müavininin təyin edilməsi barədə sənəd (sənəddə rəhbər müavinin səlahiyyət müddəti göstərilməlidir);

        nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin qurumu yaradan xarici hüquqi şəxsinin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

        Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.

2.7-1. Qeyri-hökumət təşkilatının və xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının yaradılması barədə qərarda onların icra orqanlarının tərkibi və səlahiyyətlərinin müddəti göstərilməlidir. Qeyri-hökumət təşkilatının nümayəndəliyi və filialının, habelə xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatlar (qeydiyyat tarixi, nömrəsi, olduğu yer (hüquqi ünvanı), onun qeydiyyatını aparmış qurumun adı) eləcə də, nümayəndəliyin və ya filialın hüquqi ünvanı, hüquq və vəzifələri, fəaliyyətinin predmeti, idarə edilməsi qaydası, rəhbərinin (rəhbərin müavininin) səlahiyyətləri və səlahiyyət müddəti, ləğv olunması qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir. Xarici qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının qeydiyyatı ilə bağlı sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.

2.8. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər qayda nəzərdə tutulmadıqda, xaricdə tərtib olunmuş sənədlər həmin ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, //çıxarılıb// İşlər Nazirliyinin Konsulluq idarəsi tərəfindən) leqallaşdırılmalıdır.

Sənədlər 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"nın iştirakçısı olan dövlətlərdən daxil olduqda onlara həmin ölkənin səlahiyyətli orqanı tərəfindən apostil verilməlidir.

2.9. Təsis edilən təşkilatın fəaliyyət istiqaməti vəkillik fəaliyyəti ilə bağlı məsələlərə aid olduğu halda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununaəsasənbuna dair Vəkillər Kollegiyasının rəyi alınır.

//çıxarılıb// 

2.11. Qeyri-kommersiya qurumlarının nizamnaməsinin (əsasnaməsinin) titul vərəqində onların qeydiyyat nömrəsi, qeydiyyat tarixi və dövlət qeydiyyatı orqanının adının qeyd olunması üçün müvafiq hissə olmalıdır (Əlavə 1).

2.12. Ərizə surəti ilə birlikdə təqdim edilməlidir.

2.13. Ərizənin  əsli dövlət qeydiyyat orqanında saxlanılır, surəti isə dövlət qeydiyyat orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsin tələbi ilə həmin şəxsə qaytarılır. Ərizənin əslində müvafiq dövlət qeydiyyat orqanının ştampı vurulur, daxil olma tarixi və nömrəsi göstərilir (Əlavə 2).

“Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında ərizənin daxil olma nömrəsi və tarixi, hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, müraciət etmiş şəxs (ərizəçi) haqqında məlumat, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

“Dövlət reyestrdə dəyişiklik edilməsi barədə müraciətlər” kitabında müraciətin daxil olma nömrəsi və tarixi, qurumun adı, təşkilati-hüquqi forması, qeydiyyat nömrəsi və tarixi, müraciətin qısa məzmunu, sənədin icra vəziyyəti və təhvil verilməsi (göndərilməsi) haqqında qeydlər göstərilir.

2.14. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin təsis sənədləri poçt vasitəsilə daxil olduqda “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında qeyd olunur. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı ilə bağlı sənədlər həmçinin təsisçinin (təsisçilərin) və ya onun (onların) səlahiyyətli nümayəndəsinin yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bilavasitə qəbul oluna bilər. Bu halda sənədləri qəbul etmiş rayon (şəhər) qeydiyyat şöbəsi ərizəyə əlavə edilən sənədlərin mövcudluğunu (əlavə edilib-edilməməsinə) yoxladıqdan sonra müşayiət məktubu ilə bir gün ərzində onları baxılması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərməlidir.

2.15. Təsis sənədləri daxil olduğu gün "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında qeydiyyata alınır, qeydiyyat orqanının rəhbərinə təqdim edilir və onun dərkənarı ilə icraata yönəldilir. Sənədlər icraçı tərəfindən qəbul edilərkən “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər” kitabında imza edilir.

2.16. “Arxiv sənədlərinin uçotu” kitabında qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, saxlanılan sənədlər haqqında məlumatlar göstərilir.

 

III. Sənədlərin icrası

 

3.1. İcraata daxil olmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır, sənədlər bu aktların tələblərinə uyğun olduqda qurumun dövlət qeydiyyatına alınmasına dair rəy tərtib edilir.



3.2. Rəydə qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin təsis edilməsi tarixi, əsas  məqsədi, təsisçisi (və ya təsisçiləri), qanuni təmsilçisi, dövlət rüsumunun ödənilməsi, fondun nizamnamə kapitalının miqdarı, ödənilməsi və təsisçilərin əmlak paylarının həcmi, özəl və ya bələdiyyə təhsil müəssisəsinin  nizamnaməsinə dair rəy, kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının və əmlak paylarının miqdarı, çevrilmə, birləşmə, ayrılma və bölünmə zamanı yenidən təşkil barədə məlumat, qoºulmada qoºulan qeyri-kommersiya hüquqi ºəxsi və ya təhsil müəssisəsi, qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə əvvəllər edilmiş xəbərdarlıqlarda, verilmiş göstərişlərdə qeyd olunmuş pozuntuların aradan qaldırılması  barədə məlumatlar, habelə təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi qeyd edilir.

3.3. Dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumuna və ya təhsil müəssisəsinə vahid və təkrarolunmaz qeydiyyat nömrəsi verilir.



3.4. Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin qeydiyyat nömrəsi dövlət reyestrində, qeydiyyat orqanı tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamədə, dövlət reyestrindən çıxarışda, həmçinin onun nizamnaməsində (və ya əsasnaməsində) göstərilir.

Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyat (reyestr) nömrəsində qeydiyyat orqanının kodu, dövlət qeydiyyatının ili, dövlət reyestr kitabının kodu və qurumun reyestr kitabında sıra sayı göstərilir. Qeydiyyat (reyestr) nömrəsindəki birinci dörd hərf və ya rəqəmlər inzibati ərazi vahidinin (rayon, şəhər) kodunu (Əlavə 3), ikinci iki rəqəm isə qeydiyyat ilini göstərir. Bu rəqəmlərdən sonra kitabın kodu göstərilir və tire işarəsi qoyulmaqla qurumların qeydiyyatının sıra sayını göstərən rəqəmlər yazılır. Dövlət reyestr kitablarının kodu hərf işarəsi ilə başlayır və ondan sonra sıra sayla rəqəm əlavə edilir (misal üçün qurumun dövlət qeydiyyat nömrəsi 000508-Q2-0795 olduqda burada 0005 qeydiyyat orqanının kodu, 08 ili, Q2 reyestr kitabının kodu, 0795 qurumun reyestr kitabındakı sıra sayını göstərir). 

«Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestr kitabı»nın dəyişməsi və ya növbəti ilin başlanması qeydiyyata alınan qurumlara verilən nömrə ardıcıllığını dəyişmir.

Dövlət reyestri kitabının üstündə kitabın kodu (nömrəsi), reyestrin aparıldığı il və reyestrin başlanğıc və son sayını göstərən rəqəmlər göstərilməlidir. Qeyri-kommersiya hüquqi şəxsləri  üçün dövlət reyestr kitabının kodu «Q», xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları üçün - «N» hərfi ilə göstərilir (misal üçün, Q1, 2012, Reyestr №1-50).

3.5. Dövlət reyestri kitabında yol verilmiş səhvlər yeni qeyd etməklə aradan qaldırılır. Bu halda qüvvəsini itirməli olan qeydin üstündən xətt çəkilir və bu qaydalara uyğun yeni qeydlər edilir. Yeni qeyddə qüvvəsini itirmiş yazıya istinad edilməlidir.



3.6. Reyestrdə dəyişiklik edilərkən, o cümlədən qurumun adı, təşkilati-hüquqi forması dəyişildikdə, qeydiyyat nömrəsi dəyişilmir.

3.7. Qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin nizamnaməsinin (və ya əsasnaməsinin) təsisçiyə verilməli olan nüsxəsi tikilir, vərəqləri nömrələnir və sonuncu vərəqin arxasında vərəqlərin ümumi sayı göstərilməklə icraçı tərəfindən imzalanır və dəftərxana möhürü ilə təsdiq edilir.

3.8. Qurum dövlət qeydiyyatına alındıqdan sonra qeydiyyat orqanında saxlanılacaq sənədlərin siyahısı (mündəricat) tərtib edilir, sənədlər tikilir, vərəqləri nömrələnir. Nizamnamənin (və ya əsasnamənin) arxivdə saxlanılan nüsxəsinin hər bir səhifəsi də icraçı tərəfindən imzalanır.

Sənədlər aşağıdakı ardıcıllıqla tikilir:

       dövlət reyestrindən çıxarış;

       dövlət qeydiyyatı haqqında şəhadətnamə;

       nizamnamə (Əsasnamə);

       rəy;

       ərizə (ərizələr);

       sənədlərə baxılma müddəti artırıldıqda buna dair məktub;

       dövlət rüsumunun ödənilməsi barədə sənəd;

       fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

       özəl və ya bələdiyyə təhsil müəssisəsinin nizamnaməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəy məktubu;

       nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəy məktubu;

       kommersiya hüquqi şəxsi olan təhsil müəssisəsinin nizamnamə kapitalının ödənilməsi barədə sənəd;

       təsisçinin (təsisçilərin) qərarı (qərarları);

       məhkəmənin qərarı (qərarları) əsasında qeydiyyat aparılırsa həmin qərar (qərarlar) və icra vərəqi;

       təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

       qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

       təsisçi hüquqi şəxs (şəxslər) olduqda onun (onların) qeydiyyat sənədləri;

       hüquqi ünvanı təsdiq edən sənəd;

       digər sənədlər (etibarnamə və s.)

3.9. Hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin qeydiyyatı barədə müraciətlər" kitabında onun qeydiyyat (reyestr) nömrəsi və tarixi barədə qeyd yazılır.

3.10. Dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumunun və ya təhsil müəssisəsinin qeydiyyat sənədləri (dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə (və ya əsasnamə) və dövlət reyestrindən çıxarış) qeydiyyat orqanının rəhbəri və ya həvalə edilmiş məsul şəxs tərəfindən təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndələrinə təhvil verilir.

3.11. Sənədləri təhvil alan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Sənədləri almaq üçün səlahiyyətli nümayəndə müraciət etdiyi halda, müvafiq qaydada təsdiq edilmiş etibarnaməsini təqdim etməlidir. Sənədlərin təhvil alınması barədə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda qeyd edilir. Sənədlər səlahiyyətli nümayəndə tərəfindən təhvil alındıqda isə «Qeydiyyat sənədlərinin təhvil kitabı»nda onun buna dair səlahiyyətlərini təsdiq edən sənəd haqqında məlumat qeyd edilir. Sənədləri təhvil alan şəxs qəbul edilən sənədlərin adını və tarixi göstərməklə həmin kitabda imza edir.

3.12. Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının qeydiyyat sənədləri təsisçiyə (təsisçilərə) və ya onun (onların) səlahiyyətli nümayəndəsinə onun arzusu ilə yaşadıqları yer üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən təhvil verilə bilər. Sənədlərin verilməsi rayon (şəhər) qeydiyyat şöbəsinin rəisi (və ya onu əvəz edən şəxs) ilə onları təhvil alan təsisçi (və ya onun səlahiyyətli nümayəndəsi) tərəfindən 2 nüsxədə imzalanan aktla təsdiq edilir. Aktın bir nüsxəsi qurumun arxiv sənədlərinə əlavə edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə göndərilir. Aktı aldıqdan sonra sənədin icrasına məsul olan baş idarənin əməkdaşı aktı qurumun arxiv sənədlərinə əlavə edir və “Qeydiyyat sənədlərinin təhvil kitabı”nda həmin sənədlərin müvafiq rayon (şəhər) qeydiyyat şöbəsi tərəfindən təhvil verilməsi və tərtib olunmuş aktın qurumun arxiv sənədlərinə əlavə edilməsi ilə bağlı qeyd aparır.

Aktın ikinci nüsxəsi illər üzrə ayrıca qovluqlarda toplanaraq rayon (şəhər) qeydiyyat şöbəsinin arxivində saxlanılır.

 


Yüklə 496,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə