ilə lazımi nəticələr əldə edilməsinə imkan vermir. Bu vəziyyətdən çıxmağın
yolu həmin məqalədə öz əksini tapmışdır.
A.Quliyev “Azkomplektli siniflərdə təlim-tərbiyə işlərinin təşkilinə
dair” adlı məqaləsində müsbət təcrübə ilə yanaşı, nöqsanları da göstərmişdir.
Bu, siniflərin komplektləşdirilməsində, dərs cədvəlinin tərtibində, dərslərin
təşkilində, şagirdlərin bilik keyfiyyətində, məktəblərdə maddi-tədris bazasının
yaradılmasında, bu sahəyə rəhbərlik və nəzarətin təşkilində, müəllimlərin
metodik hazırlığının artırılmasında daha çox özünü göstərir. Müəllif bu
məsələləri təhlil edərək,müvafiq göstərişlər vermişdir.
T.Bəşirov “Azkomplektli siniflərdə təlimin təşkilinin bəzi məsələləri”
məqaləsində müəllimləri düşündürən bir neçə məsələyə aydınlıq gətirmişdir:
1) siniflərin komplektləşdirilməsi; 2) müstəqil işlərin təşkili; 3) dərs cədvəlinin
tərtibi; 4) proqram materiallarının planlaşdırılması. Azkomplektli məktəblərdə
ekskursiya və sinifdənxaric qiraətin təşkili. Məqalədə bu problemlərin həlli
yollarına da diqqət yetirilmişdir .
Diqqəti çəkən məqalələrdən biri də Ə.Əmirovun “Azkomplektli
məktəblərdə yazı təlimi təcrübəsindən istifadə” adlı məqaləsidir. Məqalədə qeyd
olunur ki, bu sahədə müvəffəqiyyət əldə etmək üçün tədris ilinin ilk
günündən başlayaraq şagirdlərin yazılarına düzgün istiqamət verilir. Hər
sinfin şagirdlərinə müvafiq tapşırıqlar verilir. Yazı aparılan siniflə məşğul
olduqda, digər sinif şagirdlərinə düşündürücü yaradıcılıq tələb edən iş verilir
ki, onlar bu işi digər sinifdə yoxlama yazının aparıldığı müddətə qurtarmış
olsun: məsələn: III sinifdə Azərbaycan dilindən yoxlama imla aparıldıqda I
sinif şagirdlərindən aşağıdakı plan üzrə işləməyi tələb edir:
1. Mək...əb, Azə...bay...an, aza...lıq və s. sözlərində buraxılan hərfi
yazın.
2. Anaya həsr olunmuş sevdiyin şeirlərdən bir bənd yaz.
3. Payız fəslində təbiət dəyişikliklərini qeyd edirsinizmi, hansılardır?
A.M.Rəhimovun “I-III siniflərdə obrazların xarakteristikasının müqayisəli
tərtibinin məzmunun şüurlu mənimsənilməsinə təsiri” adlı məqaləsi bu gün təlim
məsələlərinə verilən tələblərə cavab verir.
Müəllif qeyd edir ki, oxunmuş material özünüdərketmənin, tərbiyə
prosesinin, nitq və təfəkkür inkişafının mühüm vasitəsi olmaqla təsirli informasiya
mənbəyidir. Müşahidələr göstərir ki, obrazlara sadə xarakteristikanın tərtibi I-II
siniflərdə müəllimin rəhbərliyi altında, III sinifdən isə materialın xarakterindən
asılı olaraq bəzən müstəqil və sərbəst də ola bilər. Bu prosesdə şagirdlər
mürəkkəb daxili hissetmə və dərketmənin köməyi ilə tədricən intellektual və
emosional qüvvələrini birləşdirir, obrazların fəaliyyəti üzərində müşahidə
aparır, onları qiymətləndirməyə çalışırlar. Nəticədə şagirdlərin yaradıcılıq meylləri
artır, idraklarının potensial imkanları genişlənir. Öyrəndiklərini praktikaya tətbiq
etməyi, real varlıqla, özlərinin şəxsi təcrübələri ilə əlaqələndirməyi bacarırlar.
Məqalədə məktəb təcrübəsinə istinad edilir və I-III siniflərdə şagirdlərin
müşahidəçilik, dərslik üzərində müstəqil işləmək, mühakimə yürütmək, əqli
nəticələrə gəlmək, təhlil-tərkib aparmaq kimi qabiliyyət və bacarıqlarının mövcud
səviyyəsini nəzərə almağın vacibliyi, ayrı-ayrı obrazlara xarakteristikaların
müqayisəli tərtibi üzrə işlərin ardıcıllıqla aparılmasının istiqamətləri
göstərilmişdir.
Qeyd etmək lazımdır ki, azkomplektli məktəblərdə proqram materialının
planlaşdırılması 1976-cı ildə “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalının
5-cı və 6-cı nömrələrində nəşr edilmişdir.
Azkomplektli məktəblərin yenidən qurulması, modernləşdirilməsi üçün
məsələyə xüsusi şəbəkə infrastrukturu baxımından yanaşılmalıdır. Bir qayda olaraq
məktəb şəbəkəsinə daxil olan müxtəlif tip məktəblər (ibtidai məktəb, ümumi orta
məktəb, tam orta məktəb) müəyyən ərazilərdə - şəhərlərdə, rayonlarda,
qəsəbələrdə, kəndlərdə yerləşdirilir. Məktəb şəbəkəsi dedikdə hər bir yaşayış
məntəqəsində bütün məktəbyaşlı uşaqların düzgün qeydiyyatının aparılması,
ərazinin demoqrafiq, topoqrafiq və nəqliyyat xarakteristikasının müəyyən edilməsi;
ibtidai, ümumi orta və tam orta məktəblərin məqsədəuyğun yerləşdirilməsi, onların
təşkilati quruluşlarının müəyyənləşdirilməsi, sinif komplektlərinin gözlənilən
sıxlığının dəqiqləşdirilməsi, müxtəlif tip məktəblər arasında əlaqələrin yaradılması,
şəbəkələrin inkişaf etdirilməsinə dair perspektivlərin hazırlanması, məktəblərin
müasirləşdirilməsinə nail olunması və s. məsələlər nəzərdə tutulur.
Azkomplektli kənd məktəblərində dərsin strukturu, başqa məktəblərdə keçi-
rilən dərslərin strukturundan fərqlənir. Kompleks siniflərdə dərsin ən mühüm xüsu-
siyyəti şagirdlərlə müstəqil işin aparılmasından ibarətdir. Azkomplektli məktəb
müəllimlərinin bundan başqa seçimi yoxdur. Tapşırıqlar hər sinif üçün dərsin
bütün mərhələlərində verilir.
İkinci xüsusiyyəti şagirdlərin müstəqil işinin və başqa siniflə aparılan işin
həcminin nisbətindən ibarətdir. Belə şəraitdə müstəqil fəaliyyət mahiyyətcə
idarəolunma xarakteri daşıyır, çünki tapşırıqların yerinə yetirilməsinə müəllim
tərəfindən kömək göstərilmir. Bu səbəbdən azkomplektli məktəblərdə dərs iki
dəqiq komponentin əvəz olunmasından ibarətdir.
Şagirdlərin işi ilə müəllimin onlara rəhbərliyinin əvəzlənməsi zəruriliyi təlim
vaxtının dəqiq reqlamentini tələb edir.
Azkomplektli məktəblərdə paylama didaktik materialların bütün növlərindən
geniş istifadə edirlər. Bu xüsusuiyyət də müstəqil işin aparılması zərurətindən
yaranır.
Yuxarıda dediklərimizdən fərqli olaraq bu məktəblərdə aparılan dərslərin ən
mürəkkəb və əsas xüsusiyyəti ondan ibarətdir ki, burada şəraitlə bağlı müəllim
metodik priyomları dəyişməli, modifikasiya etməlidir.
Bir neçə sinif ilə işləmə şəraitində müəllimin funksiyası ondan ibarətdir ki,
tapşırıqların məqsədini, yerinə yetirilmə priyomlarını aydınlaşdırsın, müstəqil
işlərdən sonra nəticələri ümumiləşdirsin. Daha doğrusu müəllimin fəaliyyəti iki
mərhələyə bölünür – giriş və ümumiləşdirmə. Bu mərhələlərin nəticəsi tapşırığın
xarakterindən asılıdır.
Azkomplektli məktəblərdə şagirdlərə yeni biliklərdən istifadə priyomlarının
izahından sonra müstəqil yazı işi verilir. Bu halda müəllimin funksiyasını testlər,
Dostları ilə paylaş: |