Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

bilməmişdir.  Bəzilərdində  maddi  problemlər  olduğuna  görə,  bəzi  pasientlər  qrup 

gücünə inamı olmadığına görə, bəzi pasientlər rayonda yaşadığına görə iştirak edə 

bilmədilər.  Tədqiqata  cəlb  olunanlar  “Bərpa”  Psixiatrik xəstəxanaya  müraciət  edən 

xəstələrdən  ibarətdir.  Araşdırmaya  cəlb  olunanlar  18-50  yaş  arası  insanlar  təşkil 

edir.  Psixoaktiv  maddələrdən  istifadə  stajı  1ildən  30  ilədək  təşkil  edirdi.  Hər  bir 

pasientə  tədqiqatın  məqsədi  haqqında  informasiya  verilmiş  və  onların  tədqiqatın 

istənilən  mərhələsində  iştirak  etməkdən  imtina  etmək  imkanının  da  olduğu  izah 

edilmişdir. Beləliklə, tədqiqatda iştirak edənlər məlumatlı razılıq vermişdilər.   

Tədqiqatın  predmeti.  Psixoaktiv  maddələrdən  istifadə  edən  insanların 

şəxsiyyətində 

baş 

verən 


dəyişiklərin 

müəyyənləşməsi, 

psixopatiyanın 

dəqiqləşdirilməsi.   



 Tədqiqatın fərziyyəsi.  

1.

 



Psixoaktiv 

maddələrin 

istifadəsi 

asılı 


pasientin 

 

şəxsiyyətinin 



psixopatizasiyasına təkan verir. 

2.

 



Xəstəlik nəticəsində pasientlərin sosial həyatı məhdudlaşır və psixoterapevtik  

reabilitasiya  tədbirləri  onların  yenidən  cəmiyyətə    daha  yaxşı  adaptasiya 

olunmasına, həyati dinamikasının yaxşılaşmasına kömək  edir. 

3.

 



Psixoaktiv  maddələrdən  istifadə  edən  asılılar  daha  çox  F60.2  (dissosial 

şəxsiyyət pozuntusundan) əziyyət çəkirlər. 

4.

 

Şəxsiyyətin  psixopatik  amilləri  və  12  addım  proqramında  iştirakı  arasında 



korrelyasiya vardır.  

Tədqiqatın  məqsədi.  Tədqiqat  işinin  başlıca  məqsədi  psixoaktiv  maddələrdən 

istifadə  edən  şəxslərdə  psixopatiya  varmı  və  onun  əsas  formaları,  hansı  növ 

psixoaktiv maddə hansı psixopatiyanı yaradır. Qoyduğum məqsədə çatmağımığı bir 

neçə suala cavab tapmağımla reallaşdırmağa çalışdım.  



Tədqiqatın vəzifələri. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıda qeyd 

olunan vəzifələrin həlli vacib bilinmişdir:  

1. Psixoaktiv maddələrdən istifadə zamanı xüsusiyyətlərin müəyyənləşməsi. 

2. Şəxsiyyət pozuntusunun müəyyənləşməsi. 

3. Alınmış nıticələrin klinik-psixoloji, müqayisəli və riyazi-statistik təhlili. 



 

 



 

4. Psixoaktiv maddələrdən azad olma yollarında psixoterapevtik üsulların tədbiqi 

və effektivliyi. 

5. Psixokorreksiyanın, reabilitasiyanın pasientə təsiri. 



Tədqiqatın gedişində istifadə olunan metodikalar. 

1. “Ocean” –şəxsiyyət müəyyət edən metodika.  

2.  Xüsusi  işlənib  hazırlanmış  anket  vasitəsilə  psixoterapiya  zamanı  sosio-

demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə alınmışdır.  

3.  Klinik-  psixopatoloji  müsahibə  əvvəlcədən  müəyyən  edilmiş    intervü 

formasında keçirilirdi (mövzuya uyğun sualların əlavə olunması ilə).       

4.  Nəticələr  hər  bir  pasientə  uyğun  olan  xüsusi  xəritəyə  keçirilirdiki,  orada  ona 

aid bütün məlumatlar yerləşdirilir. 

5. 12 addım qrup terapiyası. 

Tədqiqatın elmi əhəmiyyəti. Apardığım tədqiqat işinin elmi əhəmiyyəti olduqca 

böyükdür.  Tədqiqat  hal-hazırda  çox  yayılmış  psixoaktiv  maddələrin  insan 

şəxsiyyətinə  təsirini  nümayiş  etdirir    və  gələcəkdə  bu  istiqamətdə  aparılacaq 

tədqiqat  işləri  üçün  zəmin  rolunu  oynayır.    Dissertasiya  materialları  əsasında  

“Asılılığa stop” adı altında prezentasiya və seminarlar keçirilmişdir. 

Tədqiqatın  elmi  yeniliyi.  Tədqiqatın  elmi  yeniliyi  ondan  ibarətdir  ki, 

Azərbaycanda  ilk  dəfə  olaraq  psixoaktiv  maddələrdən  istifadə  nəticəsində  məhs 

müəyyən  şəxsiyyət  pozuntusunun  dominant  yer  tutması  araşdırılmışdır.  Tədqiqat 

nəticəsində  ilk  dəfə  Azərbaycanda  asılı  xəstələrə  12  addım  proqramının  təsiri 

müəyyənləşmişdir.  Azərbaycana  uyğun  olan  və  qeyri  adaptiv  olan  tərəfləri  qeydə 

alınmışdır.    İlk  dəfə  pasientlərdə  baş  vermiş  pozitiv  klinik  və  sosial  göstəriciləri 

qeydə alınmışdır.  

Dissertasiya  işinin  quruluşu.  Dissertasiya  işi  giriş,  4  fəsil,  nəticə,  ədəbiyyat 

siyahısı və əlavələrdən ibarətdir. 



 

 

 

 


 

 



 

I FƏSİL. PSİXOAKTİV MADDƏLƏR  HAQQINDA ÜMUMİ MƏLUMAT 

 

1.1. Alüdəçilik nədir 

 

Alüdəçilik və ya asılılıq problemi – addiktologiya sahəsinin öyrənmə predmetidir.  



Addiktologiya  —  kimyəvi  və  qeyri-kimyəvi  asılılıqlar    haqqında  elmdir.  Onların 

formalaşma mexanizmlərini, inkişafını, diaqnostikasını, profilaktikasını, müalicəsini 

və  bərpasını  öyrənir.  Hal-hazırda  addiktiv  davranışla  olan  pasiyentlərin  sayı 

əhəmiyyətli dərəcədə çoxaldığına görə, narkalogiyaynan yanaşı yeni biliklərin cəlb 

edilməsi  hesabına  sərhədlərinin  genişlənilməsinə  tələb  var.  Buraya    klinik 

psixologiyanın,  psixoterapiyanın,  biotibb  əxlaqın  təsiri  əlbəttə  ki,  böyük  olacaq. 

Addiktogoqiya — müasirin psixiatriyanın və kliniki psixologiyanın yeni bölməsidir, 

prinsipial olaraq yeni yanaşmaların hazırlamasını tələb edir. 

“Addictus”    latın  dilindən  borcu  olduğuna  görə  qulluğa  verilmə  demekdir,  yani 

reallıqdan  qaçaraq,  asılılığın  tələsinə  düşməkdir.  Sən    “onu”    idarə  edə  bilmirsən, 

çünkü  artıq  o  səni  idarə  edir.  Sən  hiss  edirsən  ki,  başqa  yolun  yoxdu:  götürürsən, 

vurursan, və necə “o” istəsə, elədə edirsən.  

Psixoaktiv  maddələr  nəticəsində  insanın  psixi  və  fiziki  sağlamlığı,  davranışı, 

emosional  sferası,  iradəsi,  sosial  münasibətləri  zərər  çəkir.  Addiktiv  davranışın  2 

mexanizmi vardır:1. Bioloji  və 2. Psixoloji 

1.Addiksiyanın  bioloji  mexanizmlərinin  aktivləşməsinə  beyinin  bəzi  sahələri 

cavab  verir.  Bu  prosesdə  daha  çox  dopaminin    nucleus  accumbens  mərkəzinə 

(gücləndirmə mərkəzi) ifraz olması mexanizmi vurğulanır ki, o proses çox narkotik 

maddələrin  qəbulu  zamanı  işə  salınır  və  bununla  asılılıq  dahada  güclənir. 

Dopaminin ifrazatı təbii bir stimullaşdırıcı mexanizmdır və  başqa instiktiv proseslər 

(yemək və seksual akta) zamanıda ifraz olur.

5

 Narkotiklərdə analoji formada ozünü 



aparır.    Bəzi  narkotiklər  isə  dopaminin  ifraz  olması  beyində  5-10  dəfə  daha  artıq 

                                                           

5

 

Salamone, J.D. (1992). «Complex motor and sensorimotor function of striatal and accumbens dopamine: 



Involvement in instrumental behavior processes».Psychopharmacology: p.160-174

 

 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə