Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

43 

 

 



 

deyilmişdir. 12 addım proqramında  “dibə enmək” anlayışı varki, burada alkoqolikin 

və  narkomanın  ən  pis  anları  mənasını  daşıyır.  12  addım  proqramının  üzvlərinin  

xüsusi adət ənənələri və duaları var: məqsədimiz sağlamlığımızdır, əsas rol Allaha 

aiddir,  insanlar  yalnız  köməkçidirlər,  AA  və  AN  üzvü  olmaq  üçün  istək  lazımdır- 

içkini və ya narkotiki atmaq istəyi, hər qrup azaddır, əsas məqsədimiz hələdə içən və 

ya narkotik qəbul edəni yanımıza çəkmək, AA və ya AN adından reklam etməmək, 

AA və ya AN öz gücünə inanmalıdır, AA və AN qeyri-professional təşkilat olaraq 

fəaliyat  göstərir,  idarə  sistemi  çox  ağır  olmamalıdır,  siyasi,  sosial  proseslərə 

qarışmamaq  şərti  ilə  aktivliyimizi  avam  etdirək,  biz  yalnız  öz  maraqlarımızı  irəli 

sürməliyik, anonimlik bizim  ən böyük silahımızdır. Dualar 12 addım proqramında 

hazır formada xəstəyə verilir, lakin alüdəçi özüdə dua yaza bilər özü üçün.  

Məsələn: “Anlama haqqında dua”, “ikiqat göndəriş”. 

Bu proqram, əsasən, hazırlıq keçmiş əvvəllər özləri bu proqram üzrə müalicə keçmiş 

və  remissiyası  2  ildən  az  olmayan    alkoqoliklər  tərəfindən  keçirilir.  Məlumatlar 

əsasən  hər  görüş  zamanı  baş  verir.  Məsələn,  “ilk  qədəh  fenomeni”  haqqında  bu 

görüşlər  zamanı  motivasiyanın  sıfıra  endiyini  öyrənmək  olur.  Və  ya  alkoqolikin 

daxilində  iki  şəxsiyyət  omağı  haqqında  nəzəriyyə  AA  və  AN  üzvləri  arasında  çox 

qəbul  edildiyindən  çox  effekti  olur.    Remissiya  müddətinin  çox  olması  qrup 

üzvlərinə, əlbətdə ki, pozitiv təsir edir. AA və AN-dən başqada özünü-dəstəkləmə 

qruplarıda  fəaliyət  göstərirlər.  ABŞ-də  “Alkoqoliklərin  böyük  övladları”  adlı 

qruplar,  Rusiyada  isə  “Narkomanların  anaları”  adlı  qruplar  aktiv  formada  inkişaf 

edir. 

Psixoloq  –addiktoloqun  və  ya  psixoterapevtin  belə  təşkilatlarda  rolu  son  illərdə 



dahada böyüyüb. Stress faktorların artması narkomaniya və alkoqolizm xəstəliyi ilə 

bərabər  başqa  psixi  pozuntuların  yaranması  psixoterapiyanın  vacibliyini  ön  plana 

çıxarır.  Burada  psixoterapiya  yalnız  alüdəçi  ilə  deyil,  həmdə  onun  ailəsi  ilə 

keçirilməlidir. Ailə üzvlərinin ikinci dərəcəli PAM-dən qurban sayılırlar.  Hər dəfə 

asılı  şəxsiyyətin  PAM  qəbul  edərkən  ailə  üzvlərinin  yaşadığı  stress  və  təşviş 

sonradan  öz  neqativ  müxtəlif  somatik,  psixoloji  və  nevroloji  pozuntulara  tutula 

bilər. 



44 

 

 



 

 

IV 

FƏSİL. 

PSİXOAKTİV 

MADDƏLƏRDƏN 

İSTİFADƏ 

EDƏN 

İNSANLARIN 

ŞƏXSİYYƏTİNDƏ 

BAŞ 

VERƏN 

PATOLOJİ 

DƏYİŞİKLİKLƏRİN 

(PSİXOPATİZASİYANIN) 

EKSPERİMENTAL 

TƏDQİQİ 

 

4.1. Tədqiqatda istifadə olunan material və metodlar        



 

4.1.1.Tədqiqat iştirakçıları 

 

Tədqiqat iki  mərhələdə keçirilmişdir. Tədqiqatda ilkin mərhələdə 100 nəfər asılı 



pasient iştirak etmişdir (tədqiqatda yalnız kişi cinsinə aid pasientlər iştirak edirdilər). 

Tədqiqatın 2-ci mərhələsində 45 nəfər iştirak etmişdir- əsas qrup. Tədqiqatın ikinci 

mərhəlisində  12  addım  proqrammında  psixoterapiya  keçirildiyinə  görə  hər  pasient 

iştirak  edə  bilməmişdir.  5  pasient  müəyyən  səbəblərə  görə  tədqiqatdan 

uzaqlaşdırılmışdırlar. Əsas qrup təmsilçiləri eyni zamanda  individual konsultasiya 

ala  bilərdilər.  Tədqiqata  cəlb  olunanlar  “Bərpa”  Psixiatrik  xəstəxanaya  müraciət 

edən  xəstələrdən  ibarətdir.  Araşdırmaya  cəlb  olunanlar  18-50  yaş  arası  insanlar 

təşkil edir.  Psixoaktiv  maddələrdən istifadə stajı  1ildən 30 ilədək  təşkil  edirdi. Hər 

bir pasientə tədqiqatın məqsədi haqqında informasiya verilmiş və onların tədqiqatın 

istənilən  mərhələsində  iştirak  etməkdən  imtina  etmək  imkanının  da  olduğu  izah 

edilmişdir. Eyni zamanda hər bir məlumatın yalnız tədqiqat üçün istifadə olunduğu 

və  anonim  qalmağı  barədə  infirmasiya  verilmişdir.  Beləliklə,  tədqiqatda  iştirak 

edənlər məlumatlı razılıq vermişdilər. Xəstələrin seçilməsi prosesi zamanı aşağıdakı 

meyarlar əsas götürülmüşdür:    

1.Pasientlər ən azı 1 il müddətində PAM-dən istifadə etməlidirlər;                                              

2.Pasientlər  sualları adekvat cavablandıra bilməlidirlər;                                            

3.Yaş həddi 18-50 təşkil etməlidir;                                                                                                                  

4.Bu xəstələr əvvəllər başqa psixi pozuntudan əziyyət çəkməyiblər (eyni zamanda 

şəxsiyyət pozuntusundan əziyyət çəkməyiblər).  

 

 




45 

 

 



 

 

4.1.2.İstifadə olunmuş metodikalar  



 

Tədqiqatın həyata keçirilməsi üçün ilk öncə PAM-dan asılı xəstələri üçün xüsusi 

anket-  suallar  hazırlanmışdır.  Xüsusi  işlənib  hazırlanmış  anket  vasitəsilə 

psixoterapiya zamanı sosio-demoqrafik və klinik göstəricilərin dəyişiklikləri qeydə 

alınmışdır.  Klinik-  psixopatoloji  müsahibə  əvvəlcədən  müəyyən  edilmiş    intervü 

formasında  keçirilirdi    (mövzuya  uyğun  sualların  əlavə  olunması  ilə).  Pasientlərin 

seçilməsi zamanı yuxarıda saydığımız meyarlar nəzərə alınmaqla tədqiqatda iştirak 

edən  bütün  xəstələr  bu  anketə  əsasən  qeydiyyatdan  keçmişdilər.  Nəticələr  hər  bir 

pasientə  uyğun  olan  xüsusi  xəritəyə  keçirilirdiki,  orada  ona  aid  bütün  məlumatlar 

yerləşdirilir.

 

Xəstələrdə  rast  gəlinən  psixi  pozuntuların  mövcudluğu    Psixi  və 



Davranış  Pozuntularının  Beynəlxalq  Təsnifatının  (XBT-10)  kriteriyaları  əsasında 

qeyd olunmuşdur. “Ocean” –5 faktorlu şəxsiyyəti müəyyət edən metodika başqa cür 

Böyük beşlik (Big five) adlanır. Bu metodika R. MakKraye və P.Kosta tərəfindən 

1983-1985  illərdə  hazırlanmışdır.  Daha  sonra  bu  metodika  üzərində  yeni  işləmlər 

aparılmışdır  və  o  Neo-şəxsiyyət  kitabçası  və  ya  NEO-Pİ-R  adlandırıldı. 

(ingiliscədən  neyrotizm,  ekstraversiya,  təcrübəyə  açıqlıq  –  sual  kitabçası). 

Kitabçanın  avtorları  R.  MakKraye  və  P.Kosta  əmindilər  ki,  5  müstəqil  amillər 

insanın şəxsiyyətini təsvir etmək üçün kifayətdir.      

Beş-faktorlu  test-sual  kitabçası  75  cüt  bir  birinin  əks  mənasını  verən  sualdan 

ibarətdir.  Suallar  əsasən  anlayışdardan  ibarətdir  ki,  onlar  insan  davranışı  təsvir 

edirlər.  Stimul  materialı  beş  ballıq  qiymətləndirmə  şkalası  ilə  ölçülür  ki,  (-2;-

1;0;1;2) hər beş faktorun hansı daha çox ifadə olunduğunu müəyyən etmək üçün: 

1.

 

ekstraversiya- introversiya. Özü eyni zamanda passivlik-aktivliyi, tabelik hissi 



–  dominantlığı,  qapanılıq-  ünsiyyətçilliyi,  təsüratlardan  qaçış  –  təsurat  axtarışını, 

diqqətdən qaçış – diqqəti cəlb etmək amillərini ehtiva edir.  

2.

 

bağlılıq  –  ayrılma.  Özü  eyni  zamanda  biganəlik  –  istilik  hissini,  rəqabət  - 



əməkdaşlıq,  şübhə  hissi  –  inamı,  anlamamaq  –  anlamağı,  özünə  hörmət  – 

başqalarına hörməti ehtiva edir.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə