Azərbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix17.09.2017
ölçüsü0,63 Mb.
#531
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

37 

 

 



 

stereotiplərin  bərkişməsi  (köhnə  stereotiplərin  korreksiyası,  yenilərin  yaranması), 

münasibətlərin yaranması. 

PAM-dən  uzaqlaşma  məqsədi  eyni  zamanda  digər  məqsədlərə  nail  olmaqla 

reallaşa  bilər:  öz  şəxsiyyəti,  situasiya  və  xəstəlik  arasında  əlaqəni 

müəyyənləşdirmək,  şəxsiyyətini  dərindən  öyrənmək,  özünüqiymətləndirməni 

artırmaq,  yeni-sağlam  insanlarla  münasibətlərin  dəyərini  müəyyənləşdirmək,  yeni 

emosiyalarla tanış olmaq, onlarla yaşamağa öyrənmək, öz pozitiv obrazını yaratmaq 

və onu qəbullanmaq, keçmiş emosional təcrübəni yenidən analiz edib, qəbullanmaq, 

yeni adekvat davranış stereotiplərini formalaşdırmaq. 

Bu  probleblemlərin  həllinin  hamısı  qrup  terapiyası  zamanı  söhbət  və  müzakirə 

əsnasında  reallaşır.  Bu  zaman  xüsusi  bağlılıq  münasibətləri  yaranır  ki,  hər  bir 

xəstənin  motivasiyasını  dahada  artırır.  Hər  bir  çətin  anda  qrup  pasientin  yanında 

olur, onu problemlərlə tək buraxmır, residiv yaranan zaman xəstə qrupun köməyi ilə 

bu vəziyətdən çıxış yolu axtarır. Qrupun dəstəyi ilə hər bir iştirakçı asılılıqdan yeni 

çıxış yolları axtarır.     

“Qrup  dinamikası”  anlayışı  əsas  rollardan  birini  oynayır.  Bu  anlayış  qrupp 

üzvlərinin və psixoterapevtin eyni zamanda münasibətlərinin dəyişməsi və inkişafını 

özündə  ehtiva  edir.  Buraya  qrupun  inkişafı,  təlim-təhsil  prosesləri,  asüdə  vaxtı 

aiddirlər.  Bütün  kiçik  qrup  xüsusiyyətlərini  ardıcıl  olaraq  qrupda  müşahidə  etmək 

mümkündür.  Qrup  terapiyalarının  seansları  əsasən  həftədə  3-5,  bəzən  hər  gün 

keçirilir.  Seans  müddəti  2-3  saat  olur.  Pasientlərin  (qrup  üzvlərinin  sayı)  10  artıq 

olmamalıdır. Bəzən görüşlər bir neçə qrupu daxil edildir ki, belə iclaslar bir ayda və 

ya iki ayda bir dəfə keçirilir.  

Psixoterapevtik üsullar sırasına qrup diskussiyaları, psixogimnastika, art-terapiya 

elementləri,psixodramalar  və  s.  daxil  edilir.  Qrupp  terapiyası  keçirilən  zaman 

qruppanın  normaları  və  tələbləri  müəyyənləşirki,  onlara  riayət  etmək  hamının 

borcudur.  Qrup  terapiyası  zamanı  qrupun  strukturu  yaranırki,  burada  kiçik 

qruplarıda yaranır. Əgər qrup üzvləri arasında fikirlər üst-üstə düşmürsə qruppdaki 

gərginlik artır.  




38 

 

 



 

Bu  günkü  gündə,  addiktologiya  sahəsində  psixoterapiyadan  istifadə  artıq  böyük 

nailiyətlər qazanır. Hal-hazırdaki terapiya qeyri-direktiv, pasientin passiv deyil aktiv 

inkişafa  yönəlmiş  pozisiyada  çıxışı,  individual  terapiya  ilə  yanaşı  həmdə  ailə 

psixoterapiyası,  yalnız  individual  deyil  qrup  terapiyalarının  təşkili,  komanda 

şəklində  iş  (narkoloq,  psixoterapevt),  simptomlarla  mübarizə  deyil-  xəsətəliyi 

bütövlüklə kökündən mübarizə formasında keçirilir. 

Psixoterapiyanın köməyi ilə dünya üzərində 10 milyondan artıq insan PAM-dən 

və ümumiyyətlə asılılıqdan azad olublar.  

 

3.3.Qrup psixoterapiyası 



 

Qrup  terapiyası  həm  normal,  həmdə  psixi  pozuntulardan  əziyyət  çəkinlər  üçün 

müəyyən olunub. Qruo terapiyasının əsas məqsədi eyni problemlı olan insanları bir 

yerə yığmaqdır. Qrupda problem daha dərindən öyrənilir, informasiya transferi daha 

aktiv  formada  reallaşır,  dünyanı  qavrayış  stereotipləri  dəyişir,  xəsətliyi  münasibət 

daha  pozitiv  olur,  sağalmağa  motivasiya  daha  yüksəlir.  Psixoterapevtin  rolu  qrup 

üzvlərini düzgün yönləndirmə və mövzuları qoymaqdır. Psixokorreksion qruppların 

yaranması  Amerikada  XX  əsrin  əvvəlinə  Cozef  Pretin  repressiv-ruhlandıran  qrup 

terapiyasının yaranmasına aiddir. Vaxta qənaət etmək məqsədi ilə vərəm xəstələrini 

bir yerə yığaraq Pret gördüki, bir birini dəstəkləyən və anlayan pasientlər daha yaxşı 

özlərini  hiss  edirdilər.  Əsasən  J.Dejerinin  nevrotik  xəstələrlə  aparılan  inandırma 

texnikasında istifadə edilirdi.  

Psixokorreksion  qruplar  əsasən  psixoterapiya  üsulundan  istifadə  edərək  böyük 

nailiyytlər qazanır. Məqsəd və vəzifələrdən asılı olaraq bir neçə qruplar ayırd etmək 

olar:  görüş  qrupları,  geştalt  qrupları,  psixodrama,  bədən  terapiyası  qrupları,  art-

terapiyaları və s. 

Qrup  psixoterapiyasınının  əsas  məqsədləri,  əlbətdəki,  müxtəlif  yanaşmalar  və 

nəzəri  strukturlara  uyğun  olaraq  dəyişir.  Lakin  bəzi  məqsədlər  ümumi  bütün 

qruplara aiddirlər: 1. Hər bir qrup üzvünün problemini müəyyənlişdirmək. Bununla 



39 

 

 



 

dekompensasiyanı  ortadan  qalxızmaq  olar  və  xəstəliyin  simptomatikasının 

azalmasına nail olmaq olar.  

2. Şəxsiyyətin kompetentliyini yüksəltmək, cəmiyyətə adaptasiyanı artırmaq, özü və 

başqaları haqda bilikləri və təsəvvürləri artırmaq, qrup münasibətlərini düzəltmək. 

3.  Şəxsiyyətin  inkişafını  tezləşdirmək,  qrup  terapiyası  insanı  yaradıcı  tərəflərini 

tapmağa kömək edir. Məsuliyyət anlayışını formalaşdırmaq. 

5. Şəxsiyyətin individual və qrup şəklində fərqli tərəflərini tapmaq. 

6.  Məqsədlərinə  və  yaradıcı  potensialını  reallaşdırmaq  üçün  şəxsiyyətin  cəmiyyəti 

düzgün anlamasını inkişaf etdirmək. 

Qrup  psixoterapiyası  güzgülər  sistemidir  ki,  insanda  özü  haqqında  həcmli 

formada  biliklər  formalaşdırır,  seçim  diapazonunun  genişləndirir  və  əvvəl  həllini 

tapmayan problemlər indi həllini tapır.  

Qrup terapiyasının bəzi ənənələri-tələbləri vardırki,onlara riayət etmək mütləqdir. 

1.

 

Qiymətləndirməmək, yalnız hisslərin təsvirini etmək lazımdır. 



2.

 

Emosional vəziyyətini ətraflı formada aydınlaşdıraraq cavab vermək. 



3.

 

Yalnız  öz  emosional  vəziyyətini  deyil,  həmdə  qrup  üzvlərinin emosiyalarını 



hiss eləmək bacarığını inkişaf elətdirmək. 

4.

 



Qrup üzvünün müəyyən davranışına ehtimali motivlərin gətirilməsi. 

5.

 



Qrup əlbətdəki “burada və indi” prinsipinə cavab verərək çalışır. 

Qrup  terapiyasının  üstünlükləri:  emosional  istilik  alma  tələbatının  ödənməsi, 

qrupda  əldə  edilən  təcrübə  insana  gələcəkdə  kömək  olur,  insanın  suallara  cavab 

tapmaq  imkanı,  başqa  üzvlərlə  identifikasiyanın  mümkünlüy,  iqtisadi  baxımdan 

individual psixoterapiyadan daha ucuz başa gəlir, cəmiyyətin hər üzvünə uyğun bir 

terapiyadır. 

 

3.4.12  addım  proqramı.  Anonim  Alkoqoliklər  və  Anonim  Narkomanlar 



Cəmiyyətləri 

 

Anonim Alkoqoliklar beynəlxalq təşkilatdır ki, 1935 ildə Bil Vilson və Dr. Bob  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə