31
hüceyrələrinin destruktiv dəyişikliklərini və baş beyinin pozuntusunu müşahidə
etmək mümkündür. Kompyuter tomoqrafiyasının nəticəsinə görə morfin
narkomaniyasından əziyyət çəkən pasientlərdə beyin atrofiyası müşahidə olunur.
Xəstələrdə bəzi dəyişikliklər baş verir: Yüksək oyanıqlıq, disforik və apatiko-
abulik depressiyyalar formasında kəskinləşən affektiv pozuntular yer alır. Oyanıq-
isterik şəkillli reaksiyalar,maraqların sönməsi ilə müşahidə olunan psixo-sosial
disfunksiya, emosional-iradə sferanın anımaliyaları, meyllər sferasının dəyişməsi,
seksual tormozlanma, ipoxondriya və fobik pozuntular baş verə bilər.
Şəxsiyyət pozuntularına gəldikdə isə pozuntular yavaş-yavaş başlayır baş
qaldırmağa, premorbid xüsusiyyətlərin çoxalması nəzərə çarpır. Narkotikinin qəbulu
davam etdikcə, dəqiq psixopatobənzər simptomlar, mənəviyatın, etikanın enməsi,
hisslərin kasadlığı, təfəkkürün enməs, passivliyin çoxalması olur, dezadaptasiya,
xarater defektlər, əmək qabiliyyətinin enməsi və yox olması müşahidə edilir.
Emosional davamsızlıq çox qabarıq gözə çarpır. Şəxsiyyətdəki dəyişikliklər baş
verdikcə, bir sözlə ümumiləşən bir anlayış yaranır - “narkoman şəxsiyyət”.
Davranışın tipik xüsusiyyətləri: eqoizm, yalançılıq, qeyri-ardıcılıq, emosiyaların
nəzarətsiliyi,başqalarını günahlandırmaya həvəsin yaranaması, valideynlik
məsuliyyətinin itməsi, distansiya hissinin itməsi, kobudluq, ana instiktinin
ölməsi,professional qabiliyyətlərin itməsi.
19
Avtorlar qeyd edirlər ki, morfin alüdəçiliyindən əziyyət çəkən xəstələrdə intellektual
göstəricilərin dəyişikliyi dahada enir: maraq dairəsinin daralması – fikirlərin
narkotikda olması, anlayışların primitivliyi, xırda problemlərdə ilişmə, sintez
prosesinin tormozlanması, diqqət konsentrasiyanın itməsi, yayınması, söhbətin
mövzusunun yayınması, hafizədə boşluqların yaranması, fiksasion və reproduktiv
hafizənin enməsi, təxəyyülün kasıblaması, motivasiyanın olmaması, apatik
vəziyyətin çoxalması. İntellektual sferada yaranan dəyişiklər tranzitor xarakter
19
Козлов, А.А. Изменения личности у больных опийной наркоманией / А.А. Козлов, М.Л. Рохлина
// Независимый психиатрический журнал. – 2004. — II. с.35-37
32
daşıyır. Tədqiqatlar göstərirki, narkotiklərdən uzaqlaşma intellektual-mnestik
sferanın düzəlməsində böyük rol oynayır.
Affektiv sferanın pozulması bir çox xəstələrdə gözə çarpır. Abstinent və
postabstinent periodlar zamanı dahada qabarıq özünü göstərir. Daha çox disforiya,
emosional labillik, ipoxondriyalıq, səbrsizlik, asteniya rast gəlinir. Gözə çarpan
simptomlardan biridə ipoxondriyadırki, əvvəllər bu insanlara xas olmayıb. Xəstələr
təşvişli formada ən qorulu xəstəliyə tutulduqlarını anlatmağa çalışırdılar, somatik
hissiyatlarına diqqət yetirirdilər. Başqa həkimlərə müraciət etmək istəyən xəstələr öz
səhhətləri barədə çox narahat olurlar. Lakin, bununla bərabər, narkotika qarşı tənqidi
hiss olmurdu. Onların ipoxondrik danışıqları real xəstəlikləri ilə heç bir formada
uzlaşmırdı.
Remissiya vəziyyətində olan xəstələrdə daha çox təşvişli- disforik və apatik-
disforik hallar, baş verir, hansılar ki, sonradan (2-4 və daha çox aydan keçdikdə)
apato-abulik vəziyyətlə əvəzlənir. (Bax .Cədvəl.2.1)
Cədvəl.2.1
Abstinent sindrom dərhal bitən kimi müşahidə
olunan simtomatika
Abstinent sindromdan bir qədər zaman
keçəndən sonra müşahidə olunan simptomatika
(psixo-sosial reabilitasiyasız)
1.
Disforiya
1.
Apatiya
2.
Eksplozivlik
2. Abuliya
3.
Aqressiya
3.
Əmək qabiliyyətin itməsi
4.
Səbrsizlik
4. Maraqların yaranmaması
5. Asteniya
5. Emosional labilliyin dərinləşməsi
6. eyri-adekvat reaksiyaların yaranması
Frustrasiyaya davamsız olan pasientlərdə həzzə tələbat çox yüksək olur. Və bununla
patoloji meylin əsası qoyulmuş sayılır.
20
20
Козлов А, А. Клинические проявления изменений личности у больных наркоманиями. Автореф.
дисс. канд.-М.,1999
33
III FƏSİL. ADDİKTOLOGİYADA PSİXOTERAPİYA
3.1. Psixoterapiya nədir və addiktologiyada istifadə
Psixoterapiya – insan psixikasına müalicəvi psixoloji təsir və psixikanın köməyi
ilə insan orqanizminə təsirdir; səhhətə sağlamlıq gətirmək üçün təsir vasitəsi;
müalicə və tərbiyənin vəhdətidir.
21
Əminliklə demək olar ki, psixoterapiyasiz kimyəvi asılılıqda uzunmüddətli nəticə
əldə etmək çox çətindir. PAM-dən istifadə edən şəxslər bu maddələrin qeyri-
konstruktiv, zərərli olduğunu şüurlu formada anlayır, lakin onsuz bacarmır. Bu
məqamların pasientlərdə olması psixoterapevt üçün əngəllər yaradır. Bəzən xəstələr
hesab edirlər ki, psixoloq və həkimlər onlara nifrət edir, yada yazığı gəlir, və buna
görə onlarla qarşılaşmaq istəmirlər. Çətin məqamlardan biri, əlbətdəki, psixoloji
müdafiəni qırmaq, müqaviməti azaldmaqdır; onlarla inandırıcı, səmimi söhbətin
yaranması və empatik unsiyyət ən əsas vəzifədir. Azonoqnoziyanın olması, yanı öz
xəsətəliyii inkar etmək, özünü sağlam hesab etmək daha böyük çətinliklər yaradır.
Xəstəni müalicəyə motivasiya etmək- psixoterapevtin ikinci məqsədidir. Insan özü
asılılıqdan “yaxa qurtarmaq istəməsə” onu heç kəs məcburi olsa belə çüalicəyə
vadar edə bilməz. Insan özü, əlbətdəki, psixoloun köməyi ilə psixoloji asılılıqdan
azad ola bilər. Onun hər tərəfli pis cəhətlərini öyrənərək, PAM uzaqlaşa bilər.
Asılı insana kömək olmaq üçün əlbətdəki, onun anamnezini dəqiq öyrənməkdən
başlamaq lazımdır. Travmatik vəziyyətləri aşkar edərək, onların kökündən yox
edərək, yanı yenidən onlar üzərində işləyərək, o fikirləri qeyri-adaptiv formadan
adaptiv formaya keçirərək biz bir nəticə əldə edə biləcəyik. Buraya həmdə
şəxsiyyətinin strukturunu, psixi funksiyalarının xüsusiyyətlərini öyrənmək lazımdır.
Uşaqlıqda , yeniyetməlikdə bütün baş vermiş hadisələri öyrənərək biz insanı
asılılıqdan qurtara biləcəyik. PAM-dən asılılığın səbəbləri qabarıq bizə görünsədə,
əslində istifadə etməyə vadar edən fikirlər çox dibdədir. PAM-dən istifadə edən
21
Карвасарский Б. Д. Психотерапия: учеб. для вузов / Изд. 2-е, переработанное. СПб: Питер,2002. с.6