Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»


Qazların filtrləmə ilə təmizlənməsi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

 

Qazların filtrləmə ilə təmizlənməsi 
Sənayedə alınan qazların təmizlənməsi kimya istehsalının ən vacib məsələlərindən 
biridir. Buna görə də qazların təmizlənməsi kimya texnologiyasında geniş yayılmış 
proseslərdəndir

Sənaye qazlarının asılı halda olan bərk və maye hissəciklərdən 
təmizlənməsi aşağıdakı məqsədlər üçün həyata keçirilir:
1. Atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün
2. Qazlardan qiymətli məhsulları ayırmaq üçün
3. Qazlardan zərərli qarışıqları ayırmaq üçün. Bu zərərli qarışıqlar qazların 
sonrakı emalına mənfi təsir göstərir ( katalizatorun aktiv səthini örtür, onu 
zəhərləyir, alınan məhsula qarışaraq onu çirkləndiri və s.) və ya avadanlığı 
aşındıraraq sıradan çıxarırlar; 
Sənayedə qazların çirklənməsi aşağıdakı hallarda baş verə bilər: 
1) Bərk maddələrin xırdalanması, ölçülərinə görə fraksiyalara ayrılması və 
pnevmatik nəql edilməsi. 
2) Bərk yanacaqların yandırılması zamanı. 
3) Qaz və bərk fazalar arasında gedən katalitik proseslər zamanı və s.
Bu proseslərdən alınan tozlu qazların tərkibində asılı halda olan bərk 
hissəciklərin ölçüləri 3÷70 mkm olur. Dumanın əmələ gəlməsi qazın tərkibindəki 
buxarların kondensləşməsi və ya qaz axının maye layından keçməsi nəticəsində 
baş verir. Dumanın tərkibindəki maye damcıları çox kiçik (0,001÷1 mkm) olurlar. 
Qazların təmizlənməsi üçün aşağıdakı üsullardan istifadə edilir. 
1) Ağırlıq qüvvəsi təsiri altında çökdürmə 


2) Mərkəzdənqaçma qüvvəsi təsiri altında çökdürmə 
3) Fltrləmə ilə təmizləmə 
4) Nəm üsulla təmizləmə 
5) Elektrik qüvvələri təsiri altında çökdürmə. 
Qazların təmizlənməsi proseslərinin səmərəliliyi (f.i.ə.) təmizləmə dərəcəsi 
deyilən kəmiyyətlə xarakterizə olunur və aşağıdakı düsturlarla təyin edilir. 
ŋ =
𝐺
1
−𝐺
2
𝐺
1
∙ 10
burada G

və G
2
uyğun olaraq çirkli və təmizlənmiş qazlarda hissəciklərin kütlə 
sərfi, kq/saatla 
Qazları tələb olunan yüksək təmizliyə çatdırmaq üçün çox vaxt onların ardıcıl 
olaraq kobud, orta və incə təmizləmə üsullarının köməyilə bir neçə mərhələdə 
təmizləyirlər. Qazların filtrləmə ilə təmizləmək üçün qaz filtrlərindən istifadə 
olunur. Onlara verilən tozlu qaz məsaməli arakəsmədən keçir, bərk hissəciklər isə 
arakəsmənin səthində tutulur. Qaz filtrləri arasında ən geniş tətbiq olunan əlcəkli
filtrlərdir. Bu filtrlərə tozlu qaz ventilyator vasitəsilə vurulur, giriş ştuserindən (1) 
keçərək qazpaylayan kameraya (2) daxil olur və filtrlərin əlcəkləri (3) arasında 
paylanır. Əlcəklərin yan səthi deşikli borulardan ibarət olub filtrləyici arakəsmə 
içərisində geydirilir və aşağı ucları boru şəbəkəsində (4) kip bərkidilir. Filtrləyici 
arakəsmədən keçən qaz çıxış borusu (5) ilə aparatdan xaric olur, bərk hissəciklər 
isə arakəsmənin səthində yığılır və müəyyən vaxtdan bir filtr dayandırılır və toz 
xaric edilir. Filtr üçün fasiləsiz iş şəraiti yaratmaq məqsədilə onları çox şöbəli 
düzəldirlər və şöbə ilə bunların biri işləyir, digəri tozdan təmizlənir. Əlcəkli 
filtrlərdə yüksək təmizləmə dərəcəsi (98 – 99 
%
) əldə etmək olur. 
Əlcəkli filtrlərin mənfi cəhətlərindən filtrləyici materialın tez yeyilərək sıradan 
çıxmasını və materialın məsamələrinin tutulmasıdır. 
Əlcəkli filtrlər üçün əlcək materialın seçilməsi onun mexaniki möhkəmliyi
temperaturu və kimyəvi yeyiciliyə qarşı davamlılığı ilə təyin edilir. Filtrin əlcəkləri 
pambıq, yun parçalarından, sintetik parçalarından, şüşə və silikat polimerləri 
materiallarından saxsı və metal-saxsılardan hazırlanırlar. Bəzən tozlu qazları 
xırdalanmış şlak, koks, kvars qumu laylarından keçirməklə filtrləyirlər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə