Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Sayt işləmir.  8  www.nizamibelediyyesi.az  Sayt işləmir.  Mənbə



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix06.01.2022
ölçüsü1,16 Mb.
#82636
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Abbasov-smay-l-M-t-lib-o-lu-Yeni

  

  Sayt işləmir. 

www.nizamibelediyyesi.az 



Sayt işləmir. 

Mənbə: 

İnternet axtarış sistemindən data yığılaraq müəllif tərəfindən tərtib edilmişdir 

Yuxarıda  qeyd  edilən  aktiv  saytlar,  bələdiyyələrin  öz  maliyyə  imkanları 

hesabına  başa  gəlmişdir  və  digər  bələdiyyələrin  veb  saytlarının  olmaması  və 

innovativ yeniliklərin tətbiq edilməsi üçün maliyyə qaynaqlarının zəifliyi göstərilə 

bilər. Lakin, burada ən əsas məsələ məhdud imkanlarla yeniliklərə açıq olmaq və 

innovativ  düşünə  bilməkdir.  Bunun  üçün  gənc  kadrları,  bələdiyyə  qulluqçuları, 



59 

 

rayon  və  şəhər  aktiv  gəncləri  bir  layihədə  cəmləşdirmək  olar.  Məsələn, 



bələdiyyənin  sadə,  informasiya  xarakterli  veb  saytın  ərsəyə  gəlməsi  bazar 

qiymətini  nəzərə  almaqla  toplam  350-500  manat  civarında  və  ya  yalnız  texniki 

ödənişləri  yerinə  yetirməklə  100  manata  təşkil  etmək  olar.  Əslində  veb  saytın 

hazırlanması, datanın toplanması, kontentin işlənilməsi və s. texniki məsələləri bir 

layihə  altında  ərsəyə  gətirmək  mümkündür.  Şəhər  və  rayonun  aktiv  gənclərini, 

tələbələrini  şərti  adı  olaraq  “bələdiyyənin  inkişafı  naminə”  iyul-avqust  ayında  2 

aylıq  layihə  tərtib  edib,  onları  layihədə  birləşdirərək  veb  saytı  istifadəyə  vermək 

olar. Həmçinin bu layihənin təcrübələrini digər bələdiyyələrlə bölüşərək zəncirvari 

şəkildə  ölkə  üzrə  e-bələdiyyənin  inkişafında  iri  addımlar  atıla  bilər.  Bunun  üçün 

belə layihələri yarada biləcək rayonun aktiv gənclərini, tələbələri bir layihə altında 

cəmləşdirmək  və  ya  gənc  bələdiyyə  qulluqçularını  işə  götürərək  bələdiyyə 

strukturunda gəncləşdirmə siyasəti həyata keçirilə bilər. 

Hal-hazırda  ölkəmizdə  e-bələdiyyəçiliyin  tətbiq  sahəsi  ötən  müddətlə 

müqayisə etdikdə qisməndə olsa qənaətbəxş qəbul etmək olar. Belə ki, ölkəmizdə 

e-bələdiyyəçilik  sisteminə  keçid  stasionar  ödəniş  sistemlərinin  tətbiqi  ilə 

başlamışdır  və  əsas  tətbiq  edilən,  bütün  bölgələrdə  daha  geniş  istifadə  olunan 

“milliÖn”, “eManat”, “easyPay” stasionar onlayn ödəmə sistemləri vasitəsilə yerli 

vergilərin,  bir sözlə bələdiyyələrin vergi və  rüsumların ödənişini həyata keçirmək 

mümkündür.  Ancaq  bu  sistemlərdən  ölkə  üzrə  mövcud  olan  1607  bələdiyyədən 

yalnız  40-a  yaxın  bələdiyyə  istifadə  etməkdədir.  Digər  bələdiyyələrin  vergi  və 

rusumların  onlayn  şəkildə  qəbul  prosesi  vergi  müfəttişlərinin  təqdim  etdiyi 

bildirişlər,  qaimələr  əsasında  bələdiyyənin  bank  hesabına  ödənməsi  ilə  reallaşır. 

Belə  onlayn  ödəniş  sisteminə  qoşulması  üçün  ilk  öncə  vergi  ödəyicilərin  ümumi 

datası yığılmalı, hansı ödəyici hansı vergi növünü ödəyəcəyini və ödənişin həcmi 

müəyyənləşdirilməli, bir sözlə sənədlərdə olan məlumatları elektronlaşması prosesi 

başa  çatmalıdır.  Bələdiyyənin  sərhədləri  və  bələdiyyə  ərazində  olan  bütün 

vergilərin növü, dərəcəsi, vergi ödəyicilərin məlumat bazası, ev ünvanlarının dəqiq 

yeri və digər məlumatlar sistemə daxil edilməlidir. Belə olan halda onlayn ödəniş 

sistemindən tam şəkildə tətbiq edilə bilər. 



60 

 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə