Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,51 Mb.
səhifə5/5
tarix26.09.2017
ölçüsü0,51 Mb.
#1824
1   2   3   4   5

3.2. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin sığortalanması

Sığorta bazarı – xüsusi sosial iqtisadi münasibət, pul dövriyyəsi sferasıdır ki, burada alqı-satqı obyekti rolunu sığorta müdafiəsi həyata keçirilir. Bu bazarın inkişafının və həyata keçirilməsinin obyektiv əsası öncədən gözlənilməyən şərait yarandığı hallarda zərər çəkənlərə pulla yardım edilməsi zəruriliyidir. Müasir sığorta təsnifatına görə sığorta burada həyat sığortasına və qeyri-həyat sığortasına bölünür. Sığortanın aparılması formaları dedikdə isə onun könüllü və icbari formada aparılması anlaşılır. Azərbaycanda sığortanın daha öncə sadalanan formaları və növləri fəaliyyət göstərir ki, bu dövlət və sığorta şirkətləri tərəfindən həyata keçirilir. Biznes risklərinin sığortalanmasının effektiv alətlərindən biri müqavilə öhdəliklərinin icra olunması ilə bağlı maliyyə risklərinin sığortalanmasıdır, harda ki, sığorta şirkəti kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra edilməsi üzündən alınmış zərərin müəssisəyə ödənilməsini öz üzərinə alırr. Bu yüklənməmiş malın (işin, xidmətin) ödənilməməsi, malın göndərilməməsi, işin yerinə yetirilməməsi və başqa ola bilər.

Təsərrüfat subyektləri və onların icra etdiyi sazişlər, xidmətlər haqqında şəffaf və faydalı informasiyanın təqdim edilməsi bazar iqtisadiyyatının zəruri şərti hesab edilir. Sığorta xidməti sahəsində sığorta təşkilatlarının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin mövcudluğunu və sığortalılar qarşısında öhdəliklərin yerinə yetirilməsinə təminatın qanunvericiliyə uyğunluğu sığorta təşkilatlarının tərtib və təqdim etdikləri mühasibat hesabatları üzrə göstəricilərlə müəyyən olunur. [19, s.175]

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin müqaviləsi üzrə sığortaçılar qismində təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, eyni zamanda müqavilə öhdəliklərinin icra olunmaması hadisəsində sığorta edənlə sığorta müqaviləsi bağlayan fiziki şəxslər tanınırlar.

Sığorta edən sövdələşmə üzrə sığortaçı və onun kontragenti arasında müqavilə öhdəliklərini təsdiq edən sənəd olmadığı zaman sığorta sözləşməsini bağlamaqdan imtina edə bilər.Sığorta məbləği sığorta müqaviləsilə müəyyən olunan pul məbləğidir ki, bunun əsasında sığorta haqqı və sığorta ödənişinin həcmi təyin olunur. Sığorta məbləği sığortaçı və sığorta edən arasında razılaşmaya görə müəyyən edilir və sığorta dəyərindən, həmçinin, kontragentlər tərəfindən müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində gəlir itkisinin mümkün həcmindən çox ola bilməz. Sığorta haqqının miqdarı sığorta məbləğindən, tarif stavkası faiz həcmindən asılı olaraq müəyyən edilir və ona kontraktların tipindən və fərdi riskdən asılı olaraq müvafiq düzəlişlər edilə bilər. Sığortaçı sığorta edənə bütün sənədləri və dəlilləri verməyə, eləcə də sığorta edən tərəfindən həyata keçirilməsi üçün zəruri olan bütün məlumatları bildirməyə borcludur.

Bundan başqa, müəssisə öz sığorta şirkətinə istənilən hadisə haqqında məlumat çatdırmağa borcludur, bu sığorta riskinin dərəcəsini artıra bilər. Əgər riskin dərəcəsi xeyli artarsa, onda sığorta şirkəti sığorta müqaviləsinin fəaliyyətini dayandırmağa tam hüququ var. Eyni zamanda sığorta şirkəti ona təqdim edilən informasiyanın nə qədər dəqiq olmasını yoxlaya bilər.

Dünyanın əksər ölkələri üçün intellektual mülkiyyət sferası iqtisadi inkişafın əsas potensialı hesab edilir. Dünyada iqtisadi artımın ¾ hissəsi elmi-texniki tərəqqi hesabına təmin edilir. İntellektual mülkiyyət obyektlərilə beynəlxalq ticarətin həcmi hər il artır. Dövlət və təsərrüfat subyektləri onlara məxsus intellektual mülkiyyətin qeyri-qanuni istifadəsindən böyük zərərə məruz qalırlar. Bununla əlaqədar həmin ziyanın kompensasiyasına tələbat artır. Bu şəraitdə dövlətin güc tədbirləri ikinci plana keçir, keyfiyyətcə yeni metoda zərurət yaranır.

Belə situasiyada mümkün itkilərdən intellektual mülkiyyət sahiblərinin müdafiə forması kimi sığorta haqqında məsələ aktuallıq kəsb edir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin əksəriyyətində, o cümlədən ABŞ-da, Böyük Britaniyada, Fransada sığorta şirkətləri intellektual mülkiyyətin sığorta bazarında uzun müddət uğurla işləyirlər. Məsələn, Fransada bu növ sığorta 1980-ci ildə qurulmuşdır.


3.3. Investisiya riskinin sığortalanması
Əgər bir sahədə investisiya yatırımları artırsa,demək ,orada gəlir,məhsuldarlıq var. Son illərin statistik məlumatlarının təhlili göstərir ki,sığorta riskli sahə olsa da,həm də gəlirli sahədir.Respublikamızda 1992-ci ildən indiyədək heç bir şirkət müflis olaraq bazarı tərk etməmişdir.Bağlanan şirkətlərin fəaliyyətlərinin dayandırılması səbəbi kimi sığorta işinin lazımi səviyyədə təşkil edilməməsi,əhalidə sığorta maarifçiliyinin kifayət qədər olmaması və s. göstərmək olar. Sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün sığorta təşkilatının imkanlarından yüksək olan öhdəlikləri təkrarsığortaya verilməlidir.Təkrarsığorta dedikdə sığorta müqaviləsi üzrə məsuliyyət daşıyan sığortaçının risk məbləğinin mümkün ölçüsünü digər sığortaçıya (təkrarsığortaçıya)təqdim etməsi başa düşülür.Təkrarsığorta prosesində sığortaetdirən və yenidən sığortaçı arasında hüquqi cəhətli qarşılıqlımünasibətlər yaranmır.Sığorta etdirən şəxs qarşısında mümkün zərərin ödənilməsinə görə məsuliyyəti bilavasitə olaraq sığortaçı daşıyır. Sığortaçının ödəniş qabiliyyətinin təmin edilməsi üçün ödəniş qabiliyyətinintəmin olunması üçün aktivlərin ümumi məbləği və onun öhdəçiliyiüzrə məbləğinin arasında mövcud olan fərq kimi hesablanan sığortaçının sərbəst aktivlərinin ölçüsü normativ ölçüyə uyğun olmalıdır,yəni A-H≥N Burada A- sığortaçının aktivlərinin faktiki ölçüsü,H-sığortaçının öhdəçiliyinin faktiki həcmi,N- isə aktivlərin sığortaçının öhdəçiliyindən yüksək olmasını xarakterizə edən normativ ölçüdür. Sığortaçıların ödəniş qabiliyyətlərinin təmin olunması üçün müxtəlif risklərin sığortası üzrə maksimal məsuliyyətin normativlərinə əməl etmək lazımdır.

Qanunvericiliyə əsasən müxtəlif riskli sığorta müqaviləsi üzrə maksimal məsuliyyət sığortaçının şəxsi vəsaitlərinin 10%-dən çox olmamalıdır. Sığorta təşkilatlarının ödəniş qabiliyyətinə onun investisiya siyasəti və aktivlərin yerləşdirilməsi əhəmiyyətli şəkildə təsir göstərir.Məsələn ,təsəvvür edək ki,sığorta kompaniyası sığorta ehtiyatlarını düzgün şəkildə hesablamışdır və o müəyyən olunmuş ölçüyə uyğun olan sərbəst aktivlərə malikdir.Lakin bu kompaniya vəsaitlərini etibarsız bankın və investisiya fondunun depozitlərinə cəlb etmişdir.Belə sığortaçının ödənişinin təmin olunmaması bankın müflisləşməsi və ya onun vəsaitlərdən düzgün şəkildə istifadə etməməsi ilə əlaqədardır.Sığortaçıların sığorta ödənişi üzrə öhdəçiliklərinin yerinə yetirilməsi ilə bilavasitə əlaqədar olan vəsaitlərinin investisiyaya cəlb olunması riskinin azaldılması məqsədi ilə sığortanəzarət tərəfindən investisiyaların xüsusi rejimi müəyyən edilmişdir.Qaydalara əsasən investisiyaların ayrı-ayrı növləri qadağan edilmişdir. Qiymətli kağızlar depozitlər ,daşınmaz əmlak ,valyuta qiymətliləri və s. növlərin əldə edilməsinə yönəldilmiş investisiyalara ümumi məbləğdən maksimal və ya minimal kvotala müəyyən edilmişdir.

Risk dedikdə, bu və ya digər iş adamının fəaliyyət növündən, təbii hadisədən irəli gələn mümkün itki qorxusu başa düşülür. O, riskə gedən adam üçün mənfi, arzu edilməyən nəticədir. Müxtəlif idarəetmə qərarları müxtəlif risk dərəcələrinə malikdir.

Risk hadisəsini olacağını, və ya olmayacağını, olacağı təqdirdə isə üç cür iqtisadi nəticə: mənfi (uduzma, zərər), sıfır, müsbət (uduş, fayda, mənfəət) gözlənildiyini ifadə edir.

Bazar iqtisadiyyatı şəraitində firma və şirkətlər risk etmədən heç nə qazana bilmir. Buna görə də riskə getmək və onları idarə etmək, başqa sözlə desək, risk hadisəsinin yaxınlaşmasını müəyyən dərəcədə proqnozlaşdırmaq və risk dərəcəsini azaltmağa imkan verən tədbirlər görmək qaçılmazdır.

İnvestisiya gəliri – sığorta əməliyyatlarının aparılmasından alınan mənfəətdən başqa sığorta edənin mənfəətinin əlavə mənbəyidir. Mənfəətli investisiya fəaliyyətinin nəticəsində tarif dərəcəsinin strukturunda nəzərdə tutlmuş gəlir dərəcəsi azalır.Müvəqqəti sərbəst vəsaitlərin yerləşdirilməsinin effektivliyindən və etibarlılığından təkcə sığorta edənin gəliri deyil, həm də onun ödəməqabiliyyəti, yəni bütün öhdəliklərinin ödənilməsi imkanından asılıdır. Bununla əlaqədar sığorta ehtiyatlarının yerləşdirilməsi dövlət tərəfindən möhkəm nəzarət altında saxlanılır.[22, s.191]

“İnvestisiya” – xarici mənşəli söz olub tərcümədə gəlirin və sosial effektin alınması məqsədilə hər hansı müəssisəyə, sosial-iqtisadi proqrama, layihəyə uzunmüddətli kapital qoyuluşudur. İqtisadi ədəbiyyatlarda investisiya anlayışı barədə müxtəlif fikirlərə rast gəlinir. Onların içərisində ən geniş yayılan və tez-tez istifadə olunan tərif belədir. İnvestisiya gəlir əldə etmək məqsədilə iqtisadiyyatın müxtəlif sahələrinə, müəssisələrə, sahibkarlıq layihələrinə, sosial-iqtisadi proqramlara pul vəsaitinin və digər kapitalın uzunmüddətli qoyuluşudur.

“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda göstərilir ki, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə vəsaitlər və sərvətlər aşağıdakılardan ibarətdir: − pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; − daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər); − müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; − texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu (“nou-hau”). Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yatırımları kapital qoyuluşları şəklində həyata keçirilir. İnvestorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusu investisiya fəaliyyəti adlanır. İnvestisiya fəaliyyətinin növləri aşağıdakılardır:

− özəl investisiya fəaliyyəti;

− dövlət investisiya fəaliyyəti;

− xarici investisiya fəaliyyəti;

− birgə investisiya fəaliyyəti.

İnvestisiya fəaliyyətinə investisiya – inşaat prosesləri daxildir. Bunsuz əsas fondlarının təkrar istehsalı (yeni obyektlərin tikilməsi, müəssisələrin texniki silahlanması, genişləndirilməsi, istehsal güclərinin artırılması) qeyrimümkündür. Kapital qoyuluşu – əsas kapitala (əsas fondlara) yönəldilən real investisiyadır. Başqa sözlə, yeni obyektlərin inşasına, mövcud müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına və texniki silahlanmasına, maşın və avadanlıqların alınmasına, layihə-axtarış işlərinə çəkilən xərclərdir. İqtisadi məzmununa görə kapital qoyuluşu ictimai məhsulun (yığım fondunun) əsas fondların təkrar istehsalına yönəldilən hissəsidir. Formasına görə kapital qoyuluşu pul vəsaitləri şəklində çıxış edir, hansı ki, əsaslı tikintiyə, əsas fondların tərkibinə daxil olan avadanlıqların və digər əmək vasitələrinin alınmasına sərf olunur.

Beləliklə, kapital qoyuluşu xalq təsərrüfatının inkişafı və əhalinin sosial tələbatının ödənilməsi üçün nəzərdə tutulan əsas fondların yaradılması və təzələnməsi ilə əlaqədar ictimai zəruri xərclərin məcmusudur. Əsas fondların təkrar istehsalı formalarına görə kapital qoyuluşu təsnifləşdirilir: − yeni tikintiyə; − mövcud müəssisələrin genişləndirilməsinə; − texniki silahlanmaya və yenidənqurmaya. Texnoloji əlamətlərinə görə kapital qoyuluşu bölünür: − tikintiyə və montaj işlərinə; − maşın və avadanlıqların alınmasına; − sair kapital işlərinə və xərclərə. İnvestisiyanın uçotu, təhlili və effektivliyinin yüksəldilməsi məqsədilə onun elmi cəhətdən əsaslandırılmış təsnifatı vacibdir.

İnvestisiya məqsədlərinə görə iki kateqoriyaya ayrılır:

1. Əsas fondların yaradılması və təkrar istehsalını təmin edən kapital əmələgətirən investisiya. Elmi ədəbiyyatlarda və praktikada bu investisiya kapital qoyuluşu formasında real investisiya kimi işlədilir.

2. Portfel investisiya – qiymətli kağızlara (səhmlərə, istiqrazlara və s.) və maliyyə aktivlərinə qoyulan kapitaldır. Kapital əmələgətirən investisiya əsas fondların təkrar istehsalı və iqtisadiyyatın müxtəlif sahələrində müəssisələri inkişaf etdirmək məqsədilə qoyulmuş pul vəsaitidir. Real investisiya başlıca olaraq uzunmüddətli kapital qoyuluşudur. Real investisiyanın tərkibinə əsas fondlara investisiya (əsas kapital), torpaq sahəsinin alınmasına xərclər, qeyri-material aktivlərə və dövriyyə vəsaitləri ehtiyatlarının artırılmasına qoyulan investisiya daxildir. Portfel (maliyyə) investisiyası – faktiki səhmlərə, istiqrazlara, vekselə və digər qiymətli kağızlara qoyulan kapitaldır. Qiymətli kağızlar əslində kapitalın kağız dublikatını ifadə edir (praktiki olaraq fiktiv kapitaldır). Fiktiv kapitalın yaranması kommersiya və istehsal fəaliyyətinin genişlənməsi nəticəsində böyük həcmdə kredit resurslarının cəlb edilməsinə tələbatın artması ilə əlaqədardır. Fiktiv kapital tarixən borc qiymətli kağızların alınması əsasında inkişaf etməyə başlamışdır, kağız özü kredit sənədi formasını alır və onun faiz, yaxud dividend şəklində müəyyən gəlir əldə etmək hüququ qazanır. Fiktiv kapitalın əsas funksiyası istehsalın təşkili və genişləndirilməsi üçün pul vəsaitlərini səfərbərliyə almaqdır. İstənilən müəssisə vaxtaşırı istehsal güclərinin və maddi-texniki bazanın təzələnməsinə ehtiyac duyur. Əsas kapitalın yaradılmasına, genişləndirilməsinə, yenidən qurulmasına və texniki cəhətdən silahlanmasına çəkilən xərclər bununla əlaqədardır. Bu isə bazardakı dəyişikliklərin obyektiv və subyektiv səbəblərindən irəli gəlir. Aydındır ki, müəssisə bu dəyişikliklərə istehsalın həcmini artırmaq, yeni məhsul növlərini mənimsəmək və investisiya qoymaq vasitəsilə reaksiya verir.

Müəssisənin xarici dəyişikliklərə reaksiyavermə dərəcəsi müxtəlifdir. Bazarda reallaşdırılan məhsulun həcmini saxlamağa ehtiyac olduğu halda əsas fondların köhnəlmiş hissəsinə kapital qoyuluşu ağrısız keçir. Çünki tələb olunan məhsula vəsait qoyuluşunun riski minimumdur. Əsas fəaliyyətin genişləndirilməsinə investisiya qoymaq və ya istehsal fəaliyyətinin yeni istiqamətlərinə kapital qoymaq haqqında məsələlər çətinliklə həll olunur. Belə ki, bu halda bir sıra yeni amilləri –bazarda əmtəənin satılma şəraitini, əlavə maddi, əmək və maliyyə resurslarının mövcudluğunu, yeni bazarların mənimsənilməsi imkanlarını və s. nəzərə almaq lazım gəlir. Elə olan təqdirdə gələcək fəaliyyətin inkişaf istiqamətləri və investisiya qoyuluşunu planlaşdırmaq zərurəti meydana çıxır. Əsas kapitala qoyulan investisiyadan əlavə vəsait dövriyyə kapitalına (real investisiyalar) və müxtəlif maliyyə alətlərinə (məsələn, səhmlərə, istiqrazlara, qiymətli kağızların törəmələrinə) yatırılmaqla da həyata keçirilə bilər. Buna görə də investisiyalar kapital qoyuluşundan daha geniş anlayışdır, deməli, onları eyniləşdirmək yanlış fikirdir. İnvestisiyalar sərt rəqabət mübarizəsində (həm daxili, həm də xarici bazarlarda)müəssisənin fəaliyyət göstərməsinə və bir addım irəli getməsinə kömək edir, öz məhsullarının qiymətlərini daha çevik tənzimləmək imkanı yaradır və s. Çəkilən xərclərin özünüödəməsi layihələrinin reallaşdırılması və iri layihələrdən gəlir əldə olunması prosesləri uzun illər çəkir. Ona görə də inkişaf tempini artırmaq, iqtisadiyyatı canlandırmaq və dinamik inkişaf etdirmək vacibdir. Əgər aşağıda sadalananlar üçün vəsait tapılmasa, onda gələcəkdə müəssisənin normal işini və sabit maliyyə vəziyyətini təmin etmək imkanı əldən çıxa bilər:

− istehsalın genişləndirilməsi və inkişafı;

− əsas vəsaitlərin müntəzəm surətdə təzələnməsi;

− istehsalın texniki səviyyəsinin kəskin yüksəldilməsi;

− prioritet sahələrdə məhsulun keyfiyyətinin və rəqabətqabiliyyətinin artırılması; - təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi;

− qiymətli kağızlar və müəssisənin digər aktivlərinə vəsait qoyuluşu üzrə fəaliyyətin aktivləşdirilməsi.

Beləliklə, investisiya ən mühüm iqtisadi kateqoriyadır, bütün səviyyələrdə və sadə və geniş təkraristehsal proseslərində, struktur dəyişikliklərində, gəlirin maksimallaşdırılması və bu əsasda bir çox sosial problemlərin həllində son dərəcə əhəmiyyətli rol oynayır.

İnvestisiyalar müxtəlif əlamətlərə (meyarlara) görə təsnifləşdirilir:

1. Kapitalın yatırılma obyektlərinə görə. Yeni yaradılan müəssisələrə, mövcud əsas fondların yenidənqurulmasına, genişləndirilməsinə və texniki silahlanmasına qoyulan real investisiyalar. Onlar öz növbəsində başlanğıc investisiyalar (netto-investisiyalar) və ekstensiv investisiyalar (reinvestisiyalar) ola bilər. Gəlir əldə etmək məqsədilə, müxtəlif maliyyə alətlərinə, xüsusilə qiymətli kağızlara kapital qoyuluşu maliyyə investisiyaları hesab edilir.

2. İnvestisiya layihələrində iştirakının xarakterinə görə. Birbaşa investisiyalar. İnvestorlar investisiya qoyulan obyektlərin se- çilməsində və kapital qoyuluşunda birbaşa iştirak edirlər. Adətən birbaşa investisiyalar bilavasitə müəssisənin nizamnamə fonduna kapital qoymaq yolu ilə həyata keçirilir. Dolayısı investisiyalar – investorun başqa şəxslərin (maliyyə vasitəçilərinin) vasitəsilə kapital qoymasıdır.

3. İnvestisiya qoyma dövrünə görə. Qısamüddətli investisiyalar – bir ilə qədər dövrə kapital qoyuluşudur. Müəssisələrə qısamüddətli investisiya qoyuluşunun əsasını qısamüddətli maliyyə qoyuluşu təşkil edir. Uzunmüddətli investisiyalar – bir ildən çox dövrə kapital qoyuluşudur. Müəssisələrə uzunmüddətli investisiya qoyuluşunun əsas forması təkrar istehsala vəsait kapital qoyuluşudur.

4. Mülkiyyət formasına görə. Xüsusi investisiyalar – fiziki və hüquqi şəxslərin qeyri-dövlət sektoruna kapital qoyuluşu ilə xarakterizə olunur. Dövlət investisiyaları – dövlət müəssisələrinin kapital qoyuluşudur, həmçinin dövlətin və qeyri-büdcə fondlarının vəsaitləridir.

5. Regional mənsubiyyətinə görə. Milli (daxili) investisiyalar –ölkələrin rezidentləri tərəfindən onun ərazisində obyektlərə kapital qoyuluşu ilə xarakterizə olunur. Xarici investisiyalar – ölkənin investisiya obyektlərinə rezident olmayanların kapital qoyuluşudur. Ölkə müəssisələrinə investisiya qoyuluşunun əsasını real investisiya təşkil edir. Müəssisələrin əksəriyyətinə belə investisiya qoyuluşu müasir şəraitdə onların investisiya fəaliyyətinin yeganə istiqamətidir ki, bu da müəssisələrin investisiya fəaliyyəti sistemində real investisiyaların idarə edilməsinin rolunu əhəmiyyətli dərəcədə artırır.

Biznes layihələrinin məqsədlərini nəzərə alaraq real investisiyaları (kapital əmələ gətirən) aşağıdakı qruplara ayırmaq olar: − əsas kapitala investisiya qoyuluşu; − əsaslı təmir xərcləri; − torpaq sahələrinin və təbiətdən istifadə obyektlərinin alınmasına investisiyalar; − qeyri-maddi aktivlərə (patentlər, lisenziyalar, proqram məhsulları, elmi-tədqiqat və təcrübi-konstruktor işləmələri və s.) investisiyalar; − dövriyyə vəsaitlərinin artırılmasına investisiyalar. İnvestisiyalardan effektiv istifadə edilməsi onların strukturundan əhəmiyyətli dərəcədə asılıdır. İnvestisiyaların strukturu dedikdə onların növlərə görə tərkibi, istifadə istiqamətləri və ümumi investisiya qoyuluşunda onların payı başa düşülür. İnvestisiya qoyuluşunun ümumi həcmində ən çox payı real (kapital əmələgətirən) investisiyaya (80%-ə yaxın) düşür. Kapital əmələgətirən investisiyaların strukturunda əsas yeri əsas kapitala investisiya qoyuluşu tutur. Onun tərkibinə yeni obyektlərin tikilməsinə və mövcud müəssisələrinin yenidən qurulmasına, genişləndirilməsinə və texniki silahlanmasına çəkilən xərclər daxildir.



İnvestisiya fəaliyyəti risklərlə sıx əlaqədardır. İnvestisiya riski kapital qoyuluşundan gözlənilən effektin tam, yaxud qismən itməsidir, hansıki ifadə oluna bilər: investisiya prosesinin müxtəlif mərhələlərində investisiya məhsullarının tam, yaxud qismən itməsində; tikinti-quraşdırma işləri müddətlərinin pozulmasında, yaxud gecikdirilməsində; qoyulmuş vəsaitlərin ödənilməsinin təmin edilməsi mümkün olmayanda. İnvestisiya risklərinin təsnifatı aşağıdakı qrup risklər üzrə aparılır:

    • dövlət tənzimlənməsi;

    • siyasi;

    • ekoloji;

    • sahəvi;

    • maliyyə;

    • idarəetmə;

    • marketinq;

    • rəqabətli;

    • istehsal;

    • hüquqi, yaxud qanuni.

Risklərin idarə olunmasının mövcud metodları riskdən imtina, riskin azaldılması, riskin verilməsi, riskin qəbulu metodlarına bölünür. İnvestisiya risklərinin idarə olunması hüquqi, idarəetmə və maliyyə alətlərini əlavə etməklə göstərilən metodların biri, yaxud bir neçəsi ilə həyata keçirilə bilər. İnvestisiya risklərinin idarə olunmasının ən effektiv alətlərindən biri sığortadır.

İnvestisiya risklərinin sığortalanması eyni vaxtda sığortanın üç sahəsinə daxildir: şəxsi sığorta, əmlak sığortası və məsuliyyət sığortası.

İnvestisiya risklərinin sığortalanması obyektlərini həyatının və sağlamlığının qorunub saxlanılması, əmlakın sahibliyi və sərəncam verilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərin maraqları, sahibkarlıq investisiya fəaliyyətinin həyata keçirilməsi prosesində üçüncü şəxs qarşısında məsuliyyət, əmlak maraqları təşkil edirlər.Sığortanın predmeti isə müxtəlif təzahürlərdə investisiya fəaliyyətidir.

İnvestisiya layihələrinin sığortalanmasının əsas problemləri aşağıdakılardır:


  • düzgün təşkili kifayət qədər mürəkkəb olan layihələrin reallaşması və maliyyələşdirilməsi risklərinin sığortalanması. Sığorta fəaliyyəti lisenziyalaşdırılır. Lisenziya almaqdan ötrü sənədlərin hazırlanması, xüsusilə investisiya layihələrinin reallaşdırılması və maliyyələşdirilməsilə əlaqədar sığorta bazarının yeni seqmentini mənimsəyərkən sığorta şirkətləri üçün çətindir;

  • layihələrin reallaşdırılmasının real mövcud praktikasını obyektiv qiymətləndirilməsilə əlaqədar çətinlik;

  • investisiya layihələrinin reallaşdırılması və maliyyələşdirilməsi risklərinin sığortalanması.

Sığorta biznesində aktuarlı kalkulyasiyanın rolu çox vacibdir. Bir tərəfdən o, sığortaçıya göstərdiyi xidmətin maya dəyərini müəyyənləşdirməyə imkan verir, digər tərəfdən isə onun köməyilə sığorta şirkətinin fəaliyyətində iqtisadi, maliyyə və təşkilati müvəffəqiyyətlərin, yaxud nöqsanların səbəblərinin hərtərəfli təhlili və aşkara çıxarılması üçün şərait yaradılır. Aktuarlı kalkulyasiya müqavilə üzrə sığorta haqlarının həcmini müəyyənləşdirməyə imkan verir. Həmin haqların miqdarı sığorta edən tərəfindən qəbul olunan riskin ölçülməsini nəzərdə tutur.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Azərbaycanda sahibkarlıq risklərinin sığortalanması zəif inkişaf etmişdir ki, bu da sığorta bazarının kifayət qədər inkişaf tapmaması ilə bağlıdır. Biznes risklərinin sığortalanmasının zəif inkişafının əsas səbəblərindən biri sığorta şirkətlərinə sahibkarların inanmaması faktıdır və bu növ sığorta haqqında zəruri informasiyaların olmamasıdır.

Dünya miqyasında iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sığorta xidmətləri geniş yayılmışdır. İnkişaf etmiş qərb ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi və sosial həyatda təsərrüfat subyektlərinin, fərdi təsərrüfatların istənilən addımı məhz sığorta münasibətləri ilə müşayiət olunur. Belə ki, bu ölkələrin istər hüquqi, istərsə də fiziki şəxsləri sığortanın bir çox növləri üzrə öz əmlak və sağlamlığını, bir sözlə, malik olduqları nə varsa, hamısını bütün risklərdən sığorta etdiririrlər. Bununla da hər bir şəxs qabaqcadan cüzi bir məbləğ ödəməklə öz sağlamlığını və əmlakını təminat altına almış olur və hər hansı hadisə nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün heç bir əlavə xərc sərf etmədən sığorta şirkətlərinin ödədikləri vəsaitlər hesabına tez bir zamanda bərpa olunaraq hadisədən əvvəlki vəziyyətinə qaytarılır. Yəni həmin şəxs iqtisadi çətinliyə düşmür və öz fəaliyyətini əvvəlki kimi davam etdirir.

Bildiyimiz kimi hər bir hüquqi və fiziki şəxsin iqtisadi vəziyyəti onun təmsil olunduğu ölkənin iqtisadi vəziyyətinə birbaşa təsir edir.Ona görə də sığorta xidmətlərindən geniş istifadə olunan ölkələrdə iqtisadi cəhətdən öz inkişaf tempini saxlamaqla əhalinin gəlir və yaşayış səviyyəsi yüksək olur. Bir sözlə, sığorta iqtisadi inkişafa təsir edən əsas amillərdən biridir.

Respublikamızda sığorta sisteminin inkişafı və onun dünya sığortasisteminə inteqrasiyasının təmin edilməsi üçün aşağıdakı tədbirlər həyatakeçirilməlidir:



  • ölkənin sığorta şirkətlərinin sığorta , maliyyə və investisiya fəaliyyətinin prioritetistiqamətləri müəyyən edilməli və milli sığortaçıların vergiyə cəlbetmə qaydalarının təkmilləşdirilməsi yolu ilə sığorta resurslarının hərəkətinin səmərəli dövlət tənzimlənməsi mexanizminin işlənib hazırlanması,

  • beynəlxalq sığorta münasibətlərinin və dünya sığorta bazarının qloballaşması meyllərinin təhlili əsasında milli sığorta şirkətlərinin maliyyə sabitliyinin amili kimi təkrarsığorta institutunun inkişaf prespektivlərinin müəyyənləşdirilməsi,

  • lisenziyalaşdırma və cari nəzarət funksiyalarının bir-birindən ayrılması,eləcə də sığorta,investisiya və təkrarsığorta fəaliyyətinə dövlət zəmanəti verilməsini nəzərdə tutan Milli Sığorta Ehtiyatlarını yaradılması,

  • milli sığorta təşkilatlarının maliyyə strategiyası,planlaşdırılması və büdcələşdirilməsi sisteminin işlənib hazırlanması,uçot və hesabatın beynəlxalq standartlara uyğunlaşdırılması,

  • beynəlxalq sığorta və sığorta nəzarəti təşkilatları ilə inteqrasiyanın dərinləşməsi üçün tədbirlərin görülməsi.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



  1. Azərbaycan Respublikasının Konstitusiyası 59-cu maddə.

  2. H.B.Allahverdiyev, K.S.Qafarov, Ə.M.Əhmədov “Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin əsasları”. Ali məktəblər üçün dərslik. Bakı 2006- 834 s.

  3. V.Niftullayev. “Sahibkarlığın əsasları” Bakı, Zaman, 2002- 620 s.

  4. Qasımov.F.H., Qasımova .L.F.”Sahibkarlığın əsasları” Bakı, 2008- 602 s.

  5. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009

  6. Quliyev T.Ə., Şahbazov K.A. Biznesin təşkili və idarə edilməsi dərslik. Bakı:

«İqtisad Universiteti» Nəşriyyatı, 2011- 464 s.

  1. A.M.İmran, “Menecment” (dərslik) - Bakı, ”Nurlan” 2007- 268 s.

  2. L.P. Alen “Kiçik biznesdə necə uğur qazanmaq olar?” Bakı, 1993- 143 s.

  3. Filip Kotler “Marketinqin əsasları”, Bakı, 1993 – 560 s.

  4. Azərbaycanda sığorta sistemi:iqtisadi və sosial proseslərə multiplikator təsiri kimi. Bakı, Qanun Nəşriyyatı 2011- 108 s.

  5. İqtisadi Nəzəriyyə. Dərslik. Vəliyev T.S., Qafarov Ş.S. Bakı, 2002

  6. “Финансовый менеджмент”, под.ред Е.С.Стояновой. Москва, 2000- 454 s.

  7. Azərbaycanın statistik göstəriciləri 2015-ci il. Azərbaycan Dövlət Statistika Komitəsi.

  8. B.A.Xankişiyev Sığorta hamı üçün .Bakı ,2005- 77 s.

  9. B.A.Xankişiyev,P.N.Abdullayev Sığorta işi (dərs vəsaiti) Bakı,2004

  10. Biznesin təşkili və idarə edilməsi /Dərslik. Bakı: «İqtisad Universiteti»Nəşriyyatı, 2011.- 464 s.

  11. Kərimov A.Ə.Sığorta (sığortaçının stolüstü kitabı) Bakı,2000

  12. Xudiyev N.N. Sığorta işi . Azərnəşr, Bakı ,2003- 400 s.

  13. B.A.Xankişiyev Sığorta fəaliyyətinin əsasları Bakı,2006- 274 s.

  14. Xudiyev N.N. Dövlət sığortası və sığorta münasibətlərinin təkmilləşdirilməsi.Bakı,1993

  15. Sığorta jurnalı “Azərbaycan Qarant”N 4.2004, N5.2005

  16. Abbasov A.B., Abbasov S.A. “Maliyyə biznesi” dərslik Bakı 2014- 356 s.

  17. Sığorta bələdçisi.Azərbaycan Respublikası Maliyyə Nazirliyi.Bakı-2009

  18. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanunun 79.2-ci maddəsi

  19. Biznesin əsasları. Dərslik.“Nurlan” Bakı, 2009- 656 s.

Azərbaycanın statistik göstəriciləri Bakı “Səda”, 2015- 814 s.
Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə