Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə7/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

NƏTİCƏ

Məlum həqiqətdir ki, neft sənayesi ölkə iqtisadiyyatımız üçün özəyini təşkil edir. Xüsusilə bu sənaye sahəsinin inkişafı ölkəmizin sosial-iqtisadi inkişafının təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın ixrac məhsullarının böyük bir hissəsinin neft sənayesi məhsulları olduğunu nəzərə alsaq ölkənin gəlirləri baxımından da bu inkişafın nə qədər vacib olduğunu görə bilərik. Təkcə sosial-iqtisadi inkişaf deyil, həm də respublikamızın enerji təhlükəsizliyi baxımından da bunu əsaslandıra bilərik. Dövlətimizin bu mənada əsas vəzifəsi neft sənayesini inkişaf etdirirək, eyni zamanda qeyri-neft sektorunun inkişafına zəmin yaratmaqdır. Ölkəmizin bu mənada ən böyük üstünlüyü sənayenin bu sahəsində olan tarixi zəngin təcrübəsidir. Tarixən neft ölkəsi kimi Azərbaycan istər texnoloji yeniliklər, istərsə də idarəetmədə olan zəngin təcrübəsi sayəsində bu sənaye sahəsinin inkişafında çox böyük yol qət edib.

Belə bir nəticəyə gəlmək olar, ki neft sənayesinin davamlı inkişaf problemi ölkəmizdə ən vacib məsələrdən biridir. Tarixən neft resurslarımızın “vəhşi” istismarı onun kəskin şəkildə azalmasına və təbiətə ağır yaralar vurulmasına gətirib çıxarmışdır. Ancaq son zamanlar neft resurslarının məhdudluğunun dərk edilməsi neft sənayesinin davamlı inkişafını gündəmə gətirmişdir. Neft sənayesinin davamlı inkişafının təmin edilməsində yolları aşağıdakılardır:


  1. Neft sənayesində Qərbin mütərrəqi texnologiya və innovasiya metodlarından geniş istifadə;

  2. Neft məhsullarının çoxşaxəlilyinin təmin edilməsi;

  3. Sənayenin bu sahəsində yeni-yeni idarəetmə mexanizmlərinin tətbiqi;

  4. Ekoloji cəhətdən təmiz istehsala keçilməsi;

  5. Dövlətin yeni tənzimlənmə metodları ilə neft sənayesinin inkişafını təmin etməsi.

Xüsusilə Qərbin mütərəqqi texnoloji və innovasiya metodlarından istifadə neft sənayesinin davamlı inkişafında daha aktual problemdir. Bunu da onunla bağlayardım ki, müasir dövrdə resursların qıtlığı şəraitində ektensiv təssərüfat tipindən intensiv təsərrüfat tipinə keçilməsi bu məsələni aktual səviyyəyə gətirib çıxarmışdır. Artıq neft sənayesi əməktutumlu istehsal sahəsindən elmtutumlu istehsal sahəsinə çevrilmişdir. Burada təklif edərdim ki, neft sənayesinin texnoloji və innovasiyon inkişafında qərb ölkələrinin təcrübəsindən geniş şəkildə istifadə edilsin. Xüsusən Avropanın mühüm neft-qaz ölkələri (Böyük Britaniya. Norveç, Niderland) və ABŞ-ın təcrübəsindən istifadə neft sənayemiz üçün mühüm əhəmiyyət kəsb edir. Ələlxüsus bu sahədə yeni-yeni ixtisaslı mütəxəsislərin hazırlanması və bu ölkələrlə əməkdaşlığın artırılması neft sənayesinin davamlı inkişafında öz müsbət nəticəsini verəcəkdir.

ƏDƏBİYYAT

1. «Heydər Əliyev və Azərbaycan neftinin inkişafı» jurnalı, Bakı 1997

2. Arif Şəkərəliyev. Qoşqar Şəkərəliyev. Azərbaycan iqtisadiyyatı. Reallıqlar və perspektivlər. 2015

3. Azərbaycan Respublikası yanacaq-enerji kompleksinin inkişafı (2005-2015- ci illər) üzrə Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmişdir

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında Hesabat. Bakı, 2015

5. Atakişiyev Müşfiq. Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş

6. Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası: 2011-2014. Dünya Bankı

7. Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmişdir

8. Atakişiyev Müşfiq. Azərbaycanın neft strategiyasının milli iqtisadiyyatın inkişafında rolu. Məqalə. “Vergi jurnalı” 5(119)/2014 89

9. Abdullayev Z.S., Abbasov A.B. Neft sənayesinin iqtisadiyyatı və idarəedilməsi. Bakı. 2000.

10. Əliyev A.Ə., Şəkərəliyev A.Ş. Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti». Bakı.»İqtisad Universiteti» nəşriyyatı. 2002.

11. Əlirzayev Ə.Q. İqtisadiyyat: düşüncələr. baxışlar. Bakı. 2002.

12. Hacızadə E.M. Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri,. Bakı. Elm. 1998.

13. Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində. Bakı. Elm, 2000.

14. Hacızadə E.M., Paşayev T.Ə. Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırılması istiqamətləri. Bakı. Elm. 2000.

15. Hacızadə E.M. Azərbaycanın təbii-qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı. Elm. 2001.

16. Hacızadə E.M. Neftqazçıxarma kompleksin iqtisadi inkişaf modeli, Bakı. Elm. 2002.

17. Hüseynov T.Ə. Sənaye iqtisadiyyatı. Dərslik. 2000.

18. Kazımlı X.H. Xalqın böyük xilaskarı. Bakı. 2001.

19. Nazim Rza İsrafiloğlu. Neft. Qlobal münaqişələr mənbəyi.

20. Əliyev Natiq Ağaəmi oğlu. Azərbaycan neft-qaz sənayesi kompleksinin perspektiv inkişafının idarə edilməsi problemləri

21. AzərbaycanRespublikası DövlətNeft Şirkətinin internet resursları: www.socar.az

22. Azərbaycan Respublikası Dövlət Neft Fondunun internet resursları: www.oilfund.az

РЕЗЮМЕ

«Нефтяной фактор в развитии национальной экономики и улучшению области эффективного использования государства» на тему диссертации посвящена изучению этого вопроса достаточно актуальна, и, несомненно, важные вопросы, направленные на повышение эффективности использования нефти.

Всестороннее и передовые исследовательские работы можно рассматривать как единое целое. В этой главе, новой нефтяной стратегии и ее историческое значение, исследовали роль экономического развития нефтяного сектора Азербайджана были подробно рассмотрены.

Вторая глава диссертации посвящена современной ситуации в нефтяном секторе. В этой главе исследованы были изучены динамика развития нефтяного сектора и формирования характеристик доходов от продажи нефти. Кроме того, тенденции в области использования нефтяных доходов, социально-экономические программы государства реализованы в других проектах и ​​так далее. вопросы были также затронуты.

Третья глава диссертации, механизм для эффективного использования нефтяных доходов, улучшите перспективы не нефтяного сектора проанализированы. В этой главе, механизмы глобализации для повышения эффективности использования нефтяных доходов выясняются. доходы от продажи нефти средства, с учетом интересов национальной экономики, направляя развитие приоритетных направлений было названо самым важным вопросом. Определение приоритетов для использования нефтяных доходов и создания централизованного распределения для него очень важно для нашей страны, чтобы быть одним из вопросов, подчеркнутых. Другие важные секторы экономики, направление нефтяных доходов от не нефтяного сектора, создание новых рабочих мест со счет открытия новых производственных мощностей, другими словами, дальнейшее укрепление мер социальной защиты рассматривается в качестве приоритета в своей экономической политике.

Диссертация справедливо указывал, является конечной целую для добычи нефти в Азербайджане, она является инструментом для улучшения экономики. Существует никаких сомнений в достоверности результатов данного исследования и практической пригодности.

В целом, тезис разработан полностью приемлемый уровень, отвечает соответствующим требованиям и заслуживает самую высокую цену.

SUMMARY

Master dissertation on “The oil factor in the development of the national economy and its effective use of the mechanism of state trends” on the subject of the thesis is devoted to the study of the matter is urgent enough, and undoubtedly important issues to improve the efficient use of oil.

Comprehensive and advanced research work can be considered as a whole. Thus, the first paragraph of this feature - rich and advanced training of research work is sensed and the first chapter of the oil factor in the formation of the Azerbaijani economy, the oil industry is talking about the formation and development issues. In this chapter, the new oil strategy and its historical significance, investigated the role of economic development of Azerbaijan’s oil sector have been considered in detail.

The second chapter of the dissertation is dedicated to the contemporary situation in the oil sector. This chapter investigated the dynamics of development of the oil sector and the formation of the characteristics of the oil revenues were studied. In addition, trends in the use of oil revenues, the state’s social-economic programs implemented in other projects and so on. issues were also touched.

The third chapter of the thesis, the mechanism for effective use of oil revenues, improve the prospects of non-oil sector are analyzed. In this chapter, the mechanisms of globalization to improve efficient use of the oil revenues are being investigated. Oil revenue funds, taking into account the interests of the national economy, directing the development of the priority areas was mentioned as the most important issue. Identify priorities for the use of oil revenues and the establishment of a centralized distribution for this issue to be very important for our republic said. Other important sectors of the economy, the direction of oil revenues from the non-oil sector, the creation of new jobs through the opening of new production facilities, in other words, further strengthening social protection measures being considered as a priority in its economic policy.

Dissertation is rightly pointed out, is the ultimate goal for Azerbaijan’s oil production, it is a tool to improve the economy. There is no doubt the validity of the results of this study and practical suitability.

In general, the thesis developed a fully acceptable level, meets the relevant requirements and deserves the highest price.

Aslanlı Orxan Nazim oğlunun “Milli iqtisadiyyatın

inkişafında neft amili və ondan səmərəli istifadənin dövlət

mexanizminin təkmilləşdirilməsi istiqamətləri mövzusunda

magistr dissertasiyasının

R E F E R A T I
Mövzunun aktuallığı: Neft sivilizasiyasının təşəkkül tapmasından bu yana neft-qaz resurslarının potensialı dünya siyasətində əsas strateji hərbi, diplomatik qüvvə, siyasi-iqtisadi strategiyanın formalaşma mənbəyi, milli gücün önəmli faktoru hesab edilir. Neft və qaz müasir dövrdə zəruri istehsal, iqtisadi və maliyyə resursu olmaqla sənaye potensialının mühüm energetik komponentidir. Müasir sivilizasiyanın sürətli inkişafı mühüm yanacaq-energetika ehtiyatları, neft və qaz olmadan qeyri-mümkün olardı. Sosial gücü, şəhər qurma və aqlomerasiya effekti mühüm olan bu resursa nəzərən bəşər cəmiyyəti ayrılıqda, həmçinin iqtisadiyyatın bütün sahələrində əsas özünü lazımi enerji və nəqliyyat xidmətiylə təmin etmiş olur. Obrazlı desək, neft və qaz kompleksi iqtisadiyyatın investisiya istiliyini alovlandıran güclü və rahat sektor funksiyyası rolunu yerinə yetirir.

Azərbaycan nadir karbohidrogen xammalı ehtiyatlarına malik neft ölkəsidir və onun mənimsənilməsi və istifadəsi ilə bağlı olduqca zəngin tarixə malikdir. Neftin hasilatında mühüm tarixi ənənələri olan respublikamız özünün geniş ehtiyatları ilə paytaxt Bakı timsalında, XIX əsrin sonunda və XX əsrin əvvəllərində sənayeləşən qlobal iqtisadiyyatın əsas enerji regionlarından biriydi. Təsadüfi deyil ki, 1898-1901-ci illərdə dünyada hasil edilən neftin yarıdan çoxu Bakı neft rayonunda çıxarılmışdı. Orta hesabla hər il 10 milyon tona bərabər olan bu toplumun mütləq əksəriyyəti Azərbaycanın hüdudlarından kənarda, demək olar ki, dünyanın 4 bir yanında istehlakçı tələblərini ödənilməsinə yönəldilirdi. Bakı əsas qlobal neft mərkəzlərindən biri kimi möhtəşəmliyini II Dünya müharibəsindən sonra da qoruyub, saxlamış və Azərbaycanda hasil olunan neft bütün dövrlərdə nəhəng dövlətin, SSRİ-nin sənayesinin, hərb maşınının, geniş istismar texnikasının başlıca generasiya mənbəyini təşkil etmişdir.



Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsiynən ilk olaraq neft və qaz sərvətlərinin xalqa məxsusluğu bütünlükə təmin olunmuş və ondan milli, dövlət mənafeyi baxımdan geniş istifadə etdirilməsiyçün real əlverişli şərait yaranmışdır. Bununla yanaşı, yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliyində aşkar olunan iri karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində fəal işlənməsinə də əsaslı zəmin olmuşdur. Bütün bunların fonunda Heydər Əliyevin rəhbərliyi altında ölkənin milli neft strategiyası formalaşmışdır. Praktiki müstəvidə “Əsrin müqaviləsi”-ndən baslanğıcını götürən milli neft strategiyası multiplikativ effektdə prezident İlham Əliyevin inamlı fəaliyyəti sayəsində aparılan geniş islahatlarla daha da təkmil istiqamətə yönəlmiş, çoxsaylı beynəlxalq neft kontraktlarının bağlanmasıyla ölkəyə nəhəng investisiya axınının gəlməsini, transmilli neft və qaz ixrac boru kəmərlərinin inşasını, yeni yanacaq və enerji infrastruktur quruculuğunun, sosial-iqtisadi inkişafa əlavə stimul verən ölkənin milli neft fondunun yaradılmasını təmin etmişdir. İndi bu sərvətlərin daha səmərəli istifadəsi ümummilli inkişaf strategiyasının əsas prioritetlərindən 1-ni təşkil edir. 1994-cü il 20 sentyabrında «Əsrin müqaviləsi»-nin imzalanmasıyla yeni neft strategiyası irəli sürülmüş, dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə neft və qaz yataqlarının birgə istismarına başlanilmışdır. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq saziş iqtisadiyyatımızın dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri bugün göz qabağındadır. Həmin tarixdən başlayan bütün görülən işlər, bugünkü və gələcək nəsillərə xidmət etməkdədir. Bu nəzərdən baxıldıgında seçdiyimiz bu mövzu günün aktual məsələlərindəndir.

Tədqiqatın predmeti və obyekti. Tədqiqatın obyekti neft gəlirlərindən səmərəli istifadə, Azərbaycanın neft strategiyası və ölkənin sosial-iqtisadi inkişafında neftdən daxil olan gəlirlərinin rolunun müəyyən edilməsidir. Tədqiqatın predmeti iqtisadiyyatımızın inkişafında neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması və bu sahədə dövlət mexanizminin hazırlanması istiqamətidir.

Tədqiqatın məqsəd və vəzifələri. Ölkə iqtisadiyyatının inkişafında neft strategiyasının rolunun və əhəmiyyətinin müəyyənləşdirilməsi, bu sahəyə uyğun olaraq elmi təkliflərin irəli sürülməsi, neftdən daxil olan gəlirlərin ölkənin sosial-iqtisadi inkişafında təsiri istiqamətlərinin öyrənilməsi, qeyri-neft sektorunun inkişafı məsələləri təşkil edir.

Tədqiqatın informasiya bazası. Tədqiqat işinin nəzəri, metodoloji əsasını ölkəmizin və xarici ölkə alimlərinin əsərləri, problemlə bağlı mövcud ideya-nəzəriyyələr təşkil edir. Tədqiqatda informasiya bazasını Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qanunlar, müvafiq dövlət qurumlarının hesabat sənədləri, Dövlət Neft Fondunun, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin və digər qurum və şirkətlərin rəsmi-elektron məlumat bazaları, həmşinin müxtəlif elmi jurnalların və dövri mətbuatın məlumatları təşkil edir.

Tədqiqatın elmi yeniliyi. Yeni yanaşma üsullarından istifadə etməklə milli iqtisadiyyatın inkişafında neft amili, neftdən səmərəli istifadənin dövlət mexanizminin hazırlanması, qeyri-neft sektorunun inkişafının əhəmiyyəti açıqlanmışdır. Dissertasiyanın elmi yeniliyi aşağıdakılardır:

  • Tədqiqatda ölkənin neft strategiyasının formalaşması amilləri və xüsusiyyətləri araşdırılmışdır;

  • Müstəqil Azərbaycanın neft strategiyası geniş tədqiq olunmuş və onun uğurları sistemləşdirilmişdir;

  • Neft gəlirlərindən səmərəli istifadə üsulları araşdırılmış və qeyri-neft sektorunun inkişafı, ixrac potensialı və s. məsələlər geniş şərh edilmişdir.


Dissertant: Aslanlı Orxan Nazim o.
Elmi rəhbər: i.e.n. dos. M.M.Sadıqov



Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə