Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 436,54 Kb.
səhifə4/7
tarix23.09.2017
ölçüsü436,54 Kb.
#1220
1   2   3   4   5   6   7

göndərilib. AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəkı kompressor və suvurma platformasına göndərilib. Hazırda “Mərkəzi Azəri”də 5 quyudan laya qaz vurma əməliyyatları davam edir. Bundan əlavə, “Çıraq” platformasında hasil edilmiş səmt

qazının da bir hissəsi mövcud sualtı kəmər vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına nəql edilib. 2011-ci il ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,1 milyon kubmetr olmaqla ümumilikdə 3,3 milyard kubmetr səmt qazı təhvil verilib. Bu isə bütün il üçün planlaşdırılmış 2,3 mlrd kubmetrdən 43,5 faiz çoxdur.

SOCAR 2014-cü ildə 8 mln. 320,4 min ton neft hasil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1% çoxdur. Bu barədə SOCAR-dan məlumat verilib.

2013-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 43 mln. 483,9 min ton təşkil edib ki, bunun da 8 mln. 314,9 min tonu SOCAR-ın payına düşüb. Qaz hasilatı 1.5% artıb.

2014-cü ilin dekabr ayında şirkət 705,5 min ton neft hasil edib.

SOCAR 2014-cü ildə 7 mlrd. 246,1 mln.kubmetr qaz hasil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,5% çoxdur.

2014-cü ilin dekabr ayında şirkət 595,3 mln. kubmetr qaz neft hasil edib, ümumilikdə Azərbaycanda qaz hasilatı 2 mlrd. 448 mln. kubmetr təşkil edib.

Daha öncə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən verilən məlumata görə, 2014-cü ildə şirkət qaz hasilatını 7 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırmışdı.

2013-cü ildə Azərbaycanda qaz hasilatının ümumi həcmi 29 mlrd. 450,6 mln. kubmetr təşkil edib ki, bunun da 7 mlrd. 139,7 mln. kubmetri SOCAR-ın payına düşüb.



40 dollardan aşağını görən neft qiymətlərinə baxmayaraq, ABŞ-ın neft istehsalçıları və OPEC ölkələri kvotalarından daha çox neft hasil etməyə davam edirlər.

2014-cü ildə Azərbaycanda ümumilikdə 41,9 mln. ton neft, 29 mlrd. 615,3 mln. kubmetr qaz istehsal olunub.



Neft 40 dollardan aşağı düşsə də, ABŞ-da şist nefti istehsalçıları, investorlardan aldığı sürpriz dəstək ilə böyümə planları hazırlayırlar.
Təklif bolluğunun qiymətləri aşağı salmasına baxmayaraq istehsalın davam etdirilməsi planlaşdırılır.

Neft şirkətlərinin səhmdarları yüksək gəlir əvəzinə böyüməyə üstünlük verirlər. ABŞ neft hasilatını yüksək səviyyələrdə saxlayaraq, OPEC-in bazarda əhəmiyyətli paya malik olma strategiyalarına mane olmaq istəyir. Bu da neft təklifinin çoxalmasına və qiymətlərin 40 dollardan aşağı düşməsinə səbəb olur.

Bloomberg-in sorğusuna görə, 2014-cü ildə 58 şist nefti istehsalçısının istehsal göstəriciləri 19% artıb. Xərclərdəki 21.7 milyard dollarlıq azalmaya baxmayaraq, istehsal ikinci rübdə, 2014-cü ilin son rübünə nisbətən 4 faiz artmışdır.

2015-cı il yanvar-oktyabr aylarında ölkədə 35 milyon 25,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) çıxarılıb və bu ötən ilin həmin dövrü ilə müqayisədə 2% azdır. Cari ilin 10 ayı ərzində 24 milyard 545,8 milyon kub metr təbii qaz çıxarılıb ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 2,7% aşağıdır. Keçən il Azərbaycanda bütovlükdə 41,9 milyon ton neft, 29 milyard 615,3 milyon kub metr qaz çıxarılıb.


2.2 Neft gəlirlərinin formalaşması xüsusiyyətləri

Neft Fondunun yaradılması neft strategiyasının əsas elementlərindən biri olmuşdur. Neftin ixracından gəlirlər əldə etməyə başlayandan dərhal sonra Neft Fondu qurulmuşdur. Fond modern və şəffaf struktura malikdir və onun fəaliyyəti və gəlirləri barəsində məlumatlar müntəzəm olaraq dərc olunur. Bu, çox vacib məsələdir, belə ki, uğur əldə etmək, ölkəni inkişaf etdirmək və neft gəlirlərindən səmərəli istifadə etmək üçün son dərəcədə şəffaflığın təmin olunması zəruridir.

Dünya praktikası göstərir ki, neft-qazla zəngin ölkələrin heç də hər biri bu ehtiyatdan faydalı istifadəyə və inkişafa yönəltmək gücündə deyil. Bu səbəbdən təsadüf deyil ki, yanacaq ehtiyatları ilə zəngin ölkələrin bu resurslarından istifadəsində səmərəliliyi üzrə əmsalı müxtəlif göstəricilərə malikdir. Respublikamızda bu istiqamətdə həyata keçirilən siyasət Azərbaycanı yanacaq resurslarının realizasiyası nəticəsində əldə etdiyi gəlirlərin istifadəsinin səmərəliliyi baxımından ilklər sırasına çıxarıb. Bunun da nəticəsidə, ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri hər zaman dinamik xarakter alıb, Azərbaycan qlobal inkişaf yoluna çıxıb, modern tələblərə cavab verən iqtisadiyyat yaradıb, infrastruktur formalaşdırıb, keçid dövrünü başa vurmuş, strateji valyuta ehtiyatlarının miqdarını ildən-ilə artırır və bu sahədə olan digər mükəmməl nailiyyətlərə imza atıb.

Bütün bunlar ölkəni neft və qazın satışından daxil olan milyardlarla dollar vəsaitin düzgün və effektiv şəkildə cəmlənməsinin istifadəsinin real göstəricisi olaraq çıxış edir. Təbii ki, bu yataqların xarici şirkətlərlə bir yerdə işlənməsindən əldə olunan mənfəət, neftin satışından daxil olan gəlirlərin səmərəli idarə olunması, həmin gəlirlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımından önəmli əhəmiyyəti olan layihələrin həyata keçirilməsinə yönləndirilməsinin təmin edilməsi baxımından ümummilli liderin buna müvafiq fərmanıyla təsis olunan Dövlət Neft Fonduna xüsusi toxunmaq lazımdır.

Azərbaycanın ən böyük təbii sərvəti olan neftin millətə, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubluğunu bildirən ulu öndər tarixi qərar qəbul edərək 29.12.1999-cu ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzaladı. Fondun qurulması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli şəkildə bölüşdürülməsinin təmin olunması təşkil edirdi. Respublikamız bu istiqamətdə olduqca yüksək uğurlar qazanıb artıq. Belə ki, Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsinə uyğun olaraq əldə olunan gəlirlərin toplanması və səmərəli idarə olunmasının ən effektiv mexanizminə çevrilib.

Neft strategiyasının bir qolu olan Dövlət Neft fondu təsis olunarkən onun aktivləri həcmi 270 mln ABŞ dollarına bərabər idi. Ancaq getdikcə həyata keçirilən düzgün siyasətin nəticəsi olaraq Fondun aktivləri həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 mlrd ABŞ dolları, 2010-cu ilin son nəticələrinə görə 22 mlrd 766 mln ABŞ dollarına çatdı. 2007-2010-cu illər ərzində Neft Fondunun aktivləri təqribən 10 qat artıb. Proqnozlara görə qarşıdakı 5 il ərzində Neft Fondunun aktivləri həcmin 50 mlrd ABŞ dollarına qədər artmağı istisna olunmurdu.

Dövlət Neft Fondunun qarşısında duran əsas məqsədlərdən biri neft gəlirlərinin səmərəli idarə olunmasindan əlavə gəlirlər də əldə etməkdir. 2010-cu il oktyabr ayının 1-inə Fondun qurulmasından həmin günə qədər Neft Fondunun idarəetmədən cəmi gəlirləri ilk dəfə olaraq 1 mlrd ABŞ dollarını ötüb. Qazanılmış olan bu birinci milyard, təbii resurslardan əldə olunmuş və toplanılmış vəsaitlərin artıq yetərincə əhəmiyyətli, müstəqil və ən əsas daimi olaraq gəlir mənbəyi olacağına əminlik yaradır.

Ümumiyyətlə, qurumun formalaşması ölkənin neft və qaz ehtiyatlarının işlənməsindən əldə olunan gəlirlərin istifadə olunmasında israfçılığa, əyriliyə səbəb ola biləcək halların qarşısını almaq, həmçinin, şəffaflığın tam təmin olunması istəyi ilə əlaqədardır. Fondun fəaliyyətində əsas məqam neft-qaz hasilatından əldə edilən maliyyə vəsaitlərinin bugünkü və gələcək nəsillərin mənafeyinə görə səmərəli idarəolunması təşkil edir.



Neft Fondunda cəmlənmiş neft gəlirlərindən əldə olunan vəsaitlərin səmərəli

istifadə olunmasını təmin etmək məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 27 sentyabr 2004-cü il Fərmanı ilə “Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya” təsdiq olunmuşdur. Bu strategiyaya uyğun olaraq gəlirlərin aktiv şəkildə, həmçinin iqtisadiyyatın qeyri-neft sektorunda, kiçik-orta sahibkarlığın, regionların inkişafı, infrastruktur sahələrinin geniş miqyaslı inkişafında, yoxsulluğun azaldılması üzrə layihələrin həyata keçirilməsində, «insan kapitalının» inkişafında, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və başqa bu cür istiqamətlərdə istifadə edilməsi nəzərdə tutulur.

Dövlət Neft Fondu beynəlxalq əlaqələr işində də fəaliyyət istiqamətini ildən-ilə genişləndirir. Bugün Fond dünyanın əksər maliyyə firmaları, banklar və beynəlxalq təşkilatlarıyla sıx əməkdaşlıq etməkdədir. Ümumiyyətlə, Neft Fondunun beynəlxalq münasibətlərin inkişafı istiqamətləri aşağıdakı formada həyata keçirilir:



  • beynəlxalq maliyyə firmalarıyla münasibətlərin dərinləşdirilməsi istiqamətində olan əməkdaşlıq;

  • təcrübələrin tətbiqi, təhsilin və mübadilə sahəsində beynəlxalq firmalarla əməkdaşlıq;

  • işgüzar münasibətlərin və dostluq əlaqələrin qurulması, mövcud əməkdaşlığın dərinləşdirilməsi.

Dövlət Neft Fondunun maliyyə aktivlərinin həcminin durmadan çoxalması şəraitində Fondun maliyyə fəaliyyəti, həmçinin strateji əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsində rolu genişləndikcə beynəlxalq maliyyə qurumlarının Neft Fonduna diqqət və marağı getdikcə artır. Beynəlxalq maliyyə qurumlarının, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ekspertlərinin Neft Fonduna mütəmadi səfərləri, Neft Fondunun maliyyə vəsaitlərinin artımı dinamikası, respublikanın maliyyə sisteminin inkişafı və makroiqtisadi tənzimləmə sahəsində Dövlət Neft Fondunun yeri və tuduğu mövqe, həmçinin müasir iqtisadi tənzimlənmə və maliyyə mexanizmlərinin tətbiq imkanları, Fondun investisiya siyasəti haqda fikir mübadilələri aparılmaqdadır.

Dövlət Neft Fondunun fəaliyyətini tənzim edən mükəmməl qanunvericilik bazası qurulmuşdur. 2000-ci ildə Neft Fondun Əsasnaməsi təsdiq olunandan sonraki ildə ölkə Prezidentinin müvafiq fərmanıyla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə olunması haqqında Qaydalar” və ölkə başçısının digər fərmanıyla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlirləri və xərclər proqramının (büdcəsinin) tərtib və icrası Qaydaları” təsdiqləndi. Ölkə başçısı İlham Əliyevin 27 sentyabr 2004-cü ildə imzaladığı fərmanla təsdiq olunan neft-qaz gəlirlərinin idarə edilməsi üzrə uzunmüddətli strategiya 2005-2025-ci illərdə Fondda toplanan vəsaitlərin idarə olunması qaydalarını özündə birləşdirir. Neft Fondu öz fəaliyyətini bu qeyd olunan sənədlər əsasında həyata keçirir.

İnkişaf etmiş təcrübələrin tətbiqi olunması, təhsil və mübadilə edilməsi üzrə əməkdaşlıqlar Neft Fondunun beynəlxalq münasibətlərin inkişafında önəmli yer tutur. Neft Fondu qurulduqdan bəri Fondun normativ-hüquqi qanunvericilik bazasının təkmilləşdirilməsi, neft gəlirlərinin makroiqtisadi inkişafa təsirinin qiymətləndirilməsi metodikasının tətbiq olunması üzrə beynəlxalq təcrübə hər an öyrənilir və bu sahədə öncül, müasir iqtisadi mexanizmlərin tətbiq edilməsi mühüm əhəmiyyət daşıyır.

Dövlət Neft Fondunun fəaliyyəti, eıəcə də ölkədə həyata keçirilən mineral ehtiyatların hasilatıyla məşğul olan sənaye sahələrində şəffaflıq təşəbbüsünün nəticələri beynəlxalq miqyasda tanınmış qeyri-hökumət təşkilatlarının daim maraq dairəsində olduğu üçün belə təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində də işlər görülüb, bir çox beynəlxalq miqyasda tanınan qeyri-hökumət təşkilatlarıyla mütəmadi görüşlər keçirilir, onları maraqlandıran məsələlər haqqında fikir mübadilələri aparılır.

Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) respublikamızda tətbiq olunması prosesində fəal iştirak edir. Britaniya hökumıətinin keçmiş Baş naziri Toni Bleyrin bu təşəbbüsünə Azərbaycan 2003-cü ildən qoşuldu. Neft Fondunun icraçı direktoru Azərbaycanın 2003-cü ilin noyabr ayında qurduğu MHŞT üzrə Hökumət Komissiyasının sədri vəzifəsini də icra edir. MHŞT-nın Azərbaycanda tətbiqi mexanizmi MHŞT tərəfləri olan MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın artırılması üzrə QKT Koalisiyası tərəfindən hazırlanıb və bu mexanizmaya uyğun olaraq Azərbaycan müntəzəm olaraq Təşəbbüs üzrə hesabatları açıqlayır. Azərbaycan 2005-ci il mart ayının 15-də MHŞT üzrə dünyada ilk hesabatı açıqlayan ölkədir.

2006-cı il oktyabrın 14-dən 16-dək Norveçin paytaxtı Osloda keçirilmiş MHŞT üzrə 3-cü beynəlxalq konfransda Şəffaflıq Təşəbbüsünə beynəlxalq dəstəyin təmin edilməsi və Təşəbbüsün fəaliyyətinin koordinasiyası məqsədiylə İdarə Heyətinin yaradılması qərara alınmışdır. Azərbaycan Təşəbbüsün həyata keçirilməsi işində lider ölkə olaraq İdarə Heyətinə üzv qəbul olunmuşdur. 2007-ci ilin may ayında Neft Fondu MHŞT-nın tətbiqi üzrə “BMT-nin Dövlət Qulluğu Mükafatı” –na layiq görülüb. Dövlət idarəçiliyi sahəsində çox nüfuzlu mükafat hesab olunan “BMT-nin Dövlət Qulluğu Mükafatı” dünyanın əksər ölkələrində dövlət qurumlarının həmin ölkələrin inkişafında verdiyi töhfə və əldə etdiyi uğurların qiymətləndirilməsi məqsədiylə BMT tərəfindən 2003-cü ildə təsis edilib. Neft Fondu Şərqi Avropa və MDB dövlətlərinin dövlət təşkilatları arasında “BMT-nin Dövlət Qulluğu Mükafatı”nı alan 1-ci dövlət qurumudur. 2007-ci ildə “BMT-nin Dövlət Qulluğu Mükafatı” uğrunda mübarizəyə 200-ə qədər ölkə qoşuldu, lakin bir neçə mərhələdən sonra təkcə 14 ölkə bu mükafatı qazanmağa layiq görüldü. 2008-ci il sentyabr ayının 11-də Azərbaycan hökuməti tərəfindən təqdim olunmuş MHŞT-nı dəstəkliyən qətnamənin layihəsi BMT Baş Assambleyasında konsensusla qəbul edildi.

2009-cu ilin fevral ayında Qətərin paytaxtı Dohada keçirilən MHŞT üzrə 4-cü beynəlxalq konfransda öıkəmizdə mədən hasilatıyla məşğul olan şirkətlərin hökumətə etdiyi ödənişlər və dövlət şirkətlərdən daxilolmaları haqqında məlumatların daimi olaraq auditdən keçməklə ictimaiyyətə açıqlandığı və dərc olunduğu, Azərbaycanın MHŞT-yə qoşulan dövlətlər tərəfindən MHŞT-nin prinsipləri və meyarlarının tam tətbiq edildiyini təsdiqləyən qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğu nəzərə alınaraq MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən Azərbaycanın MHŞT-nın tamhüquqlu üzvü statusu təsdiq edilib. Bununla da Azərbaycan MHŞT-nı tətbiq edən və namizəd statusu almış ölkələr arasında tamhüquqlu üzv statusunu almış ilk ölkə olub. Konfransda Azərbaycana MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi uğurlara görə “2009-cu il MHŞT mükafatı”-na layiq görülüb. Azərbaycanın mədən sənayesində şəffaflıq nümunəsi kimi qabaqcıl ölkələrdən biri qəbul edildiyindən onun təcrübəsindən geniş istifadə edilməsinin vacibliyi də qeyd olunub. 2010-cu ilin yekunlarına görə, Azərbaycan Şəffaflıq Təşəbbüsündə lider ölkə kimi qalır və təşəbbüsün beynəlmiləl səviyyədə idarə olunmasında fəal iştirak edir. Bu təşəbbüsdə iştirak edən 30-dan artıq ölkədən 2010-cu ilin sonunda yalnız 6 ölkə tamhüquqlu üzv olmaq statusuna malik oldu və bunlardan da ilki məhz Azərbaycan oldu.

2009-cu ilin axırlarında şəffaflıq göstəricilərinə görə Dövlət Neft Fondu “Linaburg-Meduel Şəffaflıq İndexi” cədvəlində yüksək pillədə qərarlaşıb. Reytinq cədvəli “Linaburg-Meduel Şəffaflıq İndexi” Suveren Fondlar İnstitutunu təsis edənlər - Karl Linaburg və Michael Meduel tərəfindən hazırlanıb. Bu index Suveren Fondların şəffaflığının təmin olunması sahəsində fəaliyyətin qiymətləndirilməsi metodu olmaqla 10 meyar üzrə hesablanır və hər meyar 1 ballıq şkalayla qiymətləndirilir. Dövlət Neft Fondu 10 bal alaraq 45 suveren





Gəlir mənbələri

Gəlirlərin məbləği (milyon manat)

İcra faizi

Təsdiq olunmuş

Faktiki

1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə ARDNŞ-nin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

11 221,3

12 319,8

109,8

2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər

1,7

1,7

100,0

3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

6,3

8,9

142,0

4.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

18,0

13,3

74,0

5.

Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

379,6

387,2

102,0

6.

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar

0,1

0,05

49,7




Cəmi gəlirlər

11 627,0

12 731,0

109,5

Cədvəl2.2014-cü il ərzində Neft Fondunun gəlirlərinin formalaşma mənbələri (mənbə:Neft Fondunun hesabatları)
Fondun arasında 8 ölkənin suveren fondlarıyla birgə 1-ci mövqeni tutub. Reytinq cədvəlinin zirvəsində Dövlət Neft Fonduyla yanaşı, İrlandiyanın (NPRF), ABŞ–ın (Alaska), Norveç (GPF) və Yeni Zellandiyanın suveren fondları qərar tutub. ABŞ-da Petersonun adına olan Beynəlxalq İqtisad İnstitutu 2009-cu ildə tərtib elədiyi reytinq cədvəlində 1-ci onluqda yer tutanlardan biri də Dövlət Neft Fondu olmuşdur.

2010-cu ilin sentyabr ayında açıqlanan “Revenue Watch” İnstitutunun “Transparency İnternational” təşkilatıyla birgə dərc etlədiyi təbii resursların idarə olunmasında şəffaflıq indeksinə dair hesabatda 41 ölkə arasında Azərbaycanın 9-cu yeri alması onu deməyə əsas verir ki, ölkədə neft gəlirlərinin idarə olunmasıyla bağlı həyata keçirilən tədbirlər hətta buna qeyri-obyektiv yanaşan beynəlxalq qurumları da çıxılmaz vəziyyətdə salır və Azərbaycanın bu sahədə uğurlarını qəbul etməyə məcbur edir. Adı gedən hesabatda respublikamız təbii resurslar fondları bölümünə, Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünün həyata keçirilməsi bölümünə görə maksimum nəticəni, yəni 100 balı əldə edib. Beləliklə Neft Fondu institusional cəhətdən formalaşmaqla yanaşı, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə olunması və şəffaflığın təmin edilməsi baxımdan digər ölkələrlə öz təcrübəsini bölüşməyə hazır olan bir quruma dönüşüb.



Neft Fondunun vəsaitləri aşağıdakı layihələrin hesabına formalaşır:

1. Hasilatın pay bölgüsü müqavilələrinə müvafiq olaraq Azərbaycanın payına düşən karbohidrogenlərin ixracından əldə olunan xalis gəlirlər

2. Bonuslar

3. Karbohidrogen ehtiyatlarının işlənməsiylə əlaqədar sərmayəçilər tərəfdən ödənən akr-hesabı ödənişlər

4. Dividendlər

5. Neft və qazın Azərbaycan Respublikası ərazisiylə ötürülməsindən əldə olunan gəlirlər

6. Sərmayəçilər tərəfindən təhvil verilən aktivlərdən daxil olan gəlirlər

7. Fondun aktivlərinin yerləşdirilməsi zamanı və idarə edilməsindən əldə olunan gəlirlər

8. Qrantlar və digər təmənnasız olaraq edilən yardımlar

9. Qanunvericiliyə uyğun olmaqla digər gəlirlər və daxilolmaların hesabına formalaşır.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2016-cı ilin yanvar-mart ayı ərzində ARDNF-nin büdcə gəlirləri 2 023,1 mln Azn, büdcə xərcləri 1 946,7 mln Azn təşkil etmişdir.

Qazın satışından 1869,8 mln Azn, bonus ödənişləri 0,1 mln Azn və 2016-cı ilin yanvar-mart ayı ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsiylə bağlı gəlirləri 1874,3 mln Azn, o cümlədən mənfəət neftinin və tranzit gəlirləri 4,4 mln Azn təşkil etmişdir.

Fondun vəsaitinin idarə edilməsindən əldə olunan gəlirlər 148,8 mln manata bərabər olmuşdur.

Valyuta məzənnəsinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar gəliri 354,1 mln manat təşkil etmişdir.

Hesabat dövründə, ARDNF-nin 2016-cı il büdcənin icrası çərçivəsində 1660,0 mln manat vəsait ölkə büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması və sosial-məişət vəziyyətlərinin yaxşılaşdırılması üzrə işlərin həyata keçirilməsinə 26,5 mln manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasına 6,3 mln manat, «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 2,4 milyon manat vəsait ayrılmışdır.

5 mln manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşməsinə yönləndirilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 241,9 mln manat vəsait ayrılmışdır. 2016-cı ildə ARDNF-nin idarə olunması ilə bağlı xərcləri 4,6 mln manat təşkil etmişdir.

2016-cı il aprelin 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlində olduğundan (33574,1 mln ABŞ dolları) 2% artaraq 34246,0 mln ABŞ dollarına bərabər olmuşdur.

Son illərdə Neft Fondunun vəsaitlərinin ÜDM-un payında artım müşahidə olunmuşdur. 2014-cü ildə Dövlət Neft Fondunun vəsaitləri ÜDM-ə nisbətdə 49,4% artım təşkil etmişdir. 2014-cü ildə yığıma yönəldilən vəsait (1 226,6 milyon ABŞ dolları) Neft Fondunun daxilolmalarının 7,6%-ni təşkil etmişdir. 2001-2014-cü illərdə Neft Fondunun daxilolmaları 117,2 mlrd ABŞ dolları səviyyəsində olmuş və bu vəsaitin 37,1 mlrd ABŞ dolları (31,7%-i) yığıma yönəldilmişdir.

Diaqram2. Neft Fondunun vəsaitinin ÜDM-a nisbəti. (Neft Fondunun hesabatları)
Neft Fondunun investisiya strategiyasının əsas hissəsini irihəcmli itkilərin minimuma endirilməsiylə münasib gəlirliliyin əldə olunması təşkil edir. Portfelin maliyyə alətləri və ölkələr arasında geniş diversifikasiyasının təmin edilməsi, eləcə də makroiqtisadi mühitin daimi təhlil edilməsi bu məqsədə nail olmağa və sabit nəticələr əldə etməyə xidmət edən amillərdən biridir. Fondun investisiya fəaliyyətinin hüquqi bazasını təyin etmək və yüksək şəffaflığın təmin edilməsi məqsədilə dövlət tərəfindən Fondun vəsaitlərinin idarə olunmasının əsas prinsipi və istiqamətləri müəyyənləşdirilmişdir. Fondun vəsaitləri ölkə prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Qaydaları) və Azərbaycan Respublikası Prezidentinin sərəncamlarıyla illik əsasda təsdiq edilən “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə əsasən idarə olunur. İnvestisiya Qaydaları Fondun vəsaitlərinin idarə olunmasının ümumi prinsiplərini müəyyənləşdirir. Belə ki, qeyd olunan İnvestisiya Qaydaları vəsaitlərin maliyyə alətləri və valyutaların bölgüsünə görə, investisiya alətlərinə görə məhdudiyyətləri, xarici menecerlərə yönəlik tələbləri, həmçinin Fondun tərəf müqabili ( kastodial baklar, müxbir banklar və d.) ola biləcək şirkətlərin minimal kredit reytinq dərəcələrini müəyyənləşdirir. İnvestisiya siyasəti Fondun investisiya portfelinin hədəflərini, planlaşdırılan həcm, valyuta tərkibi, vəsaitlərin strateji bölgüsü, hədəf gəlirliliyi (bençmark) və risk həddlərini müəyyənləşdirir. Fondun uzunmüddətli hədəflərinə uyğun olaraq, portfelin investisiya alətlərinə uyğun olan bölgüsü illik əsasda nəzərdən keçirilir və təsdiq olunur. 2015-ci il İnvestisiya siyasətinə əsasən investisiya portfeli aşağıdakı alt portfellərə ayrılır:

• borc öhdəlikləri və pul bazarı alətləri portfeli – investisiya portfelinin məcmu qiymətinin minimum 80 faizi;

• səhm portfeli – investisiya portfelin məcmu qiymətinin maksimum 10 faizi;

• daşınmaz əmlak üzrə portfel – investisiya portfelinin məcmu qiymətinin maksimum 5 faizi;

• qızıl portfeli – investisiya portfelin məcmu qiymətinin maksimum 5 faizi.

2014-cü ilin dekabrına olan vəsaitlərin strateji bölgüsünə görə Fondun investisiya portfelin 87,5%-i sabit gəlirdə qiymətli kağızlardan və pul bazarının alətlərindən, 6,5%, 2,9%, 3,1%-i isə müvafiq olaraq səhmlərdən, qızıl və daşınmaz əmlakdan ibarət investisiyalarından ibarət olmuşdur. Neft Fondunun vəsaitlərinin bir hissəsi xarici menecerlər tərəfindən idarə olunur. ARDNF-nin vəsaitlərin idarə edilməsində xarici menecerlərin xidmətlərindən istifadə etməsi, onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanması, o cümlədən qabaqcıl təcrübənin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyinəzərindən ciddi əhəmiyyət kəsb edir.

Neft Fondu vəsaitlərinin bir qismi aşağıda adları qeyd olunan xarici menecerlər tərəfindən idarə olunur:

-Dünya Bankı – Neft Fondunun aktivlərinin təxminən 223 mln ABŞ dollarına bərabər olan hissəsini idarə edir. (0,60%)

-Deutsche Bank Advisors – Neft Fondunun aktivlərinin təxminən 99 milyon ABŞ dollarına bərabər hissəsini idarə edir. (0,27%)

Göstəricilər



Ölçü vahidi

Hesabat

Gözlənilən

Proqnoz

2011

2012

2013

2014

2015

2016

2017

1.ÜDM bazar qiymətləri ilə




52082.0

53995.0

54740.8

58568.4

59380.4

63057.6

67317.2

Real artım tempi




0.1

2.2

4.5

5.2

5.8

4.8

6.0

Deflyator




22.5

1.5

-3.0

1.7

-4.2

1.3

0.8

2.Özəl sektorun ÜDM-də payı




82.5

81.5

82.5

83.2

82.2

81.8

81.8

3. Neft sektoru, ÜDM-də bazar qiymətləri ilə




26650.5

25520.1

27798.3

22541.1

19024.5

18305.2

18606.9

Real artım tempi




-9.3

-5.0

-1.2

-1.5

2.1

-3.2

1.5

Deflyator




40.6

0.8

-9.6

0.4

-17.4

-0.6

0.2

ÜDM-də payı




51.2

47.3

41.6

38.5

32.0

29.0

27.6

4.Qeyri-neft sektoru, ÜDM, bazar qiymətləri ilə




25431.5

28474.9

31942.6

36027.8

40355.9

44752.4

48710.3

Real artım tempi




9.4

9.7

9.7

10.0

8.1

8.6

7.8

Deflyator




8.0

2.1

2.3

2.6

3.7

2.1

1.0

ÜDM-də payı




48.8

52.7

58.4

61.5

68.0

71.0

72.4

5.Əhalinin gəlirləri




30524.6

34723.0

38388.9

42276.8

47165.1

51576.6

55943.6

Real artım tempi




10.5

12.5

7.0

6.4

7.5

5.2

4.2

6.Əhalinin xərcləri




22184.0

24534.2

26735.0

29243.8

32430.3

35262.5

38136.1

Real artım tempi




6.8

9.4

5.5

5.7

6.8

4.7

3.9

7.Orta aylıq əmək haqqı




364.2

398.4

439.3

479.4

520.1

566.0

618.1

Real artım tempi




1.8

8.2

6.7

5.4

4.5

4.7

4.9

8.İnflyasiya




7.9

1.1

3.3

3.5

3.8

3.9

4.1

Cədvəl3. 2011-2017-ci illərdə makroiqtisadi göstəricilərin istiqamətləri (mənbə: Neft Fondunun hesabatları)

-UBS Asset Management– Neft Fondunun aktivlərinin 664 milyon ABŞ dollarından artıq hissəsini idarə edir. (1,79%)

-State Street Global Advisors – Neft Fondunun aktivlərinin 662 milyon ABŞ dollarından (1,79%) artıq hissəsini idarə edir.


Yüklə 436,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə