Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda KƏRİmov taleh neman oğlunun «Dəyəri xarici valyuta ilə ifadə olunan aktivlərin və öhdəliklərin uçotu və hesabatı



Yüklə 0,62 Mb.
səhifə4/8
tarix12.02.2018
ölçüsü0,62 Mb.
#26846
1   2   3   4   5   6   7   8

Misal 1.3.11.

Məhsul növləri

Maya dəyəri

Satış qiyməti

Satış üzrə xərclər

A

B

C



400 dollar

800 dollar

1000 dollar


430 dollar

900 dollar

1200 dollar


50 dollar

80 dollar

215 dollar


Hesabat dövrünün sonunda məhsulların balansda əks etdirilməli olan dəyəri.

Məhsul növləri

Maya dəyəri

Xalis satış dəyəri

Maliyyə hesabatında əks etdiriləcək dəyər

A

B

C



400 dollar

800 dollar

1000 dollar


380 dollar

820 dollar

985 dollar


185 dollar

800 dollar

985 dollar

Maliyyə aktivlərinin təsnifatı, ilkin qiymətləndiməsi və tanınması, ilkin tanınmadan sonra yenidən qiymətləndirilməsi, həmçinin onlar barədə maliyyə hesabatında informasiyanın açıqlanması məsələlərini MHBS 7, MHBS 32, MHBS 39, MMUS 15, MMUS 36 ilə tənzimlənir.

Həmin standartlara görə maliyyə aktivlərinə müqavilə üzrə gələcəkdə pul vəsaitləri almaq hüququ verən aşağıdakı aktivlər daxildir:


  • ticarət əməliyyatları üzrə debitor borcları;

  • alınmalı olan veksellər;

  • verilmiş borclar üzrə alınacaq debitor borcları;

  • maliyyə icarəsi üzrə debitor borcları;

  • pay qiymətli kağızları;

  • borc qiymətli kağızları;

  • kassada, bank hesablarında olan valyuta (pul vəsaitləri).

İlkin tanınma zamanı maliyyə aktivləri ədalətli dəyərlə, yəni həmin aktiv­lərin əldə olunması üçın verilmiş ödənişlərin ədalətli dəyəri ilə qiymətləndirilir və hesabatda əks etdirilir.

Misal 1.3.12. Şirkət çıfır kupona malik nominal dəyəri 30 min dollar olan istiqrazları 28 000 dollara əldə etmişdir. İstiqrazların balansda tanınan ilkin dəyəri 28 000 dollar təşkil edəcəkdir.

İlkin qiymətləndirmədən sonra maliyyə aktivlərinin sonrakı qiymətlən­dirilməsi üçün MHBS 29 onların aşağıdakı dörd kateqoriya üzrə qruplaşdırılmasını nəzərədə tutur:



  1. Mənfəət və zərər vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən maliyyə aktivləri;

  2. Ödənişə qədər saxlanılan investisiyalar;

  3. Ssudalar və debitor borcları;

  4. Satış üçün mövcud olan maliyyə aktivləri.

Birinci qrupa o maliyyə aktivləri daxil edilir ki, onların aktiv bazarda ədalətli dəyərini müəyyən etmək mümkündür (pay və borc qiymətli kağızları, likvid debitor borcları) və onlar ədalətli dəyərlə qiymətləndirilməlidir.

İkinci qrup üzrə maliyyə aktivləri (təsbit edilmiş məbləğdə gəlir gətirən, təsbit edilmiş ödəmə müddətinə malik olan istiqrazlar, veksellər, adi debitor borclarına aid edilməyən debitor borcları) effektiv faiz dərəcələri metodundan istifadə olunmaqla amortizasiya olunmuş ilkin dəyərlə qiymətləndirilməlidir.

Üçüncü qrupa daxil olan maliyyə aktivləri (verilmiş ssudalar və debitor borcları) effektiv faiz dərəcələri metodundan istifadə olunmaqla amortizasiya olunmuş ilkin dəyərlə qiymətləndirilməlidir.

Dördüncü qrupdan olan maliyyə aktivləri (əvvəlki qruplar üzrə maliyyə aktivlərinə daxil olmayan maliyyə aktivləri) ədalətli dəyərlə qiymətlən­dirilməlidir.

İkinci qrupda yer alan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi qaydasını aşağıdakı şərti rəqəmlərlə nəzərdən keçirək.

Misal 1.3.12. Şirkət sıfır kupona malik nominal dəyəri 48 315 dollar olan istiqrazları 30 000 dollara əldə etmişdir. Faizin effektiv dərəcəsi metodunu tətbiq etməklə onların 5 ilə amortizasiya olunmuş dəyərdə məbləğini müəyyən etmək tələb olunur. Faizin effektiv dərəcəsi 10% təşkil edir. Məsələnin həlli aşağıdakı cədvəldə verilir.

Cədvəl 1.3.1

Faizin effektiv dərəcəsi tətbiq edilməklə amortizasiya olunmuş dəyərin hesablanması


İl

İlkin dəyəri

10% dərəcəsi ilə faiz

Amortizasiya olunmuş dəyər

1 il

2 il


3 il

4 il


5 il

30 000

33 000


36 300

39 930


43 923

3000

3300


3630

3993


4392

33 000

36 300


39 930

43 923


48 315

Əgər maliyyə aktivi dördüncü qrupa aid edilirsə, onda onun sonrakı qiymətləndirilməsi ədalətli dəyərlə aparılır.



Misal 1.3.13. Maliyyə aktivi ilkin olaraq 10 000 dollara əldə olunmuşdur və üstəgəl 100 dollar komisyon xərci çəkilmişdir. İlkin olaraq həmin aktiv 10 100 dollar məbləğində tanınacaqdır. Növbəti gün hesabat ilinin sonudur və bu zaman aktivin kotirovka olunan qiyməti 10 000 dollar təkşkil edir. Aktiv satılmış olsaydı, onun satışı ilə əlaqədar 200 dollar komisyon xərci olardı. Ancaq komisyon xərcinin nə qədər olmasından asılı olmayaraq, həmin aktivin hesabat dövrünün sonuna ədalətli dəyəri 10 000 dollar təşkil edəcəkdir, 100 dollar məbləğində olan zərər isə kapitalda tanınır.

MHBS 39 və MMUS 36-ya əsasən bütün maliyyə öhdəlikləri ilkin olaraq tanınan zaman ədalətli dəyərlə əks etdirilməlidir. Ancaq əgər maliyyə öhdəlikləri ədalətli dəyərlə mənfəət və zərərlər vasitəsilə qiymətləndirilmirsə, onda onlar ədalətli dəyər, üstəgəl sövdələşmə xərcləri ilə qiymətləndirilməlidir. İlkin tanınmadan sonra şirkət özünün bütün maliyyə öhdəliklərini effektiv faiz metodunu tətbiq etməklə amortizasiya olunmuş dəyərlə əks etdirməlidir. Bu qayda aşağıdakı maliyyə öhdəlikləri üçün istisnalıq təşkil edir:

(a) mənfəət və zərərlər vasitəsilə ədalətli dəyərlə qiymətləndirilən maliyyə aktivləri;

(b) maliyyə aktivinin verilməsi onun tanınmasının dayandırılması altına düşmədiyi zaman yaranan maliyyə öhdəliyi;

(c) maliyyə qarantiyaları müqavilələri;

(ç) ssudanın bazar üzrə olan faiz dərəcəsindən aşağı olan dəyərlə verilməsi haqda razıdaşmalar (sazişlər).

Beləliklə, biz aktivlərin və öhdəliklərin xarici valyuta ilə yenidən hesab­lan­masından əvvəl ilkin və sonrakı qiymətlərinin necə formalaşdırıldığını nə­zərdən keçirdik. Əməliyyatların, aktivlərin, öhdəliklərin, gəlirlərin və xərclərin, hansılar ki, xarici valyuta ilə əks etdirilmişlər, funksional valyutaya çevrilməsi prinsipləri, qaydaları və metodları MHBS 21 və MMUS 22-nin müddəalarına əsasən tənzimlənir. Belə ki, həmin standartlara görə xarici valyuta ilə olan əməliyyatlar funksional valyuta ilə ilk dəfə, həmin əməliyyatların baş verdiyi tarixə funksional valyuta ilə xarici valyuta arasında olan cari valyuta məzənnəsinin xarici valyuta ilə olan məbləğə tətbiqi yolu ilə uçota alınmalıdır.

Hesabat ilinin sonuna:



  • xarici valyuta ilə olan bütün pul maddələri (maliyyə aktivləri və öhdəlikləri) son (bağlanma) məzənnəsi istifadə olunmaqla yenidən hesablanmalıdır;

  • xarici valyuta ilə olan və tarixi (ilkin) dəyərlə uçota alınmış bütün qeyri-pud aktivləri və öhdəlikləri, onların ilkin tanınması zamanı (əməliyyat tarixinə) olan mübadilə məzənnəsi ilə yenidən hesablanmalıdır;

  • xarici valyuta ilə ifadə olunan və ədalətli dəyərlə qiymətləndirilmiş qeyri-pul aktivləri ədalətli dəyərin müəyyən olunduğu tarixə mövcud olan mübadilə məzənnələri ilə yenidən hesablanmalıdır.

Yenidən hesablanma zamanı yaranan məzənnə fərqləri ya mənfəət və zərərlərə, ya da kapitala aid edilməlidir. Bu və ya digər məzənnə fərqinin mənfəət və zərərdə, yaxud da kapitalda əks etdirilməsi qaydaları da MHBS 21 və MMUS 22 ilə tənzimlənir.

Növbəti fəsildə əməliyyatların, aktivlərin və öhdəliklərin hansı mübadilə məzənnələri ilə ilkin əks etdirilməsini, sonradan yenidən hesablanmasını, uçot və hesabatda nəticələrin necə əks etdirilməli olduğunu nəzərdən keçirək.



FƏSİL II. DƏYƏRİ XARİCİ VALYUTA İLƏ İFADƏ OLUNAN AKTİVLƏRİN VƏ ÖHDƏLİKLƏRİN UÇOTU METODİKASI
2.1. Xarici valyuta ilə ifadə olunmuş uzunmüddətli aktivlərin milli valyuta ilə yenidən hesablanmasının uçotu qaydası
Əvvəlki fəsildə qeyd olunduğu kimi, uzunmüddətli aktivlərin müxtəlif növləri vardır: maddi aktivlər (torpaq, tikili və avadanlıqlar), qeyri-maddi aktivlər (patentlər, lisenziyalar, proqram məhsulları, mal nişanları, qudvil və s.), uzunmüddətli maliyyə aktivləri (müddəti 1 ildən yuxarı olan investisiyalı qiymətli kağızlar, debitor borcları, verilmiş borclar və s.), daşınmaz əmlaka investisiyalar (torpaq, bina və s.).

Torpaq, tikili və avadanlıqların dəyəri xarici valyuta ilə ifadə olunmuşsa, onda onların MHBS 16 və MMUS 7-yə əsasən tarixi dəyərlə, yaxud ədalətli dəyərlə qiymətləndirilməsindən asılı olmayaraq həmin aktivlərin xarici valyuta ilə dəyəri MHBS 21 və MMUS 22-nin müəyyən etmiş olduğu qaydalar əsasın­da funksional valyuta ilə yenidən hesablanmalıdır. Bu cür uzunmüddətli aktiv­lər əldə olunarkən onların ilkin dəyəri MHBS 16 və MMUS 7-yə əsasən hesablanır.



Misal 2.1.1. «ABC» Azərbaycan şirkəti xaricdə biznes aparmaq məqsədilə torpaq almışdır: satınalma qiyməti 100 000 dollar, digər xərclər – 5000 dollar. Əməliyyat 1 oktyabr 2014-cü il tarixində baş vermişdir. Həmin dövrdə məzənnə belə olmuşdur – 1 dollar / 1,05 manat. Onda həmin tarixə xaricdə alınan torpaq sahəsinin ilkin dəyəri: xarici valyuta ilə – 105 000 dollar (100 000 + 5000), funksional valyuta ilə – 110 250 manat olacaqdır (105 000  1,05). Fərz edək ki, həmin ilin oktyabr ayının 31-də «ABC» şirkəti üçün hesabat ilinin sonu hesab olunur. Həmin tarixdə məzənnə 1 dollar / 1,10 manat təşkil etmişdir. Mübadilə məzənnəsinin dəyişilməsinə baxmayaraq əldə olunan torpağın ilkin (tarixi) dəyəri hesabat dövrünün sonuna dəyişməz qalacaqdır – 110 250 manat. Əgər biz torpağın tarixi dəyərini yeni məzənnə ilə hesablamalı olsaydıq, onda məbləğ – 115 500 man. (105 0001,10) təşkil etmiş olardı. Ancaq, qeyd olunduğu kimi, əgər uzunmüddətli aktivlər, o cümlədən qeyri-pul maddəsi olan torpağın tarixi (ilkin) dəyərlə qiymətləndirilməsi davam edirsə, sonrakı illərdə də onun balans dəyəri qiymətdəndüşmədən olan zərər çıxılmaqla qalıq ilkin dəyərilə əks etdiriləcəkdir.

Xaricdə alınmış torpağın ilkin dəyərlə tanınması aşağıdakı yazılış ilə rəsmiyyətə salınacaqdır:

Debet 111-1 Torpaq – Dəyər – 100 000 dol. / 110 250 man.

Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 110 250 man.

Əgər alınmış torpaq sahəsinin dəyəri 1 oktyabr 2014-cü ildə ödənilməmiş olsaydı və həmin kreditor borcu yalnız 31 dekabr 2014-cü il tarixinə də ödənilməmiş qalsaydı, onda belə yazılış tərtib olunmalı idi:

Debet 111-1 Torpaq-Dəyər – 100 000 dol. / 110 250 man.

Kredit 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» - 100 000 dol. / 110 250 man.

Fərz edək ki, ödəniş 30 dekabr 2014-cü il tarixinə həyata keçirilmiş oldu və bu zaman məzənnə 1 dol. / 1,10 man. təşkil edirdi. Sual olunur: 31 dekabr 2014 tarixinə, yaxud 01.01.2015 tarixinə torpağın dəyəri hansı məzənnə nəzərə alınmaqla funksional valyutada əks etdirilməlidir. Cavab MHBS 21 və MMUS 22-yə əsasən verilir – torpaq sahəsi həmin tarixə əməliyyatın baş ver­miş olduğu tarixdə (1 oktyabr 2014-cü ildə) olan məzənnə (1 dol. / 1,05 man.) ilə hesabatda əks etdirilməlidir. Başqa sözlə, 1 oktyabr 2014-cü ildə əldə olun­muş torpaq sahəsinin 01.01.2015 ildə funksional valyuta ilə məbləği 1 dol. / 1,10 man. məzənnəsi ilə deyil, 1 dol. / 1,05 man. məzənnəsi ilə funksional val­yutada əks etdirilməlidir. Uzunmüddətli qeyri-pul aktivlərinin digər növlərinin uçotu və hesabatda əks etdirilməsi də oxşar qaydada həyata keçirilir.



Misal 2.1.2. Rezident – müəssisə 20 noyabr 2014-cü ildə xarici şirkətdən proqram təminatı əldə etmişdir – 4000 dol. Əməliyyat tarixinə mübadilə mə­zənnəsi 1 dol. / 1,10 man. təşkil etmişdir. 20 noyabr 2014-cü ildə qeyri-maddi aktivin əldə olunması (tanınması) aşağıdakı yazılış ilə həyata keçiriləcəkdir:

Debet 101-3 Proqram təminatı – Dəyər – 4000 dol. / 4400 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 4000 dol. / 4400 man.

Əgər qeyri-maddi aktivin dəyərinin ödənilməsi 20 dekabr 2014-cü ildə baş vermişsə və məzənnə bu zaman 1 dol. / 1,15 manat olmuşsa:

a) proqram təminatının dəyərinin ödənilməsi – 4000 dol. / 4600 man.

Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 4000 dol. / 4600 man.

Kredit 223 Bank hesablaşma hesabları – 4000 dol. / 4600 man.

b) məzənnə fərqi (1,15 – 1,10)4000=200 man., yaxud 4600 – 4400=200 man.:

Debet 332 Məzənnə fərqləri üzrə ehtiyat – 200 man.

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 200 man.

Məzənnənin dəyişilməsi nəticəsində yaranmış fərq (200 man.), əldə olunan qeyri-maddi aktivin, tanınma tarixinə olan ilkin (tarixi) dəyərini dəyişdir­məmişdir. Həimn obyekt 2014-cü ilin sonuna maliyyə hesabatında 4000 dol. / 4400 man. məbləğində əks etdiriləcəkdir.

Yaranan məzənnə fərqi, yuxarıdakı yazılışdan göründüyü kimi, mənfəət və zərərlər haqqında hesabatda deyil, kapitalda əks etdirilir. Şirkətin xarici fəaliyyətə investisiyaları zamanı yaranan məzənnə fərqləri də həmin inves­tisiyaların satışına (tanınmasının dayandırılmasına) qədər kapitalın tərkibində əks etdirilir.

Bəzi hallarda isə məzənnə fərqinin əldə olunan aktivlərin dəyərinə daxil oluna bilər. Bu halda baş verir ki, aktiv əldə olunarkən həmin aktivin əks etdiriləcəyi valyuta ciddi devalivasiyaya uğrayır, yaxud onun dəyəri aşağı düşür və bu zaman öhdəliyin effektiv hedeinqləşdirmə (sığortalanması) üsülu yoxdur. Bu zaman aktivin korrektə olunmuş balans dəyəri aşağıdakı iki kəmiyyətdən ən az olanını aşmamalıdır:

- xalis dəyərini; yaxud

- istifadənən olan faydanı.

Misal 2.1.3. 1 iyun 2014-cü ildə A şirkəti xarici şirkətdən investisiyalı mülkiyyət (bina) əldə etdi – 200 000 dollar. Bu zaman 1 dol. / 3 TL olmuşdur. 1 iyun 2014-cü il əməliyyatın baş verdiyi tarix hesab olunur. A şirkətinin hesabat valyutası TL (türk lirəsi) hesab olunur. A şirkətinin maliyyə ili 31 oktyabrda başa çatır. Həmin tarixə mübadilə məzənnəsi 1 dol. / 5 TL olmuşdur. İnvestisiyalı mülkiyyətin hesabatın tərtib olunması tarixinə əvəzetsə (ödənilmə) dəyəri belə olmuşdur:

- xalis satış dəyəri – 208 000 dol.;

- istifadəsindən daxil ola biləcək fayda – 204 000 dol.

Göründüyü kimi, investisiyalı mülkiyyətin dəyərinin aşağı düşməsi əlaməti yoxdur, çünki həm 208 000 dol., həm də 204 000 dol. investisiyalı mülkiyyətin ilkin dəyərindən (200 000 dollardan) artıqdır. Ancaq bir şey aydındır ki, hesabat valyutası ciddi devalivasiyaya uğramışdır və mümkün hedlinqləşdirmə üsulları yoxdur. Deməli, baş vermiş məzənnə fərqi əldə olunmuş investisiyalı mülkiyyətin ilkin (tarixi) dəyərinə daxil edilməlidir.

1 iyun 2014-cü il tarixində aşağıdakı mühasibat yazılış tərtib olunacaqdır:

Debet 121-2 Binalar – Dəyər – 200 000 dol. / 600 000 TL.

Kredit 531 Malsatan və podratçıya qısamüddətli kreditor borcları – 200000 dol. / 600 000 TL.

31 oktyabr 2014-cü il tarixində mübadilə məzənnəsində əhəmiyyətli dəyişiklik yarandığı üçün əldə olunan investisiyalı mülkiyyətin əldə olunma dəyərinə məzənnə dəyişikliyi nəticəsində yaranan fərq də əldə olunacaqdır. Bu fərq 400 000 TL (5 – 3 = 2200 000 dol.) təşkil edəcəkdir.

Debet 121-2 Binalar – Dəyər – 400 000 TL

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 400000 TL.

Beləliklə, A şirkətinin xaricdə əldə etdiyi invesitisiyalı mülkiyyətin maliyyə hesabatında tanınacaq ilkin (tarixi) dəyəri 600 000 TL deyil, 1 000 000 TL (600000 + 400000) təşkil edəcəkdir. Malsatana olan öhdəlik də həmin məbləğdə ödəniləcəkdir:

Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 200000 dol. / 1 000 000 TL

Kredit 223 Bank hesablaşma hesabatları – 200 000 dol. / 1 000 000 TL.

Nəzərdən keçirilən yanaşma MHBS 21 və MMUS 22-də alternativ yanaşma kimi qəbul edilmişdir.

Obyekt balans dəyəri ilə, yəni tarixi dəyərlə qiymətləndirildiyi bütün dövrdə onun yenidən hesablanması üçün 1 dol. / 5 TL məzənnəsi əsas götürüləcəkdir. Halbuki, yuxarıdakı misaldan göründüyü kimi, əməliyyatın baş vermə tarixində (1 iyun 2014-cü ildə) məzənnə 1 dol. / 3 TL təşkil edirdi. Ancaq maliyyə hesabatında obyektin funksional (hesabat) valyuta ilə yenidən hesablanması zamanı onun tanınması anında olan məzənnənin deyil, sonrakı məzənnənin istifadəsi onunla bağlıdır ki, əvvəlki məzənnə ilə sonrakı məzənnə arasındakı fərq mənfəət və zərərlərə yox, bilavasitə əldə olunan uzunmüddətli qeyri-pul maddəsinin ilkin (tarixi) dəyərinə əlavə olunur.

Xarici valyuta ilə ifadə olunan qeyri-pul maddələri, hansılar ki, ədalətli dəyər ilə qiymətləndirilmişlər, ilin sonunda ədalətli dəyərin müəyyən edildiyi tarixə olan mübadilə məzənnələri ilə yenidən hesablanmalı və əks etdirilməlidirlər.



Misal 2.1.4. AAA şirkəti 01.11.2011 tarixində xaricdə fəaliyyət göstərən filialı üçün avadanlıq almışdır: satınalma qiyməti 26 000 dol., onun hazır vəziyyətə gətirilməsi ilə əlaqədar digər xərclər – 4000 man. Borc həmin tarixdə ödənilməmiş qalmışdır və məzənnə tanınma tarixində 1 dol. / 1,20 man. təşkil etmişdir:

Debet 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 30 000 dollar / 36 000 manat

Kredit 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 30 000 dol. / 36 000 man.

Əldə olunmuş avadanlığın dəyəri 01.12.2011 tarixində ödənilmişdir, bu zaman məzənnə 1 dol. / 1,05 man. təşkil etmişdir.

Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 30000 dol./ 31 500 man.

Kredit 223 Bank hesablaşma hesabları – 30 000 dol./ 31 500 man.

Əməliyyat tarixi ilə ödəniş tarixi arasında yaranan məzənnə fərqi 1,05 – 1,20 = -0,1530 000=4500 man., yaxud 31 500 – 36 000=4500 man.

Debet 531 Malsatan və podratçılara qısamüddətli kreditor borcları – 4500 man.

Kredit 332 Məzənnə fərqləri üzrə ehtiyat – 4500 man.

31.12.2011 tarixində xaricdə əldə olunmuş avadanlığın dəyəri dəyişilməz qalacaqdır, yəni 30 000 dol. / 36 000 man. Fərz edək ki, avadanlığın qalıq dəyəri yoxdur, onun 5 il ərzində amortizasiya edilməsi nəzərdə tutulmuşdur.

2012-ci ilin sonunda avadanlığın yığılmış amortizasiya məbləği – 6000 dol. / 7200 man., onun balans dəyəri isə 24 000 dol. / 28 80 man. təşkil edəcəkdir. 06.01.2013 tarixində avadanlığın yenidən qiymətləndirilməsi aparılmışdır, yenidənqiymətləndirmə nəticəsində onun balans dəyəri 20% artmışdır., bu da 7200 dol. (24 00030%:100). Əgər bu dövrdə məzənnə, məsələn, 1 dol. / 1,40 man. olmuşsa, onda yenidənqiymətləndirmədən olan artım da daxil olmaqla avadanlığın yenidənqiymətləndirmənin ədalətli dəyərilə məbləği 31 200 dol. (24 000+7200) təşkil edəcək. Həmin məbləği bu dövrdə olan məzənnə ilə funksional valyutaya yenidən hesablasaq, avadanlığın yenidənqiy­mətlən­dirmədən və yenidən hesablamadan sonra yekun məbləğ 31 200 dollar təşkil edəcəkdir, bu da funksional valyuta ilə 43 680 manat (31 2001,40) təşkil edəcəkdir. Yenidənqiymətləndirmə və məzənnə fərqindən artım cəmi 14 880 man. (43 680 – 28 800) təşkil edəcəkdir. Ümumi artımın hansı amillərin nəticəsində baş verdiyini müəyyən etmək vacibdir. Məsələ burasındadır ki, yenidənqiymətləndirmədən olan artım kapitalın yenidənqiymətləndirmə üzrə ehtiyat maddəsində, məzənnə fərqindən yaranan məbləğ isə kapitalın məzənnə fərqləri üzrə ehtiyat maddəsində əks etdirilməlidir, hesablama nəticəsində məlum olur ki, ümumi artımın, yəni 14 880 manatın 8640 manatı sırf yenidən qiymətləndirmə hesabına (72001,20=8640 manat), qalan 6240 manatı isə məzənnənin artması nəticəsində (1,40 – 1,20=0,2031 200 dol.= 6240 man.) baş vermişdir.

Həmin məbləğin birincisi uçot hesablarında belə əks etdiriləcəkdir:

Debet 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 7200 dol. / 8640 man.

Kredit 331 Yenidənqiymətləndirmə üzrə ehtiyatlar – 7200 dol. / 8640 man.

Məzənnənin dəyişilməsi nəticəsində yaranan fərq belə əks etdiriləcəkdir:

Debet 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 6240 man. (1,40 – 1,20=0,2031 200 dol.)

Kredit 332 Məzənnə fərqləri üzrə ehtiyat – 6240 man. (1,40 – 1,20 =0,2031 200 dol.)

06.01.2013 tarixində ədalətli dəyərlə qiymətləndirilmiş avadanlığın dəyəri son balansda həmin tarixdə olan məzənnə nəzərə alınmaqla əks etdiriləcəkdir. Yəni 31.12.2013 tarixində avadanlığın dəyəri 1 dol. / 1,40 manat məzənnəsi ilə balansda əks etdiriləcəkdir: 31 2001,40=43 680 man.

Əgər dəyəri xarici valyuta ilə ifadə olunmuş uzunmüddətli qeyri-pul aktivlərinin yenidənqiymətləndirilməsi zamanı onların dəyərinin aşağı düşməsi baş vermişsə, onda uçot və hesabatda başqa informasiya əks etdiriləcəkdir. Məsələn, əgər uzunmüddətli aktivlərə aid olan obyektin qiymətdəndüşməsi baş vermişsə, həmin obyektin ödənilmə dəyəri ilə qiymətləndirilməsi lazımdır. Ödənilmə dəyəri kimi iki kəmiyyətdən ən böyük olanı götürülməlidir. Bu kəmiyyətlər obyektin istifadəsindən olan fayda və mümkün xalis satış qiyməti ilə olan məbləğdir. Onlardan hər ikisi balans dəyərindən aşağı olduqda obyektin qiymətdən düşməsi baş vermiş olur. Fərz edək ki, avadanlığın balans dəyəri 100 000 dollar, onun mümkün xalis satış dəyəri – 90 000 dollar, istifadəsindən alına biləcək iqtisadi fayda – 80 000 dollar təşkil edir. Onda obyektin qiymətdən düşməsini müəyyən etmək üçün sonuncu iki kəmiyyətdən ən yüksək olan kəmiyyəti seçmək lazımdır, bu kəmiyyət 90 000 dollardır. Qiymətdəndüşmədən olan zərəri tapmaq üçün iki kəmiyyəti – balans dəyəri ilə xalis satış dəyərini müqayisə etmək lazımdır: 100 000 – 90 000 =10 000 dollar. Deməli, obyektin qiymətdəndüşmədən düşməsi nəticəsində yaranan zərər 10 000 dollara bərabərdir. Bu cür obyekt üzrə balans dəyəri ilə onun mümkün xalis satış dəyəri (qiyməti) arasındakı kəmiyyətləri müqayisə etdikdə həmin kəmiyyətlərin hansı məzənnə ilə müəyyən olunması qaydaları MHBS 21 və MMUS 22 tərəfindən müəyyən edilir. Belə ki, həmin standartlarda göstərilir ki, obyektin balans dəyəri, yaxud tarixi dəyəri əməliyyat tarixinə olan məzənnə mübadiləsi, mümkün xalis satış dəyəri isə bu kəmiyyətin müəyyən edildiyi tarixə (məsələn, hesabat ilinin sonuna) olan məzənnə ilə hesablanmalıdır. Həmin məzənnə mübadilələri əsasında formalaşmış kəmiyyətlərin müqayisəsi nəticəsində yaranan zərər funksional valyuta ilə ifadə oluna bilər. Nəzərdən keçirilən qaydanı şərti misalla izah etməyə çalışaq.

Misal 2.1.5. Avadanlıq (hansı ki, xaricdə iqtisadi fəaliyyəti həyata keçirmək üçün nəzərdə tutulmuşdur) 01.01.2011 tarixində 100 000 dollara əldə olunmuşdur, onun istismara hazır vəziyyətə gətirilməsi ilə əlaqədar heç bir əlavə xərc çəkilməmiş, avadanlığın ləğvetmə dəyəri sıfıra, xidmət müddəti 4 ilə bərabərdir. İllik amortizasiya məbləği 25 000 dollar (100 000:4 il) təşkil edir. Avadanlıq əldə olunarkən onun ilkin dəyəri balansda 1 dol. / 1,20 man. məzənnəsi ilə əks etdirilmişdir.

Debet 111-3 Maşınlar və avadanlıqlar – 100 000 dol. / 120 000 man.

Kredit 223 Bank hesablaşma hesabları – 100 000 dol. / 120 000 man.

Avadanlığın 31.01.2012 tarixinə yığılmış amortizasiya məbləği – 50 000 dol. Həmin tarixdə avadanlığın yığılmış amortizasiya çıxılmaqla balans dəyəri – 50 000 dol. (100 000 – 50 000) təşkil edir. Bu dövrdə məzənnə 1 dol. / 1,30 man. olmuşdur. Məzənnənin dəyişilməsinə baxmayaraq avadanlığın xarici valyuta ilə ifadə olunmuş dəyəri funksional valyutaya 1 dol. / 1,30 man. məzənnəsi ilə deyil, 1 dol. / 1,20 man. məzənnəsi ilə yenidən hesablanacaqdır. 50 000 dol. 1,20 man.=60 000 man. Beləliklə, 31.01.2012 tarixinə avadanlığın balans dəyəri 60 000 man. məbləğində əks etdiriləcəkdir və bu zaman heç bir məzənnə fərqi olmayacaqdır. Ancaq əgər 21.01.2013 tarixində avadanlıq yeni­dən qiymətləndirilən zaman balans dəyəri dəyişərsə, onda məzənnə fərqi yara­nacaqdır. Fərz edək ki, 21.01.2013 tarixində avadanlığın balans dəyəri (50 000 dol. / 60 000 man.) qiymətdəndüşmə nəticəsində 20% aşağı düşmüşdür. Başqa sözlə, avadanlığın ödənilmə dəyəri 40 000 dol. təşkil etmişdir. Bunu belə hesablamaq olar: 50 0000,20=10 000 dol., daha sonra 50 000 dol. – 10 000 dol. = 40 000 dol. 10 000 dollar avadanlığın qiymətdəndüşməsindən olan zərərdir. Həmin zərər məbləği uçotda belə əks etdirilməlidir:

Debet 331 Yenidən qiymətləndirmə üzrə ehtiyat – 10 000 dol.

Kredit 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 10 000 dol.

Əgər yenidən qiymətləndirmə üzrə ehtiyat ümumiyyətlə yoxdursa, onda yazılış belə olacaqdır:

Debet 731-2 Yenidənqiymətləndimədən zərərlər – 10 000 dol.

Kredit 111-3 Maşınlar və avadanlıqlar – 10 000 dol.

Yenidənqiymətləndirmə üzrə ehtiyatlar maddəsində tutaq ki, 6000 dollar həcmində ehtiyat var idi. Onda yenidənqiymətləndirmədən olan zərər aşağıdakı kimi bölüşdürüləcəkdir:

Debet 331 Yenidənqiymətləndimə üzrə ehtiyatlar – 6000 dollar

Debet 731-2 Yenidənqiymətləndirmədən zərərlər – 4000 dollar.

Kredit 111-3 Maşınlar və avadanlıqlar – 10 000 dollar.

Baş vermiş əməliyyatları funksional valyuta ilə əks etdirmək zəruriliyi meydana çıxır. Burada biz iki məzənnəni nəzərə almaqla yenidən hesablama aparmalıyıq: əməliyyatın baş verdiyi tarixdə olan məzənnə (1 dol. / 1,20 man.) və yenidənqiymətləndirmə aparılan zaman olan məzənnə (fərz edək ki, bu mə­zənnə 1 dol. / 1,30 man. olmuşdur). Əvvəlcə yenidənqiymətləndirmədən əvvəl avadanlığın balans dəyərini müəyyən edək: 50 000 dol.  1,20 man. = 60 000 man. Avadanlığın yenidənqiymtələndirmə nəticəsində dəyərinin azalması məb­ləği funksional valyuta ilə 10 000 dol.  1,30 man. = 13 000 man. Bu məbləğ yenidənqiymətləndirmə nəticəsində avadanlığın qiymətdəndüşməsin­dən olan zərər məbləğidir. Əgər məzənnə dəyişməsəydi, onda qiymətdən­düşmədən zərər – 10 000 dol.  1,20 man. = 12 000 man. olardı, yəni məzənnə fərqi bu halda 1000 manat (13 000 – 12 000) təşkil etmişdir. Deməli, qiymətdəndüşməyə məzənnə fərqinin təsiri müsbət olmuşdur. Məzənnə fərqi nəzərə alınmadan avadanlığın funksional valyuta ilə qiymətdəndüşmədən olan zərər məbləği 12 000 man. (10 000 dol.  1,20 man.), balans dəyərindən çıxılsa, onda avadan­lığın qalıq balans dəyəri 48 000 man. (60 000 man. – 12 000 man.) təşkil edə­cəkdir. Bunu başqa yolla da hesablamaq olar: 40 000 dol.  1,20 man. = 48 000 man. Məzənnə fərqi nəzərə alınmaqla avadanlığın yenidənqiymətlən­dirmə nəticəsində dəyəri funksional valyuta ilə – 52 000 manat (40 000 dol.  1,30 man.) təşkil edəcəkdir. Məzənnə fərqinin nəticəsində avadanlığın dəyərinin artımı – 4000 man. təşkil edəcəkdir. Bunu iki yolla müəyyən etmək mümkündür.

a) 1,30 – 1,20 = 0,1040 000 dol. = 4000 man.

b) 52 000 man. – 48 000 man. = 4000 man.

Funksional valyuta ilə yenidən hesablanma zamanı yaranan dəyişikliklər mühasibat uçotu hesablarında aşağıdakı yazılışlar ilə əks etdiriləcəkdir:

Yenidənqiymətləndirmə zamanı avadanlığın dəyərinin aşağı düşməsi məbləğinə:

Debet 331 Yenidənqiymətləndirmə üzrə ehtiyat – 10 000 dol.  1,20 man. = 12 000 man.

Kredit 111-3 Maşın və avadanlıqlar – Dəyər – 10 000 dol.  1,20 man. = 12 000 man.

Yenidənqiymətləndirmə üzrə ehtiyat olmadıqda:

Debet 731-2 Yenidənqiymətləndirmədən zərərlər – 10 000 dol.  1,20 man. = 12 000 man.

Kredit 111-3 Maşınlar və avadanlıqlar – 10 000 dol.  1,20 man. = 12 000 man.

Yenidənqiymətləndirsmə üzrə ehtiyat maddəsində, məsələn, 7200 manat (6000 dol.  1,20 man.) həcmində ehtiyat olardısa:

Debet 331 Yenidənqiymətləndirmə üzrə ehtiyatlar – 6000 dol.  1,20 man. = 7200 man.

Debet Yenidənqiymətləndirmədən zərərlər – 4000 dol.  1,20 = 4800 man.

Kredit 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 10 000 dol.  1,20 man. = 12 000 man.

Funksional valyuta ilə yenidən hesablama zamanı yaranan məzənnə fərqi – 1000 man. (1,30 – 1,20 = 0,1010 000 dol.).

Debet 111-3 Maşınlar və avadanlıqlar – Dəyər – 1000 man.

Kredit 332 Məzənnə fərqləri üzrə ehtiyat – 1000 man.

Beləliklə, yenidənqiymətləndirmə nəticəsində avadanlığın dəyəri 52 000 manat təşkil edəcəkdir. Bu məbləğ ilə avadanlıq 31.12.2013 tarixində balansda əks etdiriləcəkdir.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə