Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ



Yüklə 0,56 Mb.
səhifə1/5
tarix17.09.2017
ölçüsü0,56 Mb.
#37
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ

8

Ali və orta tibb ixtisas təhsili müəssisələrinin

tələbələrinin xüsusi hazırlığı üzrə

İnyeksion narkotik istifadəçilərində İİV infeksiyası və koinfeksiyalar”



mövzusu üzrə

TƏDRİS PROQRAMI

Bakı - 2011

«İnyeksion narkotik istifadəçilərində İİV infeksiyası və koinfeksiyalar» mövzusu üzrə tədris proqrammı ali və orta tibb ixtisası müəssisələrinin tələblərinin xüsusi hazırlığı üçün nəzərdə tutulmuşdur.

Tədris proqrammı BMT-nin narkotik və cinayətkarlıqla mübarizə ofisinin texniki dəstəyi ilə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının müdiri, əməkdar elm xadimi AMEA müxbir üzvü, Rusiya Tibb elmləri akademiyasının həqiqi xarici üzvü. Əməkdar elm xadimi Namiq Əliyevin rəhbərliyi altında kafedranın əməkdaşları tibbi elmləri namizədi Nərgiz Əliyeva və tibb elmləri namizədi, dosent Lalə Rüstəmova tərəfindən tərtib olunmuşdur.

Hazırkı tədris proqramının tərtibində yaxından iştirak və dəstəyə görə UNODC-nin layihə rəhbəri tibb elmləri namizədi Arzu xanım Quliyevaya şəxsi minnətdarlığımızı bildiririk.



MÜNDƏRİCAT


«TƏSDIQ EDIRƏM»

ATU-nun rektoru, akademik ___________________________

Ə.T.Əmiraslanov

«____»______________2011-ci il


Mövzu 1. İİV-infeksiyasının tibbi və sosial aspektləri.
Məqsəd. İİV-infeksiyasının aktual məsələləri haqqında məlumatlandırmaq, problemin qavranılmasını formalaşdırmaq və peşəkar fəaliyyətləri dövründə İİV-infeksiyası profilaktikasının həyata keçirilməsində vacib olan vərdişləri aşılamaq.
Tədris sualları:


  1. İİV-infeksiyası tibbi-sosial və iqtisadi problem kimi.

Vaxt – 5 saat




VAXTIN BÖLÜNMƏSİ






10

20

40

60

80

100

120

140

160

180

Giriş hissə































I sual































II sual































Yekun

































Tədris yeri: auditoriya

Tədris üsulu: mühazirə, ümumi diskussiya

Tədris vəsaiti: kompüter lövhə, təbaşir plakatlar, cədvəllər, slaydlar,

test-suallar



Dərsin gedişi


Suallar

Vaxt:

830-1200

Məzmunu

Metodik göstəriş

Giriş

10 dəq.


  1. Qrup nümayəndəsinin davamiyyət barədə məlumatı

  2. Məşğələnin adını, məqsədini və suallarını elan etmək

  1. Davamiyyəti yoxlamaq və iştirak etməyənlərin qeydiyyatını aparmaq.

  2. Tələbələrin dərsə hazırlıqlarını yoxlamaq məqsədilə sorğu aparmaq.

  3. Mövzu ilə əlaqədar referatların mövcudluğunu yoxlamaq

Əsas hissə

İİV-infeksi-yasının tibbi və sosial aspektləri

80 dəq.


Əsas anlayışlar

Tərifi. Etiologiya. Təsnifatı. Genetik və antigen dəyişgənliyi. Epidemiologiya. İnfeksiya mənbələri. Ötürülmə mexanizmi və yolları. Risk qrupları. Zərərin azaldılması proqramları. 11 Müdaxilə. Tibb müəssisələrində infeksiyalaşmanın mümkünlüyü.







Ихтисарлар:

BHV – B hepatit virusu

BNN – beynəlxalq normallaşdırılmış nisbət

CHV – C hepatit virusu

DVC – davamlı virusoloji cavab

HYİ – İİV virusu ilə yaşayan insanlar.

HZİ – İİV-infeksiyasından zərər çəkmiş şəxslərdir.

İİV – insanın immun çatışmazlığı virusudur. İİV-infeksiyası xronik yoluxucu xəstəlik olub, immun sistemin zədələnməsi ilə səciyyələnir.

İNİ – inyeksion narkotik istifadəçiləri

QİÇS – sindromu bu İİV-infeksiyasının son mərhələsidir. Bu insanın immun çatışmazlığı virusunun immun sistemini dərindən zədələməsilə səciyyələnən, ağır xəstəlik olub və bir sıra fəsadlarla müşahidə olunur.

– proteazaların ingibitoru

SMV – sitomeqalovirus

YAARP – yüksək aktivlikli antiretrovirus preparatlar

1. İİV-infeksiyası


26 il ərzində dünya miqyasında aktual bir problem olan QİÇS BMT-nin məlumatlarına görə bu gün 40 milyondan artıq insanın yoluxması ilə gündəmdədir.

1988-ci ildən başlayaraq hər il 1 dekabr – QİÇS-lə ümumdünya mübarizə günü kimi qeyd olunur ki, bu da qlobal səviyyədə əhalinin bu infeksiyadan qorunma yolları ilə məlumatlandırılması, bütün cəmiyyətin diqqətini bu məsələyə yönəltməyə xidmət edir.

QİÇS – limfotrop retroviruslar tərəfindən törədilən infeksion xəstəlik olub, immun sistemin timusdanasılı həlqəsinin zədələnməsi və bunun nəticəsində orqanizmin ikincili infeksiya və bədxassəli şişlərə yüksək dərəcədə meyllik göstərməsi ilə xarakterizə olunur.
Tarixi məlumat

QİÇS probleminin öyrənilməsinə 1981-ci ildən başlanmışdır. Bu zaman ABŞ-da xəstəliyin ilkin təsadüfləri ölümlə nəticələnmiş pnevmosist pnevmoniya və Kapoşi sarkoması şəklində gənc homoseksual kişilərdə qeydə alınmışdır. Xəstəlik zamanı immunitetin, ilk növbədə isə T-helper həlqəsinin qırılması ilə əlaqədar olaraq, xəstəlik qazanılmış immun çatışmazlıq sindromu adını almışdır.

QİÇS-in yalnız ABŞ ərazisində deyil, həmçinin Afrika və Qərbi Avropa ölkələrində epidemik yayılması, 1982-ci ildə xəstəliyin əsas əlamətlərinin müəyyənləşdirilməsinə və onu XX əsrin yeni xəstəliyi adlandırılmasına imkan vermişdir.

1983-cü ildə Fransada QİÇS-li xəstənin limfa düyünlərindən, ABŞ-da isə xəstələrin periferik qan limfositlərindən morfoloji və antigen xüsusiyyətlərinə görə eyni olan virus (HTLV-III) tapılmış, 1987-ci ildə ÜST onu HİV-Human immunodeficiency virus və ya İİV (insanın immundefisit virusu) adlandırmışdır.

Aşkar edildiyi vaxtdan hal-hazıradək QİÇS dünyada 150-dən çox ölkədə müəyyən edilmiş, infeksiyaya yoluxmuş şəxslərin sayı isə 10 milyonu keçmişdir.
Etiologiya

İnsanın immunodefisit virusu Retroviridae ailəsinə aiddir. Virusun 2 tipi məlumdur. HİV-1 və HİV-2. HİV-1 daha yaxşı öyrənilmişdir. Bütün retroviruslar kimi RNT tərkiblidir.

İİV üçün T-4 limfositlərə tropizm və həm latent, həm də manifest infeksiya formalarında uzun müddətli persistensiya xarakterikdir.

Virionların diametri 100-140 nm-ə çatır, bu eritrositin diametrindən ≈60 dəfə azdır, kürəvi simmetrikliyə malikdir. Virusun cismi P 24 və P 18 zülallardan ibarətdir. Qişası, tərkibinə qlükoproteinlər daxil olan, ikiqat təbəqəli lipidlərdən təşkil olunmuşdur ki, bunların da aşkar edilməsi diaqnostik əhəmiyyət kəsb edir.

İİV genetik eynicinsli olmayıb, bioloji aktivlik, yüksək dəyişkənlik xüsusiyyətinə və dərəcəsinə malikdir.

Virusun kulturasının alınması T və B-limfositlər və eləcə də mononuklear hüceyrələrin ilkin kulturalarında mümkündür.

İİV xarici mühitin fiziki və kimyəvi faktorlarının təsirinə davamsızdır. Qızdırıldıqda (560C-də – 30 dəq), qaynama temperaturunda (1-5 dəq), mühitin pH-ı kəskin dəyişildikdə (1-dən az, 13-dən çox), dezinfeksiyaedicilərin adi konsentrasiyada (3%-li hidrogen-peroksid, 1%-li lizol, 0,2%-li hipoxlorit-natrium, 700-li etanol, efir, aseton və s.) təsirindən inaktivləşir. Virus, ultrabənövşəyi şüalanma və ionizasiyalı radiasiya təsirlərinə qarşı həssasdır.
Patogenez və patoloji anatomiya
İİV insan orqanizminin müəyyən hüceyrələri üçün tropizmə malikdir ki, bunlara da aşağıdakılar aiddir: T 4-limfositlər, makrofaqlar, monositlər, kolorektal epiteliositlər, sinir toxumasının qlial elementləri, timus epitelisi. Virus T-limfositlərdə – helperlərdə aktiv şəkildə artıb-çoxalır.

Virus zədələnmiş nahiyədən qana keçərək limfositlərə daxil olur və bu zaman İİV xarici qişasının qlikoproteidləri CD 4-reseptorlarla qarşılıqlı təsirdə olur, bu isə endositoz mexanizm hesabına virusun hüceyrəyə keçməsini təmin edir.

Virusun artıb-çoxalması dərhal baş vermir, o latent vəziyyətdə, virusönü mərhələdə (xəstəliyin latent dövrü) olur. T-limfositlərin immunoloji stimulyasiyası hələlik başlanmır. Bu cür təsirlər reinfeksiyaya səbəb ola bilir.

Ümumi limfopeniya fonunda T4-limfositlərin kəskin azalması baş verir, T4-helperlərin T8-supressorlara nisbəti dəyişir (normada T4:T8=1,8-2,0), T4 hüceyrələri miqdarının kəskin azalması, T8 hüceyrələri miqdarının normal qalması və ya artması səbəbindən yuxarıdakı nisbət göstəricisi 0,3-0,5-ə çatır. Bu göstəricinin azalması xəstəliyin proqnozunu pisləşdirir.

Məlumdur ki, T4 limfositlər yaddaş hüceyrələrinin tərkibində qanda dövr edir, yeni antigenləri seçmək və tanımaq üçün hazır olur, lazım olan hallarda immunitetin müxtəlif mexanizmlərini işə salır, T4 limfositlər həmçinin xüsusi maddə sintez etməklə, B limfositlərin yetişməsi prosesini daha da sürətləndirir. Nəticə etibarı ilə B limfositlər plazmatik hüceyrələrə çevrilərək törədiciyə qarşı əkscisim hazırlayırlar. Qanda immunoqlobulinlərin (xüsusilə G və A) miqdarı artır, dövr edən immunkomplekslər formalaşır.

İnfeksion prosesin gedişi nəzarət altına götürülmüşsə, helperlər B hüceyrələrin və limfosit-supressorların daha çox yetişməsinin qarşısını alır. T4 limfositlərin çatışmazlığı şəraitində orqanizmin endo- və ekzogen agentlərə qarşı müqaviməti zəifləmiş olur. Beləliklə, istənilən yoluxucu xəstəliyin, o cümlədən QİÇS-in klinik əlamətləri və nəticəsi məhz T4 hüceyrələrin miqdarından asılı olur.

İmmunitetin tənzimlənməsinin pozulması öz əksini interleykin-2 hasilatının azalması, turşuyadavamsız -interferonun, 1-timozinin və 2-mikroqlobulinin miqdarının artmasında tapır.

Patogenezin sonrakı mərhələsi kliniki olaraq limfadenopatiya dövrünə uyğun gəlir. Əksər təsadüflərdə bütün limfa düyünləri, nisbətən az təsadüflərdə isə ayrı-ayrı düyünlər böyümüş olur. Yoluxmadan yarım il, bəzən isə daha çox vaxt keçdikdən sonra İİV infeksiyasına məxsus daha qabarıq əlamətlər, yəni QİÇS tam inkişaf etmiş olur.


Epidemiologiya
Müstəqil xəstəlik kimi QİÇS ilk dəfə ABŞ-da 1981-ci ildə qeydə alınmış və “qazanılmış immunçatışmazlıq sindromu” adlandırılmışdır. Hazırda İİV-infeksiyasının yayılması pandemiya xarakteri almışdır. Dünyanın 160-dan artıq ölkəsində 10 milyondan artıq insan İİV-ə yoluxmuşdur. Son 5 ildə QİÇS-lə xəstə olanların yaş strukturu hissediləcək dərəcədə dəyişmişdir. Rəsmi məlumatlara görə 2% - 5 yaşına qədər uşaqlar, 1% - 10-20 yaş, 43% - 30-39 yaş, 25% - 40-49 yaş, 7% - 50-59 yaşlı xəstələrdir. ABŞ-da əhalinin 0,8%-i, Fransada 0,5%-i, Hollandiyada kişi əhalisinin 7%-i İİV-ə yoluxmuşdur. Yoluxanların ümumi miqdarının 68,5%-i 19-29 yaş həddindədir; Kişilər – 64,9% təşkil edir. Əsas ötürülmə yolu – narkotiklərin venadaxili istifadəsidir. İİV-ə yoluxmuş analardan 1146 uşaq, o cümlədən 83 yoluxmuş körpə dünyaya gəlmişdir.

İnfeksiya mənbəyinə QİÇS-li xəstə şəxslər və ya İİV daşıyıcıları aiddirlər.

İİV yoluxmuş insan orqanizminin müxtəlif biosubstratlarında (sperma, qan, vaginal sekret, ağız suyu, süd vəziləri sekreti, serebrospinal maye) təyin edilir. Sperma, qan, vaginal sekret daha çox epidemioloji əhəmiyyət kəsb edir.

İnfeksiyanın ötürülmə yollarına aşağıdakılar daxildir: cinsi yol, anadan dölə vertikal ötürülmə, parenteral (qan və onun preparatlarının köçürülməsi), orqan və biosubstratların köçürülməsi, yoluxdurulmuş ümumi şpris və ya iynələr təkrar istifadə etməklə preparatların (narkotik) damardaxilinə vurulması, yoluxmuş alətlərdən istifadə olunması və s.

İnfeksiyanın başlıca ötürülmə yolu – cinsi yoldur, infeksiya mənbəyi həm kişilər və həm də qadınlar ola bilər. Yoluxma ehtimalı cinsi əlaqə zamanı selikli qişanın travması, aybaşı dövründə cinsi əlaqə və təsadüfi cinsi əlaqələr zamanı daha da artır.

ÜST-ün tələblərinə görə aşağıdakı hamilə qadın qrupları daha ciddi nəzarətə götürülməlidirlər:

1) QİÇS-in klinik simptomları olanlar; 2) dərman preparatlarını venadaxili qəbul edənlər; 3) İİV-infeksiyasının epidemiologiyasında virusun heteroseksual transmissiyası mövcud olan ölkələrdə doğulanlar; 4) kommersiya seks xidməti ilə məşğul olanlar; 5) biseksual partnyor; 6) hemofiliyalı xəstə partnyor.

İİV-in anadan dölə ötürülməsi, doğuşa qədər, doğuş vaxtı və doğuşdan sonra baş verə bilər. Yenidoğulmuşların yoluxma ehtimalı 25%-dən 50%-dək təşkil edir.

QİÇS uşaqlarda yaşlılara nisbətən daha intensiv inkişaf edir ki, bu da ontogenezin bəzi xüsusiyyətləri ilə, xüsusilə limfositlərin funksional qeyri-yetkinliyi, onların orta və böyük formalarının çoxluq təşkil etməsi, mötədil monositoz, immunitetin B-sisteminin gərginliyi, qanda plazmatik hüceyrələrin meydana çıxması, fizioloji neytrofilyoz, eləcə də faqositlərin funksional qeyri-yetkinliyi ilə izah olunur.

Neytrofillərin E.coli və Candidalara qarşı bakterisidliyi yaşlılara nisbətən uşaqlarda çox aşağıdır. Bu həmçinin sepsisin törədicisi streptokoklara da aiddir ki, İİV-ə yoluxmuş yenidoğulanlarda qeyd olunan infeksiyaların daha çox baş verməsi bununla əlaqədardır. Bununla yanaşı yaşlılarla müqayisədə qan zərdabının antimikrob aktivliyi yenidoğulanlarda 2,5-3 dəfə aşağıdır.

Risk qruplarına aşağıdakılar daxildir: homoseksual kişilər, narkomanlar, kommersiya seks xidməti göstərən qadınlar, çox saylı cinsi partnyoru olan şəxslər, hemofiliyalı xəstələr, İİV-z yoluxmuş şəxslərdən doğulmuş uşaqlar.
1. Kommersiya seks xidməti göstərən qadınlar və İİV-infeksiyası
QİÇS törədicisinin cinsi yolla ötürülmə hallarının böyük əksəriyyəti homoseksual əlaqələrin payına düşür. QİÇS-lə xəstə olanların və İİV-daşıyıcılarının 65-90%-nı 20-49 yaşında olan homo- və biseksual kişilər təşkil edir. Çox güman ki, bu hal dünyanın bir sıra ölkələrində professional homoseksual fahişəliyin olması ilə əlaqədardır. Bununla yanaşı son illərdə kişilərin İİV-daşıyıcı olan qadınlardan yoluxması hallarının artması meyli qeyd olunur.

Ehtimal olunur ki, cinsi yolla yoluxma, kişi və ya qadının birincili yoluxmasından asılı olmayaraq təqribən 50% təşkil edir, belə ki, İİV həm spermada, həm qanda, həm də uşaqlıq yolu sekretində toplanır, sağlam qadının İİV-ə yoluxmuş kişidən yoluxması təxminən 2 dəfə artıqdır, nəinki əksinə, çünki qadınlarda təmas səthi daha çoxdur.

İnfeksiyanın ötürülməsi aydındır ki, daha çox nizamsız cinsi həyat keçirən şəxslər arasında baş verdiyindən, kommersiya seks xidmətinin istənilən forması QİÇS-in yayılmasını şərtləndirən mühüm sosial-gigiyenik amillərdən biridir. Belə ki, ABŞ-da risk qrupuna daxil olmayan QİÇS-li xəstələrin 34%-i kommersiya seks xidməti göstərən qadınlarla cinsi təmasda olanlardır, bəzi ölkələrdə hətta kommersiya seks xidməti göstərən qadınların 80%-i İİV-ə yoluxmuşdur.
QİÇS və homoseksualizm
Dünyanın bütün ölkələrində homoseksualistlər İİV-infeksiyası üçün ilk qurbanları yüksək risk qrupuna daxildir. Hətta sağlam homoseksualistllar QİÇS-in inkişafına şərait yaradan immun statusun xüsusiyyətləri (iL-2-nin sintezinin azalması, Th/Ts nisbətinin sonuncunun xeyrinə dəyişməsi). Əlavə etmək lazımdır ki, homoseksuallarda qeyd olunan prostaqlandinlərin hipersekresiyası iL-2-nin hasilatını tormozlayır. Bunun nəticəsində çoxsaylı partnyorların spermasının dəfələrlə yeridilməsi immun sistemin zəifləməsinə və T-h-ə görə autoimmun proseslərinin induksiyasına səbəb ola bilər. Qeyd olunan vəziyyət homoseksual və kommersiya seks xidməti göstərən qadınlarda müşahidə edilə bilər. MSM-lər arasında homoseksualizmin spesifik xüsusiyyəti anal yolla cinsi əlaqənin olması təşkil edir. İİV-nun orqanizmə əsasən qan, o cümlədən cinsi əlaqə zamanı keçməsinə baxmayaraq, ABŞ-nın Allergiya və yoluxucu xəstəliklər Milli institutunun məlumatlarına əsasən anal əlaqə zamanı virus qana keçmədən bilavasitə düz bağırsağın hüceyrələrini yoluxdurur ki, həmin hüceyrələr İİV üçün hədəf rolunu oynayan T4-hüceyrələrin reseptorlarına oxşar reseptorlara malikdir. Epidermis və selikli qişalarda dislokasiya olunan Langerhans hüceyrələri-dendrit makrofaqları İİV-ə yoluxmada birinci hədəfdir.

1.2. İİV-infeksiyası və narkomaniya
QİÇS-lə xəstələrin 25%-ni narkomanlar təşkil edir. Onlar tərəfindən ümumi şprislərin təkrar istifadə olunması (68%-ə qədər təsadüflərdə) İİV-infeksiyasının ötürülməsi üçün əlverişli şərait yaradır, nəticədə bu risk qrupunda virusa yoluxma göstəriciləri hətta homoseksualların müvafiq indekslərini ötüb keçir. Narkomanların 1/5-hissəsi qadınlar olduğundan, narkomanlarda İİV-ə yoluxma variantları homoseksuallara nisbətən daha müxtəlifdir. Narkomaniyanın proqressivləşən qlobal yayılması nəticəsində bu risk qrupunun sosial çəkisi hər yerdə kəskin artmaqdadır. Əgər son illərdə QİÇS-lə xəstə homoseksualistlların sayı azalmağa meyllidirsə, əksinə narkomanlar və onlarla cinsi əlaqədə olan insanlar arasında xəstəlik artır. Narkomaniya və İİV-infeksiyasının yayılması arasında olan əlaqəni qiymətləndirərkən nəzərə almaq vacibdir ki, bir çox yayılmış narkotiklər (kokain, amfetalin və b.) öz-özlüyündə T-hüceyrə immunçatışmazlığı yaradır və bununla da İİV-infeksiyasının gedişini ağırlaşdırır. Çox ehtimal var ki, onlar simptomsuz daşıyıcılığın aktiv prosesə keçməsinə şərait yaradır.

2007-ci ilə olan rəsmi statistika göstərir ki, 1 mln. əhaliyə HİV-infeksiyasının yayılma göstəricisinə görə Azərbaycan Gürcüstan və Ermənistan arasında orta mövqe tutur. Azərbaycanda HİV-ə görə aparılan müayinələrin sayının dinamik surətdə artması ilə HİV-ə yoluxanların aşkar olunma faizi də artır. Bu da HİV-ə görə müayinələrin aparılmasının çox vacib olduğunu göstərir. HİV-ə yoluxanların 84,1-ni kişilər, 15,9%-ni qadınlar təşkil edir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının yaş tərkibinə gəlincə 0-14 yaş – 0,9%, 15-18 yaş – 0,2%, 19-24 yaş – 7,7% təşkil edir. Yaş artdıqca HİV-ə yoluxma faizi artır; belə ki, 25-29 yaşda – 19,6%, 30-39 yaş – 45,2%, 40-49 yaş – 19,9%, 50-59 yaş – 2,3% civarında qeydə alınır. HİV-ə yoluxanların 3,6%-i naməlum yaş qrupudur. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının yoluxma yollarının strukturu belədir: anadan uşağa ötürülmə – 0,9%, donor qanı ilə – 0,05%, homoseksual təmas – 0,7%, heteroseksual təmas 23,2%, naməlum səbəb – 10,8%-dir. Yoluxma yolları arasında inyeksion narkotik istifadəsi ilə yoluxma daha çox faiz – 64,4% təşkil edir ki, bu da İİV-infeksiyasının epidemiologiyasında çox mühüm amildir. Təsadüfi deyildir ki, 22 il ərzində aparılan epidemioloji müşahidə (1987 – 01.12.2009) nəticəsində qeyd alınan 2224 HİV-ə yoluxma faktından 2093-ü (94,1%) son 9 ilə (2001 – 01.12.2009) təsadüf edir. HİV-müsbət İNİ-lərin arasında C virus hepatiti 82,44% B virus hepatit 10,18%, sifilis 8,32% və vərəm infeksiyası 17,63% halda aşkar olunur.

2003-2004-cü illərdə kəşfiyyatçı epidemioloji nəzarət çərçivəsində respublikanın 2 regionunda İNİ və SBİ arasında keçirilmiş tədqiqat Azərbaycanda HİV-infeksiyası epidemiyasının konsentrik mərhələdə olmasını göstərmişdir. Belə ki, Bakı şəhərində küçə İNİ-nin arasında HİV-infeksiyasının yayılması 24%, Lənkəranda – 19,5%, orta hesabla 16,25% təşkil etmişdir. 2007-2008-ci illərdə respublikanın 7 regionunda 5 həssas qrup (İNİ, SBİ, KcK, küçə uşaqları və məhbuslar) keçirilmiş kəşfiyyatçı epidemioloji nəzarət Azərbaycanda HİV-infeksiyası epidemiyasının konsentrik mərhələdə olmasını bir daha təsdiq etmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, İNİ-lər arasında HİV-infeksiyasının yayılması 1,3%-dən 33%-ə qədər tərəddüd edərək, orta hesabla 10,3% təşkil edir. Yüksək riskli davranışın geniş yayılması, C hepatiti virusuna qarşı əkscismlərin əksər hallarda İNİ-lər arasında aşkar olunması gələcəkdə epidemiyanın İNİ-lər və onların cinsi partnyorları arasında geniş yayılmasını proqnozlaşdırmağa əsas verir. Azərbaycanda hal-hazırda ən çox HİV-müsbət İNİlər aşağıdakı regionlardadır: Bakı – 347 nəf., Sumqayıt – 154, Şirvan – 154, Lənkəran – 109, Hacıqabul – 74, Astara – 44, Yevlax – 37, Masallı – 35 və Gəncə – 26, HİV-infeksiyasının əhalinin hər 10000 nəfərinə yayılma göstəricisi yüksək olan regionlar aşağıdakılardır: Şirvan – 25,5; Hacıqabul – 15,5; Lənkəran – 9,1; Sumqayıt – 8,8; Astara – 7,3; Xızı – 5,5; Yevlax – 5,1; Kürdəmir – 3,4%, Masallı – 3,4; Bakı və Abşeron – 3,1, Siyəzən – 3,0. Azərbaycanda HİV-ə yoluxması aşkar olunmuş 2224 şəxsdən 523-ü (23,5%) Azərbaycandan xaricdə yoluxanlardır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında Azərbaycandan xaricdə yoluxanların sayı – 490 (22,9%), onlardan 437-i (89,2%) – Rusiyada, 36-i (7,3%) – Ukraynada. Azərbaycandan xaricdə yoluxan 490 şəxsdən 306 nəfəri (62,5%) – inyeksion narkotik istifadəsi, 148 nəfəri (30,2%) – heteroseksual kontakt nəticəsində yoluxmuşdur.
1.3. Hemotransfuziya və İİV-infeksiyası
İİV-ə qarşı əkscismlər hemofiliyalı xəstələrin 53-94%-də aşkar edilmişdir ki, bu risk qrupunda VIII faktorun çatışmazlığı nəticəsində yaranan A hemofiliya xəstələrin 87-94%-də, IX faktorun çatışmazlığı nəticəsində yaranan B hemofiliya 6-13%-də qeydə alınır. A və B hemofiliyanın ağır forması olan xəstələrdə İİV-ə qarşı əkscismlər uyğun olaraq 63% və 40% hallarda aşkar olunur.

Hemofiliyalı xəstələrə İİV-infeksiyasının keçməsi nativ qan və onun komponentləri vasitəsilə mümkündür. Hemofiliyalı xəstələrdə immun statusun bəzi xüsusiyyətləri şübhəsiz ki, onlarda İİV-infeksiyasının inkişafına səbəb ola bilər. Belə ki, VIII və IX faktorlara görə müxtəlif defektləri olan şəxslərdə T-helperlərin miqdarının azalması olur və Th/Ts nisbətinin sonuncunun xeyrinə dəyişməsi baş verir. Bundan əlavə VIII faktor limfositlərin blastogen cavabını və iL-2-nin hasilini ləngidir, VIII faktorun preparatlarında olan allogen zülallar İİV-infeksiyasının patogenezində kofaktor ola bilər.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə