Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
 
 
45 
olunur. Belə ki, aşkar olunmuş törədicinin xarakteri (qram+ və ya qram-) hemostaz 
sistemi aktivasiyası dərəcəsinə təsir etmir [210]. 
Ədəbiyyat  məlumatlarında  göstərilmişdir  ki,  FPA  səviyyəsinin  uzunmüddətli 
yüksək  saxlanması  aktiv  trombəmələgəlmə  prosesi  və  tətbiq  olunan  antitrombotik 
terapiyanın effektivliyinin yetməzliyi haqda şahidlik edir [214, 257]. 
D-dimerin  konsentrasiyasının  artması  bir  sıra  xəstəliklərdə  və  həmçinin  də, 
kəskin  destruktiv  pankreatitlər  zamanı    təyin  olunmuşdur.Kəskin  destruktiv 
pankreatitlər  zamanı  qanın  damardaxili  laxtalanma  sindromu  diaqnozu  qoyulmuş 
xəstələrdə D-dimer səviyyəsinin 2000 nq/ml qədər artması, eyni zamanda da AT-III 
səviyyəsinin  aşağı  düşməsi  və  FPA  və  FDM  səviyyələrinin  də  artması  müşahidə 
olunmuşdur.  Bu,  qanın  laxtalanma  sisteminin  aktivasiyası,  əsas  antikoaqulyantların 
sərf  olunması  və  ikincili  fibrinoliz  nəticəsində  fibrinin  damardaxili  çöküntülərinin 
lizisi  ilə  əlaqəlidir  (109).  Bəzi  tədqiqatlarda  təyin  olunmuşdur  ki,  bir  sıra 
vəziyyətlərdə müşahidə olunan izoləolunmuş birincili fibrinogenolizdə (prostat vəzin 
xoşxassəli  və  bədxassəli  şişləri)  D-dimerin  səviyyəsi  normal  hüdud  daxilində  qalır, 
belə ki, fibrin deyil, fibrinogen məruz qalır (24).  
YDLS    zamanı  D-dimer  səviyyəsinin  tez-tez  artması  və  nəzəri  mülahizələri 
diqqətə  alaraq  D-dimerin  digər  göstəricilərlə  yanaşı  (FPA,  protrombinin  1+2 
fraqmentləri  ilə  (3-  tromboqlobulinlə,  trombin-antitrombin-III  kompleksi  ilə)  olaraq 
fibrinolizin  və  qanın  laxtalanma  sistemi  aktivasiyasının  markeri  kimi  istifadə  oluna 
biləcəyi  hesab  olunur.  Əslində  plazmada  D-dimerin  üzə  çıxması  üçün  təkcə  qan 
laxtalanmasının aktivasiyası və fibrinin damardaxili çöküntülərinin üzə çıxması deyil, 
həm  də  qanın  yaşla  əlaqədar  fibrinolitik  aktivliyi  də  (ya  da  heç  olmazsa  aydın 
tormozlanması)  də  vacibdir,  hansında  ki,  sonradan  fibrinin  əriməsi  baş  verir. 
Düşünməsi  daha  məntiqli  olardı  ki,  fibrinolizin  inhibisiyası  zamanı  D-dimer 
səviyyəsi  hətta  magistral  damarlarda  trombların  meydana  çıxması  və 
tromboemboliyalarda  belə  normal  hüdudlar  daxilində    qalacaqdır.  Əksinə,  müxtəlif 
lokalizasiyalı  trombozların  trombolitik  terapiyası  zamanı  D-dimerin  miqdarı  kəskin 
olaraq artır  [115,49, 99, 101, 120, 139, 161, 241, 255]. 


 
 
 
46 
YDLS  yayılması,  təəssüf  ki,  çox  böyükdür,  bütün  ixtisas  həkimlər  onunla 
üzləşirlər.  Buna  görə  də,  D-dimerin  digər  göstəricilərlə  yanaşı  olaraq  təyini 
damardaxili laxtalanma diaqnostikasında yardım edə bilər[59, 91].  
D-dimerin miqdarının artması müxtəlif kliniki vəziyyətlərdə müşahidə olunur: 
tromboz  instrumental  tədqiqat  metodları  ilə  təsdiq  olunduqda,  məsələn,  ağciyər 
arteriyasının  tromboemboliyasının  radioizotop  diaqnostikası  və  dərin  baldır 
venalarının trombozu zamanı [229].  
Müxtəlif hemostaz aktivasiyası markerlərinin, həmçinin FPA və D-dimerin də 
proqnostik əhəmiyyətini müəyyən etmək kimi cəhdlər də olmuşdur və bu zaman təyin 
olunmuşdur  ki,  bir  çox  xəstəliklər  zamanı  trombotik  ağırlaşma  riski    digər 
parametrlərə nisbətən daha çox D-dimerin artması ilə əlaqəlidir . Çox güman ki bunu 
gözlənilməz  hesab  etmək  olmaz,  belə  ki,  normal  funksiya  yerinə  yetirən  əks 
laxtalanma  sistemi  trombinin  prokoaqulyant  təsirinin  qarşısını  lazımi  dərəcədə  ala 
bilər.  Eyni  zamnda  da  dinamikası  daha  az  inertliklə  xarakterizə  olunan  FPA 
dəyişikliklərinə  antikoaqulyant  terapiya  üzərində  kontrolu  zamanı  daha  da  üstünlük 
verilə bilər[208].  
Beləliklə,  FPA  və  D-dimer  kəskin  destruktiv  pankreatitlər  zamanı  hemostaz 
sistemin  qlobal  aktivləşmə  markerləri  hesab  olunurlar  ki,  həm  hemokoaqulyasiya 
sisteminin  aktivləşməsi  zamanı  trombinin  əmələ  gəlməsini  və  həm  də  plazmin 
reaksiyalarını-fibrinoliz  sistemin  əsas  təsiredici  komponentini  onların  iştirakı  ilə 
əlaqələndirirlər.  Hal-hazırda,  FPA  trombinin  damardaxili  əmələ  gəlməsini,  D-dimer 
isə fibrinin  əmələ gəlməsini təsdiq edən ən etibarlı göstəricilərdən biridir [ 266]. 
Keçmiş  zamanlardan  kliniki  praktikada  hemostaz  pozğunluqlarının  spesifik 
korreksiyası  üçün  heparindən  istifadə  olunur.  Hal-hazırda  isə,  FOmH  və  FOH 
müxtəlif  formaları  tətbiq  olunur  (kleksan,  fraqmin,  fraksiparin).  FOmH  geniş 
istifadəsi bütün intensiv terapiya şöbələrində tətbiq olunur. FOmH çatmamazlıqlarına 
trombositopeniyanı, hemorragik ağırlaşmaların olmasını və trombinin neytrallaşması 
prosesində AT-III tətbiqini aid etmək olar [173, 272]. 
Qeyd etmək lazımdır ki, kəskin destruktiv pankreatitlər zamanı ədəbiyyatlarda 
heparinin  təyini  metodları  və  dozalanması  haqda  suallar  aktiv  olaraq  müzakirə 


 
 
 
47 
olunur.  Ənənəvi  olaraq  preparatların  dərialtı  və  venadaxili  yeridilməsindən  istifadə 
olunur.  Heparinin  dərialtı  yeridilməsi  zamanı  mikrosirkulyasiya  pozğunluqları 
olduqda preparatın qeyri-bərabər sorulması təhlükəsi qalır. Şiddətli hipokoaqulyasiya 
səbəbindən  Bolyus  venadaxili  yeridilməsi  geniş  vüsət  ala  bilməmişdir.  Heparinin 
dozalayıcı  sistemlərin  köməyi  ilə  daimi  venadaxili  infuziyası  daha  çox  özünü 
doğrultmuşdur (infuzomatlar, perfuzorlar)[ 12, 39]. 
Ədəbiyyat  məlumatlarında  FOH  daha  üstün  antitrombotik  (Xa  faktorunu 
inaktivləşdirmə  qabilyyəti)  və  az  dərəcədə  antikoaqulyant  (AT-III  müşayiəti  ilə 
trombini  inaktivləşdirmə  qabiliyyəti)    təsirlər    göstərməsi  haqda  məlumatlar  vardır. 
FOH  daha  yüksək  biomənimsənilməyə  və  heparin  neytralizə  edici  zülallarla  aşağı 
uyğunluğa malikdir. FOH istifadəsi zamanı laborator kontrola gərək olmadığı haqda 
da fikirlər vardır [57]. 
Son  zamanlarda  FOH  qanaxmanı  artırıcı  xüsusiyyətləri  haqda  məlumatlar 
meydana çıxmışdır. Məlumat verilir ki, FOH ilə müalicə zamanı laborator kontrolun 
qeyri-vacib  olması  haqda  tövsiyələr    mübahisəlidir.  Beləliklə,  hal-hazırda  heparinin 
istifadəsi zamanı laborator monitorinqin vacibliyi haqda fikirlər üstünlük təşkil edir.  
Bunula birlikdə, heparinoterapiya və heparinoprofilaktika effektivliyi üzərində 
laborator  kontrolun  əsasında  hipokoaqulyasiya  effektinin  alınması  o  qədər  deyil, 
nəinki  HF-MK,  FPA  və  D-dimer  kimi  trombinemiyanın  və  qanın  damardaxili 
laxtalanma  markerlərinin qiymətləndirilməsi durur[68, 87].  
Müasir  ədəbiyyat  mənzərəsinə  yekun  gətirərkən,  qeyd  etmək  istərdim  ki, 
kəskin  destruktiv  pankreatitlər  zamanı  ağır  vəziyyətlərdə  olan  cərrahi  xəstələrin 
hemostaz sistemində POÇ patogenezi faktorları olan ciddi pozğunluqlar qeydə alınır. 
Bununla  birlikdə,  hemokoaqulyasiya  aktivləşmə  mexanizmləri  sonuna  qədər 
müəyyən olunmamışdır, bu proseslərdə oksidləşdirici stresin rolu araşdırılmamışdır. 
Heparinin  yeridilmə  yolları  və  dozalanmasının  diskussiyaya  ehtiyacı  vardır. 
Hemostaz  sistemi  aktivasiyası  dərəcələrini  adekvat  olaraq  qiymətləndirilməsinə 
imkan verən testlər və aşkar olunan pozğunluqların etibarlı korreksiyası üsulları hələ 
də müəyyən olunmamışdır[239]. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə