5
müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc
günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.
Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu
qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və
çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə
müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, bu imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin
olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı.
Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa
etmək imkanı verdi. 1988-ci ildə ermənilər xalqımıza qarşı növbəti xəyanət planını
hazırlayırdılar. Onlar Şuşada cəngavərlik meydanımız olan Topxana meşəsini
qırıb, yerində alüminium zavodu tikmək, Dağlıq Qarabağda iğtişaşlar yaratmaq və
oranı Ermənistana birləşdirmək fikrində idilər. Noyabrın 17-si BDU-nun tələbələri,
müəllimləri buna qarşı öz etiraz səslərini ucaltdılar və bu böyük izdiham şəhərin
küçələrini dolaşaraq Azadlıq meydanına tərəf yeridi. Adamla dolu meydanda
mitinq keçirilir, ermənilərin özbaşınalığı pislənir, Dağlıq Qarabağın təhlükə altında
olmasından həyacanla danışılırdı. Ancaq dövlət xalqın arxasında dayanmır, onu
dəstəkləmirdi. Buna baxmayaraq, gənclər soyuq gecələrdə də meydanı tərk
etməyib, xalqın haqqını sona qədər müdafiə etdilər. Meydanın ətrafında çadırlar
quruldu, ora Azərbaycanın hər yerindən ərzaq və odun daşındı, minlərlə insan
meydanda gecələdi. Ancaq Sovet ordusu 18 gündən sonra top və tanklarını
meydana yeritdi. İnsanlar döyüldü, əzildi. Elə dirçəliş uğrunda ilk şəhidimiz –
Gündüz Xəlilov da o gecədə həlak oldu. Sovet ordusu meydanı boşaltmağa,
insanları topların, tankların gücünə meydandan yığışdırmağa nail olsa da, bu
möcüzəylə bərabər 18 gün xalqın milli özünüdərkində, oyanışında, dirçəlişində,
daha sonra əldə olunan azadlığında əhəmiyyətli rol oynadı. Bu tarixi xidmətlərin
nəticəsidir ki, Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı, əbədi, dönməz bir
xarakter aldı. Gənc dövlətimiz addım-addım, mərhələ-mərhələ irəlilədi, artıq sivil
dövlətlərin keçdiyi demokratik inkişaf yoluna çıxdı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin
sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul
olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu
azadlığına qovuşdu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız
yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı
qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi,
digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri
səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini reallaşdırdı. Lakin böyük siyasi təcrübəyə malik
olan Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz
dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini
müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Hazırda
6
Prezidentimizin təşəbbüsü ilə dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın
inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu
dövlətlərindən birinə çevrilmişdir. Nəhəng şirkətlərin Azərbaycana marağı
artmışdır. Xarici sərmayə qoyuluşuna və iqtisadi inkişaf surətinə görə ölkəmiz
2005-ci ildə nəinki regionda, həm də dünyada liderlər sırasına çıxdı. Qeyri neft
sektoruna – rabitə, maşınqayırma, yeyinti, xidmət sahələrinə xarici sərmayə
qoyuluşu durmadan artdı. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın
iştirakı və razılığı olmadan həyata keçirilmir. “Əsrin müqaviləsi” çərçivəsində
reallaşmış Heydər Əliyev adına “Bakı – Tbilisi – Ceyhan” Əsas İxrac Boru Kəməri
artıq tam gücü ilə işləyərək neftimizi dünya bazarına çıxarır. Bu kəmər və inşası
başa çatdırılmış “Bakı – Tbilisi – Ərzurum” qaz kəməri həm Cənubi Qafqazda
təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında
mühüm rol oynamaqdadır. Bölgələrdə modul tipli elektrik stansiyalarının
istifadəyə verilməsi, “Əsrin müqaviləsi” əsasında neft və qaz istehsalının
genişlənməsi ölkəmizin enerji təhlükəsizliyini təmin etmişdir. Bakı – Tbilisi – Qars
dəmiryol xəttinin inşası Yaponiya və Cin mallarını Qərbi Avropaya daşımaqda
mühüm rol oynamaqla yanaşı, Azərbaycanın nəqliyyat təhlükəsizliyinin təmin
olunmasına öz töhfəsini verəcəkdir.
17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri
tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu
tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası
keçirilib çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli qərarlar qəbul
edilib. Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar
Respublikasının adı üstündən “Sovet sosialist” sözləri əbədi olaraq atılıb,
Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb, Azərbaycan Xalq
Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay – ulduzlu üçrəngli milli bayrağı
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və
müqəddəsliyə yüksəldilib...
Bu tarixi gün bir də ona görə əziz və şərəflidir ki, həmin qərarların qəbulu
zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasına Azərbaycan
xalqının böyük oğlu, xalqımızın milli qurtuluş savaşına öz övlad və vətəndaş
payını vermək istəyi ilə Moskvadan Vətənə Azərbaycana – Naxçıvana qayıtmış
böyük öndər Heydər Əliyev rəhbərlik edib. Həmin tarixi qərarların qəbulunda
Heydər Əliyev şəxsiyyətinin uzaqgörənliyi, parlaq zəkası, aydın təfəkkürü,
yenilməz məntiqi öz tarixi missiyasını ləyaqətlə yerinə yetirib, bu sənədlərə öz
möhürünü və imzasını əbədi həkk edib...
Bəli, Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət xadimi
Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın
çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna
istiqamətləndirirdi.
1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən
Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi:
“Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi