Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ abşeron rayon məRKƏZİ Kİtabxana sistemi



Yüklə 91,04 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü91,04 Kb.
#52813


AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ 

                      TURİZM NAZİRLİYİ       

ABŞERON RAYON MƏRKƏZİ KİTABXANA SİSTEMİ

 Abşeron rayon MKS-nin Metodika və Biblioqrafiya  

                              şöbəsi

           

               NURƏDDİN BABAYEV - 95

                        (Metodiki vəsait)

                         

                      

                                Xırdalan-2016


Tərtib edənlər:

1.Əliyeva Almaz Yusif q.- Metodika və biblioqrafiya şöbəsinin müdiri

2.Məmmədova Qəmən Bayram q.- İnformasiya və resurs şöbəsinin müdiri 

3.Rzayeva Rəşidə Rəşid q.- MKS-nin direktor müavini.


Nurəddin Həsən oğlu Babayev (1921-1991) — Azərbaycanın görkəmli yazıçı-jurnalisti, 

alim,  professor,  publisist,  Azərbaycanda Jurnalistika  fakültəsinin əsas  yaradıcılarından 

biri, yaşadığı dövrün incəsənət xadimləri sırasında uca zirvə tutmuş sənətkar. Nurəddin 

Babayev  Azərbaycan  Yazıçilar  İttifaqının  üzvü,  oçerk  və  publisistika  şurasının 

sədri, 1954-cü ildən SSRİ yazıçılar ittifaqının üzvü, oçerk və publisistika şurasının üzvü, 

Jurnalistlər ittifaqının üzvü və idarə heyətinin katibi, Əməkdar incəsənət xadimi, Əmək və 

müharibə veteranı, onlarla mükafatlar laureatıdır.

Nurəddin Babayev 1921-ci il mart ayının 23-də Gəncə şəhərində anadan olmuşdur. 

Ziyalı ailəsində böyümüşdür (Atası - Həsən Babayev, Anası - Zəhra xanım Babayeva). 

Onun böyük əmisi Çar ordusunun generalı olmuşdur. Nurəddin müəllim uşaq 

yaşlarından Bakı şəhərinə köçmüş, hələ məktəb vaxtlarından istedadlı, məqsədəyönlü 

və iradəli gənc kimi həm müəllimlərinin, həm də yaşıdlarının hörmət və diqqətini 

qazanmış Nurəddin Babayev orta məktəbi yüksək nəticələrlə bitirmişdir. Ailənin yaxın 

dostu kimi Əhməd Cavadı misal göstərə bilərik. Nurəddin Babayevin ilk yaradıcıllıq 

fəalyyətində dahi şairimizin rolu böyük olmuşdur.

Dövrünün ən savadlı və gözəl qadınlarından olan Quliyeva Azərtac xanımla ailə həyatı 

qurmuşdur. Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş, ağır yaralanmış və 

baş leytenant rütbəsi ilə Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya 

fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri 

dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, 

Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu 

olduqca güclü idi. Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, 

gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin 

Babayevin həyatında fundamental rol oynayırdı.

Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir 

İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi 

yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur. Sözsüz ki, bu dostluq Nurəddin Babayevin 

yaradıcılığında öz güclü əksini tapıb, bu misilsiz, gözəl yaradıcılığı daha da dolğun və 

mənalı edir. Eyni zamanda Nurəddin Babayevin dostları arasında gürkəmli dövlət 

xadimləri Tofiq Bağırov, Rafiq Əsgərov, Kamal Bədəlov, Sabir Qasımov və s. olmuşdur.

1943-45-ci illərdə "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan 

müəllimi" qəzetində redaktor müavini, 1953-cü ildən isə "Uşaqgəncnəşirdə" baş 

redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul 

olmuşdur.

Azərbaycanda jurnalistika fakultetinin olmaması (1928-ci ildən filologiya fakultəsi 

nəznində jurnalistika şöbəsi fəaliyyət göstərirdi) o dövr yetişən gənc nəsil jurnalistlər 

üçün çərçivələr yaradırdı. Nəhayət ki, 1969-cu ildə alim,yazıçılarımız və Nurəddin 

Babayevin səyləri başda olmaqla universitetdə "Jurnalisitika" fakultəsi yaradıldı. Eyni 

zamanda Jurnalistlər ittifaqının təşkilində Nurəddin müəllimin rolu olduqca böyük və 

məhsuldar olmuşdur.

Dəfələrlə müxtəlif elmi, mədəni, ictimai işlər və proyektlər ilə əlaqədar Fransa, Kuba, 

Bolqarıstan, Finladiya, SSRİ respublikalarında və s. ölkələrdə olmuşdur. Eyni zamanda 

bu ölkələrdə də məqalə və əsərləri çap olunmuşdur. Ömrünün sonuna qədər öz misilsiz 


pedaqoqik, jurnalistika, yazıçılıq məharəti və təcrübəsi ilə tələbələri ilə bölüşür, onların 

elmi, mədəni sahədə möhkəmlənməsinə şərait yaratmış və dövrünün əsərləri, 

məqalələri ən çox çap olunan yazıçısı olmuşdur.

1991-ci il sentyabr ayının 25-i dahi pedaqoq, jurnalist və yazıçı Nurəddin Babayev uzun 

sürən xəstəlikdən sonra vəfat etdi. Sentyabr ayının 27-si onlarla məşhurlarımız və 

görkəmli yazıçının ailə və qohumlarının iştirakı ilə BDU-da keçirilən vidalaşma 

mərasimdən sonra 2 Fəxri Xiyabanda torpağa tapşırıldı.

Nurəddin Babayevin yaradıcılığı olduqca çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin 

bir sıra əsərləri rus, alman, ingilis, fransız, ispan, polyak, bolqar, macar və s. dillərə 

tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 1939-cu ildə başlamış, bundan sonra məqalə, 

oçerk və hekayələri tez-tez müxtəlif qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk 

kitabı 1945-ci ildə çap olunmuşdur. Onun ədəbi yaradıcılığında gənclərin təlim-

tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin 

Babayevin bu kitabları gənclər üçün stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir 

gənc üçün tərbiyəvi, əxlaqi nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə 

zəngin xəzinələrdir. Bu əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", 

"Qızlar,sözüm sizədir", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" xüsusi diqqətə layiq 

olub gənc nəsil üçün çox dəyərlidir. "Oğluma məktublar" ("Qızıl qələm mükafatı") 

əsərində olduqca səmimi və nümunəvi ata-oğul münasibətlərini görə bilərik. Bu əsər 

Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil edilmişdir. Nurəddin müəllimin bu qəbildən 

əsrləri böyük məna ilə dolğun olub və saf milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin 

Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə sözüm var", "İzləri itirmirik" kitablarında isə 

sadə və səmimi insan həyatlarından bəhs edib insan həyatının keşməkeşlərlə dolu 

olduğu haqda yazır və bu kitablarda məhz ağır həyat anlarında insanın layiqli qərarlar 

vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На 

дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və 

müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin Babayevin yaradıcılığı olduqca 

çoxşaxəli xarakter daşıyır. Nurəddin müəllimin bir sıra əsərləri rus, alman, ingilis, 

fransız, ispan, polyak, bolqar, macar və s. dillərə tərcümə olunmuşdur. Ədəbi fəaliyyətə 

1939-cu ildə başlamış, bundan sonra məqalə, oçerk və hekayələri tez-tez müxtəlif 

qəzetlərdə dərc edilirdi."Əbədi qəhrəmanlıq" adlı ilk kitabı 1945-ci ildə çap olunmuşdur. 

Onun ədəbi yaradıcılığında gənclərin təlim-tərbiyəsinə həsr edilmiş əsərləri xüsusilə 

diqqətə layiq olub, çox qiymətlidir. Nurəddin Babayevin bu kitabları gənclər üçün 

stolüstü kitab olmaqla yanaşı hər bir zaman, hər bir gənc üçün tərbiyəvi, əxlaqi 

nəsihətlərlə, vacib və əvəz olunmaz əsl həyat təcrübəsi ilə zəngin xəzinələrdir. Bu 

əsərlərdən "Oğluma məktublar", "Qızlar söz istəyir", "Qızlar,sözüm sizədir", "İşıq və 

məhəbbət", "Ürəklər bir olanda" xüsusi diqqətə layiq olub gənc nəsil üçün çox dəyərlidir. 

"Oğluma məktublar" ("Qızıl qələm mükafatı") əsərində olduqca səmimi və nümunəvi ata-

oğul münasibətlərini görə bilərik. Bu əsər Bolqarıstanda "Ədəbiyyat" dərsliyinə daxil 

edilmişdir. Nurəddin müəllimin bu qəbildən əsrləri böyük məna ilə dolğun olub və saf 

milli tərbiyəvi ruhda yazılmışdır. Nurəddin Babayev "Biz Azərbaycandanıq", "Ürəyimdə 

sözüm var", "İzləri itirmirik" kitablarında isə sadə və səmimi insan həyatlarından bəhs 

edib insan həyatının keşməkeşlərlə dolu olduğu haqda yazır və bu kitablarda məhz ağır 


həyat anlarında insanın layiqli qərarlar vermək, başını uca tutmaq, vətənə, ailəyə sadiq 

olmaq kimi məsələlərə toxunur.

Moskvada böyük tirajla çap olunan "Звезды не гаснут" ("Ulduzlar Sönmür") və "На 

дорогах жизни" ("Ömür Yollarında") əsərləri geniş oxucu kütləsi tərəfindən alqışla və 

müəllif şəxsiyyətinə böyük rəğbətlə qarşılandı. Nurəddin müəllimin kitablari daima 

xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə olduqca güclü və müsbət təsir 

göstərib. Ömrünün yalnız son 25 ili ərzində Nurəddin Babayevin Azərbaycanın ən 

qabaqcıl qəzet və jurnallarında 1500-ə qədər oçerk və publisistik məqalələri çap 

olunmuşdur.

"Uşaq və pul","Gərək ailə dağılmasın"

"Gənclik və bahar","Əməllər,arzular,düşüncələr"-1959

"Söz valideynlərindir"

"Paxıl və paxıllıq haqqında"

"Bəstəkar Fikrət Əmirova açıq məktub","sevinc məktubu"

"ADU-nu(BDU)bitirdikdən sonra yaradıcılıqla eyni zamnda elmi-pedaqoji fəliyyətə 

başlamışdır.1953-cü ildən jurnalistika kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 

O, 1958-ci ildə "Azərbaycanda bədii oçerkin inkişafı" mövzusunda namizədlik 

dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi,daha sonra filologiya elmləri 

doktoru alimlik drəcəsini almışdır.1962-ci ildə "jurnalistika" kafedrası üzrə dossent,1981-

ci ildə isə professor elmi rütbəsində təstiqlənmişdir. Nurəddin Babayev 50 illik elmi-

pedaqoji və ədəbi-jurnalistik fəaliyyəti dövründə indiki Bakı Dövlət Universitetində 

jurnalistika kafedrası müdiri,jurnalistika şöbəsinin müdiri,jurnalistika fakultəsinin dekanı 

kimi vəzifələrdə çalışmış,onlarla yüksək ixtisaslı jurnalist yetişdirmiş və elmi cəhətdən 

mükəməlləşməsi üçün heç nəyi əsirgəməmişdir.Elmi əsərlərin "Jurnalistika" seriyasının 

və "Jurnalist" tədris qəzetinin təşkilatçısıdır.Eyni zamanda onun Moskva Dövlət 

universitetinin jurnalistika fakultəsinin dekanı Zasurskiy Yasen Nikolayeviç ilə dostluq 

münasibərləri olmuş,orada dəfələrlə müxtəlif məzmunlu leksiyalarla çıxış etmişdir.O, 

Azərbaycan ədəbiyyatında oçerk üslubunun nəzəri əsaslarını yaratmış və bu yolda 

navator kimi çıxış etmişdi.Azərbaycan qəhrəmanları,ictimai,siyasi,elmi və mədəni 

şəxsiyyətlərimiz haqda olan bu oçerklər məzmun və məna baxımından daima gözəl və 

əvəzolunmaz olub,öz aktuallığını itirmirlər. Azərbaycanda Ədəbiyyat və İncəsənət 

arxivinin təşkilində çox böyük rol oynamış,öz növbəsində arxiv xəzinəsinə qiymətli 

materiallar vermişdir.Alim Maarif Teymurovun direktor olduğu İncəsənət və Ədəbiyyat 

arxivində Nurəddin müəllmin 31 saylı fondu ilk və ən zəngin fondlarından olub 

xalqımızın qorunulan sərvətidir.

Elmi tədqiqatları

"Azərbaycanda bədii oçerkin inkişafı"

"1930-cu illərdə Azərbaycan bədii oçerki"Nankorluq nədən doğur"-1975

Nurəddin müəllimin kitablari daima xalqımızın sevimli əsərlərindən olub, ictimayətimizə 

olduqca güclü və müsbət təsir göstərib.


Yüklə 91,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə