Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
Aqrar Elm və İnformasiya Məsləhət
Mərkəzi
Əkinçilik Elmi-Tədqiqat İnstitutu
Qarğıdalı bitkisinin becərilmə
texnologiyasına dair
TÖVSİYƏLƏR
Bakı-2016
hesabı ilə fosfor 90-100 kq, kalium 90kq şum
altına, azot gübrəsi isə səpindən sonra yemləmə
şəklində vegetasiyanın 2 mərhələsində 3-5 yarpaq
və 7-8 yarpaq əmələgəlmə mərhələlərində 100 kq
hesabı ilə verilməlidir.
Suvarılması: Hava şəraitindən asılı olaraq
qarğıdalı vegetasiya müddətində 3-4 dəfə
suvarılmalıdır. Hektara suvarma norması 600-
800m
3
təşkil edir. 1-ci suvarma bitkilərdə əsas
rüşeym köklərinin formalaşması, 2-ci 15-16
yarpaqların əmələ gəlməsi, 3-cü süpürgələmə, 4-cü
dəndolma dövrlərində aparılmalıdır. Dənin süd
yetişmə
dövründə
suvarmanı
dayandırmaq
lazımdır.
Əsas xəstəlik və zərərvericiləri: Qarğıdalı
becərilən
bütün
təsərrüfatlarda
bitkinin
məhsuldarlığına, onun keyfiyyətinə mənfi təsir
göstərən əsas amillərdən biri ziyanverici həşəratlar
və xəstəliklərdir. Təbii-iqlim şəraitindən asılı
olaraq
müxtəlif
bölgələrdə
qarğıdalıda
ziyanvericilərdən payız sovkası, qarğıdalı və
çəmən kəpənəyi, zəlicə böcəyi, xəstəliklərdən
tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə,
qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə,
pas və s. geniş yayılaraq məhsuldarlığa ciddi ziyan
vurur. Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisinin
xəstəliklərinin 55-80%-i dən vasitəsi ilə keçir və
ona görə də əsas mübarizə tədbirlərindən biri
toxum
materialının
vaxtında
keyfiyyətlə
dərmanlanmasıdır. Bu məqsədlə təsərrüfatlarda
səpiləcək qarğıdalı toxumu səpindən 25-30 gün
qabaq “Alyans”, 75%-li vitavaks, 80%-li TMTD
preparatı ilə 1 ton toxuma 1,5-2 kq hesabı ilə
dərmanlanır.
Bunun
nəticəsi
olaraq
əkin
sahələrində müşahidə edilən helmintosporioz,
tozlu sürmə, bakterioz xəstəlikləri müşahidə
olunmur və ya azalır. Digər xəstəliklərin yayılması
iqtisadi ziyanlı həddinə çatmadığı üçün onlara
qarşı mübarizə tədbirləri aparılmır.
Qarğıdalının əkin sahələrində müşahidə edilən çə-
mən və qarğıdalı kəpənəyi və digər ziyanvericilərə
qarşı “Karate”, “B-58” preparatından işçi məhlul
hazırlanaraq sahələrə çilənməlidir.
Nümayiş əkini aparılan rayonların fermer
təsərrüfatlarında alaq otlarına qarşı mübarizə
məqsədilə hektara 180-200 qram Lintur preparatını
300-350 litr suda həll edərək məhlul hazırlayıb
sahələrə çilənməlidir.
Məhsulun yığılması: Dən üçün yığılan
qarğıdalı toxumunun tərkibində nəmlik 27%
olamlıdır. Qarğıdalı məhsulunun yığılmasında yeni
texnikalardan
“Nyu
Holland”,
“Xerson”
kombaynlarından
istifadə
edilir.
Qıcaların
təmizlənib yığılması üçün SK-4, SK-5, “Niva”
kombaynlarına PPK-4 tərtibatlı əlavə etməklə
qıcadan dənləri ayırmaqla yığılır.
Ünvan: AZ 1098.Bakı şəhəri, Pirşağı qəsəbəsi,
2 saylı Sovxoz
Telefonlar: (+99412) 551 61 30;
Fax: (+99412) 551 60 84;
E-mail: aetei@mail.ru;
Web səhifə: www.aetei.az
Hazırladılar:
b.e.ü.f.d., dosent C.M. Təlai
a.e.ü.f.d., S.Ə.Dünyamalıyev
Respublikamızda
heyvandarlığın
və
quşçuluğun sürətli inkişafı dənli və yem bitkiləri
istehsalının daxili imkanlar hesabına ödənilməsindən
çox aslıdır. Bunun üçün yüksək məhsuldarlıqlı
qarğıdalı sortlarının fermer təsərrüfatlarında səmərəli
texnologiya əsasında geniş sahələrdə becərilməsi
tələb olunur. Lakin əksər bölgələrdə fermerlər
qarğıdalıdan yüksək və keyfiyyətli məhsul əldə
edilməsində probləmlərlə üzləşirlər. Xüsusilə,
fermerlər çox zaman öz sahələrində mənşəyi
bilinməyən sort və hibridlərin toxumlarını səpirlər.
Nəticədə məhsuldarlıq və gəlir aşağı olur.
Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun
Zaqatala Bölgə Təcrübə Stansiyasında seleksiya yolu
ilə yaradılmış perspektivli və rayonlaşmış qarğıdalı
sortlarının fermer təsərrüfatlarında tövsiyə edilən
aqrotexniki qulluq işləri çərçivəsində əkməklə,
yüksək məhsuldarlığa nail olmaq olar. Bunun üçün
fermerlərə öz əkinlərində Əkinçilik ET İnstitutunun
rayonlaşmış “Zaqatala yerli yaxşılaşdırılmış”,
“Zaqatala-68”, “Zaqatala 514” və “Zaqatala 420”
qarğıdalı sortlarının keyfiyyətli toxum materialından
istifadə etmələrini məsləhət bilirik. Qarğıdalının
Respublikamızın suvarılan aran və nəmliklə təmin
olunmuş dəmyə rayonlarında əkilməsi tövsiyə edilir.
Əkin dövriyyəsində yeri: Qarğıdalı üçün ən yaxşı
sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar,
çoxillik yem, cərgəarası becərilən, tərəvəz bitkiləri
hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq
bitkilər üçün yaxşı sələfdir.
Torpağın becərilməsi: Qarğıdalı əkilən
rayonların torpaq-iqlim şəraitləri bir-birindən kəskin
fərqləndiklərinə görə seçilmiş sortlara uyğun
aqrotexniki becərmə işləri tətbiq edilməlidir. Belə
sahələrdə 25-30 sm dərinlikdə şum aparıldıqda
torpağın su-fiziki xassələri yaxşılaşmaqla bitkinin
inkişafı üçün su ehtiyatı toplanır və torpaqda aerasiya
prosesi yaxşılaşır. Bu məqsədlə də qarğıdalı əkiləcək
sahədə ilk əvvəl 8-12 sm dərinlikdə sələf bitkilərin-
dən sonra üzləmə aparılır. Bu əməliyyatın aparılması
bitki və kövşən qalıqlarının xırdalanmasına, torpağın
üst
qatının
yumşaldılmasına,
alaq
otlarının
toxumlarının cücərməsinə, nəmliyin saxlanmasına və
s. proseslərə müsbət təsir edir.
Şumun üst qatının mala və yaxud rotorlu
toxalarla yumşaldılması lazımdır, bu əməliyyatda
torpaq yumşalır, dənəvərləşir, torpağın səthi
hamarlaşır və alaq otları məhv edilir, toxumların
bərabər dərinlikdə basdırılması təmin edilir. Axırıncı
səpinqabağı becərmələr səpinə 2-3 gün qalmış
qurtarmalıdır. Səpindən qabaq sahələr torpaq
herbisidlərindən Randop, Metaloks verilməli və
torpağa qarışdırılmalıdır.
Səpin müddəti və norması: Qarğıdalı istilik sevən
bitki olduğundan torpaqda 8-10
0
C istilik olduqda
əkilməlidir. Torpaqda temperatur 10-12
0
C olduqda
kütləvi cücərtilər alınır. Bitkilərin normal inkişafı
üçün optimal temperatur 20-25
0
C hesab olunur.
Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin
müddətləri müxtəlifdir. Belə ki,aran rayonlarında
optimal səpin müddəti aprelin 1-ci ongünlüyü, dağlıq
və dağətəyi rayonlarda isə aprelin 3-cü ongünlüyü
hesab olunur.
Respublikamızda
becərilən
qarğıdalı
sortlarının səpin norması toxumun iriliyindən asılı
olaraq 1000 ədəd dənin kütləsi 300-350 qram olarsa
dən üçün hektara 45-50 min bitki hesabı ilə 17-20kq,
silosluq üçün isə 22-25kq olmaqla hektara 65-70 min
bitki olmalıdır. Sahədə cərgəaraları dən üçün 70sm,
bitki araları isə 25sm (70x25), silos üçün 70x20sm
sxemi götürülməlidir.
Torpaqda nəmlik normal olduqda toxumun
basdırılma dərinliyi 8-10sm təşkil edir. Ağır
mexaniki tərkibli torpaqlarda bu 6-7sm dərinliyə
qədər azaldılmalıdır.
Cərgəaralarının
becərilməsi:
Qarğıdalının
mexanikləşdirilmiş becərməsində onun suvarılması,
2-3 dəfə kultivasiyası, alaqlara qarşı mübarizə
tədbirləri,
seyrəldilməsi
dibdoldurulmanın
aparılmasının mühüm təcrübi əhmiyyəti vardır.
Cərgə aralarında birinci kultivasiyanın 8-10 sm,
ikincinin 6-8 sm, üçüncünün isə 5-6 sm dərinliklərdə
aparılması müsbət nəticələr verir.
Gübrələnməsi: Qarğıdalı qida maddələrinə tələbkar
bitkidir. O, bütün vegetasiya dövründə normal
böyüyüb inkişaf etməsi və yüksək məhsul verməsi
üçün üzvi və mineral gübrələrlə təmin edilməlidir.
Bitkilərdə gedən fizioloji və biokimyəvi proseslərin
tənzimlənməsində
azot,
fosfor
və
kalium
elementlərinin xüsusi rolu vardır. Bu elementlər
bitkilərin əsas qida elemenləri hesab olunur. İstər
üzvi, istərsə də mineral gübrələr tətbiq edilərkən
becərilən bitkinin bioloji xüsusiyyətləri, əkin sahəsi,
torpağın aqrokimyəvi göstəriciləri və zonanın iqlim
şəraiti nəzərə alınmalıdır. Böyümə və inkişafının ilk
dövrlərində qarğıdalı azot və fosfora daha çox
tələbkardır. Çox turş torpaqlarda qarğıdalı yaxşı
inkişaf etmir. Onun normal inkişafı üçün torpaq
mühitinin reaksiyası neytral olmalıdır (pH-6-7).
Hər hektar sahədən 50-60 sen. dən və ya 500-
600 sen. yaşıl kütlə götürüldükdə məhsulla torpaqdan
150-180 kq azot, 50-60 kq fosfor və 150-160 kq
kalium aparılır. Bu məqsədlə də qarğıdalı becərilən
təsərrüfatlarda hektara üzvi gübrə 30-40 ton,
təsiredici maddə