Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


V. Döyüş Bayrağının təhvili, dəyişdirilməsi və təmiri



Yüklə 1,02 Mb.
səhifə15/15
tarix06.02.2018
ölçüsü1,02 Mb.
#25923
1   ...   7   8   9   10   11   12   13   14   15

V. Döyüş Bayrağının təhvili, dəyişdirilməsi və təmiri

 

27. Hərbi hissə ləğv edildikdə, Döyüş Bayrağı Azərbaycan Respublikası Prezidentinin ona aid təqdimatı ilə, eləcə də Hərbi Dəniz Donanmasının döyüş bayraqları və hərbi dəniz bayraqları onlara aid təqdimatlarla birlikdə qısa tarixi arayışla məxfi qaydada feldyeger rabitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Muzeyinə göndərilir.



Təşkilati dəyişikliklərlə əlaqədar başqa səbəblərə görə hərbi hissənin Döyüş Bayrağı Baş Qərargah rəisinin qərarı ilə muzeyə göndərilə bilər.

28. Əhəmiyyətli dərəcədə korlanmış, yaxud vaxt keçməsilə köhnəlmiş və təmir etməklə bərpası mümkün olmayan döyüş bayraqları dəyişdirilməlidir.

29. Döyüş Bayrağının dəyişdirilməsi, yaxud təmiri haqqında qərara gəlmək üçün Döyüş Bayrağına qərargah, tərbiyə işləri üzrə idarə əşya xidməti, donanma şkiper xidməti nümayəndələrindən ibarət komissiya hərbi hissə qərargah rəisinin iştirakı ilə baxış keçirir. Baxış aktında Döyüş Bayrağında olan bütün qüsurlar, onların əmələgəlmə şəraiti, eləcə də komissiyanın Döyüş Bayrağının dəyişdirilməsi, yaxud yerində təmiri haqqında rəyi göstərilir. Döyüş Bayrağının baxış aktını Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təsdiq edir və Döyüş Bayrağının dəyişdirilməsi yaxud təmiri haqqında qərar qəbul edir.

Döyüş Bayrağının dəyişdirilməsi haqqında qərara əsasən birləşmə qərargahı yeni Döyüş Bayrağı hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əşya xidməti şöbəsinə tələbnamə verir. Aktın və tələbnamənin surətləri Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat-Səfərbərlik idarəsinə təqdim edilir.

Yeni hazırlanmış Döyüş Bayrağı müəyyən edilmiş qayda ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əşya xidməti şöbəsi tərəfindən birləşmə qərargahına göndərilir. Yeni Döyüş Bayrağını aldıqdan sonra köhnə Döyüş Bayrağı tarixi arayışla birlikdə birləşmə qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Muzeyinə göndərilir.

30. Döyüş Bayrağının qumaşını hərbi hissənin qüvvə və vəsaiti ilə təmir etmək qadağandır. Ancaq bayraq dəstəyinin, ucluğun və qaytanların ən zəruri təmirinə icazə verilir.

Döyüş Bayrağı qumaşının təmirə ehtiyacı olduğu halda, hərbi hissə komandiri komanda üzrə Döyüş Bayrağının qumaşını xüsusi emalatxanada təmirə göndərmək barədə vəsatət qaldırır. İcazə alındıqda Döyüş Bayrağının qumaşı emalatxanaya feldyeger rabitəsi ilə göndərilir.

Döyüş Bayrağı qumaşının təmirə verilməsi aktla rəsmiləşdirilir.

 

17 saylı əlavə

 

Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə vımpeli haqqında

 

Əsasnamə

 

1. Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə vımpeli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə, hərbi hissə və gəmilərini Azərbaycan Hökumətinin və müdafiə nazirinin tapşırıqlarını yerinə yetirərkən göstərdikləri mərdlik və əsgəri şücaətə, eləcə də təlimdə və dəniz səfərlərində xüsusi fərqlənənləri təltif etmək üçün təsis olunur.



2. Vımpellə Azərbaycan Respublikasının müdafiə naziri təltif edir, bu barədə müvafiq əmr verilir və əmr Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün birləşmə, hərbi hissə və gəmilərinə çatdırılır.

3. Vımpel birləşmə, hərbi hissə və gəmiyə müdafiə nazirinin nümayəndəsi tərəfindən təntənəli şəraitdə şəxsi heyətin sırası qarşısında Döyüş Bayrağının hərbi hissəyə verilməsinə uyğun qaydada verilir (16 saylı əlavə).

4. Vımpel açıq şəkildə xüsusi dayağa bərkidilmiş bayraq dəstəyində birləşmə və hərbi hissələrdə Döyüş Bayrağı olan postda, gəmilərdə isə kayut-kompaniyada saxlanılır.

Vımpel birləşmənin, hərbi hissənin və gəminin şəxsi heyətinin iclaslarında döyüş hazırlığına yekun vurularkən və vəzifələr tapşırılarkən, eləcə də təntənəli iclaslarda nümayiş etdirilir.

5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmələri, hərbi hissələri və gəmiləri vımpellə bir neçə dəfə təltif oluna bilərlər.

6. Birləşmə və hərbi hissələr ləğv edildikdə (gəmi Silahlı Qüvvələr siyahısından silindikdə), Azərbaycan Respublikası müdafiə nazirinin mərdlik və əsgəri şücaətə görə vımpeli qısa tarixi arayışla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mərkəzi Muzeyinə təhvil verilir.

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       30 iyul 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 05, maddə 312)



2.       1 iyun 2004-cü il tarixli 677-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 06, maddə 415)

3.       16 iyun 2007-ci il tarixli 387-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 08, maddə 754)

4.       4 iyul 2008-ci il tarixli 668-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ((“Azərbaycan” qəzeti, 10 avqust 2008-ci il, № 176, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 709)

5.       5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274)

  1. 22 oktyabr 2010-cu il tarixli 1111-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2010-cu il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1056)

  2.  21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

 

 
Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə