Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alayın (briqadanın) artilleriya silahları xidməti rəisi



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə22/125
tarix15.05.2022
ölçüsü0,9 Mb.
#87069
1   ...   18   19   20   21   22   23   24   25   ...   125
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alayın (briqadanın) artilleriya silahları xidməti rəisi 
 
86.  Alayın  (briqadanın)  artilleriya  silahları  xidməti  rəisi  sülh  və  müharibə 
dövründə: alayın (briqadanın) artilleriya silahlarının bütün növləri ilə, döyüş sursatı və 
əmlakla  təmin  olunmasına,  onların  qorunub  saxlanmasına,  həmişə  saz  olmasına  və 
təmirinə; alay (briqada) şəxsi heyətin öz ixtisası üzrə hazırlığına; xidmətin döyüşə və 
səfərbərliyə  hazırlığına;  şəxsi  heyətin  döyüş  və  ictimai-siyasi  hazırlığına,  tərbiyəsinə, 
hərbi  intizamına  cavabdehdir.  O,  alay  (briqada)  komandirinə  tabedir,  artilleriya 
silahları xidməti şəxsi heyətinin birbaşa rəisidir. 
87. Alayın (briqadanın) artilleriya silahları xidməti rəisinin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında  iştirak  etmək  və  öz  ixtisası  üzrə  onların  yerinə  yetirilməsini  təşkil 
etmək;  


alayda  (briqadada)  olan  silahların  və  döyüş  sursatının  sayını  və  texniki 
vəziyyətini bilmək, xidmət üzrə uçot və hesabat işləri aparmaq;  
alaya  (briqadaya)  gətiriləcək  silahların,  döyüş  sursatının  və  əmlakın  vaxtında 
tələb  edilməsini,  alınmasını,  nəzərdən  keçirilməsini  və  bölmələrə  verilməsini  təşkil 
etmək;  
öz xidməti üzrə şəxsi heyətin işgüzarlıq və mənəvi keyfiyyətlərini bilmək;  
silahların,  döyüş  sursatının  və  əmlakın  artilleriya  anbarında  düzgün 
saxlanılmasını  təşkil  etmək,  alayın  (briqadanın)  bölmələrində  onların  sayına  və 
vəziyyətinə nəzarət etmək; ildə iki dəfədən az olmayaraq, onların texniki vəziyyətlərini 
yoxlamaq, yoxlamanın nəticələri haqqında akt tərtib etmək və həmin akta əsasən alay 
(briqada) üzrə əmr verdirmək;  
silahların  təmirini  planlaşdırmaq,  texniki  xidmətini  vaxtında  aparmaq,  onların 
təmirə göndərilməsini və geri alınmasını təşkil etmək, təmirin vaxtında və keyfiyyətlə 
aparılmasını yoxlamaq;  
alayın  (briqadanın)  təmir  emalatxanasının  işinə  rəhbərlik  etmək,  silahları  təmir 
etmək üçün emalatxananı materiallar, xüsusi alətlər və avadanlıqla təmin etmək;  
alayın  (briqadanın)  zabitləri  və  gizirləri  ilə  silahların  döyüş  sursatlarının 
öyrənilməsi,  onların  istismar  qaydaları  və  həmçinin  alay  (briqada)  bölmələri  ilə  öz 
ixtisası üzrə məşğələlər aparmaq;  
bölmələrdə  olan  silahların  və  döyüş  sursatının  atışa  hazırlığını  təşkil  etmək  və 
yoxlamaq; atışlarda silahların, döyüş sursatının sərf edilməsi və qeyri-normal işlənməsi 
hallarının uçotunu aparmaq;  
təlim atışlarından sonra dərhal bölmələrdən gilizlərin, nasaz döyüş sursatlarının 
alınmasını  və  həmçinin  partlamamış  minaların,  mərmilərin  və  qumbaraların 
Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə