Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavini



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə13/125
tarix15.05.2022
ölçüsü0,9 Mb.
#87069
1   ...   9   10   11   12   13   14   15   16   ...   125
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavini 


 
68.  Alay  (briqada)  komandirinin  tərbiyə  işləri  üzrə  müavini  sülh  və  müharibə 
dövründə;  alayda  (briqadada)  tərbiyə  işinin  təşkilinə  və  vəziyyətinə;  hərbi 
qulluqçuların  əsgəri  tərbiyəsinə,  mənəvi-psixoloji  vəziyyətinin  və  hərbi  intizamının 
möhkəmləndirilməsinə;  alayda  (briqadada)  döyüş  və  ictimai-siyasi  hazırlıq 
məsələlərinin  həllində  və  döyüşə  daimi  hazırlığın  saxlanılmasında,  eləcə  də  döyüş 
tapşırıqlarının  həllində  tərbiyə  işinin  təsirli  olmasına  cavabdehdir.  O,  alay  (briqada) 
komandirinə tabedir və alayın (briqadanın) bütün şəxsi heyətinin birbaşa rəisidir. 
69. Alay (briqada) komandirinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir: 
alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq, səfərbərlik planlarının işlənib 
hazırlanmasında iştirak etmək;  
tərbiyə  işini  döyüş  və  ictimai-siyasi  hazırlığın  müvəffəqiyyətlə  yerinə 
yetirilməsinə,  alayda  (briqadada)  döyüşə  daimi  hazırlığın  saxlanmasına,  döyüş 
tapşırıqlarının  yerinə  yetirilməsinə,  təkbaşçılığın,  şəxsi  heyətin  hərbi  intizamının  və 
mənəvi-psixoloji vəziyyətinin möhkəmlənməsinə yönəldərək təşkil etmək və keçirmək;  
alayın  (briqadanın)  şəxsi  heyətinin  Vətənə  hədsiz  sədaqət,  Azərbaycan 
Respublikası Konstitusiyasına və qanunlarına mütləq riayət etmək, hərbi andın, hərbi 
nizamnamələrin və əmrlərin tələblərini sözsüz yerinə yetirmək, komandirlərə (rəislərə) 
şüurlu surətdə tabe olmaq və onlara hörmət ruhunda tərbiyəsi üzrə iş aparmaq; hərbi 
kollektivlərin  möhkəmlənməsi,  şəxsi  heyətin  dostluq  və  əsgəri  yoldaşlıq,  döyüş 
ənənələri,  öz  hərbi  hissəsinə  məhəbbət,  hərbi  hissənin  əsgəri  şücaət,  şərəf  və  şan 
simvolu  olan  döyüş  bayrağına  sədaqət  ruhunda  tərbiyə  edilməsi  üzrə  tədbirlər 
keçirmək;  alayın  (briqadanın)  şəxsi  heyətinin  qəhrəmanlıq,  igidlik  nümunələrinin  və 
nəcib hərəkətlərinin geniş təbliğini təşkil etmək;  
hərbi  qulluqçularda  Vətənimizin  düşmənlərinə  nifrət,  hər  hansı  şəraitdə  nəyin 
bahasına olursa-olsun, Azərbaycan Respublikasının dövlət mənafeyini müdafiə etməyə 
daim hazır olmaq hissini tərbiyə etmək;  
şəxsi heyətdə öz hərbi borcunu hökmən yerinə yetirmək, dövlət sirrini möhkəm 
saxlamaq şüurunu tərbiyə etmək;  
qarovul  və  daxili  xidməti  (növbətçi  və  vaxta  xidmətini)  yerinə  yetirmək  üzrə 
ictimai-siyasi hazırlıq işini təşkil etmək;  
hərbi qulluqçularda silahları, döyüş texnikasını və digər texnikanı mənimsənmək, 
daim  döyüşə  hazır  saxlamaq,  hərbi  və  xalq  əmlakını  qoruyub  saxlamaq  üçün  şəxsi 
məsuliyyət hissi tərbiyə etmək;  
şəxsi heyətin hərbi vətənpərvərlik, ümumbəşəri dəyərlər və Azərbaycan xalqının 
milli  tarixi  ənənələri  ruhunda  tərbiyəsi  məqsədi  ilə  alayda  (briqadada)  ictimai-siyasi 
hazırlığı,  habelə  kütləvi  təbliğat  və  təşviqat,  mədəni-maarif  və  rəsmi  məlumatlarının 
vaxtında çatdırılması işlərini təşkil etmək və aparmaq; tərbiyə işlərində kino, televiziya, 
radio,  başqa  texniki  təbliğat  vasitələrindən,  həmçinin  qəzet  və  jurnallardan,  bədii 
ədəbiyyatdan geniş istifadə olunmasını təmin etmək;  


ictimai-siyasi  hazırlıq  üzrə  qrup  rəhbərlərinin,  onların  köməkçilərinin  nəzəri  və 
metodik  hazırlığını,  bölmə  fəallarının  seçilməsini,  yerləşdirilməsini,  tərbiyəsini  və 
hazırlığını təşkil etmək;  
zabitlərin,  gizirlərin,  miçmanların  tərbiyə  işlərinə  rəhbərlik  etmək;  onlarda 
işgüzarlıq  və  yüksək  mənəvi  keyfiyyətlər  formalaşdırmaq;  zabitlərlə  şəxsən  tərbiyə 
işləri  aparmaq  və  onların  ictimai-siyasi  hazırlığına  rəhbərlik  etmək;  zabitlərin, 
gizirlərin,  miçmanların  seçilməsində,  yerləşdirilməsində,  attestasiyasında,  hərbi  təhsil 
müəssisələrinə  namizədlərin  seçilməsində  iştirak  etmək;  zabitlərə,  gizirlərə, 
miçmanlara ictimai-siyasi və tərbiyə işləri aparmaq təcrübəsini öyrətmək
3
 
şəxsi  heyətin  sağlamlığının,  qidalanmasının,  maddi-məişət  şəraitinin 
yaxşılaşdırılmasına qayğı göstərmək; hərbi qulluqçuların, onların ailə üzvlərinin, fəhlə 
və qulluqçuların sosial-hüquqi müdafiəsini, ehtiyac və tələblərinin ödənilməsinin təmin 
olunmasını təşkil etmək;  
şəxsi  heyətin  tərbiyə  və  sosial-hüquqi  məsələlərinin  həlli  məqsədi  ilə  yerli 
hakimiyyət  orqanları, yaradıcılıq  ittifaqları,  xeyriyyə  cəmiyyətləri  və  dini  təşkilatlarla 
əlaqə  yaratmaq;  əhali  arasında,  xüsusən  gənclərlə  hərbi  vətənpərvərlik  tərbiyəsi 
işlərində yerli hakimiyyət və tədris orqanlarına yaxından kömək göstərmək;  
alayın  (briqadanın)  klub  və  kitabxanasının  fəaliyyətini  təşkil  etmək;  onların 
apardıqları  tədbirlərin  yüksək  peşəkarlıq  səviyyəsində  keçirilməsini  və  bu  tədbirlərə 
şəxsi  heyətin  böyük  əksəriyyətinin  cəlb  olunmasını  təşkil  etmək,  texniki-təbliğat 
vasitələrindən və digər mədəni-maarif əmlakından düzgün istifadə olunmasını, onların 
vaxtlı-vaxtında alınıb gətirilməsini və təmir edilməsini təşkil etmək;  
tərbiyə işinin təşkili, şəxsi heyətin mənəvi,  psixoloji vəziyyəti, hərbi  intizamı və 
bu  sahədə  keçirilən  tədbirlər  haqqında  alay  (briqada)  komandirinə  və  birləşmə 
komandirinin tərbiyə işləri üzrə müavininə məlumat vermək.  

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə