Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında


V. Döyüş Bayrağının təhvili, dəyişdirilməsi və təmiri



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə117/125
tarix15.05.2022
ölçüsü0,9 Mb.
#87069
1   ...   113   114   115   116   117   118   119   120   ...   125
Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]

 
V. Döyüş Bayrağının təhvili, dəyişdirilməsi və təmiri 
 
27.  Hərbi  hissə  ləğv  edildikdə,  Döyüş  Bayrağı  Azərbaycan  Respublikası 
Prezidentinin  ona  aid  təqdimatı  ilə,  eləcə  də  Hərbi  Dəniz  Donanmasının  döyüş 
bayraqları  və  hərbi  dəniz  bayraqları  onlara  aid  təqdimatlarla  birlikdə  qısa  tarixi 
arayışla  məxfi  qaydada  feldyeger  rabitəsilə  Azərbaycan  Respublikası  Müdafiə 
Nazirliyinin mərkəzi Muzeyinə göndərilir. 
Təşkilati  dəyişikliklərlə  əlaqədar  başqa  səbəblərə  görə  hərbi  hissənin  Döyüş 
Bayrağı Baş Qərargah rəisinin qərarı ilə muzeyə göndərilə bilər. 
28.  Əhəmiyyətli  dərəcədə  korlanmış,  yaxud  vaxt  keçməsilə  köhnəlmiş  və  təmir 
etməklə bərpası mümkün olmayan döyüş bayraqları dəyişdirilməlidir. 
29. Döyüş Bayrağının dəyişdirilməsi, yaxud təmiri haqqında qərara gəlmək üçün 
Döyüş  Bayrağına  qərargah,  tərbiyə  işləri  üzrə  idarə  əşya  xidməti,  donanma  şkiper 
xidməti nümayəndələrindən  ibarət komissiya hərbi hissə qərargah rəisinin  iştirakı  ilə 
baxış keçirir. Baxış aktında Döyüş Bayrağında olan bütün qüsurlar, onların əmələgəlmə 
şəraiti,  eləcə  də  komissiyanın  Döyüş  Bayrağının  dəyişdirilməsi,  yaxud  yerində  təmiri 
haqqında rəyi göstərilir. Döyüş Bayrağının baxış aktını Azərbaycan Respublikası Silahlı 
Qüvvələri Baş Qərargahının rəisi təsdiq edir və Döyüş Bayrağının dəyişdirilməsi yaxud 
təmiri haqqında qərar qəbul edir. 
Döyüş Bayrağının dəyişdirilməsi haqqında qərara əsasən birləşmə qərargahı yeni 
Döyüş Bayrağı hazırlamaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əşya 
xidməti  şöbəsinə  tələbnamə  verir.  Aktın  və  tələbnamənin  surətləri  Silahlı  Qüvvələrin 
Baş Qərargahının Təşkilat-Səfərbərlik idarəsinə təqdim edilir. 


Yeni  hazırlanmış  Döyüş  Bayrağı  müəyyən  edilmiş  qayda  ilə  Azərbaycan 
Respublikası  Müdafiə  Nazirliyinin  Əşya  xidməti  şöbəsi  tərəfindən  birləşmə 
qərargahına  göndərilir.  Yeni  Döyüş  Bayrağını  aldıqdan  sonra  köhnə  Döyüş  Bayrağı 
tarixi arayışla birlikdə birləşmə qərargahı tərəfindən Azərbaycan Respublikası Müdafiə 
Nazirliyinin mərkəzi Muzeyinə göndərilir. 
30.  Döyüş  Bayrağının  qumaşını  hərbi  hissənin  qüvvə  və  vəsaiti  ilə  təmir  etmək 
qadağandır. Ancaq bayraq dəstəyinin, ucluğun və qaytanların ən zəruri təmirinə icazə 
verilir. 
Döyüş  Bayrağı  qumaşının  təmirə  ehtiyacı  olduğu  halda,  hərbi  hissə  komandiri 
komanda  üzrə  Döyüş  Bayrağının  qumaşını  xüsusi  emalatxanada  təmirə  göndərmək 
barədə  vəsatət  qaldırır.  İcazə  alındıqda  Döyüş  Bayrağının  qumaşı  emalatxanaya 
feldyeger rabitəsi ilə göndərilir. 
Döyüş Bayrağı qumaşının təmirə verilməsi aktla rəsmiləşdirilir. 
 

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə