13
sonra müalicə dövründə hər ay ərzində 1 dəfə görmənin itiliyi və görmək qabiliyyəti
təkrari yoxlanmalıdır. Xüsusən, binokulyar görmə yoxlanmalıdır, çünki bəzən proses
birtərəfli ola bilər
Dərman qəbulu zamanı baş ağrıları, paresteziyalar, keçib gedən dispeptik
pozğunluqlar 9,5% hallarda müşahidə olunur. Etambutolu qəbul edərkən podaqra
kəskinləşə bilər, belə ki, preparat uratların böyrək klirensini azaldır. Anafilaktik
reaksiyalar və periferik sinirlərin nevriti də müşahidə ola bilər. Etambutolun qəbulu
zamanı müalicənin başlanğıcında baş gicəllənməsi, bronxospastik reaksiyalar da
müşahidə olunur, öskürək və bəlğəm arta bilər.
Etambutolun təyini zamanı eritrositlərin hemolizi, dəridə səpkilər kimi əlavə
təsirlər baş verir, dispeptik əlamətlər müşahidə olunur. Bəzi hallarda etambutol və
streptomisin birgə qəbulu zamanı sinir sistemində eyforiya, yuxusuzluq, baş ağrısı,
qısa müddətli şüurun itməsi, qıcolmalar, psixoz, depressiya kimi arzu olunmayan
hallar baş verə bilər. Neyrotoksiki fəsadların xarakteri və ağırlıq dərəcəsi xəstələrin
emosional ləbilliyindən, onlarda sinir sistemi xəstəliklərinin olmasından, alkoqolizm
kimi yanaşı faktorların olmasından çox aslıdır.
Etambutolun etionamidlə qəbulu tövsiyyə olunmur, çünki onların farmokoloji
antoqonizm var. Ümumilikdə etambutolun neyrotoksik preparatlarla qəbulu
məsləhət deyil.
Pirazinamid (Z) – (Pyrazinamidum) pirazinkarbon turşusunun amididir,
sintetik tuberkulostatikdir, Mikobakteriyalara qarşı zəif bakteriostatik təsirə malik, az
toksiki preparatdır. Böyük dozada bakterisid təsirə malikdir, in vitro və in vivo təsdiq
olunmuşdur ki, zəif turş mühitdə aktivlik göstərir. Vərəm mikobakteriyalarında
birincili davamlıq bu preparata qarşı nadir hallarda aşkar olunur. Pirazinamidlə
monoterapiya zamanı tez bir zamanda davamlıq yaranır.
Pirazinamid hüceyrədaxili və hüceyrəxarici vərəm mikobakteriyalarına qarşı
effektlidir. Preparat inkapsulyasiya olunmuş ocaqlara yaxşı keçir və aktivliyini turş
mühitdə, kazeoz kütlələrdə və kəskin iltihabı ocaqlarda dəyişmir.
Pirazinamid mədə-bağırsaq sistemində tez sorulur və orqanizmin bütün toxuma
və mayelərinə daxil olur. Meningit zamanı haram iliyi mayesində konsentrasiyası
qandakı qədər olur. Qaraciyərin və böyrəklərin funksiyası normal olan xəstələrdə
pirazinamidin yarım parçalanma dövrü 10 saata qədər çəkir. Bu orqanların
funksiyaları pozulduqda isə yarım xaricolma artır. Metabolizm, əsas etibarilə,
qaraciyərdə gedir. Orada pirazinamid əsas metabolit olan pirazin turşusuna qədər
hidrolizə uğrayır, 70%-ə qədər metabolizm məhsulları 24 saat ərzində sidiklə xaric
olur. Preparat xəstəliyin kəskin mərhələsində birinci iki ay müddətində yüksək təsir
edir və gələcəkdə xəstəliyin residivinin baş verməsinin qarşısını alır. Pirazinamid
14
qəbulu zamanı bazu oynağında artralgiya və mialgiya müşahidə olunur. Oynaq
sindromu, ən çox dərmanın gündəlik qəbulu zamanı müşahidə olunur, fasiləli qəbul
zamanı isə tək-tək hallarda müşahidə oluna bilər. Podaqradan fərqli olaraq bu zaman
həm iri, həm də xırda oynaqlar zədələnir. Əsas fəsadlardan biri hiperurikemiya
sayılır. Hiperurikemiya - pirazinamidin əsas metaboliti olan pirazinkarbon turşusunun
(sidik turşusunun) böyrək kanallarında sekresiyasının qarşısının alınması ilə bağlıdır.
Simptomatik müalicə asetilsalisil turşusu ilə yetərli olur və pirazinamidin
müalicəsini dayandırmaq çox nadir hallarda baş verir. Hiperurikemiyanı həm də
kortikotropinin təyinatı ilə azaltmaq olar. Pirazinamidin hepatotoksiki təsirinin 2%-i
keçmir və bu preparatın dozasından asılıdır. Buna baxmayaraq preparatın
hepatotoksik təsiri nəzərə alınmalıdır. Pirazinamid təyin olunandan əvvəl qan
zərdabında sidik turşusunun konsentrasiyası, qaraciyərin funksiyaları öyrənilir.
Müalicə əsnasında hər ay qanda aminotransferazanın (ALT, AST), bilirubinin
fraksiyaları, QQT, sidikdə urobilinin miqdarı, eləcə də timol sınagı yoxlanılmalıdır.
Preparatın qəbulu zamanı tez-tez müşahidə olunan artralgiya, hepatit,
hiperurikemiya, qastroenterit kimi ağırlaşmalarla yanaşı nadir rast gəlinən
ağırlaşmalar - dəri reaksiyaları, sideroblastik anemiya, diabetin ağırlaşması,
böyrəklərin zədələnməsi, mioqlobinuriya ilə rabdimioliz da mümkündür.
Preparatın qəbulu zamanı allergik reaksiya da müşahidə olunur. Dərman
qızdırması, dizuriya baş verir. Bəzi xəstələrdə qanda şəkərin miqdarı artır. Odur ki,
preparat şəkərli diabetli xəstələrə bir qədər ehtiyatla təyin olunmalıdır. Tək-tək
hallarda periferik qanda trombositopeniya, eritroidli hiperplaziya, sidoroplastik
anemiya,
eritrositlərin
vakuolizasiyası
və
qanın
zərdabında
dəmirin
konsentrasiyasının artması hallarına rast gəlinir. Əvvəlki illərdə pirazinamidin
toksikliyi haqqında fikirlər, yəqin ki, preparatın etionamid və sikloserinlə uzun
müddət birgə qəbulu ilə bağlı olmuşdur. Dozadan artıq qəbul olunma və zəhərlənmə
zamanı pirazinamid üçün spesifik antidod olmadığı üçün mədə təcili yuyulmalı,
qaraciyərin funksiyası nəzarətdə saxlanmalı və simptomatik müalicə aparılmalıdır,
bu zaman hemodializ effektli metod sayılır.
Preparat tabletkalarda 400, 500 və 700 mq şəklində buraxılır. Yaşlılar üçün
sutkalıq doza 1,5-2 qr (25-30 mq/k:q) olmaqla hər gün: 50 mq/kq olmaqla həftədə 3
dəfə; həftədə 1 dəfə 90 mq/kq-dir (ancaq sutkada 3 qramdan artıq olmamaq şərtilə).
Adətən, doza 2-3 qəbula bölünür. Son zamanlar dərmanın birdəfəlik sutka ərzində
qəbul olunması məqsədəuyğun sayılır. Preparatın səhər saat 10-da yeməkdən sonra
qəbul olunması tövsiyə olunur. Pirazinamid başqa preparatlarla birlikdə 2-6 ay
müddətində və daha çox qəbul oluna bilər. QİÇS-ə yoluxmuş xəstələrdə preparatın
qəbulu daha uzun müddət tövsiyə olunur. Xəstələrə 65 yaşdan başlayaraq dozanın