Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi



Yüklə 237,8 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix26.03.2018
ölçüsü237,8 Kb.
#33967
  1   2   3   4   5   6   7   8   9


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 

 

 

 

 

Şakir Musayev 

 

 

 

 

 

 

 

ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI 

VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ  

OLAN CİNAYƏTLƏRLƏ BAĞLI  

MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı 2009 




 




Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi 

 

 

 

 

Şakir Musayev 

 

 

 

 

 

 

 

ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI 

VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ  

OLAN CİNAYƏTLƏRLƏ BAĞLI  

MƏHKƏMƏ-TİBBİ EKSPERTİZALAR 

 

(Metodik vəsait)  



 

 

 



 

 

 



 

 

 



 

Bakı 2009 

 



 




 

 



Metodik vəsaitə  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji 

Anatomiya Birliyinin Metodik Şurası müsbət rəy vermişdir. 

 

 

 



 

 

Şakir Məzlum oğlu Musayev – tibb elmləri doktoru, professor 

 

ŞƏXSİYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI 



ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏRLƏ BAĞLI MƏHKƏMƏ-TİBBİ 

EKSPERTİZALAR 

 

 



Bakı - 2009, 46 səh. 

 

 



 

Metodik vəsait  şəxsiyyətin cinsi toxunulmazlığı, cinsi 

azadlığı  əleyhinə olan cinayətlərlə  və digər mübahisəli 

vəziyyətlərlə bağlı  məhkəmə-tibbi ekspertizalar zamanı 

məhkəmə-tibb ekspertlərinə  və istintaq-məhkəmə orqanlarının 

əməkdaşlarına köməklik məqsədi ilə tərtib edilmişdir.  

 

 

 



© Ş.M.Musayev, 2009 


 



MÜBAHİSƏLİ  CİNSİ  VƏZİYYƏTLƏRDƏ  VƏ 



CİNSİ  CİNAYƏTLƏRDƏ  APARILAN 

MƏHKƏMƏ-TİBBİ  EKSPERTİZALAR. 

 

Cinayət və mülki işlərin istintaqı zamanı, məhkəmə-istintaq 



orqanlarının qarşısında cinsi mənsubiyyətin, kişinin 

mayalandırma və qadının mayalanma qabiliyyətinin, cinsi 

toxunulmazlığın, cinsi yetkinliyin, hamiləliyin, doğuşun, 

abortun və digər məsələlərin təyin edilməsi ilə bağlı bir sıra 

xüsusi sualların həlli zərurəti yaranır.  

Məhkəmə-tibbi təcrübədə belə sualların həlli cinsi 

vəziyyətin ekspertizası adlanır. 

 

1. HƏQİQİ  CİNSİN  TƏYİNİNİN  MƏHKƏMƏ-TİBBİ  



EKSPERTİZASI 

 

Cinayət və mülki işlərin istintaqı zamanı nigahın pozulması, 



həqiqi hərbi xidmətə çağırış, pasportun verilməsi, cinsi 

cinayətlər və digər hallarda həqiqi cinsin təyin edilməsinin 

vacibliyi yarana bilər. 

Hermafroditizm və ya həqiqi ikicinslilik, subyektdə  həm 

kişi, həm də qadın cinsi vəzilərin (xayalar və yumurtalıqlar) 

elementlərinin olması ilə xarakterizə olunur. Belə  şəxslərin 

xarici cinsiyyət orqanları bir mənalı  şəkildə ya kişi, ya da 

qadınlara xas olmaqla bərabər müəyyən inkişaf qüsurlarına 

malik olur. Həqiqi hermafroditizmə çox nadir hallarda rast 

gəlinir. Yalançı hermafroditizmə daha çox rast gəlinir. Bu 

zaman subyektdə müəyyən cinsə aid funksiyalı cinsi vəzilər 

olsa da, xarici cinsiyyət orqanları  əks cinsə aid olur. Yalançı 

qadın hermafroditlərdə – yumurtalıqlar olsa da, xarici cinsiyyət 

orqanları kişi tipinə uyğun inkişaf etmiş olur. Yalançı kişi 

hermafroditlərdə – xayaların olmasına baxmayaraq, xarici 

cinsiyyət orqanları qadın cinsinə uyğun inkişaf edir. 




 



Həqiqi cinsi təyin edərkən aşağıdakı kompleks əlamətlər 



nəzərə alınır: 

- anamnestik məlumatlar (polyusiya, aybaşı, cinsi meyllik); 

- ikincili cinsi əlamətlərin vəziyyəti və xarici cinsiyyət 

orqanlarının quruluşu

- tibbi sənədlərdən (ginekoloq, uroloq, endokrinoloq, 

seksopatoloq və s. yanında müalicədə olması barədə) 

məlumatlar. 

Həqiqi cinsin təyininin məhkəmə-tibbi ekspertizası müxtəlif 

ixtisaslı  həkim-klinisistlərin iştirakı  və subyekti ixtisaslaşmış 

müalicə müəssisəsində müayinə etməklə komission qaydada 

aparılır. 

Daxili cinsi vəzilərin müayinəsi və onların funksional 

fəaliyyətinin həcmi həlledici rol oynayır. Hazırda genetik 

(həqiqi) cins qanda leykositlərin nüvələrinin və  ağız 

boşluğunun selikli qişasının epitelial hüceyrələrinin müayinəsi 

yolu ilə də təyin oluna bilər. Diaqnostika kişi və qadın cinsinə 

mənsub pozitiv əlamətlərin müəyyən edilməsinə əsaslanır. 

Həqiqi cinsin təyininin məhkəmə-tibbi ekspertizası 

zamanı, həlli üçün ekspert qarşısında aşağıdakı  suallar 

qoyula bilər: 

1.  Şəxs hansı həqiqi cinsə mənsubdur? 

2.  Hazırki şəxs hermafrodizmdən əziyyət çəkirmi?  

3.  Əgər belədirsə, o həqiqi yoxsa yalançı hermafrodizmə 

aiddir? 

 

 




Yüklə 237,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə