Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 328,03 Kb.
səhifə5/5
tarix26.10.2017
ölçüsü328,03 Kb.
#6826
1   2   3   4   5

NƏTİCƏ
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu dövlətimizdə köklü dəyişikliklərə başlanğıc verdi. Bu dəyişikliklərdən biri də yerli özünüidarəetmənin formalaşması oldu.

Yerli özünüidarəetmə ölkəmizdə yeni yaranmış institutdur. Azərbaycan Respublikasında yerli özünüidarəetməni bələdiyyələr həyata keçirir. Bu quruma ilk seçkilər 1999-cu il dekabr ayının 12-də keçirildi. Baxmayaraq ki, Konstitusiyanın “Keçid müddəalarının” 7-ci bəndinə görə konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətinə ölkədə yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməli idi.

Ümumiyyətlə yerli özünüidarəetmə xalqa ən yaxın olan idarəetmədir. Azərbaycan Respublikasının Konstitusiyasının birinci maddəsində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olması göstərilir. İkinci maddədə isə xalqın suverenliyindən bəhs edir. Orada deyilir:

I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi-referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir.

Yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin də təşkil olunmasında bu prinsipə riayət edilir. Bələdiyyələrə üzv seçməklə vətəndaşların yerli özünüidarəetmədə iştirakı tükənmir. Bundan başqa vətəndaşlar yaşadıqları ərazilərdə yerli özünüidarə hüququnu öz iradəsini birbaşa ifadə etmək, rəy sorğusu, müstəqil fıkir söyləmək, təkliflər vermək vasitəsilə və digər formalarda həyata keçirirlər.

Bələdiyyələr təşkil olunduqdan sonra öz orqanları vasitəsi ilə ölkə qanunvericiliyinin onlar qarşısında qoyduğu bir sıra vəzifələri yerinə yetirirlər. Bu istiqamətdə bələdiyyə orqanları qanunvericiliklə müəyyən edilmiş və yerli özünüidarəetmə orqanlarının üzərinə qoyulmuş proqramlar həyata keçirirlər. Bu proqramlar aşağıdakılardır:

1. Yerli sosial müdafiə və sosial inkişaf proqramları.

Yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəblərdə tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinın təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyin himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fıziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.



2.Yerli iqtisadi inkişaf proqramları.

Yerli iqtisadi inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara olavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələri əhatə edə bilər. Yerli iqtisadi inkişaf proqramlarında bələdiyyə torpaqlarında və dövlətin bələdiyyələrə verdiyi əmlakdan səmərəli istifadə yolları göstərilir.



3.Yerli ekoloji proqramlar.

Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara olavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər.

Bələdiyyə institutunun ölkəmiz üçün yeni olduğunu nəzərə alaraq bu qurumlar fəaliyyətinə nəzarət və yardım məqsədi ilə Azərbaycan Respublkası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi yaradılmışdır.

İndiyə qədər yerli özünüidarəetmə ilə bağlı 20-dək qanun qəbul edilmiş, bu qanunlarla əlaqədar fərmanlar verilmiş, qərarlar çıxarırmışdır. Ümumiyyətlə, cəmiyyət inkişaf edir və ictimai həyatın müxtəlif sahələrində bu inkişafa uyğun dəyişikliklər gedir. Ölkə qanunvericiliyi də bu inkişafdan öz payını alır. Yerli özünüidarəetmə haqda olan qanunvericiliyə də müvafiq dəyişikliklər, əlavələr olunur.

Sevindirici hal­dır ki, Azərbaycan Res­pub­li­kası Pre­zi­denti ya­nın­da Döv­lət İda­rə­çi­lik Aka­de­mi­ya­sın­da döv­lət ha­ki­miy­yət or­qan­la­rı­nın iş­çi­lə­ri ilə ya­na­şı, bə­lə­diy­yə ida­rə­et­mə or­qan­la­rın­da ça­lı­şan iş­çi­lər üçün də kursla­rı yaradılmışdır.

Bir fak­ti unut­maq ol­maz ki, bə­lə­diy­yə ins­ti­tutu öl­kə­miz­də yeni ya­ra­nıb və bu qu­ru­mun hü­quqi ba­zası ye­tə­rin­cə olsa da, təc­rübə ba­zası yox də­rə­cə­sin­də­dir. Bundan əlavə, bir sıra icra struk­tur­ları rəh­bər­lə­ri­nin bu qu­rum­lara qıs­qanc­lıq­la yanaş­ması və bəzi hal­lar­da işə bir­başa mü­da­xi­ləsi, hət­ta öz sə­rən­cam­ları ilə bələdiy­yə­lə­rin sə­la­hiy­yət­lə­ri­nin məh­dud­laş­dır­ması adı­çə­ki­lən qu­rum­la­rın iş fəaliyyə­tini if­lic və­ziy­yətə salır.

Bəs ya­ran­mış və­ziy­yət­dən necə çıx­malı?

Təh­lil­lər gös­tə­rir ki, əgər biz hə­qi­qə­tən si­vil şə­kil­də ça­lı­şan və bey­nəl­xalq stan­dart­lara ca­vab ve­rən yer­li özünüi­darəet­mə sis­te­mini fəa­liy­yət­də gör­mək istəyirik­sə, ilk növ­bədə ona ve­ri­lən sə­la­hiy­yət­lər çər­çi­və­sinə ye­ni­dən bax­ma­lı­yıq. Yer­lər­dəki icra nü­ma­yən­də­lə­ri­nin ləğ­vi və ya bir çox hal­lar­da on­la­rın bələdiyyələrlə bir­ləş­di­ril­məsi bə­lə­diy­yə­lə­rin işini və mə­su­liy­yə­tini ar­tıra bilər.

Fik­ri­miz­cə, ilk öncə icra struk­tur­ları ilə üst-üstə dü­şən mə­sə­lə­lər və “pa­ra­lel sə­la­hiy­yət­lər” ara­dan qal­dı­rıl­malı, seç­ki yolu ilə ha­ki­miy­yətə gə­lən­lərə ge­niş sə­la­hiy­yət pa­keti təq­dim edil­mə­li­dir. Mə­sə­lən, əha­liyə kom­mu­nal xid­mət­lə­rin göstərilmə­si­nin ta­ma­milə bə­lə­diy­yə­lərə ve­ril­məsi daha doğ­ru ad­dım olar­dı. Qeyd edək ki, bə­lə­diy­yə qa­nun­ve­ri­ci­liyi də buna im­kan verir. Ad­dı­mın atıl­ması nə­ticə eti­bari ilə çox uğur­lu ola bilər. Ən əsası isə büd­cə­dən bu sa­hə­nin sax­la­nıl­ma­sına ay­rı­lan xər­cin azal­ma­sına gə­ti­rər.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasında Bələdiyyələrin Hüquqi Bazası: qanunlar, fərmanlar, sərəncamlar, əsasnamələr. Bələdiyyə Kitabxanası. Bakı, 2002.

2. Əziz Torrul. Beynəlxalq bələdiyyə təcrübəsi.

3. Q. İbadoğlu, A. Mehtiyev, S. Əliyev. Büdcə bələdçisi. Bakı 2003

4. E. Abdullayev, S. Həsənova, Z. Qaralov. Bələdiyyə hüququ.

ABU, Bakı, 2002.



5. А.Əliyev Ә.Qasımov, V.Zeynalov. Bələdiyyələrə elmi - metodik kömək.

BDU, Bakı, 2002.



6. Ş. Xuduoğlu. Bələdiyyələr haqqında.(Nəzəriyyələr,təcrübələr, sənədlər toplusu). Qanun, Bakı, 1999.

7. V.Tofiqli. Bakı bələdiyəsi: müşahidələr, faktlar, mülahizələr. Bakı, 2006.

8. Əziz Torrul. Bələdiyyələrdə ictimaiyyətlə əlaqələrin beynəlxalq təcrübəsi.

Bakı, 2002.



9. Əziz Torrul. Bələdiyyələrin maliyyə fəaliyyəti.

10. N. Seyidov. Azərbaycan bələdiyyələr assosasiyası. Bakı, 2003

11. H. Hacılı, D. Əhmədov. Azərbaycan Bələdiyyələr Assosiasiyası : Onun Yaradılması Zərurəti və Funksional Fəaliyyəti.. Bakı, 2003.

12. Z.Əsgərov. Konstitusiya hüququ. Bakı, 2002.

13. Z.Qaralov. Azərbaycan Respublikasında Bələdiyyəılərin hüquqi bazası.

Bakı, 2000.



14.Azərbaycan bələdiyyələri: İmkan və perspektivlər. Bakı, 2003.

15. H.Həsənov, M.Hüseynov. Bələdiyyə idarəetməsi. Bakı, 1999

16.Bələdiyyə bələdçisi. Bakı, 2001.

17. N.H.Əliyev. Bələdiyyələr və yerli büdcə. Azərnəşr, Bakı, 2003.

18.Bələdiyyə inzibatçılığı. Bakı, 2001.

19. N.Seyidov. Bələdiyyələr: Beynəlxalq təcrübə və yerli qanunvericilik...

Bakı, 2003.



20. Bələdiyyələrin maliyyə, vergitutma,hüquq və səlahiyyətləri.

Adiloğlu, Bakı, 2003.



21. Azərbaycan Respublikası Konstitusiyası Qanun 2005

22. Azərbaycan Respublikası Seçki məcəlləsi 2003

23. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu 1999

24. Bələdiyyə əraziləri və torpaqları haqqında Azərbaycan Respubikasının Qanunu 1999

25. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu 2001

26. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2002

27. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanunu 2003

28. Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respubikasının Qanunu 2000

29. Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında Azərbaycan Respubikasının Qanunu 2000

30. Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respubikasının Qanunu 1999

31. Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respubikasının Qanunu 2000

32. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respubikasının Qanunu 2001

33. Bələdiyyə üzvünün statusu haqqında Azərbaycan Respubikasının Qanunu 2000

34. Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2000

35. Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respubikasının Qanunu 2001

36. Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 2001

37. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu 2001

38. Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respubikasının Qanunu 1999

39. Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə haqqında Azərbaycan Respubikasının Qanunu 2003

40. Azərbaycan Respublikasında bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması və namizədlərin irəli sürülməsi qaydası haqqında Mərkəzi Seçki Komissiyasının Təlimatı 2004

41. Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası 1985

42. Комарова В.В. Собрания, сходы и конференции - форма осуществления народовластия.

43. Основные теории местного самоуправления: происхождение и развитие. Москва, 1996

44. Dövri nəşrlər:

Xalq qəzeti

525-ci qəzet

45. İnternet resurs mərkəzləri:

http://www.meclis.gov.az-AR MM-nin rəsmi saytı

http://www.azstat.org-AR DSK-nin rəsmi saytı

http://www.eksрert.az-müstəqil jurnal

http://belediyye.iatp.az-Bələdiyyə Resurs Mərkəzi

http://www.cec.gov.az-AR MSK-nın rəsmi saytı

http://www.lslg.ru-Центр правовой поддержки местного самоуправления



1 Bələdiyyələrə elmi-metodik kömək. A.Əliyev, Ə.Qasımov, V.Zeynalov. Bakı, 2002. s.38

2 Основные теории местного самоуправления: происхождение и развитие. Москва,1996. с. 13-14.

3 Bələdiyyələr haqqında. (nəzəriyyələr,təcrübələr, sənədlər toplusu). Bakı, 1999. s.81

4 A.Əliyev, Ə.Qasımov, V.Zeynalov. Bələdiyyələrə elmi-metodik kömək. Bakı, 2002. s.37

5 Azəbaycan Respublikası Seçki Məcəlləsi m.213

6 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/96 saylı Qərarı ilə təsdiq edilmiş Təlimatı. 1-ci bənd.

7 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/91 saylı Qərarı ilə təsdiq edilmişdir.

8 məsələn, “Azərbaycan Respublikasının Lənkəran rayonu ərazisində Lüvəsər bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003.

9 Комарова В.В. Собрания, сходы и конференции - форма осуществления народовластия. http://www.lslg.ru/lslg/export/sites/lslg/ru/publications/articles/komarova_06.html


10 Büdcə bələdçisi. Q.İbadoğlu, A.Mehdiyev, S.Əliyev. Bakı,2003 s.121

11 Bu məqsədlə son üç ildə dövlət büdcəsində 55 milyard manat vəsait təsdiqlənsə də, onun 59 faizi ödənilməmişdir. 525-ci Qəzet, 17 fevral 2006-ci il N 29 (2136)


12 Büdcə bələdçisi. Q.İbadoğlu, A.Mehdiyev, S.Əliyev. Bakı,2003 s.132


13 Xalq qəzeti, 7 aprel 2006.

14 Bakı bələdiyyəsi: müşahidələr, faktlar, mülahizələr. Bakı, 2006. s.18

15 "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (27 sentyabr 2003-cü il № 922)


Yüklə 328,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə