Azərbaycan Respublikası Prezi dentinin 2014-cü IL 19 iyun tarixli Sərəncamı ilə hər IL 25 iyun Azər



Yüklə 455,17 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.06.2018
ölçüsü455,17 Kb.
#50258
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2017-ci il   № 45-48 (9139)

7

yarızarafat,

yarıGerçək

dost  itirməkdən  və  düşmən  qazanmaqdan 

asan heç nə yoxdur.

Qulağa, gözün gördüyündən artıq inanma.

ağlın olması kifayət etmir. Gərək həm də ağıl 

heç vaxt başdan çıxmasın.

adam  var  yalanı  yalanla,  adam  var  həqiqəti 

yalanla qarışdırmağı xoşlayır.

hər yol, hətta sonu olmayan yollar da adamı 

harasa aparır.

uçurumun  kənarında  ayaq  saxlamaq  kifayət 

deyil. Qayıtmaq lazımdır.

hər  kəsin  həyatı  tapmacadır.  cavabını  bəzən 

heç sahibi də bilmir.

çox danışan çox çaşar.

yalan yıxan evlərə görə kompensasiya verilir?

həmişə haqlı olduğunu düşünmək o demək de-

yil ki, nə vaxtsa haqlı olmusan.

söz az olsun, yaxşı olsun.

yaltaqlıq işləyən yerdə bütün yaxşı işləyənlərin 

işi yaxşı getməz.

hətta gül də tikansız olsa yaxşıdır.

bütün ömrüm boyu hamını bağışladım və bu, 

yəqin ki, mənim  bağışlanılmaz ən böyük səhvim-

dir.

yüksəlmək üçün kiminsə önündə zərrəcə də al-

çalmaq lazım deyil.

ədalətin gücsüz olduğu yerdə hər kəs istədiyini 

etməyə özündə güc tapar.

Özünü yaxşı göstərməyə çalışanlar kaş  bir dəfə 

də kiməsə yaxşılıq edəydilər.

bir daşla divar hörülməsə də, bir sözlə ev yıx-

maq olar.

mən  həyatdan  heç  nə  istəmədim,  bəlkə  ona 

görə də heç nə vermədi.

pis başladığın işi də yaxşı qurtarmağa çalış.

bəzi heyvanlarla adam kimi danışanda adamı 

bəzi adamlardan daha yaxşı başa düşür.

pul ver, söz vermə.

dost atan pambıq da baş yarar.

ən böyük nadan düşündüyü hər şeyi söyləyən-

dir.

adamın dili uzağı hansı uzunluqda ola bilər?

Vay o günə ki, böyüklər böyüklük etməyi ba-

carmaya.

o yerdə ki, başı xarabların işi sazdı, başı sazla-

rın işi mütləq axsıyacaq.

yaxşı görünmək istəyirsənsə, yaxşı ol.

hər kəs verdiyindən daha artıq almaq istədi-

yindən həmişə kimlərəsə çox şey çatmayacaq.

Öz işinə aid hər şeyi bilməyənə çox şeydən nə-

yisə bilməyinin nə faydası?

arxa durduğun arxandan vurursa, yerdən qal-

dırdığın da yerə yıxmağa çalışacaq.

ən pis günüm şükür eləmədiyim gündür.

heç  kəsə  o  qədər  yaxınlaşmayın  ki,  uzaqlaş-

maq çətin olsun.

lazım  olanı  etmirsənsə,  nə  etməyinin  mənası 

yoxdur.

meyvəsi  faydalı  olmayan  ağacdan  meyvəsiz 

ağac yaxşıdır.

cahillik  gözünü  yumub  -  zülmətdə  yaşamaq-

dır.

keçmişə boylananda içindən ən çox “kaş ki!” 

qopursa, deməli səhvlərin az olmayıb.

nə vaxtsa əzilmək istəmirsənsə, heç vaxt əyil-

mə.

ağaca elə gəlir ki, külək onun budaqlarını yel-

lətmək üçün əsir.

həya  azaldıqca  günahların  artmaq  ehtimalı 

çoxalır.

çox iş görmək istəyirsənsə, bir işi bitirməmiş 

digərini başlama.

Qalib olmağı öyrən və sənə bütün əziyyətlərini 

unutduran sevincini yaşa. 

həyatda qorxduğum yeganə bir şey var: kiməsə 

yük olmaq. hətta öləndən sonra belə kiməsə yük 

ola biləcəyimi düşünəndə, ölmək istəmirəm.

heç vaxt səhv etmədiyini düşünənlərin düşün-

cəsi elə o qədərdir.

üzdə də, arxada da eyni şeyi deyəcəksənsə, nə 

istəyirsən, de.

pisliklərin  ən pisi yaxşılığa da pisliklə cavab 

vermək, yaxşılıqların ən yaxşısı pisliyə də yaxşılıq-

la cavab verməkdir.

pis  adam  hər  pisliyini  qələbə  kimi  qeyd  edə 

bilər, əsl qələbəni isə heç vaxt.

allahım, çörəyini başqası ilə bölənlərin çörəyi-

ni kəsmə.

adamın xasiyyəti qızıl olmayanda paslanmaq 

ehtimalı çoxalır.

kirli  düşüncələri  olan  adam  bütün  dünyanı 

çirkləndirə bilər.

düşmənin  varsa,  təkcə  yatmamaqla  iş  aşmır, 

gözlərini də həmişə dörd açmalısan.

ən  zəif  adamlar  yaxşılığa  gücü  çatmayan 

adamlardır.

Göz yaşı tez quruyur deyə başqalarını tez-tez 

ağlatmaq lazım deyil.

dinləməyi  bacarmırsansa,  mübahisə  etmə. 

mübahisə  etməyi  bacarmırsansa,  ya  mübahisə 

etmə, ya da mənasız savaşa hazır ol.

fəlakət mənə yaşamağı öyrətdi. zəlzələ anında 

dərk etdim ki, o dünyaya heç nə apara bilməyə-

cəyəm.

yekə-yekə danışanların əlindən adətən heç ki-

çik işlər də gəlmir.

atasına  baş  əyməyənin  başını  nə  vaxtsa  oğlu 

əyəcək.

istedadsız  adamların  qabağa  çəkilməsi  yax-

şıdır. nə qədər qabağa çəkilsələr, bizdən o qədər 

uzaq olacaqlar. bizdən nə qədər uzaq olsalar, qa-

nımız  da o qədər az qaralacaq.

Rasif  TAHİROV

Qədim Romada xəstəlik-

lərdən qurtulmaq üçün termal 

su vannaları qəbul edilirdi və 

həmin sağlamlaşdırıcı metoda 

sonralar SPA–sudan gələn sağ-

lamlıq adı verilib.

SPA  prosedurları  bürünmə,  hid-

roterapiya (su prosedurları) və termi-

ki prosedur kimi üç qrupa bölünür.

Bürünmə  bədənə  müalicəvi  və 

profilaktik qarışıqların yaxılması ilə 

həyata  keçirilən  prosedurdur.  Də-

niz  məhsullarından  istifadə  etməklə 

həyata  keçirilən  prosedur  talassote-

rapiya  adlanır.  Bürünmə  proseduru 

zamanı yosun, müalicəvi palçıq, gil, 

yağ, şokolad və digər məhsullardan 

istifadə olunur.

Həyata  keçirilmə  mexanizminə 

görə  həm  isti,  həm  də  soyuq  bü-

rünmə  var.  İsti  bürünmə  damarları 

genişləndirərək qan dövranını yaxşı-

laşdırır, genişlənmiş dəri məsamələri 

vasitəsilə toksin və şlaklar orqanizm-

dən xaric olur. Soyuq bürünmədə isə 

damar mənfəzi daralır, limfa və qan 

toksinləri  daxili  ifrazat  orqanlarına 

daşıyaraq orqanizmdən çıxarır. Onu 

yorğunluq, ödem, venaların skleroz-

laşmasından  sonrakı  bərpa  prose-

sində tətbiq edirlər. Həmin prosedur 

zamanı bədənə qarışıq yaxılaraq ter-

moyorğana  bürünülür  və  prosedur-

dan sonra yuyunulur.

Hidroterapiyanın  duş  və  müali-

cəvi vanna növləri var. Duş su axının 

orqanizmə  müxtəlif  forma,  tempe-

ratur  və  təzyiqdə  təsirindən  ibarət 

müalicə  prosedurudur  və  iki  cür 

olur.  Şarko  duşu  təzyiq  altında  isti 

və  soyuq  suların  növbələşməsindən 

ibarətdir və həmin prosedurun təsiri 

nəticəsində  baş  və  onurğa  beyninin 

fəaliyyəti  stimullaşır,  qan-damar 

sistemi  və  immunitet  möhkəmlənir. 

Vişi duşu təsirinə görə güclü yağışı 

xatırladır. Duş hidroterapevtik masaj 

proseduru kimi çox idealdır.

Müalicəvi vannalar isə təkcə su 

ilə olanlar deyil. Soyuq və sərin su 

vannaları  orqanizmə  tonuslandırıcı 

təsir  göstərir,  ürək-damar  sistemini 

möhkəmləndirir,  maddələr  müba-

diləsini  stimullaşdırır.  Sudan  başqa 

günəş və hava vannaları da var.

Termiki  prosedurlarda  təbii  və 

süni  istilik  mənbələrindən  istifadə 

olunur.  Məsələn,  isti  su  vannaları, 

hamam,  sauna,  qızdırıcı  islatmalar, 

müalicəvi  palçıqlar,  infraqırmızı 

lampalar,  parafin,  yüksək  tezlikli 

cərəyan və s.

Su orqanizm üçün sağlamlıq və 

gümrahlığı  təmin  edir.  Bitki  və  yo-

sunların  ekstraktları  bədənə  təsir 

edərək onu möhkəmləndirir və sağ-

lamlaşdırır, balzamlar isə orqanizmə 

tonuslandırıcı təsir göstərir. SPA pro-

sedurları zamanı istifadə olunan aro-

matik  yağlar  dərini  tonuslandıraraq 

əhvali-ruhiyyəni yaxşılaşdırır. Sauna 

və buxar kimi SPA prosedurları bə-

dəndən şlakları və toksinləri çıxarır, 

ürək-damar,  ürək-qan-damar,  tənəf-

füs və sinir sistemi fəaliyyətini tən-

zimləyir. Dərman bitkiləri və kontras 

su  vannaları  kiçik  çanaq  oynaqları, 

böyrək və sidikçıxarıcı sistemə müs-

bət təsir göstərir.

SPA  prosedurları  sellülit  zama-

nı,  dərinin  piqment  ləklərinin  müa-

licə  və  profilaktikasında  da  istifadə 

olunur.  Prosedurlar  təkcə  dəriyə  və 

dərialtı  toxumaya  deyil,  həmçinin 

bütövlükdə  orqanizmə  təsir  edir,  iş 

qabiliyyətini artır, oynaqlarda ağrını 

azaldır.


su prosedurları

www.seanews.az

Yay istirahətini keçirmək 

üçün ən çox üz tutulan ünvan-

lardan biri də mavi dəniz suları-

dır. Çimərlik mövsümündə dəniz-

də çimmək çox faydalıdır. Dəniz 

suyunun tərkibi qanın tərkibinə 

çox yaxındır.

Suyun  tərkibində  olan  mik-

roelementlərin  müxtəlifliyi  orqa-

nizmə  şəfaverici  təsir  göstərir. 

Məsələn,  maqnezium  immunite-

ti  bərpa  edir,  kalsium  sümükləri 

möhkəmləndirir,  yod  orqanizmin 

mübadilə  prosesini,  kalium  qan 

təzyiqini  normalaşdırır,  brom  si-

nirləri sakitləşdirir. Çimərkən mü-

badilə  prosesinin  fəallaşması  he-

sabına orqanizmdə bir çox müsbət 

dəyişikliklər  baş  verir.  Dəri  örtü-

yünün məsamələri təmizlənir, mü-

badilə prosesləri sürətlənir, zərərli 

maddələr  kənarlaşır,  orqanizm 

bərpa  olunur  və  cavanlaşır.  Əbəs 

yerə  dənizdə  üzməyi  damarların 

möhkəmləndirilməsi və əzələlərin 

rahatlaşmasına  yönəldilmiş  pro-

fessional masajla eyniləşdirmirlər. 

Suyun  temperaturu  həmişə  bədə-

nin  temperaturundan  aşağı  oldu-

ğuna görə orqanizm xarici mühitə 

uyğunlaşmağa  çalışır.  Bədən  hə-

rarəti azalır, damarlar daralır, xa-

rici temperatura öyrəşəndən sonra 

damarlar  yenidən  genişlənir.  Bu, 

nəinki damarları möhkəmləndirir, 

həm də mübadilə sistemini sürət-

ləndirir, arıqlamağa kömək edir.

Talassoterapiya  dəniz  və 

dəniz  məhsulları  ilə  kompleks 

müalicədən,  çimmə,  hidromasaj, 

müalicəvi  palçıq  və  yosun  sarğı-

ları kimi müalicəvi və profilaktik 

prosedurlardan  ibarətdir.  Xroniki 

yorğunluq, stress, damar və oynaq 

xəstəliklərində, sellülitin ağır for-

malarında  olduqca  faydalı  təsirə 

malikdir.

Təcrübə  göstərir  ki,  dəniz-

də çiməndən sonra bədəndə olan 

cızıq  və  çapıqlar  tez  sağalır,  he-

matoma  və  göyərtilər  itir.  Hə-

min  keyfiyyətlərinə  görə  ağciyər 

xəstəlikləri, səs  tellərinin bərpası 

və  bütün  növ  boğaz  xəstəlikləri 

zamanı  dəniz  suyu  məsləhət  gö-

rülür.


Üzgüçülüklə  məşğul  olmaq 

istisnasız olaraq orqanizmin bütün 

əzələlərini  möhkəmləndirir.  Bu, 

nəinki fitnes, həm də əhval-ruhiy-

yəni qaldırmaq üçün əla vasitədir.

Dəniz kənarında qəbul edilən 

hava orqanizmi brom və maqnezi-

um ionları ilə zənginləşdirir. Yod 

hissəcikləri  ilə  doymuş  oksigen 

isə  ağciyər  xəstəliklərinin  müali-

cəsində çox faydalı təsir göstərir.

dəniz suyunun min şəfası Var

Amerika və Britaniya 

alimləri bildiriblər ki, XXI 

əsrin son rübündə Yer üzü 

ölüm təhlükəsi yaradan 

istiliklə qarşılaşacaq. 

Müvafiq tədqiqata dair 

material “Nature Climate 

Change” jurnalında dərc 

edilib.

  “Lenta.ru”  saytı  xə-

bər verir ki, parnik qazları 

tullantısı  azaldılmayacağı 

halda  alimlərin  proqnozu 

özünü  doğrulda  bilər.  Pla-

net  əhalisinin  təxminən 

yarısı  öldürücü  isti  ilə  qarşılaşacaq. 

Tropik rayonlarda hava şəraiti daha 

çətin olacaq.

Alimlərin  fikrincə,  iqlim  o 

dərəcədə tez dəyişir ki, insanlar 

çətin ki, yeni şəraitə uyğunlaşa 

bilsinlər.  Hazırda  planet  əhali-

sinin  üçdəbiri  istidən  əziyyət 

çəkir.


Mütəxəssislər  1980-ci  il-

dən  istilər  səbəbindən  insan 

ölümü statistikasına həsr edilən 

1,9 mindən çox tədqiqatı araş-

dırdıqdan sonra bu nəticəyə gə-

liblər.  2010-cu  ildə  Moskvada 

10,8 mindən çox, 2003-cü ildə 

Parisdə  4,9  min,  1995-ci  ildə 

Çikaqoda  740  nəfər  isti  hava-

dan ölüb.



planetin əhalisinin təxminən yarısı 

Öldürücü isti ilə QarşılaşacaQ

Statistiklər qidalan-

mağa görə maraqlı faktlar 

ortaya çıxarıblar.  Onların 

apardıqları hesablamalar il 

ərzində ayrı-ayrı ölkələrdə 

hansı qidanın çox sevildiyi-

ni aşkar edib.

Hesablamalara 

görə, 

italyanlar  ildə  30  kiloqrama 



qədər makaron yeyir. Həmin 

göstəriciyə  görə  ikinci  yer-

də  almanlar,  üçüncü  yerdə 

isveçrəlilər  və  ruslar  gedir. 

Rusiyada  adambaşına  düşən 

makaron  istehlakı  5  kiloq-

ramdır.

Pendirlə 



qidalanmaq 

sahəsində  birincilik  fransız-

lara  məxsusdur.  Onlar  ildə 

23 kiloqram pendir yeyirlər. 

Hollandiyada  adambaşına 

düşən  pendir  istehlakı  10, 

Rusiyada 5 kiloqramdır.

Ketçupla  qidalanmağa 

görə  dünyanın  iki  nəhəng 

ölkəsi  -  ABŞ  və  Rusiya  li-

derlik edir. Həmin ölkələrdə 

adambaşına  il  ərzində  1,7 

kiloqram ketçup qəbul edilir.

İsveçrəlilər il ərzində 12 

kiloqram  şokolad  yeyirlər. 

Rusiyada  adambaşına  şoko-

lad istehlakı 5-7 kiloqramdır. 

Birləşmiş Ştatlar bu göstəri-

ciyə  görə  həmin  ölkələrdən 

bir qədər geridə qalır.

Ən  çox  dondurma  Yeni 

Zelandiyada  yeyilir.  Həmin 

ölkənin  sakinləri  ildə  26, 

Amerika sakinləri 24,5, avst-

riyalılar 17,2 litr desert qəbul 

edirlər.


Maraqlıdır ki, ən çox pit-

sa  yeyən  ABŞ  sakinləridir, 

bir  ildə  ölkədə  hər  kəs  13 

kiloqram  pitsa  yeyir.  İkinci 

yerdə  gedən  İtaliya  sakin-

lərinin  payına  il  ərzində  7 

kiloqram pitsa düşür. 56 mil-

yon əhalisi olan Aralıq dənizi 

ölkəsinin  sakinləri  hər  həftə 

pitsa bişirilər.

Sakit  okean  sahillərin-

də  yerləşən  Yaponiya  dəniz 

məhsulları  istehlakına  görə 

aparıcı mövqe tutur. Gündo-

ğar ölkənin sakinləri il ərzin-

də  70  kiloqram  dəniz  məh-

sulları  ilə  qidalanırlar.  Bu, 

digər  ölkələrlə  müqayisədə 

dörd  dəfə  çoxdur.  Rusiyada 

balıqla  qidalanma  adamba-

şına  20-25  kiloqram  təşkil 

edir.


hərə bir şey xoşlayır

Yaponiyada 2011-ci ilin 

martında baş vermiş zəlzələ 

və sunami nəticəsində zərər 

çəkmiş “Fukusima-1” Atom 

Elektrik Stansiyasının (AES) 

nüvə reaktorlarını tədqiq 

etmək üçün robot balıq 

düzəldilib. Bu barədə Kyodo 

agentliyi məlumat yayıb.

Məlumatda  qeyd  edilir 

ki, üzən qurğu iyunun 15-də 

Yokosuka  şəhərində  “Toshi-

ba” şirkəti və Nüvə Reaktor-

larının  Sökülməsi  Problem-

ləri Üzrə Beynəlxalq İnstitut 

tərəfindən  ictimaiyyətə  təq-

dim olunub.

13x30  santimetr  ölçüdə 

olan  silindirik  robot  “Mi-

ni-mambo”  adlandırılıb.  Ka-

bel  vasitəsilə  idarə  edilən 

robot  təhlükəsizlik  qatını 

keçərək  3  nömrəli  reaktora 

daxil olacaq. Altı metr dərin-

likdə soyuducu suyun toplan-

dığı sahədə robot zədələnmiş 

yerlərin  fotosunu  çəkəcək. 

Həmin  məlumatlar  əsasında 

reaktorun  daxilindəki  radio-

aktiv  tullantının  çıxarılması 

üçün işlər hesablanacaq.

AES-in  operatoru  olan 

TEPCO  şirkəti  əvvəllər 

soxulcan  və  əqrəb  formalı 

robotlar  vasitəsilə  reaktorun 

daxilindəki vəziyyəti araşdır-

mağa çalışsa da hər iki cəhd 

uğursuzluqla nəticələnmişdi.



Qəzalı “fukusima-1” 

aes-in reaktorlarına 

baxmaQ üçün robot 

balıQ düzəldilib

Antarktida buzlaqlarının 2100-

cü ilə qədər əriməsi barədə xəbər-

darlıqlar həqiqətdirsə, biz imperator 

pinqvinlərini həmişəlik itirə bilərik.

“ecoportal”  saytı  xəbər  verir  ki, 

Antarktida  buzlaqlarının  əriməsi  im-

perator  pinqvinlərini  çoxalma  və 

qidalanma  məkanlarından  məhrum 

edərək,  onların  mövcudluğunu  təh-

lükə altına qoya bilər.

Yeni proqnoz göstərir ki, əsrin so-

nuna doğru, yəni cəmi üç nəsil sonra 

imperator  pinqvinlərinin  populyasi-

yası 99 faiz azala bilər. ABŞ-ın Oke-

anoqrafiya  İnstitutunun  mütəxəssisi, 

bioloq  Stefani  Jenuvriyer  hesab  edir 

ki,  imperator  pinqvinləri  nəsli  kəsil-

məkdə olan növlər haqqında Qanunun 

himayəsi ilə qorunmalıdır.

İmperator  pinqvinləri  ilə  dəniz 

buzlağı arasında əlaqə çox kövrəkdir. 

Dəniz buzlağı azalarsa, quşlar çoxal-

ma və ov yerlərindən məhrum olacaq. 

Buzun həcminin həddindən çox olma-

sı yaşlı fərdləri sürəkli ov axtarmağa 

vadar  edəcək,  quş  balaları  da  lazımi 

qədər qida ilə təmin olunmayacaq.

Alimlər  pinqvinlərin  optimal 

buzlaq  şəraiti  olan  yerlərə  miqrasiya 

etmək  bacarığını  öyrəniblər.  Onlar 

pinqvinlərin  davranışını,  məskunlaş-

manın məsafəsini və dəniz buzlağının 

həcmini nəzərə alaraq, bu quşların 54 

populyasiyasının  məskunlaşma  mo-

dellərini yaradıblar.

Modelləşdirməyə  görə,  popul-

yasiyalar  2036-cı  ilə  qədər  öz  sayını 

qoruyub saxlayacaq. Sonra pinqvinlə-

ri on il sürən “ekoloji qurtuluş” döv-

rü  gözləyir.  Amma  pinqvinlər  necə 

məskunlaşırsa-məskunlaşsın,  2046-cı 

ildən başlayaraq populyasiyalar yenə 

də azalmağa başlayacaq. Bütün miq-

rasiya ssenariləri göstərir ki, 2100-cü 

ilə qədər pinqvinlərin sayı 40-99 faiz 

azalacaq.

buzlaQların 2100-cü ilə Qədər əriməsi 

barədə xəbərdarlıQlar həQiQət olsa…



Yüklə 455,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə