Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin



Yüklə 233,85 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix31.08.2018
ölçüsü233,85 Kb.
#65765
1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

2.2.4. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə 

hesabatı (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında 

hesabat) və auditor rəyi; 

2.2.5. bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş filialın əsasnaməsi. 

Əsasnamədə fəaliyyəti ilə bağlı digər məlumatlarla yanaşı təsisçi bank tərəfindən filiala 

ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı, bank fəaliyyəti növləri, bank tərəfindən 

filial üzərində nəzarətin həyata keçirilməsi və bankın ləğv edilməsi qaydası göstərilməlidir; 

2.2.6. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati 

strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə 

proqnozlarını (balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti 

haqqında hesabat) müəyyənləşdirən biznes-plan (Əlavə N 9); 

2.2.7. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;  

2.2.8. filiala təyin edilməsi təklif olunan inzibatçılar haqqında bu Təlimatın 2.1.2.5.9-cu 

yarımbəndində göstərilmiş sənədlər; 

2.2.9. bu Təlimatın 2.3.1-ci yarımbəndində göstərilmiş sənədlər. 

2.3. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın 

yerli filialına bank lisenziyası

 

alınması üçün ilkin müraciətə bu Təlimatın 2.1-ci və 2.2-ci 



bəndlərində göstərilmiş sənədlərdən başqa aşağıdakı sənədlər də əlavə olunur: 

2.3.1. xarici bankın törəmə bankı və ya filialı üçün – təsisçi xarici bankın yerləşdiyi 

ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi 

şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazənin olması, habelə 

həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi 

və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın açılmasına yazılı icazəsi; 

2.3.2. xarici bank holdinq şirkətinin törəmə bankı üçün - bank holdinq şirkətinin 

yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata 

keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb 

etməsi üçün həmin ölkədə lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları 

idarə etməsi barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi. 

2.4. Təsis edilən bank və ya Azərbaycan Respublikasında filialını açan xarici bank ilkin 

müraciətinə müsbət baxılması haqqında Mərkəzi Bankın qərarının qəbul edildiyi gündən 180 

təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını (kapitala bərabər 

tutulmuş vəsaiti) Mərkəzi Bankda bu məqsədlər üçün açılan hesaba ödəməli və 

qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatından keçərək idarəetmə sistemlərini təşkil 

etməli, texniki-təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.  

 

3. Bank lisenziyasının alınması üçün yekun müraciət 

 

3.1. Bank lisenziyasının alınması üçün yekun müraciətə (Əlavə N 2) aşağıdakı sənədlər 

əlavə olunur: 

3.1.1. bankın və ya xarici bankın yerli filialının dövlət qeydiyyatı haqqında sənəd və 

nizamnamə və ya notariat qaydasında təsdiq edilmiş surəti

3.1.2. bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təsdiq edilmiş bankın daxili 

reqlamenti; 

3.1.3. bankın yaradılması, nizamnamənin qəbul edilməsi və inzibatçıların təyin edilməsi 

haqqında səhmdarların ümumi yığıncağının qərarının notariat qaydasında təsdiq edilmiş 

surəti; 



Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri 

3.1.4. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında 

Mərkəzi Bankın qərarında şərtlər qoyulduqda, həmin şərtlərin yerinə yetirildiyini təsdiqləyən 

sənəd (sənədlər); 

3.1.5. ilkin müraciət olunarkən Mərkəzi Banka təqdim edilmiş məlumatlarda və 

sənədlərdə əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı 

məlumat; 

3.1.6. bankın korporativ idarəetmə sistemlərinin, o cümlədən idarəetmə orqanlarının 

formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini 

təsdiqləyən sənədlər; 

3.1.7. bankın və ya xarici bankın yerli filialının hüquqi ünvanını təsdiq edən sənədin 

(icarə müqaviləsi, istifadə və ya mülkiyyət hüququnu təsdiq edən sənəd) notariat qaydasında 

təsdiq edilmiş surəti; 

3.1.8. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən 

sənəd. 

 

4. Yerli bankların filiallarının və xarici nümayəndəliklərinin açılmasına icazə almaq üçün 

müraciət 

 

4.1. Yerli bankların yerli və xarici filiallarının və xarici nümayəndəliklərinin açılmasına 

icazə almaq üçün müraciətə (Əlavə N 3) aşağıdakı sənədlər əlavə olunur: 

4.1.1. bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanının 

qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas protokolundan çıxarış (Əlavə N 

8); 


4.1.2. filialın və ya xarici nümayəndəliyin bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən 

təsdiq edilmiş  əsasnaməsi. Əsasnamədə digər məlumatlarla yanaşı filial və ya xarici 

nümayəndəliyin ünvanı, filial üçün bank fəaliyyəti növləri, inzibatçıların səlahiyyətləri, bank 

tərəfindən nəzarətin həyata keçirilməsi, filial və ya nümayəndəliyin bankın öz qərarı ilə ləğv 

edilməsi qaydası göstərilməlidir;  

4.1.3. yerli filialın hüquqi ünvanını təsdiq edən sənədin (icarə müqaviləsi, istifadə və ya 

mülkiyyət hüququnu təsdiq edən sənəd) notariat qaydasında təsdiq edilmiş surəti;  

4.1.4. filialın kommersiya strategiyasını, nəzərdə tutulduğu fəaliyyət növlərini, təşkilati 

strukturunu, habelə filialın ilk üç ili üçün maliyyə proqnozlarını (balans, mənfəət və zərər 

haqqında hesabat) müəyyənləşdirən biznes plan (Əlavə N 9);  

4.1.5. filialın və ya xarici nümayəndəliyin inzibatçılarının (rəhbərlərinin) təyin edilməsi 

barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş 

surəti və ya protokoldan çıxarış (Əlavə N 8);  

4.1.6. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün 

peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və  əmək 

fəaliyyəti  haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən 

doldurulmuş anket (Əlavə N 6), bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak 

paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında 

təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə (Əlavə N 7);  

4.2. Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların fəaliyyətinə yerləşdiyi 

ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 (beş) gün müddətində yazılı 

bildiriş göndərməlidir.  



 


Yüklə 233,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə