İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası
11
təhsil vahidləri (məsələn, müxtəlif ölkələrdə) çətin müqayisə edilir. Digər yanaşma
tələbənin müvəffəqiyyət dərəcəsini, yaxud yaşlıların vərdişini qiymətləndirən testlərin və
sorğu vərəqələrinin istifadə edilməsindən ibarətdir. Məsələn, Tələbələrin Beynəlxalq
Qiymət Proqramı (the Proqramme for International Student Assessment (PISA)) və
Yaşlıların Savadlılığının Beynəlxalq Təftişi (the International Adult Literacy Survey
(IALS)). Oxşar yoxlamalar vərdişin və kompetensiyanın ancaq ayrı-ayrı aspektlərini təyin
etməyə imkan verir və davranışın metodikası ilə əlaqədar məhdudiyyətlərdən asılıdır
(seçimin həcmi, baxılan sualların və əhatə edilmiş ölkələrin dairəsi).
İnsan kapitalı dəyərinin qiymətləndirilməsi üçün, qazanılmış təhsildən asılı olaraq
əmək bazarında həyat müddətində qarşıdakı əmək haqqı barədə məlumatları
aqreqatlaşdırmaq təcrübəsinə başlanılmışdır. Belə yanaşma təşkilatlarda və digər
kollektiv birliklərdə formalaşan “kollektiv bilik və vərdişlərin” vacibliyini nəzərə almır.
Qeyd etmək lazımdır ki, buna baxmayaraq ki, insan kapitalı fərdin xüsusiyyəti kimi
müəyyən olunur, təşkilatda keyfiyyət və kəmiyyətə görə müxtəlif insan kapitallarının
aqreqatlaşdırılması və kombinasiyası fərdi kapitalların adi məbləğini keçən təşkilat
səviyyəsində kompetensiyanı yaradır, yəni sinergetik effekt olur. Eyni zamanda qəbul
edilir ki, fərdlər əsasən firma üçün spesifik insan kapitalına sahib olmadan tam renta əldə
etmək iqtidarında olmur, belə ki, işverən (işə götürən) əslində onların spesifik
vərdişlərinin vahid mümkün alıcısı kimi çıxış edir. Aqreqatlaşdırmaq xüsusi irəli çəkilmiş
işçilərin kollektivində işin sayəsində kapitalın qarşılıqlı təsiri və artması payını nəzərə
almağa imkan vermir. Və sonda belə yanaşma zamanı insan kapitalının aşkar olmayan,
gizli, birmənalı olmayan formasını nəzərə almaq daha çətindir.
Mövcud yanaşmaların qeyd edilmiş natamamlılığı, insan kapitalına investisiya
ehtiyatlarına olan tələbatı, beynəlxalq müqayisə səviyyəsində aydınlaşdırır. Bu formal
indeksdə əsaslandırılmış insan kapitalı göstəricisinə təşkilatda bilik və vərdişlərin
birbaşa qiymətləndirilməsinə əsaslandırılmış spesfik göstəricilər əlavə edilməlidir.
İnsan potensialının inkişafı səviyyəsini müəyyənləşdirən əsas konponentlərdən biri
də həyat səviyyəsinin qiymətləndirilməsidir. Həyat səviyyəsi cəmiyyətin tələbatlarının
ödənilməsi və inkişafını özündə birləşdirir. Beynəlxalq əmək təşkilatının konvensiyasının
25-ci maddəsinin “sosial siyasətin əsas istiqamətləri və normaları haqqında” bəndinə
müvafiq olaraq, insan özünün və ailəsinin sağlamlığnı və firavanlılığını qorumaq üçün
zəruri olan qida, paltar, mənzil, tibbi yardım və sosial xidmət də daxil olmaqla yaşayış
səviyyəsini təmin etmək hüququna malikdir. BMT-nin zəmanətinə əsasən insanın
sağlamlığını, istehlak səviyyəsini, məşğulluğunu, təhsilini, mənzil və sosial təminatını
xarakterizə edən göstəricilər sistemi ilə ölçülür.
Əhalinin həyat səviyyəsinin əsas göstəriciləri bunlardır: adambaşına düşən milli
gəlirin həcmi, onun əhalinin qrupları və sinifləri arasında bölüşdürülməsi, nominal və real
əmək haqqı, ictimai istehlak fondundan güzəşt və ödəmələr. Başqa sözlə, həyat
səviyyəsinə insanın maddi və mənəvi tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə
İnsan kapitalının inkişafı: nəzəri aspektləri və qiymətləndirmə metodologiyası
12
edən göstəricilər aid edilir. Buna qida, geyim, başqa xalq tələbatı malları, mənzil şəraiti,
işləmək və dincəlmək imkanlarının təmin edilməsi daxildir.
Cəmiyyətin rifahının ümumiləşdirici göstəricisi kimi başqa bir mühüm kateqoriyadan
- həyatın dəyəri indeksindən istifadə olunur. Lakin bu indeksin aydınlaşdırılmasından
əvvəl bir sıra anlayışlara baxaq.
Yaşayış minimumu - kasıblığın ümumiləşdirici göstəricisi və ya şkalasıdır. Onun
hazırlanmasında iki göstərici nəzərə alınır: minimum yaşayış büdcəsi və minimum
istehlak büdcəsi.
Minimum yaşayış büdcəsi minimum fizioloji normalar nəzərə alınmaqla hesablanmış
limit həyat standartıdır və onu hesablamaq üçün ərzaq səbətindən istifadə edirlir. Ərzaq
səbəti ərzaq məhsullarının minimal normaları əsasında fiziki istehlaka və zəruri kaloriliyə
müvafiq təşkil olunur.
Minimum istehlak büdcəsi isə istehlak ənənəsi, istehlakçı bazarının konyunkturu
əsasında hesablanır. Buna görə də bu göstərici yaşayış səviyyəsinin nisbətən yüksək
standartıdır. Adətən onların nisbətini 1:2 kimi qəbul edirlər.
“Minimum istehlak büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
“minimum istehlak büdcəsi cəmiyyət tərəfindən onun indiki inkişaf dövründə mümkün
olan minimum səviyyə kimi qəbul edilmiş həddən aşağı olmayan səviyyədə insanın
fizioloji və sosial-mədəni tələbatının ödənilməsini təmin edəcək istehlak mallarının və
xidmətlərinin dəyərini əks etdirir”.
Minimum istehlak büdcəsi istehlak səbəti əsasında hesablanır. İstehlak səbətinin
dəyəri minimal istehlakçı büdcəsini verir. Minimum istehlak büdcəsi - minimal səviyyədə
maddi nemət və xidmət istehlakını əks etdirir. Deməli, o, ən vacib məhsullar və
xidmətlərin toplusunu özündə əks etdirməlidir. Ən rasional istehlak büdcəsi ərzaq -
46,1%, qeyri-ərzaq - 39%, xidmətlər - 13,2%, vergilər və ödəmələr - 2,7% kimi qəbul
olunur.
Yaşayış minimumu əsasında həyatın dəyəri indeksi hesablanır. Həyatın dəyəri
istehlak qiymətləri və istehlak strukturundan asılıdır. Bu faktora istehlak tələbinin
dəyişməsi, bazar konyunkturunun vəziyyəti və s. təsir edir. Həyatın dəyəri indeksinin
qiyməti əhalinin rifah səviyyəsinə təsirini əks etdirməlidir. Bu məqsədlə, qeyd olunmuş
həyat səviyyəsinin qiymətlərin dəyişməsi zamanı saxlanılması məqsədilə zəruri hesab
edilən xərclər müqayisə olunur. Bu göstəriciləri hesablayan zaman əhalinin müəyyən
qrupunun xərclər strukturuna müvafiq istehlakçı nemətləri (istehlakçı səbəti) təyin
olunur. Bu yığımın dəyəri cari və baza qiymətlərində hesablanır, sonra isə bu kəmiyyətlər
müqayisə olunur:
İh.d = YMİ/YM0
Burada, YMİ və YM0, müvafiq olaraq, cari və baza ilində yaşayış minimumudur. Lakin
nəzərə almaq lazımdır ki, belə hesablamalar həyat səviyyəsinin dəyişməsini deyil, yalnız