Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında



Yüklə 209,1 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix01.11.2017
ölçüsü209,1 Kb.
#7758
1   2   3   4   5   6

8.9.  Azərbaycan  Respublikasının  beynəlxalq  müqavilələri  ilə  tənzimlənən  və  Dövlət 

Miqrasiya  Xidmətinin  səlahiyyətinə  aid  olan  məsələlər  üzrə  Azərbaycan  Respublikasının 

götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

 

8.10. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.



 

 

 

III. DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN VƏZİFƏLƏRİ

 

 

 



9.  Dövlət  Miqrasiya  Xidməti  bu  Əsasnamə  ilə  müəyyən  edilmiş  fəaliyyət  istiqamətlərinə 

uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

 

9.1. miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərini işləyib hazırlamaq, aidiyyəti 



dövlət orqanlarının iştirakı ilə onların həyata keçirilməsini təmin etmək;

 

9.2.  immiqrasiya,  emiqrasiya  və  daxili  miqrasiya  proseslərini  təhlil  etmək, 



proqnozlaşdırmaq və onların tənzimlənməsi üzrə tədbirlər görmək, təkliflər hazırlamaq;

 

9.3. miqrasiya sahəsində monitorinq həyata keçirmək və nəticələrinə uyğun olaraq müvafiq 



tədbirlər görmək;

 

9.4.  miqrasiya  sahəsində  öz  səlahiyyətləri  çərçivəsində  normativ  tənzimləməni  həyata 



keçirmək;

 

9.5.  miqrasiyanın  idarə  edilməsi  sahəsində  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının 



fəaliyyətini əlaqələndirmək;

 

9.6.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  qanunvericiliklə  müəyyən  edilmiş 



müddətdən artıq Azərbaycan Respublikasına gəlməsini istəyən şəxslərin dəvətlərinin qeydiyyatını 

aparmaq;  qanunvericiliklə  müəyyən edilmiş  əsaslar  olduqda  əcnəbilərin və  vətəndaşlığı  olmayan 

şəxslərin  Azərbaycan  Respublikasında  müvəqqəti  olma  müddətinin  uzadılması  məsələlərini  həll 

etmək;


[5]

 

9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 



Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazə,  habelə  daimi  yaşamaq  üçün 

immiqrant statusu vermək;

 

9.7-1.  Azərbaycan  Respublikasının  ərazisində  müvəqqəti  və  daimi  yaşamaq  üçün  icazə 



almış  əcnəbiləri  və  vətəndaşlığı  olmayan  şəxsləri  yaşayış  yeri  üzrə  qeydiyyata  almaq  və  onlara 

müvafiq vəsiqələrin verilməsini təmin etmək;

 

9.8.  qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin 

Azərbaycan  Respublikasında  müvəqqəti  yaşamaq  üçün  icazələrini  ləğv  etmək, 

həmçinin

 immiqrant statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək; 



[6]

 

9.9.  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasında 



müəyyən  edilmiş  müvəqqəti  olma,  habelə  müvəqqəti  və  daimi  yaşama

,  yaşayış  yeri  üzrə 

qeydiyyat

 qaydalarına  riayət  etmələri  üzərində  öz  səlahiyyətləri  daxilində  nəzarəti  həyata 

keçirmək;

 [7]

 

9.9-1.  qanunvericiliklə  nəzərdə  tutulmuş  müvafiq  inzibati  xətalar  haqqında  işlərə 



baxmaq; 

[8]

 

9.10.  xarici  əmək  miqrasiyası  proseslərinin  tənzimlənməsi  üzrə  tədbirlərin  həyata 



keçirilməsində iştirak etmək;

 

9.11. immiqrasiya  kvotasına  dair,  o  cümlədən əcnəbi  əmək  qüvvəsinin  ölkə  ərazisinə  cəlb 



edilməsi üzrə aidiyyəti dövlət orqanları ilə birlikdə təkliflər hazırlamaq; 

[9]

 



9.11-1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində 

haqqı  ödənilən  əmək  fəaliyyəti  ilə  məşğul  olmaq  üçün  fərdi  icazələrin  verilməsini  «bir  pəncərə» 

prinsipi əsasında təşkil etmək;

[10]


 

9.12.  əməkçi  miqrantların  çalışdığı  iş  yerlərində  yoxlamalar  aparmaq,  onların  müvafiq 

statusa  və  fərdi  icazələrə  malik  olmalarını  araşdırmaq

,  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada müvafiq tədbirlər görmək



[11]

 

    9.13.  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikasının 



ərazisində olma və yaşama qaydaları ilə bağlı hüquqi informasiya ilə təmin edilməsi üçün tədbirlər 

görmək;


 

9.14. öz səlahiyyətləri daxilində miqrantların sosial müdafiəsi üçün zəruri şərait yaratmaq, 

onların yerli şəraitə uyğunlaşdırılması üçün tədbirlər görmək, hüquqlarını müdafiə etmək;

 

9.15. xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının 



qeydiyyatını  aparmaq,  onların  hüquq  və  mənafelərinin  təmin  edilməsi  üzrə  aidiyyəti  dövlət 

orqanları  ilə  birlikdə  xarici  dövlətlərin  müvafiq  orqanları  ilə  əməkdaşlıq  etmək,  xaricdə  yaşayan 

Azərbaycan  Respublikası  vətəndaşlarının  dəstəklənməsinə  yönəlmiş  dövlət  siyasətinin  həyata 

keçirilməsində iştirak etmək;

 

9.16.  miqrasiya  sahəsində  qanunvericiliyin  pozulması  hallarını  araşdırmaq,  onlar  barədə 



məlumatları  Azərbaycan  Respublikası  Dövlət  Miqrasiya  Xidmətinin  vahid  miqrasiya  məlumat 

sistemi vasitəsilə 

Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış 

sisteminə

 ötürmək  və  aidiyyəti  dövlət  orqanları  ilə  birlikdə  qanunsuz  miqrantların  müəyyən 

edilməsi 

və  qanunsuz  miqrasiyanın  qarşısının  alınması

 üçün  tədbirlər  görmək

,  zəruri 

hallarda  miqrasiya  sahəsində  qanunvericiliyi  pozmuş  əcnəbiləri  və  vətəndaşlığı  olmayan 

şəxsləri inzibati qaydada tutmaq



[12]

 

9.17.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və  hallarda  əcnəbilərin  və  vətəndaşlığı 



olmayan  şəxslərin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılması  barədə  qərar 

qəbul etmək və onun icrasını təmin etmək, habelə və ölkədən çıxarılmış əcnəbilərin və vətəndaşlığı 

olmayan  şəxslərin  Azərbaycan  Respublikasına  gəlişinin  müəyyən  müddətə  qadağan  edilməsi 

barədə  qərar  qəbul  etmək,  onun  icrasını  təmin  etmək  məqsədilə  aidiyyəti  dövlət  orqanlarına 

göndərmək, icrasına nəzarət etmək; 

[13]

 

9.18.  Azərbaycan  Respublikasında  yaşayan  şəxslərdən  Azərbaycan  Respublikasının 



vətəndaşlığına  qəbul,  xitam  və  bərpa  məsələlərinə  dair  vəsatətləri  qəbul  etmək;  həmin  vəsatətlər 

üzrə  toplanmış  sənədləri  və  aidiyyəti  dövlət  orqanlarının  rəylərini  baxılmaq  üçün  Azərbaycan 

Respublikasının Prezidentinə təqdim etmək;

 

9.19.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  əcnəbilərə  və  vətəndaşlığı  olmayan 



şəxslərə siyasi sığınacaq verilməsi məsələsinin həllində iştirak etmək;

 

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın (sığınacaq axtaran) statusunu və bu 



statusu  təsdiq  edən  sənədi  vermək;  sığınacaq  axtaran  şəxsləri  qəbul  etmək  və  müvəqqəti 

yerləşdirmək, onların qeydiyyatını aparmaq;

 

qaçqın statusundan məhrum edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;



 

qaçqınların repatriasiya məsələlərində iştirak etmək;

 

9.21.  Dövlət  Miqrasiya  Xidmətinin  səlahiyyətinə  aid  olan  işlərlə  bağlı  mərkəzləşdirilmiş 



uçot  sistemlərini  təşkil  etmək,  o  cümlədən  miqrasiya  sahəsində  vahid  informasiya  sistemini 

yaratmaq  və  tətbiq  etmək,  onun 

Giriş-çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış 



Yüklə 209,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə