Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.03.2018
ölçüsü213,58 Kb.
#29085
  1   2   3   4   5   6   7


 

 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

MAG STRATURA MƏRKƏZ  



 

Ə

lyazması hüququnda 

 

Ə

HMƏDOVA AYSEL ZAH D qızının 



ÇUQUNƏR TMƏ TEXNOLOJ  PROSESLƏR NDƏ  

Ə

TRAF MÜH T N MÜHAF ZƏ TƏDB RLƏR N N TEXN K - QT SAD  



SƏMƏRƏL L Y   

mövzusunda 

M A G   S T R    D   S S E R T A S   Y A S I 

 

 



xtisasın şifri və adı: 060510 – Ekologiya  

xtisaslaşma: – “ Ətraf mühiti mühafizə metodları və bərpası” 

         Elmi rəhbər:                       

 

 Magistr proqramının rəhbəri 



t.e.n., dos.  brahimov Y.N. 

 

 



 

       dos.f.r.n., Novruzova F.M. 

 

Kafedra müdiri, c.e.n., dos. Mehdiyeva V.Z. 



 

B A K I – 2 0 1 6 


 

 

 

                              MÜNDƏR CAT 

G R Ş..................................................................................................... 

FƏS L 1. ÇUQUNƏR TMƏ TEXNOLOJ  PROSESLƏR N N ÜMUM  

XARAKTER ST KASI ............................................................................... 

1.1.

  Çuqunəritmə texnoloji proseslərinin əsas xüsusiyyətləri..... 



1.2.

  Çuqunəritmə texnoloji proseslərində ətraf mühitin çirklənməsi 

FƏS L 2. ÇUQUNƏR TMƏ TEXNOLOJ  PROSESLƏR NDƏ ƏTRAF MÜH T N 

MÜHAF ZƏS N N ƏSAS  ST QAMƏTLƏR ......................... 

2.1. Ətraf mühitin çirklənmələrinin qarşısının alınması yolları.......... 

        2.2. Hidrosferin mühafizəsi tədbirləri.................................................... 

         2.3. Zəhərli istehsalat tullantılarının basdırılmasının təşkili................. 

FƏS L 3. ÇUQUNƏR TMƏ TEXNOLOJ  PROSESLƏR NDƏ ƏTRAF MÜH T N 

MÜHAF ZƏS  TƏDB RLƏR N N TEXN K - QT SAD  

Ə

SASLANDIRILMASI..................................................................................... 



         3.1. Çuqunəritmə zamanı ayrılan zərərli tullantıların hesablanması 

         3.2. Çuqunəritmə istehsalında zərərli maddələrin insan orqanizminə 

təsiri..................................................................................................................... 

      3.3. Çuqunəritmə texnoloji proseslərində ətraf mühitin mühafizəsinin səmərəli 

texnologiyaları................................................................................. 

3.4. Zərərli  maddələrin ətraf mühitdə yayılma prosesinin riyazi 

modelləri................................................................................................................... 

NƏT CƏLƏR............................................................................................... 

S T FADƏ ED LM Ş ƏDƏB YYATIN S YAHISI........................... 

 

 



 

 


 

 

G   R   Ş 



Mövzunun  aktuallığı.  Ekoloji  problemlər  son  dövrlərdə  qlobal  və  ümum-

dünya  xarakter  kəsb  etmişdir.  Təbiətin  qorunub  saxlanılması  və  ekologiyasının 

mühafizəsi  insanların  və  bütün  canlı  aləmin  mühafizəsi  deməkdir.  Ona  görə  də 

təbiətin və ətraf mühitin mühafizəsi məsələsi dövlətimizin daxili və xarici siyasətinin 

ə

sas istiqamətlərindən biridir.  



Təbiətin mühafizəsi və ehtiyat mənbələrindən səmərəli istifadə edilməsi hər bir 

vətəndaşın  əsas  vəzifəsi  olmaqla  bərabər,  cəmiyyətimizin  müasir  inkişaf 

mərhələsində ən  aktual problemlərdən biridir.  

Respublikada  böyük  sənaye  potensialının  inkişafı  əsasən  aşağıdakı  sahələrin, 

iri  müəssisələri  ilə  səciyyə  edilir.  Bu  sahələrin  əksər  müəssisələri  böyük  miqdarda 

enerji tələb edir və eyni zamanda çoxlu tullantılar əmələ gətirir.  

Bu  müəssisələr  əsasən  Bakı-Sumqayıt  sənaye  zonası  və  Abşeron 

yarımadasında  cəmləşmişlər.  Burada  isə  bir  əsrdən  də  artıq  müddətdə  torpağa  və 

landşafta  zərərli  təsiri  nəzərə  alınmadan  neft  və  qaz  çıxarılır,  bu  isə  böyük  torpaq 

sahələrinin sıradan çıxmasına gətirib çıxarmışdır. 

Beləliklə,  təqdim  edilən  magistrlik  dissertasiyasının  məqsədi  çuqunəritmə 

texnoloji proseslərinin texnogen tullantıları və onların zərərsizləşdirilməsi üsullarının  

tədqiqi  əsasında  atmosferə  və  ətraf  mühitə  ziyanlı  təsirin    azaldılmasının  əsas 

yollarının müəyyən edilməsi və bu sahədə əməli təklif və tövsiyələrin işlənməsidir.  

Bu  məqsədə  nail  olmaq  üçün  tədqiqatınaşağıdakı  vəzifələri  müəy-

yənləşdirilmişdir:  

−  çuqunəritmə  texnoloji  proseslərində  texnogen  çirklənmələrin  yaranma 

mənbələri və onların təsnifat əlamətlərinin təhlili;  

−  tullantıların  insan  və  ətraf  mühitə  təsiri  və  təhlükəsizlik  normalarının 

araşdırılması; 




 

 

−  texnogen  tullantıların  ətraf  mühitdə  yayılması  və  təminatlı  su  təchizatı 



sisteminin riyazi modellərinin işlənməsi;  

−  tullantıların  zərərsizləşdirilməsi  üsulları  və    tullantıların  azaldılmasının 

səmərəli yollarının seçilməsi;  

−   çirklənmələrin azaldılmasına yönəlmiş təklif və tövsiyələrin işlənməsi. 



Tədqiqatların  nəzəri  və  metodoloji  əsasını  Azərbaycan  və  xarici  ölkə 

alimlərinin  çuqunəritmə  texnoloji  proseslərində  texnogen  tullantılar  və  onların 

zərərsizləşdirilməsi üsullarına həsr olunmuş əsərləri və bu sahədə  elmi tədqiqatların 

nəticələri təşkil edir.  



Tədqiqat  predmeti  və  obyekti  çuqunəritmə  texnoloji  proseslərində  yaranan 

texnogen  tullantılar  və  onların  zərərsizləşdirilməsi  üsulları,  ətraf  mühitə  zərərli 

təsirlər və belə təsirin azaldılmasının üsul və vasitələridir.  

Tədqiqatların  informasiya  bazasını  Azərbaycan  Respublikası  Prezidentinin 

ekologiya  sahəsinə  dair  Fərman  və  sərəncamları,  Dövlət  Statistika  Komitəsinin 

materialları, müxtəlif saytlarda olan məlumatlar, dövrü elmi-texniki jurnallarda dərc 

olunmuş məqalələr və digər mənbələr təşkil edir. 



Nəticələrin dürüstlüyü ümumi elmi-tədqiqat metodlarının korrektli istifadəsi, 

nəticələrin ciddi əsaslandırılması, habelə digər müəlliflərin nəticələri ilə uzlaşması ilə 

müəyyən  edilir.  Problemin  qoyuluşu,  məqsəd  və  vəzifələrin  müəyyən  edilməsi  və 

onların  həlli  yollarına  yanaşmalar,  alınmış  nəticə  və  təkliflərin  məzmunu  əllifin 



müstəqil tədqiqatları, müşahidələri və mülahizələrinin məhsuludur. 

Tədqiqat metodları kimi ümumi elmi tədqiqat metodları istifadə olunmuşdur: 

analiz və sintez, induksiya və deduksiya, sistemli yanaşma və məntiqilik, müşahidə, 

qruplaşdırma, ümumiləşdirmə, müqayisəli təhlil və s. Məlumatların  riyazi statistik və 

kompüter emalı da  istifadə edilmişdir. 

Təqdim  olunan  tədqiqatların  elmi  yeniliyi    konseptual  planda  çuqunəritmə 

texnoloji proseslərinin texnogen tullantıları və onların zərərsizləşdirilməsi üsullarının  




Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə