0
AZƏ RBAYCAN RESPUBL KASI
MƏ DƏ N YYƏ T VƏ TUR ZM NAZ RL Y
M.F.AXUNDOV ADINA AZƏ RBAYCAN
M LL K TABXANASI
BOYALARDA YAŞ AYAN ÖMÜR
BAKI – 2009
1
AZƏ RBAYCAN RESPUBL KASI
MƏ DƏ N YYƏ T VƏ TUR ZM NAZ RL Y
M.F.AXUNDOV ADINA AZƏ RBAYCAN
M LL K TABXANASI
BOYALARDA YAŞ AYAN ÖMÜR
(Səttar Bəhlulzadə - 100)
Республиканын кцтляви вя ихтисас-
лашдырылмыш китабханалары, Мяркяз-
ляшдирилмиш Китабхана Системляри
цчцн методик тювсийяляр
BAKI - 2009
2
Тяртиb ed
ə
n:
B.
Ə
ləsgərov
Boyalarda yaşayan ömür /Tərt. ed. B.Ələsgərov.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- B., 2009.-
28 s.
©
M.F.Axundov adına Milli Kitabxana, 2009
3
BOYALARDA YAŞ AYAN ÖMÜR
“Ə sl rə ssam odur ki, özünün gözə llik
idealını müdafiə etmə yə hə mişə hazır
olsun. Bu gözə llik idealı isə elə bir
idealdır ki, onda hə qiqi insanpə rvə rliklə
yanaş ı, bir də ictimai mə zmuna malik
humanizm yaş ayır.”
Sə ttar Bə hlulzadə
Hacıyev P., sənətşünas
Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəl-
liklərini tərənnüm edən sənətkarlar az olmamışdır.
Azərbaycan
mənzərəsinin
füsunkar
gözəlliyini
öz
ə
sərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın,
Soltan Məhəmmədin (XVI əsr), Bəhruz Kəngərlinin (XX əsr)
adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu
rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük
məhəbbət hissi oyatmağa qadir olmuşlar. Elə buna görə də
onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və
dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq, əbədi yaşayır,
xalqın
mənəviyyatında,
bədii
yaradıcılığında,
estetik
təkamülündə mühüm rol oynayır.
Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974)
ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr
yaratmışdır. O, doğma təbiətimizi tərənnüm edən istedadlı
mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə
valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə
mənzərələr çəkmişdir.
S. Bəhlulzadənin mənzərələrində biz, Azərbaycan təbiətinin
zəngin məzmunlu, əsl poetik obrazını görürük. Rəssam yaratdığı
4
tablolarda təbiətin müxtəlif hadisələrini və rəngarəng gözəlliyini
inandırıcı boyalarla verir. O, təbiətin coşqun sevincini, güllü
baharını və həzin xəzan günlərini dərin bir həssaslıqla əks etdirir.
Zəngin məzmuna malik yaradıcılığı olan dahi sənətkar öz
mənzərələrində yalnız müəyyən bir “əhvali-ruhiyyə” verməklə
kifayətlənmir, hər hansı bir mənzərəyə baxarkən tamaşaçını
mürəkkəb və dərin həyəcanlar keçirməyə sövq edir. Bu isə
Səttar Bəhlulzadənin mənzərələrindən alınan təsviri daha
qüvvətli və daha dolğun edir. Rəssamın mənzərə əsərlərində
təbiət təsvirləri sükunət vəziyyətində deyil, daimi hərəkətdə və
canlı verilir. Onlarda bəzən sevinc içərisində lirik bir kədər,
kədər içərisində isə təbiətin öz gözəlliyində zühur edən həyat
eşqi duyulur.
S.Bəhlulzadə təbiətə sənətin gözü ilə baxır. Təsadüfi
deyildir ki, onun ilk baxışdan yeknəsəq kimi görünən mənzərə
motivlərində əslində böyük bir gözəllik, incə bir şeiriyyət vardır.
Azərbaycan xalqının klassik poeziyasında və zəngin musiqi
mədəniyyətində öz əksini tapmış ən canlı təbiət təsvirləri Səttar
Bəhlulzadənin məzərələrində eyni bir qüdrətlə qəlbləri
ovsunlayır.
Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində
anadan olmuşdur. Hazırda bu fəhlə qəsəbəsinin küçələrindən
biri rəssamın adını daşıyır. Burada S.Bəhlulzadənin həyat və
yaradıcılıq yolunu canlandıran şəkil qalereyası da vardır. Öz
vəsiyyətilə Əmircan qəbiristanlığında dəfn edilmiş sənətkarın
məzarı önünə hər dəfə tər gül dəstələri ilə gələn sənətsevərlər
onun əzəmətli tunc heykəlini seyr edirlər. Heykəltəraş Ömər
Eldarov bu əsərilə Xalq rəssamına xalqın dərin minnətdarlığını
ifadə etmişdir.
S.Bəhlulzadə 18 yaşına kimi Əmircandan kənara çıxma-
mışdır. O, 1927-ci ildə qohumlarının məsləhətilə Bakıya gəlmiş
və Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olmuşdur.
5
Rəssamlıq texnikumunu bitirdikdən sonra Səttar Bəhlulzadə
1933-cü ilə kimi “Kommunist” qəzetində əməkdaşlıq etmiş, bir
qrafik rəssam kimi qəzet üçün şəkillər çəkmişdir. Bütün illər
ə
rzində o, təhsilini davam etdirmək, ali rəssamlıq məktəbində
oxumaq fikrindən əl çəkməmişdir. 1933-cü ilin yayında o,
Moskvaya getmiş və B. . Surikov adına Moskva Dövlət
Rəssamlıq nstitutunun qrafika fakültəsinə daxil olmuşdur.
Rənglər və cizgilər aləminin poeziyasına sözün əsl
mənasında özünü fəda edən sənətkar, Azərbaycanın silsiləli uca
dağlarını və mavi sularını, göz oxşayan düzlərini, hündür sərv
ağaclarını və durna gözlü bulaqlarını, zümrüd rəngli göylərini və
barlı-bərəkətli tarlalarını ilhamla təsvir və tərənnüm etmişdir.
40-cı illər rəssamın yaradıcılıq həyatında axtarış illəri,
dəzgah boyakarlığı və qrafikasının müxtəlif janrlarında səmərəli
fəaliyyət dövrü olmuşdur. Bu dövrdə inqilabi-tarixi mövzularda
çəkdiyi tamamlanmış tablolar, tematik şəkillərin eskizləri,
portretlər daxildir ki, bunların da bir qismi hazırda respublika
muzeylərinin fondlarında, digər qismi isə müəllifin şəxsi
arxivində saxlanılır. Onun əsərlərindəki kompozisiyalarda
peyzaj motivlərinin qabarıq işlənməsi, yığcam vasitələrlə əldə
edilən kolorit ifadəliliyi nəzəri cəlb edən ən əlamətdar
cəhətlərdən biridir.
50-ci illərdən S.Bəhlulzadənin bədii axtarışları əvvəlkinə
nisbətən daha ardıcıl, məqsədəuyğun istiqamətdə aparılır.
Respublikamızın bir çox rayonlarında – ən çox isə Qubada və
Lənkəranda, Şamaxı və Şuşada, Şahdağın ətəklərində və Göy
göl sahillərində bilavasitə naturadan çəkilmiş kiçik etüdlər, iri
həcmli epik mənzərə - tablolara gətirib çıxarmışdır. Yeni
lövhələr, müəllifinin bədii ifadə tərzi, təsviri dili göstərir ki, o,
insanın doğma təbiətilə, ana diyarla dərindən bağlılığını vəsf
etmək həvəsi ilə yaşamışdır. Təzadların tutuşdurulmasından
alınan qüvvətli emosional effekt, qarlı zirvələri, göylərə baş
6
vuran Şahdağın əzəmətli siluet təsvirlərinin Qızbənövşə
vadisinin zərif yaşıl örtüyü ilə, qaynaqlarını dağ döşündən
götürən Qudyalçayın sakit axan suları ilə çiçəklənən alma
bağlarının ürəkaçan mənzərəsinin müqayisəsindən yaranır. Bu
isə, öz növbəsində, aylar - illərlə davam edən düşüncələrinin,
həssas və qüdrətli duyğuların bədii təcəssümüdür.
“Qızbənövşəyə gedən yol”, “Qudyalçay sahili”, “Qudyalçay
vadisi” tablolarında S. Bəhlulzadə yaradıcılığının xarakterik
cəhətləri, fərdi dəst-xətti, təcəssüm etdirdiyi təbiət motivlərinə
yaxşı bələd olması və onları bütün incəliyi ilə dərinliyinə nüfuz
etməsi əksini tapmışdır.
60-cı illərdə S. Bəhlulzadənin yaradıcılıq təcrübələrində yeni
cəhətlər üzə çıxmışdır. O, həyata, canlı təbiətə daha fəal nüfuz
etməyə başlamışdır. Bu baxımdan “Xəzərdə axşam çağı”,
“Torpağın arzusu”, “Oyanma”, “Kəpəzin göz yaşı”, “Tut
ağacları”, “Əbədi məşəl”, “Qüdrətli ağac” tablolarının hər
birində qırılmaz vəhdətdə birləşdirilən zəngin kolorit ayrıntıları
daha ifadəlidir.
Vətən torpağının gözəllik timsalı kimi tərənnümü S.Bəh-
lulzadənin tam bir silsilə tablolarının ana xəttini təşkil edir.
Onun “Sərv ağacları”, “Şamaxı üzümlükləri”, “Laza kəndinin
şə
lalələri”, “Qədim Şamaxı”, “Şahnabat şəlalələri”, “Bilgəh”,
“Çiçəklənən ağaclar”, “Gəncə çinarları”, “Çiçəklənən badam
ağacı”, “Buzovna bülluru” və digər lövhələri dekorativ boyalar
aləmində Səttar fırçasının əbədi silinməz izləri yaşayır.
Həyatın sevincini, doğma vətənin füsunkar guşələrini,
Azərbaycanın qəhrəman keçmişini və bugünkü ürəkaçan
gözəlliklərini tərənnüm edən “Azərbaycan nağılı”, “Suraxanı
torpağının qədim məşəlləri”, “Şahnabat dağları” lövhələrindəki
parlaq romantika, bunların ətinə, qanına hopmuş qızğın
vətənpərvərlik duyğuları olduqca təbii verilmişdir.
7
Qrafik cizgilərdə büllurlaşan poetik hisslər S. Bəhlulzadənin
gərgin və məqsədəuyğun yaradıcılıq axtarışlarının canlı nümu-
nəsidir. Məhz qrafika əsərlərində S.Bəhlulzadə istedadının
çoxlarına naməlum qalan bəzi maraqlı, ibrətli cəhətləri üzə çıxır.
Elə məsələ də ondadır ki, qrafik lövhələrdə rəsm ustasının
sənətkarlıq məharətini açan sirlər, tamaşaçıların nəzərindən
yayınan, gizlində qalan yaradıcılıq laboratoriyasında görülən
işlər aydınlaşır.
Səttarın rəsmləri tamaşaçıda onun yaradıcılığının ali və uca
məqsədləri, əbədi mahiyyəti haqqında qəti inam əmələ gətirir.
Rəssamın belə təbii sərbəstliyi, çox vaxt, sözün həqiqi
mənasında, qamış qələmlə, fırça və ya flomasterlə cəsarətlə
qorxmadan işləməsi, linear xətlər, plastik formalarda ümu-
miləşdirilmiş bədii obrazlar silsiləsinin yaradılmasına gətirib
çıxarmışdı. Dərin müşahidələr, ştrixlərin, axıcı cizgilərin
vəhdətini, kompozisiya bütövlüyünü üzə çıxarmağa imkan verir.
Təbiət mənzərələrinin lirik-fəlsəfi təsvirləri belə yaradılır. “Üç
qovaq və tut ağacı”, “Dağlar və dərələr”, “Sıldırım qayalar”,
“Zirvələr”, “Ay və ağac gövdələri”, “Dağlar və buludlar,
“Pambıq sahəsi”, “Meyvə bağları”, “Kəpəz buludlara bürünür”
və s. rəsmlərin gərgin şaquli ritmlərində rəssamın qeyri-adi
qrafik tərzi üzə çıxır. Qrafikada gördüyümüz bu rəssam cəsarəti
və hədsiz sərbəstlik, sadəcə olaraq, ona görə yaranmışdır ki, S.
Bəhlulzadə “özü üçün” çəkdiyi rəsmləri heç vaxt tamaşaçılara
göstərmək fikrində, sərgilərə vermək niyyətində olmamışdır. O
cümlədən, iri həcmli qrafik vərəqələr də bu və ya digər mün-
siflər heyəti, sərgi komissiyası tərəfindən “bəyənilmək”, “xoşa
gəlmək” üçün çəkilməmişdir.
Olduqca təvazökar, həyatı qədər sevdiyi rəssam peşəsinə və
sənətkar mənəviyyatına bütün varlığı ilə, qəlbən bağlı olan
S.Bəhlulzadə qrafika əsərlərini sərgidə göstərməyə razılıq ver-
mişdisə də, buna emalatxanasına gəlmiş çexoslovakiyalı həm-
8
karlarının inadlı xahişi ilə razılaşmışdı. Sonradan fırça dostları
S.Bəhlulzadənin qrafikasından müstəqil ekspozisiya tərtib edə-
rək, Praqada nümayiş etdirmişlər. Bu, respublikamızın
rəssamlıq həyatında ürəkaçan, sevindirici bir hadisə olmuşdur.
Avropada Azərbaycan rəssamının ilk fərdi sərgisi! Məgər bu,
müasir təsviri sənətimizin yeni və yüksək yaradıclıq nailiyyət-
lərinin nəticəsi deyildimi? Bu əlamətdar ekspozisiyadakı bəzi
qrafik əsərlər müəllif tərəfindən Praqa muzeyinə bağışlanmışdır.
Sənətsevər tamaşaçılar S.Bəhlulzadənin qrafika irsini çox-
səsli, mürəkkəb akkordlara bənzədirlər. Gözəllik diyarı Azər-
baycan torpağını tərənnüm edən elə lirik və əzəmətli melodiyaya
ki, o, Səməd Vurğunun dillər əzbəri olan məşhur şeirindəki
“Azərbaycan...Azərbaycan” sözlərini bir daha xatırladır. “Ağsu
yolu üstündə”, “Naxçıvan yadigarı”, “Qubada”, “Ordubad
bağları” və s. bu kimi qrafik lövhələrdə, rəssam kompozisiya
sxemini dəqiqləşdirir. mprovizasiya bu lövhələrin məğzini
təşkil edir.
S.Bəhlulzadənin qrafika irsi on ildən artıq bir müddəti əhatə
edir ki, bu da 60-70-ci illərin əvvəllərinə aiddir. Yaradıcı
ə
məyin nəticəsi olan bu əsərlər tamaşaçılar və sənətsevərlər
tərəfindən rəğbətlə qarşılanmışdır. Məlumdur ki, sənətkarın
rəsmləri, onun boyakarlıq irsində olduğu kimi, bir çox mənzərə
motivini də yeni-yeni görkəmdə canlandırır. Bu təkrar deyil.
Bəlkə də, oxşar melodiyaların müxtəlif üsullarla inkişafı,
zənginləşdirilməsi, rəngarəng səslərlə ifadəsidir. Rəsm əsərlərini
diqqətlə müşahidə edəndən sonra, sənətkar fırçasından çıxmış
lövhələrdə Azərbaycanın xoşbəxt bu gününü, Suraxanı torpa-
ğ
ının əbədi məşəllərini, “Xəzər gözəli” olan neft buruqlarını,
Xəzərin dalğaları arasında vüqarla ucalan əfsanəvi şəhəri –
“Neft daşlarını” daha yaxından tanıyır, xalqın qəhrəmancasına
fədakar əməyinə məftun olursan.
9
Böyük sənətkar hələ məktəb yaşlarından canlı təbiətin, güllü-
çiçəkli bağların, ucsuz-bucaqsız zəmilərin vurğunu idi. Uzun
illərdən sonra, özünün qrafik natürmortlarında, Səttar bu allı-
güllü təsvirləri ilhamla fırçaya aldı. Onun qrafikasında
qızılgüllər, bənövşələr, lalələr, qərənfillər canlandı, alma, nar,
albalı, ərik ağacı budaqları məhsuldarlıq, bolluq rəmzinə çevrildi.
Bunlar qrafik lövhələrdə yığcam və lakonik bədii ifadə
vasitələrilə, təbii və real səpgidə verilib. Bu həssas bir mahnı,
cizgilərdə bəstələnən təsirli melodiyadır ki, dünyanın gözəl-
liklərini vəsf edir. Bu şəkillərdən “Matryoşkalar”, “Ryabina”,
“Rus mənzərəsi” və s. qrafik kompozisiyalar Səttar sənətinin,
rəsm ustalığının obrazlı strukturasına daha dərindən nəzər
yetirməyə, onu anlayıb dərk etməyə geniş imkan verir.
Bütün bunlar S.Bəhlulzadə əsərlərinin daxili vəhdəti və
bütövlüyü, qrafikada apardığı gərgin axtarışların mənası, mən-
tiqi və istiqaməti haqqında bizdə ətraflı təsəvvür yaradır. 60-cı
və 70-ci illərin birinci yarısına aid edilən dəzgah boyakarlığı və
qrafikası nümunələrində S.Bəhlulzadə fırçasının zəngin poten-
sial imkanları üzə çıxmışdır. Artıq 60-cı illərdə rəssamın bir sıra
ə
vvəlki yaradıcılıq prinsiplərinə yenidən baxması, buradakı
ə
saslı dəyişikliklər, bədii irs və novatorluq problemlərinə yeni
münasibəti bir sıra əhəmiyyətli nailiyyətlərə gətirib çıxarmış,
ə
sərlərinin bədii forma komponentlərinə mühüm təsir göstər-
mişdir. Tablolarını bir küll halında fikrən nəzərdən keçirsək,
görərik ki, ilkin lövhələrdən bəziləri sadəcə olaraq, təsvir
obyektilə eyniləşdirmək, axtarış əldə etmək prinsiplərilə işlən-
mişdir ki, bu yolun səmərəsizliyi indi hər baxımdan bəllidir. 60-
cı illərin lövhələrində isə təsvir edilən təbiət guşəsinin, bədii
təəssüratın, yeni və orijinal bədii təsvir vasitələrinin böyük
sərbəstlik və müstəqilliklə, bir sözlə, sənətkarlıqla tətbiqi
ş
übhəsizdir.
10
Dövrümüzün ruhunu, gözəllik idealını mənzərələr dün-
yasında əks etdirmiş böyük sənətkar, nəcib və sadə insan S.Bəh-
lulzadənin yaradıcılığı gənc rəssamlar üçün olduqca ibrətamizdir.
Vətəninin qüdrət və gözəlliyini ömrünün son günlərinə qədər
ilhamlı palitrası ilə təsvir və tərənnüm edən Xalq rəssamının
bədii irsi, tamaşaçıların xatirində, ustadın şagirdlərinin yeni-yeni
ə
sərlərində həmişə yaşayacaqdır.
Dünya muzeylərini, sənətsevərlərin kolleksiyalarını bəzəyən
mənzərələr Səttar sənətkarlığının xalq içərisində əbədi yaşa-
dığına, sevə-sevə qorunub mühafizə edildiyinə canlı sübutdur.
Axı dünya gözəlliyindir...
Xəlqilik Bəhlulzadə sənətinin əsasıdır. Onun doğma təbiəti
təsvir edən ən yaxşı əsərləri bunun canlı timsalıdır.
11
HƏ YAT VƏ FƏ AL YYƏ T N N Ə SAS TAR XLƏ R
1909
- Bakının Əmircan kəndində anadan
olmuşdur.
1927-1931
- Azərbaycan Dövlət Rəssamlıq Texniku-
munda təhsil almışdır.
1931-1933
- “Kommunist” qəzetində işləmışdir.
1933
- Moskva Rəssamlıq nstitutunun Qrafika
fakültəsinə daxil olmuşdur.
1940
- “Babək üsyanı” tablosunu çəkmişdir.
1941-1946
-“Azərbaycan xalqının qəhrəman oğulları”,
“Fətəli xan”, “Xəttat Mirzəli” portretlərini
çəkmişdir.
1947
- “Şəhər” adlı mənzərəni çəkmişdir.
1947
- “Salyut” əsərini yaratmışdır.
1952
- “Qudyalçay vadisi”, “Qudyalçay sahili”,
“Qızbənövşəyi yol” mənzərələrini yarat-
mışdır.
1953
- “Neft daşları”, “Estekada”, “Dəniz mə-
dənləri”, “Dənizdə buruqlar” tablolarını
çəkmişdir.
12
1954
- “Səhər şəfəqləri”, “Bağlar arasında”,
“Qızıl axşam”, “Payız küləyi” mənzərə-
lərini yaratmışdır.
1955-1957
- “Cıdır düzü”, “Şuşa ətrafında”, “Yuxarı
daşaltı” mənzərələrini çəkmişdir.
1960
- “Xəzər gözəli”, “Kür üzərində qürub”
tablolarını yaratmışdır.
1961
- “Bahar çiçəkləri” mənzərəsini çəkmişdir.
1962
- “Torpağın arzusu” əsərini yaratmışdır.
1964
- “Bozdağın ətəkləri” tablosunu çəkmişdir.
1965
- “Laza kəndinin şəlalələri”, “Cənub külə-
yi”, “Bazardüzü ətrafı”, “Daşlı meşə”,
“Meyvələr”, “Kəpəzin göz yaşları” əsərlə-
rini yaratmışdır.
1967
- “Tut ağacları” və “Qədim od” tablolarını
çəkmişdir.
1969
- “Qoca ağac”, “Astara portağalları”,
“Zəfəranla natürmort”, “ landağ” mənzə-
rələrini yaratmışdır.
1970
- “Azərbaycan nağılı”, “Suraxanının qə-
dim adları”, “Şahnabad dağları”, “Kəlağa-
yı”, “Əmircan kəndi”, “Mərdəkan bağ-
13
larında”, “Sahil”, “Dağ gölü” rəsmlərini
çəkmişdir.
1971
- “Corat yemişləri”, “Füzuli”, “Qədim
Ş
amaxı”, “Şamaxıda payız”, “Şamaxı
üzümlükləri”, “Girdman düzü”, “Odlar
yurdu”, “Muğan gözəli” tablolarını yarat-
mışdır.
1972
- “Şahnabad”, ”Buzovna sahili”, “Muğan
söyüdləri”, “Mərdəkan”, “Şahdağ”, “Qara
tut”, “Dədəgünəş”, “Qudyalçay”, “Qusar”,
“Bilgəh”, “Nar çiçəkləri”, “Gülüstan
qalası”, “Nardaran”, “Dağ çayı”, “Qaya-
lar”, “Yaz çiçəkləri”, “Çiçəklənən ağac-
lar”, “Bakı natürmortu”, “Sərv ağacları”,
“Qədim Lazada şəlalə” mənzərələrini
yaratmışdır.
1973
- “Qış mənzərəsi”, “Mərdəkan bağlarında”,
“Qəçrəş”, “Xəzər sahili”, “Naxçıvan
dağları”, “Mavi qayalar”, “Qırmızı dağ-
lar”, “Yaşıl mənzərə”, “Quba mənzərəsi”,
“Badam çiçəyi”, “Kəpəzin aynası”, “Do-
ğ
ulduğum kənd”, “Çəhrayı dağlar”, “Kü-
lək”, “Bahar etüdü” tablolarını çəkmişdir.
1974
- “Laza ətrafında”, “Çiçək və meyvələr”,
“Bahar”, “Laləli düz” tablolarını yaratmış-
dır.
14
1974
- Oktyabr ayının 13-də dünyasını dəyiş-
mişdir.
15
Görkə mli şə xsiyyə tlə r Sə ttar Bə hlulzadə haqqında
Səttar gülləri sevir, güllər isə onu daha çox sevir.
Anri Fujeuon,
Fransız rə ssamı
O, insanların ruhunu və zövqünü oxşamaq, "Həyat
gözəllikdir" həqiqətini sənətiylə sübut etmək üçün öz taleyini,
şə
xsi həyatını əbədi sənət yolunda qurban vermiş nadir
sənətkarlardan biridir. Səttar Bəhlulzadə kimi ustada ölüm
yoxdur! O, bütün dövrlərin oğludur. Bu ad Azərbaycan xalqının
mədəniyyət tarixindən silinməyəcəkdir.
Mikayıl Abdullayev,
Azərbaycan xalq rəssamı
O rənglər, o cizgilər mənimlə bir dildə, Səttar dilində
danışır. O rənglərə, o boyalara, o xallara mən Səttar aləmində,
Səttar dünyasında rast gəlirəm. Bir ölüm olmasın, yüz ölüm
olsun, əsl sənətkara ölüm yoxdur, zaval yoxdur...
Rəsul Rza,
Azərbaycan xalq şairi
Səttar Bəhlulzadə kimi nadir sənət bahadırı yetirmiş
Azərbaycan xalqının və Azərbaycan təbiətinin qarşısında təzim
edirəm.
Xə lil Rza,
Azə rbaycan xalq ş airi
Bəhlulzadənin əsərlərinə baxarkən ana yurdumuzun
gözəlliyinə və əzəmətinə bir daha vuruldum.
16
Bə xtiyar Vahabzadə ,
Azə rbaycan xalq ş airi
... ncəsənət muzeyində Bəhlulzadənin fərdi yaradıcılıq
sərgisi hazırlanırdı. Biz də orada idik. Sərgidəki mənzərələr
içində təkcə Səttarın portreti əskik idi. Ətrafdakılar təkid etdilər
ki, onun portretini çəkim, mən də razılıq verdim. Əvvəl Səttarı
təbiət qoynunda çəkmək istədim. Amma nə isə bu məni təmin
etmədi. Onu emalatxanada dəzgah qarşısında, yeni əsərini seyr
edən zaman çəkməyi qərara aldım. Bu hal rəssamın daxili
aləmini açmaq üçün gözəl imkan yaradırdı. ş əvvəldən rəvan
getdi. Az zaman içində portret hazır oldu və sərgidə asıldı.
Tağ ı Tağ ıyev,
Azə rbaycan xalq rə ssamı
Bir insan kimi, bir sənətkar kimi Bəhlulzadədə insanı cəlb
edən nədir?
Xasiyyətindəki mehribanlıq, sənətində yüksək istedad və
doğmalıq.
Mən burada "doğmalıq" sözünü təsadüfən işlətmədim. Çünki
Səttarın hər bir tablosu elə bil ki, doğma Azərbaycanın canlı və
təkrarsız bir guşəsidir...
Ömə r Eldarov,
Azə rbaycan xalq rə ssamı
Bəhlulzadəni tanıyan adama ilk baxışda elə gələ bilər ki,
bu şəxs çox sərt və asketik bir təbiətə malikdir. Ancaq onunla
yaxın olub, ünsiyyət etdikdə ilk anlardan yəqin edirsən ki,
Səttarın xasiyyəti bizim doğma Azərbaycanın təbiəti kimi lirik,
yumşaq və şairanədir. Onun insani təbiətilə yaradıcılığı bir-
birinə çox bənzəyir, biri digərin tamamlayır.
17
Bəhlulzadə həm sənətkar kimi, həm də bir insan kimi mənim
üçün çox əzizdir. Onun həm sənətinə vurğunam, həm də
insanlığına.
... llər ötəcək Bəhlulzadənin həm koloritli siması, həm də
yüksək sənəti hələ neçə-neçə rəssamı ilhama gətirəcək. Çünki
Səttarın böyük sənəti də, sanki doğma Azərbaycanın özüdür.
Toğ rul Nə rimanbə yov,
Azə rbaycan xalq rə ssamı
...Səttar xoş xasiyyətli, ümidverici istedadı, ehtiraslı
mübahisələri və şirin yumoruyla hamımızın rəğbətini
qazanmışdır. Hələ institutun orta kurslarında oxuyarkən mən
onun portretini çəkmək istəyirdim. ndi özüm də bilmirəm ki, bu
istəyimi nə üçün o vaxtlar icra edə bilmədim. Doğrusunu deyim
ki, mən buna həm təəssüflənirəm, həm də
yox.
Təəssüflənməyimə səbəb odur ki, indi 60 yaşlı Səttar axı, o
zaman çox gənc idi. Və bu portret o vaxtlar yaradılsaydı,
Səttarın gənclik çağının müəyyən bir anı əbədiyyətə
çevriləcəkdi...
Lakin məni sevindirən cəhət odur ki, - bu portret sonradan
çəkilsə də o elə bil ki, həmin illərin yadigarıdır. Çünki sevimli
Səttarda mən deyərdim ki, əbədi gəncliyin eleksiri vardır.
Yenə də əzəlki kimi coşğun ehtiras, səmimi qəlb, bir də
yüksək istedad.
Vladimir Neçitaylo,
RSFSR-in xalq rəssamı
...Mən Bəhlulzadənin portret-büstünü yaratmazdan əvvəl
onu çox ətraflı öyrənməyə başladım. Müxtəlif vəziyyətlərdə: iş
prosesində, istirahət zamanı, dostlarıyla söhbətində və s.
Ancaq doğrusunu deyim ki, büstün birinci variantı məni o
qədər də qane etmədi. Deyəsən həm onun simasında, həm də
18
sənətində xoşladığım əsas məziyyəti tuta bilməmişdim. Nəhayət
qərara aldım ki, Səttarın portretini Azərbaycan mənzərələrindən
çıxış edərək yaradım. Bu qərarın üstündə də dayandım.
Çalışdım ki, büstdə Səttarın xarakterinə xas olan romantizm,
çılgınlıq əbədi gənclik keyfiyyətlərini açım…
Deyəsən istəyimə nail olmuşam. Çünki Bəhlulzadə əsəri çox
bəyəndi və dedi ki, bu büstü mən Əmircandakı evimin həyətinə
qoymaq istərdim və hər səhər onunla üz-üzə gələndə deyərdim.
Salam, Səttar!
Elmira Hüseynova,
Azə rbaycan xalq rə ssamı
Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı. Güman ki,
belə qəmli gözlərə həyatda rast gəlməmişəm. Amma bu qəmli
gözlərlə dünyaya baxırdı, dünyanı bol günəşli, işıqlı, əlvan,
bahar səsləri ilə, quşların cəh-cəhi ilə dolu görürdü. Çox tənha
insan olan Səttar həyatı bayram kimi qavrayırdı.
Anar,
Azə rbaycan xalq yazıçısı
Gözəllik və səadət vurğunu olan Səttar Bəhlulzadə öz əsrinin
övladına əbədi bir bahar bəxş etmişdir. Belə bir sənətkar
xoşbəxtdir, bəxtiyardır!
Sə lim Ə dnan,
Ə
rəb jurnalist və yazıçısı
Səttar Bəhlulzadə fırçası bizə Vətən torpağını Vətəndə
yaşaya-yaşaya təzədən tanıtdırdı desək səhv etmərik.
Ziyadxan Ə liyev,
Azə rbaycan xalq rə ssamı
19
Səttar yaradıcılığı nümunəsində bir daha əmin olursan ki,
rəssam olmaq bütün həyatını incəsənətə vermək deməkdir.
Qriqoriy Anisimov,
sə nə tş ünas
20
Sə ttar Bə hlulzadə nin yaradıcılıq irsinin
kitabxanalarda tə bliğ i
Hər bir xalqın mədəniyyət tarixində elə yaradıclıq sahələri
vardır ki, orada bu xalqın özünəməxsus çoxəsrlik ənənələri,
mənəvi aləmi, xarakterik cizgiləri, intellekti, aləmi bəxş etməsi,
estetik görüşləri və həyat fəlsəfəsi öz təcəssümünü əks etdirir.
Hələ qədim zamanlarda Azərbaycan xalqı üçün uzun illər
ə
rzində bədii estetik fikrin ifadəsinin belə növü rəssamlıq sənəti
olumuşdur.
2009-cu il dekabrın 15-də görkəmli rəssam Səttar
Bəhlulzadənin anadan olmasının 100 illiyi tamam olur. Onun
çəkdiyi rəsmlər Azərbaycan xalqının mənəvi sərvətinə
çevrilmişdir. O, bütün ömrünü bu sənətə həsr etmişdir.
Azərbaycan rəssamlıq sənətini dünyada tanıdan sənətkarın
yaradıcılığı istər mütəxəssislərin, istərsə də sənətsevərlərin daim
diqqət mərkəzində olmuşdur.
Xalq rəssamı S. Bəhlulzadənin anadan olmasının 100 illik
yubileyi münasibətilə mədəni-maarif müəssisələri, o cümlədən
kitabxanalar və rəsm qalereyaları qarşısında mühüm vəzifələr
durur. Bu münasibətlə xüsusi tədbirlər planlı hazırlanmalı və
rəhbər orqanlar tərəfindən təsdiq olunmalıdır. Bununla yanaşı,
respublikanın, şəhər və rayon kitabxanaları, o cümlədən onların
kənd filialları, S.Bəhlulzadənin yubileyi münasibətilə çap
olunmuş ədəbiyyatdan, həm də onun əvvəlki yubiley illəri ilə
ə
laqədar olaraq nəşr olunmuş materiallardan geniş istifadə
olunmalıdır. Yubiley rubrikaları açmalı və nəşr olunmuş
materialları vaxtaşırı orada əks etdirməlidirlər.
Kitabxanaçılar nəzərə almalıdırlar ki, S.Bəhlulzadənin bütün
həyat və yaradıcılığı, onun çəkdiyi rəsmlər, tablolar bu günümüz
və sabahımız üçün mənəvi saflıq mənbəyidir. Elə buna görə də
21
kitabxanaların fəaliyyətində istifadə olunan əyani təbliğatın
formalarından, onun sənəti ilə maraqlanan çoxsaylı oxucu
kütləsinin sorğularını ödəmək üçün həm S. Bəhlulzadənin həyat
və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə olunmalıdır.
Bu qəbildən olan işlər milli rəssamlıq mədəniyyətimizin iftixarı
olan S.Bəhlulzadənin zəngin rəssamlıq sahəsindəki yaradıcılıq
irsini geniş oxucu kütləsi arasında təblig etmək kitabxanaların
ə
sas vəzifəsi olmalıdır.
Bununla əlaqədar olaraq hər bir MKS-də “Səttar Bəhlulzadə”
adlı kartoteka yaradılmalıdır.
S. Bəhlulzadə yaradıcılığını kitabxanalarda təbliğ etmək
üçün keçirilən tədbirlər planına sual-cavab gecələrinin, fərdi
söhbətlərin salınması böyük əhəmiyyətə malikdir. Çünki belə
tədbirlər S. Bəhlulzadə və onun yaradıcılığı haqqında oxucuların
geniş və tam məlumat almalarına imkan yaradır.
Sual-cavab gecələri şifahi təbliğatın mühüm forması sayılır.
Bu tipli tədbirlər zamanı ustad sənətkar S. Bəhlulzadə haqqında
ə
n mühüm məlumatların oxuculara çatdırılmasına, onun
yaradıcılığı haqqında informasiyanın verilməsinə və s.
məsələlərə xüsusi diqqət verilməlidir.
S.Bəhlulzadənin yaradıcılığını geniş oxucu kütləsinə
çatdırmaq üçün aşağıdakı sual-cavab formasından istifadə
etmək məqsədəuyğundur:
1. S. Bəhlulzadə nə vaxt və harada anadan olmuşdur?
2. S. Bəhlulzadə hansı texnikumu bitirmişdir?
3. S. Bəhlulzadə hansı ali məktəbdə oxumuşdur?
4. S. Bəhlulzadənin hansı rəsmlərini tanıyırsız?
5. S. Bəhlulzadə haqqında hansı kitablar çap olunub?
6. S. Bəhlulzadə nə vaxt vəfat edib?
22
Göründüyü kimi oxuculara ünvanlanan hər bir sual yeni bilik
və məlumatların formalaşması yollarını müəyyənləşdirir.
S.Bəhlulzadənin sənətini təbliğ etmək məqsədilə sərgilər
təşkil etmək də böyük əhəmiyyət kəsb edir. Sərgilər müəyyən
tədbirlər keçirildikdə təşkil edilməlidir. Çünki, bir qayda olaraq
sərgi kütləvi tədbiri tamamlayır. S.Bəhlulzadənin həyat və
yaradıcılığını, onun haqqında olan materialları oxuculara əyani
surətdə təqdim etmək üçün sərginin təşkili məqsədəuyğundur.
Aşağıda belə bir sərginin sxemini veririk.
Baş lıq: “Səttar Bəhlulzadə - 100”
1. S. Bəhlulzadənin həyat və yaradıcılığı haqqında olan
materiallar
2. S. Bəhlulzadənin şəkli
3. Sitat: Anar: Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı.
Güman ki, belə qəmli gözlərə həyatda rast gəlməmişəm. Amma
bu qəmli gözlərlə dünyaya baxırdı, dünyanı bol günəşli, işıqlı,
ə
lvan, bahar səsləri ilə, quşların cəh-cəhi ilə dolu görürdü. Çox
tənha insan olan Səttar həyatı bayram kimi qavrayırdı.
1
2
3
4
5
6
7
8
9
10
11
12
23
4. “Babək üsyanı” tablosu
5. “Qudyalçay vadisi” rəsmi
6. “Torpağın arzusu” tablosu
7. “Kəpəzin göz yaşları” rəsmi
8. “Əmircan kəndi” tablosu
9. “Odlar yurdu” rəsmi
10. “Mərdəkan bölgələrində” tablosu
11. “Qara tut” rəsmi
12. “Xəzər sahili” tablosu və s.
Adı çəkilən əsərləri müxtəlif sərgi materiallarından,
almanaxlardan, dövri və mətbu nəşrlərdən seçib nümayiş
etdirmək məsləhət görülür.
MKS-lər tərəfindən “Səttar Bəhlulzadə sənət haqqında” adlı
sitat sərgisinin təşkili məqsədəuyğundur:
Hər bir sənətkar haqqında danışılarkən nədənsə ona hökmən
istər özündən əvvəl yaşamış, istərsə də müasiri olduğu böyük
sənətkarların təsirini qeyd edir: Doğrusunu deyim ki, əgər
mənim barəmdə buna oxşar fikir söylənsə, onunla heç zaman
razılaşa bilmərəm. Axı, sənətkar adlanan kəsin hər şeydən əvvəl
öz yönü və öz dəsti-xətti olmalıdır.
***
Rəssam var ki, ideyanı qələmə alır, rəssam da var ki,
emosiya və həyacanı. Mən ikincidənəm.
***
Böyük sənətkar yalnız o zaman adlana bilərsən ki, görmək
və eşitmək istədiyini yaratmaq qüdrətin ola.
***
Yüksək hiss və duyğu!
24
Bu iki gözəl nemət olmasa, əsl sənətkar olmaq mümkün
deyil.
***
Rənglərin biri digərini tamamlayaraq tabloda yaratdıqları
yüksək kolorit həyatdakı sevinc anlarına bənzəyir.
***
Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti
adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim.
Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir.
***
On min yaşlı Qobustanın qayaüstü rəsmlərinə baxarkən
düşünürəm ki, sənət yarananda nə din olmuş, nə də mürəkkəb
insan münasibətləri. O, həyatın özü qədər qədimdir.
***
Sənət insanlarda həmişə xoş bir ümid oyatmalıdır.
***
Mənim bir rəssam kimi yetişməmdə üç müdrik sənətin
böyük təsiri olub.
Qədim xalça va miniatür sənətimiz, bir də Füzulinin odlu,
alovlu poeziyası.
Möhtərəm həmkarlarımızın diqqətinə çatdırırıq ki, onlar bu
məqsədlə M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın
saytından (
www.anl.az
), elektron kitabxanadan səmərəli surətdə
istifadə edə bilərlər.
25
Ə
də biyyat
Abdulla, A. Qapıları bir-bir döydüm /A.Abdulla. – B.: Nurlan,
2007. – 93 s.
Hacıyev, R. Zamanın boyaları /R.Hacıyev.- B.: Gənclik, 1979.-
146 s.
Rasim, Ə. Səttar Bəhlulzadə /Ə.Rasim.- B.: Azərnəşr, 1958.- 32
s.
Rəhimli, . Səttar dünyası / .Rəhimli.- B.: şıq, 1990.- 176 s.
Rəhimli, . Sənət yolu, sənətkar ömrü / .Rəhimli.- B.: şıq,
1988.- 224 s.
Tahirov, S. Yollar, mənzərələr /S.Tahirov.- B.: şıq, 1993.- 120 s.
Dövri mə tbuat
Xəlilzadə, T. Hamıdan seçilən sənətkar /T.Xəlilzadə
//Azərbaycan. – 2005. – 25 dekabr.- S.7
smayıloğlu, A. Döyülən qapıların sədası /A. smayıloğlu
//Ədəbiyyat qəzeti. – 2007. – 20 aprel. – S. 16
Mehdixanlı, T. Səttarın müqəddəs ruhu /T.Mehdixanlı
//Ədəbiyyat qəzeti.- 2006.- 4 avqust.- S.5
Orucov, E. Səttarın əbədiyaşar rənglər dünyası /E.Orucov
//Respublika. – 2005. – 17 .-Dekabr. – S. 7
Səməd, M. Paris, Luvr muzeyi /M.Səməd // Ədəbiyyat qəzeti. –
2006. – 4 avqust. – S. 5
Rus dilində
Бахлулзаде
, С. (Альбом).- М.: Сов.художник, 1985.- 49 с.
Бахлулзаде
, С. Выставка произведений /С.Бахлулзаде.- М.:
Сов
.художник, 1973.- 98 с.
26
Бахлулзаде
, С. Выставка рисунков /С.Бахлулзаде.- М.:
Сов
.художник, 1977.- 110 с.
27
Mündə ricat
BOYALARDA YAŞ AYAN ÖMÜR....................................................................... 3
HƏ YAT VƏ FƏ AL YYƏ T N N Ə SAS TAR XLƏ R ................................. ..... 11
GÖRKƏ ML ŞƏ XSLƏ R BƏ HLULZADƏ HAQQINDA......................................15
SƏ TTAR BƏ HLULZADƏ N N YARADICILIQ RS N N
K TABXANALARDA TƏ BL Ğ .......................................................................... 20
Ə
DƏB YYAT.......................................................................................................... 25
28
BOYALARDA YAŞ AYAN ÖMÜR
(Sə ttar Bə hlulzadə -100)
Nəşriyyat rеdaktoru:
T.Ağ amirova
Korrе ktor:
Ş .Ə hmə dova
Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç.29
Е
-mail:
contact@anl.az
URL:
www.anl.az
M.F.Aхundov adına Azərbaycan
Milli Kitabхanasının mətbəəsində
ofsеt üsulu ilə çap olunmuşdur.
Sifariş
Çapa imzalanmışdır:
Tirajı: 150
Pulsuz:
Dostları ilə paylaş: |