Azərbaycan qirğinlari şƏKİl və SƏNƏDLƏRDƏ



Yüklə 10,09 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix31.12.2021
ölçüsü10,09 Mb.
#81216
1   2   3   4   5   6   7   8   9   ...   40
Albom1918 az

SƏNƏDLƏR
1. Fövqəladə Təhqiqat Komissiyanın Bakıda çəkilmiş şəkilləri təsdiq edən 
protokolu ............................................................................................................................................. 48
2. Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair
iş üzrə Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Klugenin komissiyanın
sədrinə məruzəsi ............................................................................................................................... 49
3. Fövqəladə Təhqiqat Komissiyanın Şamaxıda çəkilmiş şəkilləri təsdiq edən 
protokolları .......................................................................................................................................... 103
4. Fövqəladə Təhqiqat Komissiyanın Şamaxı qəzasının kəndlərində çəkilmiş 
şəkilləri təsdiq edən protokolları ................................................................................................. 123
5. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun Şamaxı 
şəhərinin və Şamaxı qəzası kəndlərinin talan edilməsi və adı çəkilən şəhər
və qəzanın müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə
Ədliyyə Nazirinə məruzəsi ............................................................................................................. 128
6. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun 
Bakı quberniyası Göyçay qəzasının Kürdəmir, Qarabucaq, 
Ərəb-Mehdibəy və b. kəndlərinin talan edilməsi və adı çəkilən kəndlərin
müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş üzrə
Ədliyyə Nazirinə məruzəsi ............................................................................................................. 157
7. Cavad qəzası Xocalı kənd sakini Sürəyya Dadaş qızının 
məhkəmə-tibbi müayinəsinin protokolu .................................................................................. 163
8. Fövqəladə Təhqiqat Komissiyanın sədri Ə.Xasməmmədovun 
Bakı quberniyası Cavad qəzasının kəndlərinin talan edilməsi 
və adı çəkilən qəzanın müsəlman əhalisinə qarşı törədilmiş 
zorakılıqlara dair iş üzrə Ədliyyə Nazirinə məruzəsi ........................................................... 164 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
8
MÜƏLLİFDƏN 
1918-ci  il.  XX  əsr  Azərbaycan  tarixində  bu  il,  bir-birini  sürətlə  əvəz 
edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr - istər 
əlamətdar, istərsə də faciəli - baxımından yəqin ki, ən əhəmiyyətli zaman 
kəsiyidir. Həmin hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 28 may 1918-ci 
il  tarixi  –  Azərbaycanın  dövlət  müstəqilliyinin  elan  edilməsidir.  Sonrakı 
mühüm  tarixi  hadisələr  –  1918-ci  il  sentyabrın  15-də  Bakının  birləşmiş 
Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan 
hökumətinin Bakıya köçməsi, 1918-ci il dekabrın 7-də Azərbaycan Parla
-
mentinin  yaranması  və  nəhayət,  1918-ci  ilin  28  dekabrında  Azərbaycan 
hökumətinin  Cənubi  Qafqazda  İttifaq  qoşunlarının  komandanlığı  və  İn
-
giltərə  Hökuməti  tərəfindən  qanuni  hakimiyyət  kimi  tanınması  –  bütün 
Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçili
-
yinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasıdır. 
Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbay
-
can xalqı üçün ümumi faciəyə çevrilmiş və onun mövcudluğunu belə şü
-
bhə  altında  qoymuş  digər  mühüm  -  qanlı  hadisələr  baş  vermişdir.  Bakı 
və Şamaxıda 1918-ci ilin mart hadisələri bu qanlı zəncirin başlanğıcı ol
-
muşdur. Belə ki, bir neçə mart günləri ərzində Bakı və Şamaxı qəzalarının 
şəhər və kəndlərinin dinc müsəlman – azərbaycanlı əhalisi bolşevik-daş
-
nak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – 
öldürülmək, diri-diri yandırılmaq, əsir alınmaq, qarət edilmək - bir söz
-
lə,  amansız  qırğınlara,  onların  mülkiyyəti,  eləcə  də  bütövlükdə  şəhər  və 
kəndlərin özləri iri miqyaslı talanlara və yanğınlara məruz qalmışdır.
Bakı və Şamaxıdan sonra 1918-ci ilin aprel-iyul aylarında Quba şəhəri 
və Quba qəzası kəndlərinin, Gəncə şəhərinin ətraf kəndlərinin müsəlman 
əhalisi, Göyçay, Ərəş, Cavad, Nuxa, Lənkəran, Zəngəzur, həmçinin Qara
-
bağ  qəzalarının,  demək  olar  ki,  azərbaycanlılardan  ibarət  bütün  yaşayış 
məntəqələrini eyni aqibət gözləyirdi. 
Görəsən,  öz  əzəli  torpaqlarında  dinc  yaşayan  və  müxtəlif  tarixi  döv
-
rlərdə  burada  məskunlaşmış  digər  milli-dini  qrupların  nümayəndələri 
–  erməni,  yəhudi,  ruslarla  mehriban  qonşuluq  əlaqələri  saxlayan  azər
-
baycanlıların  və  Azərbaycanın  müsəlman  əhalisinin  digər  təmsilçiləri  - 
ləzgilərin, tatların, kürdlərin günahı nə idi? 
Bütün bu hadisələrin, şübhəsiz ki, dərin tarixi kökləri və səbəbləri var 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
9
idi.  Gülüstan  (1813)  və  Türkmənçay  (1828)  müqavilələri  əsasında  Rusi
-
ya  İmperiyasının  tərkibinə  daxil  edilmiş  Azərbaycan  torpaqlarının  zəbt 
edilməsini və onların yerli azərbaycanlı əhalidən təmizlənməsini nəzərdə 
tutan ümumerməni proqramının həyata keçirilməsinə bilavasitə bu tarixi 
hadisələrdən sonra başlanmışdır. Çar I Nikolayın onlara maneəsiz olaraq 
İrandan  və  Türkiyədən  köçmələrinə  imkan  verən  sərəncamlarından  isti
-
fadə  edən  ermənilər  kütləvi  şəkildə  Qafqazda,  xüsusilə  Naxçıvan,  Qara
-
bağ,  İrəvan  ərazilərində  məskunlaşırlar.  1828-ci  ilin  martında  iki  keçmiş 
Azərbaycan xanlıqlarının – Naxçıvan və İrəvanın əraziləri rus hakimiyyəti 
tərəfindən “Erməni vilayəti” adı altında inzibati vahidə birləşdirilir. Doğ
-
rudur, tezliklə, 1940-cı ilin aprel ayında “Erməni vilayəti” ləğv olunsa da 
bu, ermənilərə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilə
-
ri əzəli “erməni” torpaqları elan etmələrinə mane olmur. (1) 
XIX  əsrin  sonlarından  “Qnçak”  və  “Daşnaksütun”  erməni  partiyalarının 
meydana gəlməsi ilə Osmanlı imperiyası və Cənubi Qafqaz ərazilərində er
-
məni təşkilatlarının Erməni dövlətinin yaradılmasına yönəlmiş məqsədyönlü, 
yaxşı təşkil olunmuş siyasi-silahlı fəaliyyəti başlayır. Ermənilərin azərbaycanlı
-
lara qarşı ilk, artıq rəsmi və irimiqyaslı silahlı çıxışları 1905-1907-ci illərdə baş 
verir  və  iki  xalqın  qanlı  qırğını  ilə  nəticələnir.  Ümumi  hesablamalara  görə, 
tarixə “erməni-müsəlman qarşıdurması” kimi düşmüş 1905-1907-ci illər ha
-
disələrində Bakı, İrəvan və Yelizavetpol quberniyalarında 158 Azərbaycan və 
128 erməni kəndi dağıdılmış və müxtəlif mənbələrə görə 3 mindən 10 minə 
qədər insan həlak olmuşdur. (2) 
Lakin, “Daşnaksütun” kimi təşkilatı olmayan və plansız hərəkət edən” 
(3), pis silahlanmış və ibtidai hərbi hazırlığı belə olmayan azərbaycanlılar, 
bununla  belə,  o  dövr  bütün  çətinliklərə  baxmayaraq  mütəşəkkil  ermə
-
ni  hərbi  dəstələrinin  hücumunu  dəf  etmiş  və  onlara  layiqli  müqavimət 
göstərə bilmişlər.
 I Dünya müharibəsinin başlanması ilə, xüsusən 1917-ci il Fevral inqi
-
labından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak 
edən dünya dövlətlərinin Qafqazdakı maraqları kəskinləşmiş və toqquş
-
muşdur. Eyni zamanda Qafqaz xalqları qarşısında öz siyasi-milli idealla
-
rını  və  arzularını  reallaşdırmaq  üçün  geniş  imkanlar  açılmışdır.  Çoxillik 
məqsədyönlü  işin  yekunu  olaraq  erməni  ideoloqları  Qərb  dövlətləri  və 
Rusiyanın  Cənubi  Qafqazın  gələcəyinə  dair  planlarına  “erməni  dövlətçi
-
liyi məsələsi”nin daxil edilməsinə nail olmuşdular. Gürcülərin də öz döv
-
lətini yaratmaq hüququ mübahisə doğurmurdu. Bununla yanaşı, Cənubi 
Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar Qərb dövlətlərinin və xü
-
susilə də neftlə ən zəngin Bakını ümumiyyətlə Azərbaycan şəhəri hesab 
etməyən  Rusiyanın  siyasi  qüvvələrinin  diqqətinə  belə  layiq  görülmür
-
dülər. 
Azərbaycanlılar  üçün  son  dərəcə  əlverişsiz  olan  bu  şərait  -  azərbay
-
canlı  əhali  tərəfindən  kifayət  qədər  dəstəklənən  “Müsavat”  partiyasının 
Qafqazın  siyasi  meydanına  daxil  olması  -  istər  sinfi  mübarizə  ideyasını 
təbliğ  edən  və  keçmiş  Rusiya  İmperiyasının  bütün  ərazilərində,  o  cüm
-
lədən  Qafqazda,  hakimiyyəti  ələ  keçirmək  niyyətini  gizlətməyən  bolşe
-
vikləri, istərsə də regionda yaradılması fərziyyə edilən gələcək Ermənis
-
tan dövlətinin tərkibinə azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi 
Azərbaycan  torpaqlarının  daxil  edilməsini  nəzərdə  tutan  erməni  millət
-
çilərini son dərəcə narahat edirdi. 
Hələ  I  Dünya  müharibəsi  davam  etsə  də  və  erməni  millətçiləri  Tür
-
kiyənin  7  vilayətinin  ərazilərində  “Böyük  Ermənistan”  yaratmaq  xülyası 
ilə vidalaşmasalar da, artıq mövcud vəziyyətdə bu planların həyata keçi
-
rilməsinin xeyli çətinləşdiyini anlayırdılar. Məhz bu səbəb onları öz əsas 
fəaliyyətlərini  həmin  planlarının  reallaşması  üçün  daha  əlverişli  şəraitin 
olduğu  Cənubi  Qafqaz  ərazisinə  keçirməyə  sövq  edir.  1918-ci  ilin  mart 
ayına  kimi  erməni  hərbi  birləşmələri  artıq  Cənubi  Qafqazın  cənub-qər
-
bində – Qars, İrəvan quberniyası, Zəngəzur, Göyçə, Yelizavetpol quberni
-


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
10
yasının bir neçə qəzasında və Qarabağda yerli dinc əhalinin-azərbaycan
-
lıların  sıxışdırılması,  zorla  qovulması  və  kütləvi  şəkildə  öldürülməsi  yolu 
ilə hələ mövcud olmayan Erməni dövləti üçün əraziləri təmizləməyə mü
-
vəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra erməni və 
gürcü  hərbi  hissələri  böyük  təlaş  içində  Qafqaz  cəbhəsindən  qaçmağa 
başladı və bu zaman rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Tür
-
kiyə  vilayətlərinə  köçmüş,  bundan  əvvəl  isə  həmişə  türk  torpaqlarında 
yaşamış  yüz  minlərlə  erməni  əhalisi  də  onlarla  birlikdə  Qafqaza  üz  tut
-
du.  Burada  onlar  1915-ci  ildə  Türkiyə  Osmanlı  hökuməti  tərəfindən  er
-
mənilərin  cəbhəyanı  zonalardan  köçürülməsi  haqqında  qanunun  qəbul 
edilməsindən  sonra  göstərilən  Azərbaycan  ərazilərində  məskunlaşmış 
erməni qaçqınların sıralarına qarışdılar. Beləliklə, ümidsizlik halına salın
-
mış,  qəzəb  və  nifrət  içində  çarpışan  nəhəng  erməni  kütləsi  “Daşnaksü
-
tun”un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin 
başçılığı  ilə  bütün  kin  və  acığını  yerli,  silahsız,  dinc  müsəlman  əhalisinə 
yönəldərək,  silahlı  basqınlar,  qətl  və  qarətlər  törətməklə  qısa  müddət 
ərzində  azərbaycanlı  əhalinin  bir  hissəsini  məhv  etdi,  qalanını  isə  doğ
-
ma torpaqlarından didərgin saldı. Belə ki, 1917-ci ilin əvvəlindən başla
-
yaraq  1918-ci  il  mart  ayınadək,  ermənilər  yalnız  İrəvan  quberniyasında 
197  Azərbaycan  kəndini  yer  üzündən  silmişlər.  (4)  Bu  cəza  əməliyyatla
-
rı  “Daşnaksütun”un  həmin  torpaqların  azərbaycanlılardan  təmizlənməsi 
və  sonradan  Cənubi  Qafqaz  ərazisinin  Erməni  dövlətçiliyinin  mərkəzinə 
çevrilməsi üzrə planlarının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək 
Erməni dövlətinin ərazisinin bünövrəsi qoyuldu. Lakin “dənizdən dənizə 
Böyük Ermənistan”ın taleyi şəhərlərdə, o cümlədən Bakıda həll olunurdu. 
1918-ci  il  martın  əvvəlində  Bakı  və  Yelizavetpol  (Gəncə)  quberniya
-
larının  əksər  hissəsində  hakimiyyət  Azərbaycan  cəmiyyətinin  əsas  siya
-
si  qüvvəsinə  çevrilmiş  və  müsəlman  əhalisini  birləşdirməyə  nail  olmuş 
“Müsavat” partiyasının əlində idi. (5) Lakin Bakının özündə vəziyyət daha 
mürəkkəb  idi  və  təkhakimiyyətliyə  can  atan  aparıcı  siyasi  qüvvələr  ara
-
sında  münasibətlər  getdikcə  daha  da  kəskinləşirdi.  1917-ci  ilin  noyab
-
rında, Rusiyada bolşevik çevrilişindən dərhal sonra, S.Şaumyanın başçılıq 
etdiyi  və  yalnız  Leninin  Xalq  Komissarları  Sovetinə  tabe  olan  Bakı  So
-
veti  özünü  şəhərdə  yeganə  hakimiyyət  elan  etmişdi.  Bu  qərara  Bakının 
müxtəlif,  o  cümlədən,  bolşeviklərin  opponenti  olan  sol  siyasi  qüvvələr 
qarşı  çıxmışdı.  Lakin  “Müsavat”  partiyası  və  şəhərin  yerli  hakimiyyəti  – 
azərbaycanlı  hüquqşünas  Fətəli  Xan  Xoyskinin  rəhbərlik  etdiyi  və  çox
-
millətli Bakı cəmiyyətinin sağ qolunun təmsil olunduğu Bakı Duması bu 
məsələdə daha kəskin mövqe tuturdu. 
“Müsavat”ın  rəhbərliyi  altında  Azərbaycan  milli  qüvvələri  bu  zaman 
artıq  Azərbaycana  milli-ərazi  muxtariyyətinin  verilməsini  tələb  edirdi. 
Bu isə yalnız sinfi ideyaları təbliğ edən bolşeviklər üçün deyil, tamamilə 
fərqli geosiyasi maraqlardan çıxış edən “Daşnaksütun” liderləri üçün də 
qəbuledilməz idi. Sonuncular, erməni Stepan Şaumyanın rəhbərlik etdiyi 
Bakı Fəhlə Deputatları Sovetində hakim mövqe tuturdular. Bu dövr “Daş
-
naksütun” erməni partiyası başda olmaqla, ultra-millətçi erməni qrupları 
və beynəlmiləlçi bolşeviklər ayrı-ayrı məslək və məqsədlər uğrunda mü
-
barizə aparsalar da, Azərbaycanın milli qüvvələrini nəyin bahasına olursa 
olsun zərərsizləşdirmək niyyəti onları bir araya gətirdi. 
1918-ci il martın 29-da (17) əlli nəfərə yaxın Azərbaycan hərbi qulluq
-
çusunu tərksilah etməklə bolşeviklər və daşnaklar azərbaycanlıları cavab 
tədbirləri  görməyə  təhrik  etdilər.  Yaranmış  qarşıdurmadan  bəhanə  kimi 
faydalanan birləşmiş silahlı qüvvələr – daşnak zabitlərinin başçılıq etdiyi, 
70%-i erməni cəbhəçilərdən ibarət 6 minlik Bakı Sovetinin Qızıl Ordusu 
və  “Daşnaksütun”un  3-4  minlik  milli  hissələri  Bakının  dinc  azərbaycanlı 
əhalisinə  qarşı  əsl  müharibəyə  başladı.  Nəticədə  təkcə  bir  həftə  ərzin
-
də  12  mindən  artıq  insan,  əksəriyyətini  dinc  sakinlər,  “fəhlə  və  minlərlə 
qadın, uşaq və silah tuta bilməyən yoxsullar” təşkil edən, əsas etibarilə, 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
11
türk-müsəlman  əhali  vəhşicəsinə  qətlə  yetirildi.  (6)  Mart  hadisələrinin  3 
günü – martın 30-u axşamdan 2 aprelədək - şəhərdəki qırğın və talanlar 
xüsusilə kütləvi və irimiqyaslı xarakteri ilə fərqlənirdi. 
Bakı  menşeviklərinin  qəzeti  “Naş  qolos”  mart  qırğınından  sonra 
şəhərdəki vəziyyəti belə təsvir edirdi: “Hər tərəf meyitlərlə doludur – ya
-
nıb  kül  olmuş,  doğranmış,  eybəcər  hala  salınmış…  qalaq-qalaq  və  tək-
tək, kişi, qadın və uşaq meyitləri. “Təzəpir” məscidi artilleriya atəşlərin
-
dən  güclü  ziyan  çəkmişdir…  İbadətgahın  təhqiri  geniş  kütlələrin  qəlbini 
ağrıdır, ancaq meyitlər onları daha çox həyəcanlandırır... Patrul 6-cı polis 
sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, 
onları  azad  etdi  və  şəhərin  müsəlman  hissəsinə  qədər  müşayiət  etdi… 
Geniş kütlələr qəzəb və nifrətlə dolub-daşır, bu hisslər getdikcə qəzəbli 
intiqam  hissinə  çevrilir  ki,  onların  qarşısını  almaq  elə  də  asan  olmaya
-
caq...”. (7)
Elə  həmin  günlərdə  Şamaxı  şəhəri  və  onun  ətraf  kəndləri  yanaraq 
böyük  məşələ  çevrilmişdi  ...  (8)  Sonra  növbə  Quba,  Kürdəmir,  Lənkəra
-
na  çatdı…  Bütövlükdə,  1918-ci  ilin  mart-iyun  aylarında  bolşevik-daşnak 
dəstələri tərəfindən 30 minə yaxın dinc azərbaycanlı qətlə yetirilmiş, on 
minlərlə insan isə bu cəza əməliyyatları nəticəsində evlərini tərk etməyə 
məcbur  olaraq  öz  ölkəsində  qaçqın  vəziyyətinə  düşmüşdür.  (9)  Yüzlər
-
lə kənd, ayrı-ayrı şəhərlərdə on minlərlə ev və bütöv müsəlman məhəl
-
lələri,  azərbaycanlıların  sosial-mədəni  və  mənəvi  mərkəzlərini  təcəssüm 
edən onlarla milli memarlıq abidəsi, müsəlmanlara məxsus olan məscid
-
lər, məktəblər, xəstəxanalar, digər sənaye, mülki, ticarət obyektləri məhv 
edilmişdir. 
Bütün  bu  hadisələrin  arxasında  bolşevik-erməni  ittifaqının  bütün  region
-
larda azərbaycanlıların sayını maksimum dərəcədə azaldaraq onları Qafqazda 
milli  azlıq  həddinə  çatdırmaq  və  Azərbaycan  torpaqlarını  Rusiya,  gələcək  Er
-
mənistan dövləti və qismən Gürcüstan arasında bölmək niyyəti dururdu. (10) 
Beləliklə, əslində söhbət Azərbaycanı dünyanın siyasi xəritəsindən sil
-
məkdən  gedirdi  və  yalnız  Azərbaycan  milli  qüvvələrinin  fədakarlığı  bu 
cinayətkar  planın  reallaşmasına  imkan  vermədi.  Bu  məsələdə,  1918-ci 
ilin  iyul-sentyabr  aylarında  Azərbaycan  torpaqlarını  azad  edən  və  azər
-
baycanlı əhalini öz doğma yurdlarına qaytaran Qafqaz İslam Ordusunun 
- Türk-Azərbaycan silahlı qüvvələrinin rolu danılmazdır. 
Diqqətəlayiqdir ki, bütün bu vaxt ərzində dünya mətbuatı var səsi ilə 
ermənilərin Cənubi Qafqaz müsəlmanları tərəfindən “qırılmasından” da
-
nışırdı ki, bu da azərbaycanlılardan fərqli olaraq, “əzabkeş” erməni xalqı 
haqqında  böyük  məharətlə  və  bacarıqla  əfsanələr  uyduran  ermənilərin 
öz  xidməti  sayəsində  mümkün  olmuşdu.  Təsadüfi  deyil  ki,  1918-1919-
cu illərdə Cənubi Qafqazda cərəyan edən hadisələrin canlı şahidi olmuş 
ingilis  jurnalisti  Skotland-Liddell  erməniləri  “dünyanın  ən  yaxşı  təbliğat
-
çıları” adlandırırdı. (11) 
1918-ci  ilin  faciəli  hadisələri  haqqında  tam  məlumata  malik  olan 
Azərbaycanın  Ədliyyə  naziri  Xəlil  bəy  Xasməmmədov  dərin  kədər  his
-
si  ilə  qeyd  edirdi  ki,  azərbaycanlılar  “bütün  Avropada  geniş  əks-səda 
doğurmağı,  dünya  güclülərinin  kandarlarını  dağıtmağı  və  hətta,  qəbul 
olunduğu kimi, Avropada özləri üçün, necə deyərlər, “yaxşı mətbuat” ya
-
ratmağı  bacara  bilmədilər...”  və  bunun  səbəbini  o,  azərbaycanlıların  si
-
yasətdə təcrübəsiz olması, “başqalarının, xüsusilə də onların bədxahları
-
nın əl atdıqları üsullardan istifadə edə bilməməsi ilə izah etmişdi.» (12) 
Lakin  Azərbaycan  hökuməti  həqiqətin  beynəlxalq,  ilk  növbədə,  Qərb 
ictimaiyyətinə çatdırılmasında o qədər də “bacarıqsız” olmadığını tezlik
-
lə sübut etdi.
Tiflisdən  Gəncəyə  köçən  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti 
1918-ci il iyulun ortalarında, fəaliyyətə başlanmasından düz 1,5 ay sonra 
respublikada baş verən hadisələrə, o cümlədən dinc azərbaycanlı əhaliyə 
qarşı törədilən zorakılıq faktlarına münasibət bildirməyi zəruri saydı. Xa
-


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
12
rici  İşlər  Naziri  Məmməd  Həsən  Hacınskinin  məruzəsini  dinləyən  Azər
-
baycan Hökuməti “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi 
Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş 
zorakılıq hallarının təhqiq olunması üçün” Fövqəladə Təhqiqat Komissi
-
yasının  (FTK)  yaradılması  haqqında  qərar  qəbul  etdi.  Məruzədə  xüsusi 
olaraq  qeyd  edilirdi  ki,  bu  Komissiyanın  yaradılmasına  dərhal  başlamaq 
lazımdır,  “çünki,  bu  gün,  hadisələrin  isti  izi  ilə  asanlıqla  müəyyən  edil
-
məsi  mümkün  olan  bir  çox  işləri  -  şəxslərin  dindirilməsi,  fotoşəkillərin 
çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çə
-
tinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır”. Həm
-
çinin qeyd olunurdu ki, komissiyanın işinin nəticələri Avropanın əsas dil
-
lərində  (rus,  fransız,  alman,  və  təbii  ki,  türk  dillərində)  elan  edilməli  və 
geniş yayılmalıdır. FTK-nın sədri vəzifəsinə tanınmış Azərbaycan hüquq
-
şünası Ələkbər bəy Xasməmmədov təyin edildi. 7 nəfərlik tərkibdə təsis 
edilmiş  FTK-nın  işinə  tədricən  Bakı  və  Gəncə  şəhərlərinin  istintaq-pro
-
kurorluq  və  məhkəmə  orqanlarının  digər  nümayəndələri  cəlb  olundu. 
FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, Litva tata
-
rı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşə
-
kar  hüquqşünaslardan  ibarət  idi.  Komissiya  1,5  il  ərzində  –  1918-ci  ilin 
avqustundan  1919-cu  ilin  noyabrınadək  –  erməni  millətçiləri  tərəfindən 
müsəlman  əhalisinin  kütləvi  surətdə  məhv  edilməsini  və  ona  külli  miq
-
darda  maddi  ziyanın  vurulmasını  əks  etdirən  böyük  həcmdə  kompleks 
materialların toplanmasına müvəffəq oldu. FTK tərəfindən toplanmış is
-
tintaq  materialları  36  cild  və  3500  vərəq  təşkil  etməklə,  Bakı,  Şamaxı, 
Quba,  Nuxa  şəhərlərində,  Bakı  və  Gəncənin  ətraf  ərazilərində,  habelə 
Şamaxı,  Quba,  Cavad,  Nuxa,  Göyçay,  Ərəş,  Lənkəran  qəzalarında,  Qa
-
rabağda,  Zəngəzurda  və  Azərbaycanın  digər  rayonlarında  ermənilərin 
törətdikləri dəhşətli cinayətləri sübut edirdi. (13) 
FTK-nın fəaliyyətinin nəticələrinə görə dinc sakinlərə qarşı törədilmiş 
müxtəlif  cinayətlərdə  təqsirli  bilinən  194  şəxs  barədə  cinayət  işlərinin 
qaldırılması haqqında 128 məruzə və qərar layihəsi hazırlanmışdı. 1919-
cu  il  avqustun  ortalarında  Bakı  və  Şamaxı  istintaq  işləri  üzrə,  əsasən 
Bakıda  erməni  millətindən  olan  24,  Şamaxıda  isə  100-ə  yaxın  şəxs  həbs 
edilmişdi. Azərbaycanlılara divan tutulmasında təqsirli bilinən bəzi şəxslər 
isə, o vaxtadək artıq Azərbaycanın hüdudlarını tərk edə bilmişdilər. (14)
  Lakin,  1920-ci  ilin  əvvəlində  baş  verən  və  Azərbaycan  Xalq  Cümhu
-
riyyəti  üçün  əlamətdar  olan  bu  mühüm  siyasi  hadisə  FTK-nın  başladı
-
ğı  işə  öz  düzəlişini  etdi.  Yanvarın  11-də  Müttəfiq  Dövlətlərin  Ali  Şurası 
Azərbaycanın  müstəqilliyinin  de-fakto  tanınması  haqqında  yekdil  qərar 
qəbul etdi. Bu tarixi hadisə ilə əlaqədar 1920-ci il fevralın 9-da Azərbay
-
can  Parlamenti  “Əhaliyə  bəxş  edilən  imtiyazlar  haqqında”  qanun  qəbul 
etdi. Bu amnistiya qanununa müvafiq olaraq, milli ədavət zəminində ci
-
nayət törətmiş bütün şəxslər təqib və cəzadan azad olundu, “Fövqəladə 
Təhqiqat  Komissiyasının  icrasında  olan”  bütün  cinayət  işlərinə  isə  hə
-
mişəlik xitam verildi. (15) 
Beləliklə, Komissiya üzvlərinin son dərəcə fədakar əməyi və dəqiq işi 
nəticəsində məsuliyyətə cəlb olunmuş azsaylı cinayətkarların azad olun
-
masına  baxmayaraq,  FTK-nın  fəaliyyətinin  əhəmiyyəti,  şübhəsiz  ki,  tək 
hüquqi çərçivələrlə məhdudlaşmırdı. Ən əvvəl, erməni vəhşiliklərinin acı
-
sını yaşamış respublika əhalisi üçün FTK-nın işinin mənəvi-psixoloji əhə
-
miyyəti  olduqca  böyük  idi.  Komissiyanın  özünün  mövcudluğu  və  onun 
üzvlərinin  cəmiyyətin  müxtəlif  təbəqələri  ilə,  sadə  azərbaycanlılarla  tə
-
masda olması xalqın haqq-ədalətin bərpa edilməsinə inamını qaytarmış, 
onun  yeganə  qanuni  hakimiyyət  olan  Azərbaycan  Hökumətinə  etibarını 
möhkəmləndirmişdi. 
Müəyyən  səbəblərdən  Azərbaycan  Hökumətinin  Fövqəladə  Təhqiqat 
Komissiyasının  fəaliyyətinin  nəticələrini  müxtəlif  Avropa  dillərində  və 
türk dilində dərc etdirmək və yaymaq niyyəti baş tutmasa da, Paris Sülh 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
13
Konfransına  yollanan  Azərbaycan  nümayəndə  heyəti  Bakı  şəhərində, 
habelə  Şamaxı,  Göyçay,  Cavad  qəzalarında  ermənilərin  müsəlman  əha
-
liyə qarşı törətdikləri zorakılıqları təhqiq edən FTK materialları ilə təmin 
edilmişdi. 6 cild və 95 fotoşəkildən ibarət olan bu materialların surətlə
-
ri  böyük  dövlətlərin  başçılarına  və  beynəlxalq  təşkilatlara  təqdim  olun
-
muşdu. 1919-cu ilin mayında Parisə - Azərbaycan nümayəndə heyətinin 
sərəncamına əsasən komissiya tərəfindən hazırlanmış əlavə material, 95 
fotoşəkil və 80-ə yaxın diapozitiv göndərilmişdi. (16) 
Lakin,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varlığına  son  qoyan  1920-ci 
il  aprel  çevrilişindən  və  Qızıl  Ordunun  köməyi  ilə  Azərbaycanda  Sovet 
hakimiyyətinin  qurulmasından  sonra,  milli  hakimiyyəti  əvəz  edən  yeni 
siyasi  qüvvələr  1918-ci  ilin  faciəli  hadisələrinə  münasibəti  köklü  surət
-
də  dəyişdi.  Neçə  onilliklər  ərzində  sovet  tarixşünaslığında  bu  hadisələr 
guya  müsavatçı  və  daşnakların  təhriki  ilə  baş  vermiş  vətəndaş  müha
-
ribəsi  kimi  təqdim  olunmuşdur.  “Məxfi”  qrifi  altında  saxlanılan  FTK-nın 
sənədləri  isə,  uzun  illər,  onsuz  da  onları  obyektiv  qiymətləndirmək  im
-
kanından məhrum olan tədqiqatçılar üçün əlçatmaz olmuşdur. Yalnız ХХ 
əsrin 80-ci illərinin sonlarında, keçmiş SSRİ-də yenidənqurmanın başlan
-
ması ilə əlaqədar olaraq əvvəllər qapalı olan arxiv fondlarından istifadə 
etmək  imkanı  yarandı;  Fövqəladə  Təhqiqat  Komissiyasının  materialla
-
rı,  bütövlükdə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixinə  dair  sənədlər 
mütəxəssislərin və alimlərin ixtiyarına verildi. 
Dövlət  orqanları  tərəfindən  toplanan  və  saxlanılan  FTK-nın  material
-
ları  rəsmi  sənədlər  olmaqla  istər  öz  dövründə,  istərsə  də  bu  gün  xüsu
-
si  əhəmiyyətə  malikdirlər.  Müxtəlif  siyasi  və  milli  partiyaların  bayraqla
-
rı  altında  çıxış  edən  erməni  təşkilatlarının  müsəlman  əhalisinin,  əsasən 
azərbaycanlıların  kütləvi  surətdə  məhv  edilməsinə,  onların  öz  əzəli  tor
-
paqlarından  qovulmasına  və  sonradan  bu  torpaqların  işğalına  yönələn 
düşünülmüş  siyasətinin  əsl  mahiyyətini  ifşa  edən  bu  çoxcildli  sənədlər 
elmi-mənbəşünaslıq,  tarixi-siyasi  və  diplomatik  baxımdan  son  dərəcə 
qiymətli sayılırlar. Erməni təcavüzünün yeni mərhələsi olan Dağlıq Qara
-
bağ, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bu sənədlərin 
aktuallığı yenidən böyük əhəmiyyət kəsb etmişdir.
Ötən  illər  ərzində  FTK-nın  sənədlərinin  çox  kiçik  bir  hissəsinin  daxil 
olduğu bir neçə sənədlər toplusu nəşr olunmuşdur; 1918-ci il hadisələri 
Azərbaycan Xalq Cümhuriyyəti tarixinə, 1917-1920-ci illərin milli hərəka
-
tına,  erməni-müsəlman  münasibətlərinə  dair  müxtəlif  məsələləri  tədqiq 
edən müəllif və mütəxəssislərin araşdırma obyektinə çevrilmiş və bu za
-
man  Fövqəladə  Təhqiqat  Komissiyasının  materiallarından  da  bu  və  ya 
digər səviyyədə istifadə olunmuşdur.
2009-2013-ci  illərdə  isə  bu  sətirlərin  müəllifi  tərəfindən  Fövqəladə 
Təhqiqat  Komissiyasının  Bakı  və  ətraf  kəndləri,  habelə  Quba  və  Şamaxı 
qəzalarını əhatə edən sənədlər topluları tam həcmdə, həmin hadisələrə 
dair elmi-tarixi oçerklər, müfəssəl məlumat-informasiya aparatı və xüsusi 
məzmunlu xəritələr əlavə edilməklə, nəşr olunmuşdur. (17) Çap olunmuş 
toplular  Azərbaycan  arxivlərində  saxlanılan  FTK-nın  sənədlərinin  80%-
i  təşkil  edir.  Təəssüflə  qeyd  olunmalıdır  ki,  komissiyanın  heç  də  bütün 
sənədləri, o cümlədən bəzi qəzalar üzrə istintaq işləri (FTK-nın üzvlərinin 
məruzələri istisna olmaqla) respublikanın arxiv fondlarında qalmamışdır. 
Lakin,  Komissiya  üzvləri  tərəfindən  dəfələrlə  xatırlanan  foto-materi
-
allar bu baxımdan ayrıca bir mövzu təşkil edir. Belə ki, sənədlərdən gö
-
ründüyü kimi, FTK üzvləri Bakıda və regionlarda işləyərkən erməni hərbi 
birləşmələri tərəfindən dağıdılmış bir çox tikililərə, o cümlədən Bakıdakı 
“İsmailiyyə”  və  d.  binalara,  Şamaxı,  Quba  və  Kürdəmirdə  müsəlmanlara 
məxsus  evlərə,  dükanlara  və  digər  obyektlərə  baxışlar  keçirmiş  və  mü
-
vafiq sənədlər tərtib etməklə yanaşı onların foto-çəkilişlərini aparmış və 
bu  çəkilişləri  də  protokollaşdırmışlar.  Yuxarıda  artıq  qeyd  edildiyi  kimi, 
1919-cu  ildə  FTK  tərəfindən  hazırlanmış  95  fotoşəkil  və  80-ə  qədər  di
-


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
14
apozitiv  Fransaya,  Paris  sülh  Konfransındakı  Azərbaycan  nümayəndə 
heyətinə göndərilmişdir. Təəssüf ki, ötən 90 ildən artıq müddət ərzində 
respublikada bu şəkillərin heç birini aşkar etmək mümkün olmamışdır. 
2007-ci ildən başlayaraq, Komissiyanın materialları üzərində işləyən 
müəllif Avropadakı həmkarlarının və dostlarının vasitəsi ilə 1918-ci ilin 
noyabrında FTK üzvləri və ayrı-ayrı insanlar tərəfindən çəkilmiş və Ba
-
kıdakı  faciəli  mart  hadisələrini  əks  etdirən  şəkillərin  axtarışı  ilə  məş
-
ğul  olmuşdur.  1933-cü  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  lideri 
Məmməd Əmin Rəsulzadə, 3 belə fotoşəkili təsvir edərək bu mövzuda 
iranlı,polyak,gürcü  və  almanlar  tərəfindən  çəkilmiş  onlarla  fotoşəkillə
-
rin  mövcud  olduğunu  yazırdı.  (18)  Maraqlıdır  ki,  həmin  şəkillərin  eyni 
təsviri  Bakıda  FTK  tərəfindən  dindirilmiş  Kazım  Axundovun  ifadəsində 
də (19) verilmişdir. 
2008-ci  ildə  Hollandiyada  Leyden  Universitetinin  professoru,  Bey
-
nəlxalq Sosial Tarix İnstitutunun (BSTİ-Amsterdam) Yaxın Şərq və Mərkə
-
zi  Asiya  Departamentinin  rəhbəri  prof.  Turac  Atabəki  bir  iranlının  şəxsi 
kolleksiyasında  Bakıda  mart  hadisələri  zamanı  İran  Konsulluğu  tərəfin
-
dən  çəkilmiş  nadir  fotoşəkli  aşkar  etmişdir.  1918-ci  il,  Bakıda  mart  ha
-
disələrindən sonra, konsulluq qətlə yetirilmiş müsəlmanların cəsədlərinin 
şəhərin  küçə  və  həyətlərindən  toplanması  və  dəfn  edilməsi  məqsədilə 
xüsusi  komissiya  yaratmışdı  və  görünür  ki,  eyni  zamanda,  foto-şəkillər 
də çəkmişdir. Sonralar, Bakıda müsəlmanlara qarşı törədilmiş cinayətlərin 
sübutu olan bu şəkillər mətbəə üsulu ilə “poçt-kart” şəklində çap oluna
-
raq İranda və başqa ölkələrdə geniş yayılmışdır. Prof. T.Atabəkinin aşkar 
etdiyi şəkildə İranın Bakıdakı konsulu Məhəmməd Said Vəzarai-Marağe
-
yi  və  konsulluğun  katibi  qırğınlar  dayandırıldıqdan  sonra,  Bakı  həyətlə
-
rindən  birində  cəsədlərin  yanında  təsvir  olunur.  Şəkildə  fars  və  fransız 
dillərində  belə  bir  yazı  vardır:  “Bakıda  müsəlman  əhalisinin  məhv  edil
-
məsi və onların cəsədləri yanında dayanan İran konsulu”. 
Lütf edib, bu şəkli bizə təqdim etməklə, hörmətli dostumuz və həm
-
karımız  Bakıda  baş  vermiş  mart  hadisələrinə  dair  Azərbaycanda  olan 
cüzi təsviri materialları zənginləşdirmişdir. Lakin FTK-nın şəkillərinin tale
-
yi hələ də naməlum qalırdı. Və budur, 2011-ci ilin sonunda Amsterdam
-
dan xoş xəbər gəldi: şəkillər tapılmışdır ! 
Uzun  illər  ərzində  axtardığımız  fotosənədlərin  surətləri  uzaq  Ameri
-
kada,  tarixi  şəkilləri  və  sənədləri  toplayan  şəxsin  kolleksiyasında  saxla
-
nılırmış.
Müəllif  sənədlərin  tapılması  və  Beynəlxalq  Sosial  Tarix  İnstitutu  tərə
-
findən  əldə  olunmasında  göstərdiyi  səylərə  görə  professor  Turac  Ata
-
bəkiyə  öz  dərin  minnətdarlığını  bildirir.  Müəllif,  eyni  zamanda,  erməni 
təcavüzünün  qurbanı  olmuş  on  minlərlə  azərbaycanlının  humanitar  fa
-
ciəsindən  bəhs  edən  bu  qiymətli  foto-dəlillərin  bundan  sonra  da  çox
-
milyonlu  arxiv  fondlarına  malik  olan  Avropanın  ən  qocaman  və  unikal 
Beynəlxalq Sosial Tarix İnstitutunun fondlarında saxlanılacağından məm
-
nunluğunu bildirir. 
Müəllif,  son  dərəcə  ağır  və  çətin  şəraitə  baxmayaraq,  Azərbaycan 
haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xid
-
mətləri olmuş böyük Azərbaycanlı, görkəmli ictimai-siyasi dövlət xadimi, 
siyasətçi,  jurnalist  və  diplomat,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Paris 
Sülh  Konfransındakı  nümayəndə  heyətinin  rəhbəri  Əlimərdan  bəy  Top
-
çubaşovun  xatirəsini  yad  etməyi  özünə  borc  bilir.  Məhz  onun  fədakar
-
lığı  sayəsində  FTK-nın  sənədləri  bir  çox  xarici  dövlətlərin  başçılarına  və 
nümayəndə  heyətlərinə  təqdim  olunmuş,  qorunub  saxlanmış  və  bəlkə 
də buna görə uzaq Amerikada aşkar olunmuşdur. Sözü gedən fotolarla 
birlikdə  Azərbaycan  arxivlərində  saxlanılmayan  FTK-nın  bəzi  yazılı  ma
-
teriallarının bir qisminin xaricdə tapılması da bunu bir daha təsdiq edir.
Müəllif  1918-ci  il  hadisələri  haqqında  həqiqəti  uzaqgörənliyi,  həmçi
-
nin vicdanlı, peşəkar və səbirli əməyi ilə sənədlərdə əbədiləşdirən və bu 


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
15
günümüzə  çatdıran  şəxslərin  adlarının  hörmətlə  anılmasını  özünə  borc 
bilir: AXC-nin dövlət xadimləri – Fətəli Xan Xoyski, Məmməd Həsən Ha
-
cınski,  Xəlil  bəy  Xasməmmədov,  FTK-nın  sədri  və  üzvləri  –  Ələkbər  bəy 
Xasməmmədov,  Andrey  Fomiş  Novatski,  Nikolay  Mixayloviç  Mixaylov, 
Aleksandr  Yevgenyeviç  Kluge,  Məmməd  Xan  Təkinski,  İsmayıl  bəy  Şah
-
malıyev,  Aley  Adamoviç  Aleksandroviç  (Litovski),  Çeslav  Boleslavoviç 
Klossovski,  V.V.Qudvillo,  Abbas  bəy  Hacı  İrzayev  və  texniki  heyət.  Bu  in
-
sanların  çoxunun  taleyi  faciəli  olmuşdur:  1920-ci  ilin  iyununda  Tiflisdə 
erməni terrorçunun hücumu zamanı F.X.Xoyski amansızcasına qətlə yeti
-
rilmiş, X.b.Xasməmmədov isə ağır yaralanmışdır, M.H.Hacınski və Ə.b.Xas
-
məmmədov Sovet hakimiyyəti tərəfindən işgəncə verilməklə güllələnmiş, 
N.M.Mixaylov  1920-ci  ildə  Gəncə  üsyanı  zamanı  öz  mənzilində  naqafil 
güllədən  həlak  olmuş,  A.Y.Kluge  1918-ci  ilin  dağıdıcı  hadisələrindən  az 
sonra  tüğyan  edən  epidemiya  zamanı  yolxucu  xəstəlikdən  vəfat  etmiş, 
Məmməd  Xan  Təkinski  və  İsmayıl  bəy  Şahmalıyev  1938-ci  il  Stalin  rep
-
ressiyalarının qurbanı olmuşlar. 1920-ci illərin əvvəlində yeni hakimiyyətlə 
əməkdaşlıq  edən  FTK-nın  digər  üzvlərinin  sonrakı  taleyi  hələlik  məlum 
deyildır. Lakin onların adları FTK-nın sənədlərində əbədi olaraq qalmışdır. 
Aşkar  olunmuş  fotomateriallarda  onların  kimə  ünvanlandığı  qeyd 
olunmayıb,  lakin  şəkillərin  arxasındakı  yazılarından  məlum  olur  ki,  on
-
lar  Fövqəladə  Təhqiqat  Komissiyasının  üzvü  A.Aleksandroviç  tərəfindən 
göndərilmişdir.  Bununla  yanaşı,  hər  bir  şəkil  çəkilişdə  iştirak  etmiş  FTK-
nın  üzvü  və  fotoqrafın  imzaları  və  FTK-nın  möhürü  ilə  təsdiq  olunub. 
Bütün bu atributlar sübut edir ki, aşkar olunmuş şəkillər Azərbaycan Xa
-
rici  İşlər  Nazirliyi  tərəfindən  Paris  Sülh  Konfransında  iştirak  edən  Azər
-
baycan nümayəndə heyətinə göndərilmiş məhz həmin FTK sənədləridir. 
Şəkillərin eyniliyi FTK-nın çəkilişlərin qeyd olunduğu sənədləri ilə də təs
-
diq edilir. 
Şəkil arxası yazılardan aydın olur ki, A.Aleksandroviç şəkilləri şərti ola
-
raq dörd seriyaya bölüb. “Erməni vəhşilikləri” adı altında qeyd olunmuş 
birinci seriya komissiya tərəfindən toplanmış və Bakıda mart hadisələri
-
nin qurbanlarının əks olunduğu şəkillərdən ibarətdir. Digər – “Bakı”, “Şa
-
maxı”  və  “Kürdəmir”  seriyalarına  Komissiya  üzvləri  tərəfindən  çəkilmiş 
şəkillər  daxildir.  Daha  bir  şəkil  –  ermənilər  tərəfindən  şikəst  edilmiş  18 
yaşlı qadının şəkli FTK-nın Cavad qəzası üzrə sənədlərinə əlavə olunub. 
Odur  ki,  bu  kitab-albom  tərtib  edildiyi  zaman  Fövqəladə  Təhqiqat  Ko
-
missiyasının həmin şəkillərin çəkilməsi faktını təsdiq edən sənədlərin də 
kitaba  daxil  edilməsini  məqsədəuyğun  hesab  etdik.  Bu  nəşrə,  həmçinin 
Bakıda, Şamaxı şəhəri və Şamaxı qəzasında, Göyçay qəzasının kəndləri, o 
cümlədən Kürdəmir qəsəbəsində və Cavad qəzasında baş vermiş faciəli 
hadisələrindən ətraflı bəhs edən FTK-nın dörd məruzəsi daxil edilmişdir. 
Həmin  hadisələr  FTK-nın  üzvləri  tərəfindən  çəkilmiş  şəkillərdə  öz  əksini 
tapmışdır. Albomda həmçinin 2008-ci ildə professor T.Atabəki tərəfindən 
Hollandiyada aşkar olunmuş fotoşəkil də yer almışdır. 
Sonda,  bu  kitab-albomun  ərsəyə  gəlməsində  dəstək  və  yardımını 
əsirgəməyən hər kəsə, eyni zamanda FTK-nın materiallarının axtarışında 
iştirak  edən  xaricdəki  bütün  dostlarıma  və  həmkarlarıma  səmimi  min
-
nətdarlığımı bildirirəm.


1918. AZƏRBAYCAN QIRĞINLARI ŞƏKİL VƏ SƏNƏDLƏRDƏ
16

Yüklə 10,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə