199
7.19
Məzunların ixtisası və iqtisadiyyatın strukturu arasında da ciddi uyğunsuzluq
mövcuddur. PeĢə və ali təhsil müəssisələri pedaqoji və tibb ixtisasları kimi nisbətən məhdud
məĢğulluq imkanları vəd edən sahələrdə ifrat sayda mütəxəssis hazırladıqları halda, məĢğulluq
imkanlarının əksər hissəsini təmin edən kənd təsərrüfatı və xidmətlər üzrə çox az mütəxəssis
buraxılır. Misal üçün, ali təhsil müəssisələrinin məzunlarının yarısı təhsil sahəsi üzrə ixtisaslaĢıb,
halbuki bu sektor ümumi məĢğulluğun cəmi 8,6 faizini təĢkil edir və üstəlik qeyri-cəlbedici əmək
haqqı səviyyəsinə malikdir. Buna əlavə olaraq, əmək bazarında peĢə bacarıqları olmayan, ümumi
orta təhsilli iĢçi qüvvəsinin ―ifrat təklifi‖ mövcuddur: onlar ümümi iĢsiz əhalinin 70 faizini təĢkil
edirlər, halbuki hal-hazırda bütün iĢlərin ancaq 60 faizi üçün ümumi orta təhsil tələb olunur
140
.
Bu, ümumi təhsili olanların arasında iĢsizlik səviyyəsinin daha da yüksək olmasına gətirib
çıxarır: texniki – peĢə bacarıqlarının olmamağı iĢçilərin iĢə düzəlmə Ģanslarını kəskin Ģəkildə
azaldır
141
.
7.20
ĠĢəgötürənlər bu uyğunsuzluğu anlayır. Misal üçün, kiçik və orta müəssisələr asanlıqla
ixtisassız iĢçilər (onlar iĢə qəbul olunanların əksəriyyətini təĢkil edir) tapdığı halda, onlar ixtisaslı
iĢçilərin və müvafiq ticarət iĢçiləri, texniklər, kompüter biliklərinə malik iĢçilərin və
menecerlərin tapılmasında çətinliklə qarĢılaĢırlar
142
. 2007-ci ilin noyabr ayında keçirilmiĢ Bakı
Əmək Yarmarkasında təklif olunmuĢ 7000 iĢ yerinin 50 faizinə müvafiq iĢçi tapılmamıĢdır
143
.
ƏƏSMN-nin nəzdindəki BaĢ MəĢğulluq Ġdarəsi bu nisbi uğursuzluğun səbəbinin iĢ yerlərinin
çoxunun təhsil proqramında o qədər də yaxĢı əhatə olunmamıĢ bacarıqlar (misal üçün, kompüter
bacarıqları və ingilis dili bilikləri) tələb etməsi ilə izah edir. Ġxtisaslı iĢçilərin tapılması çətinliyi
ilə dövlət sektoru və hər bir peĢəkar iĢçini ölkə daxilində və ya xaricdə təlimə göndərən xarici
investorlar da üzləĢir. Misal üçün, neft sektorunda əsas investor olan British Petroleum (BP)
Ģirkəti özünün dünya təcrübəsində ilk dəfə olaraq, iĢçilərin aĢağı peĢəkarlıq səviyyəsi
probleminin öhdəsindən gəlmək üçün Azərbaycanda sıfırdan baĢlayaraq böyük treninq mərkəzi
açmağa məcbur olmuĢdur.
D.
Ə
MƏK BAZARI SIYASƏTLƏRININ VƏ TƏHSIL SISTEMININ TƏKMILLƏ
ġ
DIRILMƏSI
Hökumətin strategiyası
7.21
Hökumət özünün uzun müddətli iqtisadi perspektivləri üçün insan kapitalı
probleminin həllinin zəruriliyini qəbul etmiĢdir. Bu, əsas məqsədi yoxsulluğun azaldılması,
iqtisadiyyatın diversifikasiyası, regionların sosial və iqtisadi inkiĢafı olan 2006 – 2015-ci illər
üzrə Yoxsulluğun Azaldılması və Davamlı ĠnkiĢaf Dövlət Proqramında öz əksini tapmıĢdır.
2005-ci ildə Milli MəĢğulluq Strategiyası qəbul olunmuĢdur ki, bu da 2007-ci ildə qəbul olunmuĢ
Milli Tədbirlər Planı vasitəsilə yerinə yetirilir. Strategiyanın ―məğzi‖ ondan ibarətdir ki, iĢ
yerlərinin yaradılması
Hökumətin deyil,
özəl sektorun vəzifəsidir.
7.22
Milli MəĢğulluq Strategiyası əmək bazarı institutlarında və siyasətlərində islahatların
aparılması, peĢə təhsilinin modernləĢdirilməsi, ömür boyu təhsil prinsipinin qəbul olunması, iĢ
axtaranların sosial müdafiəsinin yaxĢılaĢdırılması, gənclərin məĢğulluğunun dəstəklənməsi,
140
Dünya Bankı, 2008.
141
Rutkovski, 2007.
142
BMK-nın 2007-ci ildə apardığı Azərbaycanda KOM-lar üçün biznes mühitin vəziyyəti barədə hesabatın
nəticələrinə və Kuddo (2005-ci il) və digərlərinin tədqiqatlarına bax.
143
Dünya Bankı, 2008.