Azərbaycan mġLLĠ elmlər akademġyasi folklor ġnstġtutu



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix08.07.2018
ölçüsü0,59 Mb.
#54598
1   2   3   4   5   6   7   8   9   ...   35

12 
 
rından  böyük  ailədən  kiçik  ailəyə  keçid  prosesi  başlayır  və  X-
XII əsrlərdə yeni ailə forması – kiçik ailə üstün mövqe tutur. Bö-
yük ailədən kiçik ailəyə keçid prosesi XX əsrin əvvəllərinə qə-
dər davam edir (44, 287-305). Oxşar elmi nəticəyə bu məsələnin 
nüfuzlu araşdırıcısı N.A.Kislyakov da gəlmişdir
1
 (114, 239). 
Orta Asiya və Qazaxıstanda böyük ailədən kiçik ailəyə ke-
çid prosesini  və  kiçik ailə daxilində  vərəsəlik məsələsinin XIX 
əsrin  əvvəlki  dövrünü  daha  ətraflı  izləmiş  N.A.Kislyakovun 
araşdırmalarından məlum olur ki, bu keçid prosesində mayoratın 
minoratı  sıxışdırması  qətiyyən  müşahidə  olunmamışdır  (bax: 
114,115).  Təkcə  bircə  faktı  xatırlatmaq  kifayətdir  ki,  əmlak 
bölgüsündə bərabərlik prinsipi  yalnız atanın sağlığında onun bu 
və ya başqa oğluna subyektiv münasibətindən asılı olaraq pozula 
bilərdi. Əmlak bölgüsündə bu və ya başqa bir övladın bərabərlik 
prinsipini  pozmağa  hüququ  yox  idi.  Əmlak  atanın  öldüyü  təq-
dirdə ağsaqqallar tərəfindən  ənənəvi  vərəsəlik qanununa uyğun 
olaraq  övladlar  arasında  bərabər  şəkildə  bölünmüş,  bəzən  isə 
böyüyə daha çox verilməsi halı müşahidə olunmuşdur (115, 31). 
Ancaq ikinci vəziyyəti böyük qardaşın kiçik qardaşı sıxışdırması 
kimi  izah  etmək  mümkün  deyil.  Birincisi,  bu  hala  az  təsadüf 
olunur. İkincisi, ata mülkündən böyüyə nisbətən çox pay veril-
məsi ənənəvi hal və ya böyüyün tələbi kimi deyil, onun böyük-
lüyünə  hörmət  kimi  qəbul  edilməlidir.  Beləliklə,  E.M.Meletin-
skinin fikri faktik materiallar əsasında təkzib olunur. 
Azərbaycanda  ailə  formalarının  tarixi  ayrıca  tədqiq 
olunduğundan yuxarıdakı qanunauyğunluğa dair kifayət qədər 
dəlil  gətirməyə  çətinlik  çəkirik.  Ancaq  türk  xalqlarından  biri 
kimi  Azərbaycanda da eyni prosesin getdiyinə şübhə ola bil-
məz. Bu fikri bəzi faktlar da sübut etməkdədir. 
                                                
1
Bu halda S.A.Kaskabasovun Qazaxıstanın Rusiya tərkibinə keçəndən sonra 
böyük ailələrin kiçik ailələrə parçalanması haqqında fikrinə yer qalmır. 


13 
 
Etnoqraf K.T.Qaraqaşlı  ayrımlar arasında mövcud olan 
böyük  ailə  forması  haqqında  məlumat  verir:  “Kəndin  hər  tə-
rəfində  kiçik  qruplar  şəklində  dəyələr  var.  Bu  dəyələrdə  bir 
neçə  ailədən  ibarət  tirə,  nəsil,  məhlə  adlanan  qan  qohumları 
yaşayır.  Onlar  qarşılıqlı  şəkildə  təsərrüfat  və  ictimai  işlərdə 
bir-birinə kömək edirlər. Kəlbəcər rayonu qocalarının müəlli-
fə verdiyi məlumata görə, keçmiş vaxtlarda hər bir tirə, nəsil 
bir böyük ailə kimi yaşayırmış; ailənin üzvləri birgə işləyir və 
bütün üzvlər gəlirə şərik imiş. Belə ailəyə kişi xətti ilə qohum 
olanlar  daxil  imiş”  (110,  41).  Müəllif  oxşar  vəziyyəti  Qazax 
ayrımları  arasında  müşahidə  edərək  yazır:  “Əvvəlcə  tayfaya 
aid olan torpaq, qocaların söylədikləri kimi, birgə becərilmiş-
dir.  Sonra  hər  bir  ailə  özü  torpaq  payını  becərməyə  başladı. 
Ancaq  ilkin qarşılıqlı kömək fəaliyyəti göstərilməkdə davam 
edirdi:  güclü  təsərrüfatlar  zəiflərə  kömək  edirdi”  (110,  41). 
Müəllifin  haqlı  olaraq  göstərdiyi  kimi,  bu,  böyük  ailələrdən 
kiçik  ailələrə  natamam  keçid  idi.  Böyük  ailələrin  kiçik  ailə-
lərə parçalanması İranın fars əyalətində yaşayan azərbaycanlı 
köçəri qaşqaylar arasında da müşahidə olunub (23, 125-126). 
E.M.Meletinskidən başlayaraq kiçik qardaş surətinin folk-
lorda,  eləcə  də  sehrli  nağıllarda  ideallaşdırılmasının  səbəbini 
tədqiq  edən  alimlər  bu  folklor  hadisəsinin  kökünü  böyük  ailə-
lərin kiçik ailələrə parçalanması prosesi ilə  bağlamışlar. Ancaq 
bizim  fikrimizə görə,faciə daha əvvəl  – böyük qardaş ailəsinin 
patriarxal  böyük  ailəyə  parçalanması  zamanı  baş  vermişdir. 
Öncə böyük qardaş ailəsinin tarixi yerinə və bu ailə formasında 
mövcud olan vərəsəlik qanununun mahiyyətinə nəzər salaq. 
Qardaş ailəsinin tarixi yerini və mahiyyətini tədqiq edən 
J.Bromley  göstərir  ki,  qardaş  ailəsi  analıq  hüququna  əsasla-
nan ailə formasından individual ailəyə keçid mərhələsinin ailə 
formasıdır (70, 175). Heç şübhəsiz ki, J.Bromley  “individual 
ailə”  ifadəsi  ilə  patriarxal  böyük  ailəni  nəzərdə  tutmuşdur. 


14 
 
J.M.  Gerasimova  J.Bromleyin,  M.V.Kryukovun,  N.V.Bikbu-
latovun,  N.A.  Butinovun  araşdırmalarına  söykənərək  öz  fik-
rini daha aydın şəkildə ifadə edir: “Ana ailəsindən ata ailəsinə 
keçid  mərhələsinə  əsas  özəyi  doğma  qardaşlardan  (həm  yu-
xarı, həm də aşağı nəsil) ibarət olan qardaş ailə icması uyğun 
gəlir;  kişilərin  içərisində  ən  yaxın  qohum  ata  ilə  oğul  deyil, 
qardaşlar  hesab  olunurdu:  sosial  və  sakral  əmlak  vərəsəliyi 
kolaterial  xətt  (qardaşdan  qardaşa),  yəni  birinci  qohumluq 
dərəcəsi  üzrə  gedir.  Qardaşlar  olmasa,  vərəsə  böyük  bacının 
böyük oğluna keçirdi (83, 163). 
Faktlar göstərir ki, qədim türklər də  qardaş ailəsi  mər-
hələsini keçmişlər. 
Birincisi, qədim türklər qohumluq sisteminin klassifika-
siyalı nəsil-yaş tipinə daxil idilər. Qohumluq sisteminin nəsil-
yaş tipinə görə  iki nəslin  (kişi  və  ya  qadın)  nümayəndəsi bir 
qohumluq  kateqoriyasında  birləşir;  bir  nəslin  aşağı  hissəsi 
onun  ardınca  gələn  nəslin  yuxarı  hissəsi  ilə,  həmin  nəslin 
yuxarı hissəsi isə ondan əvvəl gələn nəslin aşağı hissəsi ilə bir 
qohumluq  kateqoriyasına  daxil  olur.  Nəticədə  bir  nəslin  nü-
mayəndələri (məsələn, onun qardaşları və bacıları) xüsusi ter-
minlərlə  fərqləndirilərək  müxtəlif  qohumluq  kateqoriyalarına 
aid  edilir  (69,  69).  Bu  qohumluq  sistemində  ata  ilə  əmilərin 
xüsusi  terminlə fərqləndirilməməsi  və əcdadların birbaşa  ter-
minlə  ifadə  olunmasına  əsaslanan  N.V.Bikbulatov  qədim 
türklərdə qardaş ailəsinin mövcud olduğuqənaətinə gəlir  (69, 
100).  Aşağıdakı  fakt  müəllifin  fikrini  daha  da  gücləndirir. 
A.M.Zolotaryevin  araşdırmasına  görə,  yaş  sinifləri  (yəni  qo-
humluq  münasibətlərinin  nəsil-yaş  tipi)  ana  xanlığından  ata 
xanlığına  keçid  mərhələsindən  əvvəl  yarana  bilməzdi  (106, 
286-287).  Qeyd  etdiyimiz  kimi,  etnoqraflar  qardaş  ailəsini 
ana ailəsindən ata ailəsinə keçid mərhələsi hesab etmişlər. Be-
ləliklə, aydın olur ki,  yaş sinifləri  məhz qardaş ailəsində  ya-


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə