Azərbaycan miLLİ elmlər akademiyasi “ƏDƏBİyyat məcmuəSİ” Nİzami GƏNCƏVİ adına ƏDƏBİyyat institutunun



Yüklə 233,06 Kb.
Pdf görüntüsü
tarix17.11.2018
ölçüsü233,06 Kb.
#80072


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

“ƏDƏBİYYAT MƏCMUƏSİ”

NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 

ELMİ ƏSƏRLƏRİ 

2017

,  №  

3

Folklorşünaslıq

İslam  SADIQ

Filologiya üzrə elmlər doktoru 

Folklor İnstitutu

islam-sadiqli@rambler.ru

YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ VƏ 

ŞUMER QAYNAQLARI

Açar sözlər: Y. V.Çəmənzəminli, roman, Şumer, motiv, Enlil, şərab, qaynaq

Key  words:  Y.V.Chamanzaminli,  “Girls  spring”,  novel,  Sumerian,  motif,  Enlil, 

wine, source



Ключевые  слова:  Ю.В.Чсменземинли,  роман,  шумер,  мотив,  Энлил,  вино, 

источник


Böyük  Azərbaycan  yazıçısı  Yusif  Vəzir  Çəmənzəminli  həm  zəngin 

ədəbi  bir  irs  qoyub  getmiş,  həm  də  bu  əsərləri  yazmaq  üçün  həyatın  keşmə- 

keşlərinə  dözməyə,  ağrılı-acılı  bir ömür yaşamağa məcbur olmuşdur.  Ağrılı- 

acılı  ömür  deyəndə  sözsüz  ki,  hər  şeydən  öncə,  onun  repressiya  qurbanı  ol­

duğu  yada  düşür.  Lakin  mən  burada  yalnız  onu  nəzərdə  tutmuram.  Yusif 

Vəzirin  repressiyadan  çox-çox  əvvəlki  ömrü  də  o  qədər  xoş  keçməmişdir. 

Yazıçının  Kiyevdə,  İstanbulda,  Aşqabadda  (Ürgəncdə),  Fransanın  Paris  və 

Klişi  şəhərlərində  yaşadığı  günlər  də  xeyli  ağrılı-acılı  olmuşdur.  Hətta  Klişi 

şəhərində  fəhləlik eləmək zorunda qalmışdır.  Onun həmin şəhərlərdəki həya­

tı həm maddi, həm də mənəvi  sıxıntılar içində keçmişdir

Yusif Vəzirin “Qızlar bulağı”  romanı  haqqında nə qədər yazılsa da,  bu 

əsərdə  toxunulmamış  elə  məsələlər  var  ki,  onların  öyrənilməsinə  yenə  ehti­

yac  duyulur.

Y.V.Çəmənzəminli  “Qızlar bulağı”  romanını  Böyük  Oktyabr  Sosialist 

İnqilabından  əvvəl  yazmış,  lakin  onu heç yerdə  çap  etdirməmişdir.  Görünür, 

əsər onun  ürəyincə olmamışdır.  Ona görə də bu romanı  1934-cü  ildə yenidən 

işləmişdir.  Yazıçı  bu barədə  1934-cü ildə “Gənc işçi”  qəzetində çap olunmuş 

“Qərardan  sonra”  adlı  məqaləsində  yazırdı  ki,  “Qızlar bulağı”  romanını  yeni 

mənbələrə  istinadən  tamamilə  dəyişib  yeni  bir  əsər  etdim  [1].  Eyni  fikirlərə 

yazıçının  1935-ci  ildə  yenə  “Gənc  işçi”qəzetində  çap  olunmuş  “Qərardan 

sonrakı  yeni  əsərlərim”  və  “Vışka”  qəzetində  çap  olunmuş  “Etimadı  doğrul­

244



dacağam”  başlıqlı  yazılarında  da rast  gəlirik  [2;  3].  Bundan başqa,  yazıçının 

şəxsi  arxivində  romanın  onun  öz xəttilə  yazılmış  altı  əlyazması  var ki,  bu  da 

əsərin bir neçə dəfə işləndiyini göstərir [4].

“Qızlar  bulağı”  tarixi  romandır.  Yazıçı  özü  “Qızlar  bulağı”nı  tarixi 

roman  adlandırmış  və  burada  yaxın  Şərqin  eramızdan  iki  min  il  əvvəlki 

həyatını  işıqlandırdığını  yazmışdır.  Bu  tarix  gedib  Şumer  dövrünə  çıxır  və 

əsərdəki  bir  çox  süjet,  obraz və  motivlər  Şumer tarixi,  ədəbiyyatı,  mədəniy­

yəti ilə qırılmaz tellərlə bağlıdır.

“Qızlar  bulağı”  romanı  başlayan  kimi  müəllim  Kəbusey  sonuncu  dərs 

olduğunu  bildirir.  O,  gənclərə  Xoruz  qəbiləsinin tarixini  öyrətmək  istəyir və 

bildirir  ki,  bütün  bunlar  mixi  xətti  ilə  gil  kərpiçlərin  üzərmə  yazılmışdır. 

Burada  istər  mixi  yazının,  istərsə  də  kərpiclərin  adının  çəkilməsi  şumerləri 

yada salır.  Hazırda dünyanın  ən iri muzeylərində təxminən 200 min yazılı  gil 

kərpic-gil  kitab  saxlanılır.  Onların  böyük  bir  hissəsi  şumer  dilində  yazıl­

mışdır.  Mixi yazısı və gil kitablar şumerlərin dünya mədəniyyətinə verdikləri 

ən böyük töhfədir.

“Qızlar  bulağı”  romanında  şərab  içməkdən,  məst  olmaqdan  danışılır. 

Hətta burada tanrının  da  şərab  içib  məst  olduğu vurğulanır.  Kəbusey  şərabın 

tarixinin  bəşəriyyət  qədər  qədim  olduğunu  söyləyir.  Sonra  Əmilmərduqun 

dililə  deyir:  "Xülasə,  şərab  mənim  üçün  bir  sirdir.  Sizə  bir  misal  söyləyim. 

Bir  xaldeyalı  tərki-dünya  əyyaş  bir  ellinə  rast  gəlib,  ona  nəsihət  etməyə 

başlayır:

-  Şərab içmə, məst olma, xaliq bizi  ayıqlıq üçün yaratmışdır, -  deyir.

Ellin gülür:

-  Aldanma  -   deyir,  xaliqin  də  sənin  kimi  məstdir.  Zatən  məst  olma­

saydı,  sənin tək axmağı  yaratmazdı...”  [5,  s.  347].

Burada  Şumer  mətnlərində  rast  gəlinən  iki  fikir var.  Birincisi,  şərabın 

tarixidir.  Şumer  mətnlərində  pivə  və  şərabdan  çox  danışılır.  Ninkaşi  pivə 

tanrısıdır,  o pivə istehsalına rəhbərlik edir.  Şumer mətnlərində pivə və  şərabın 

insanlar  yaranmamışdan  öncə  mövcud  olduğu  söylənilir.  Deməli,  insanlardan 

əvvəl  tannlar pivə və  şərab  içmişlər.  Bir neçə mətndə tanrının  şərab  içib  məst 

olduğuna  rast  gəlirik.  Enki  və  Ninqursaq  ilk  insanı  yaradarkan  onlar  şərab 

içdiklərinə görə, yaratdıqları ilk insan  şikəst olur, ona ruh verə bilmirlər.

Enkinin  sevgi,  məhəbbət  tanrısı  İnannanı  öz  evində  qonaq  saxladığı 

səhnədə  də  onun  şərab  içib  məst  olduğunu  görürük.  Hər  iki  mətn  romandan 

yuxarıda  verilmiş  parçanın  məzmunu  ilə  yaxından  səsləşir.  Tanrının  insanı 

yaradarkan  məst  olması,  insanlann  axmaqlığının  səbəbinin  də  onunla  bağ­

lanması  isə  Enki  və  Ninqursağın  ilk  insanı  yaradarkən  şərab  içdikləri  səhnə 

ilə eynidir.

“Qızlar  bulağı”  yeddi  ərənin  nağılı  ilə  başlayır.  Sonra  yeddi  qızın  adı 

çəkilir və  yeddi  ərən  qızların  ətrafına toplaşıb  ney  çalır.  Burada  “yeddi  ərən 

səsi  haqqın  səsidir”  və  “Biz  yeddi  qız  haqqın  şən  çırağıyız”  misralarında 

söylənən  fikirlər  yeddi  ərənlə  yeddi  qızın  tanrıya  bağlılığına  işarə  ola  bilər.

--------------------------- 

245

 

■■




“Haqqm  səsi”  və  “haqqın  şən  çırağı”  ifadələri  bu  fikri  söyləməyə  tam  əsas 

verir.  Bu  motiv  Şumer mətnlərindəki  Enkinin  və Ninqursağın  ilk  dəfə  yeddi 

kişi  və  yeddi  qadın yaratdıqları bilgilərlə  də yaxından  səsləşir  [6,  s.  67;  7,  s. 

181].  Bu qədər yaxınlığın,  oxşarlığın təsadüfi  olmadığını  düşünmək olar.

“Qızlar  bulağı”  romanında  sərkərdənin  seçilməsi  ilə  bağlı  maraqlı  bir 

səhnə  var.  İskitlərin  sərkərdəsi  Quzatay  öldürülür  və  ordu  başsız  qalır.  Bu 

zaman Runca xatın deyir:

-  ...sərkərdə seçilməz,  hünərləri ilə  şöhrət bularaq  öz-özünə ordu başına 

çıxar.  Quzatayın yerində oturacaq bir adamım yoxdur [5,  s.  415].

Bu  səhnə  də  “Bilqamıs  və  Ağa”  adlı  Şumer  dastanındakı  bir  motivlə 

demək  olar  ki,  üst-üstə  düşür.  Kiş  şəhərinin  xaqanı  Ağa  Uruk  şəhərinə  hü­

cum edib  onu özünə tabe etmək,  adamlarını  da  aparıb  qul kimi Kiş  şəhərində 

işlətmək  istəyir.  Bu  zaman  Uruk  şəhərinin  xaqanı  üzə  çıxmır,  görünmür. 

Ümumiyyətlə,  həmin  vaxt  Uruk  şəhərində  xaqan  olub-olmadığı  bilinmir. 

Urukun  tərkibindəki  Kulab  şəhərinin  başçısı  Bilqamıs  işi  belə  görüb  mey­

dana  çıxır.  Ağanın  elçilərini  qarşılayır.  Urukun  Kişə  tabe  olmasını  qətiyyən 

qüruruna  sığışdırmır,  elə  igidliklər,  qəhrəmanlıqlar göstərir ki,  Ağa davasız- 

şavasız geri çəkilir.  Xalq yığışıb Bilqamısı  Urukun xaqanı  seçir [8,  s.  163].

Runca xatunun  “sərkərdə  seçilməz,  hünəri  ilə  ordu  başına  çıxar”  fikri 

ilə  Bilqamısın Urukun  xaqanlığına xalq tərəfindən  gətirilməsi  motivi  də  bir- 

birini yaxşı tamamlayır.

“Qızlar bulağı”  romanında bir uçmaq motivi var.  Motiv belədir ki,  “fə­

qirlər meşədən  ilan  tutub  yeyir və  sonra  da uçub  ağaca  qonurlar”  [5,  s.  367- 

368].  Bu  parça  romanın  birinci  hissəsindəki  altıncı  ərənin  nağılındandır.  Bu 

nağıla qulaq asan Ceyniz yoldaşının qolunu sıxaraq deyir:

- Bu ərən də bizi xam ələ salmış:  adam da uçarmı?  [5,  s.  368].

Əlbəttə,  “adam  da  uçarmı?”  sualı  çox  düşündürücüdür.  İlk baxışda bu

suala  “insan  uçmaz”  deyib  bircə  kəlmə  ilə  cavab  vermək olar.  Lakin burada 

tələsmək lazım deyil.  İnsanın uçmağı  motivinin üstündən keçib,  onu əhəmiy­

yətsiz  bir  şey  hesab  eləmək  son  nəticədə  yanlışlığa  gətirib  çıxara bilər.  Ona 

görə bu motivi  açmaq üçün yenə Şumer mətnlərinə üz tutmaq lazımdır.

Balıqçı  Etana küləyin  qanadlarını  sındırdığına görə,  Tanrı  An  cəzalan­

dırmaq  üçün  onu  göyə -  yanına  çağırır.  Etana  uçub  göyə-Anm yanına gedir 

və  ordan da uçub  geri -  yerə  qayıdır.  Etana insandır.  Mətndə  onun uçduğun­

dan  danışılır.  Şumer  mətnlərində  tanrıların  uçduqları  haqqında  zəngin  bilgi­

lər  saxlanmışdır.  Çoxlu  qanadlı  tanrı  şəkilləri  və heykəlləri  tapılmışdır.  İnsan 

başlı  buğa və İnsan başlı  şir heykəllərinin də çoxusu  qanadlıdır.  Qanad isə uç­

mağın rəmzidir.  Deməli, insanların uçmağının da bir ilkin kökü,  qaynağı var!

Yuxarıda  deyilənlərdən  məlum  olur  ki,  Yusif  Vəzir  Çəmənzəminli 

Şumer,  Babil,  Assur  dövrlərinə  aid  tarixi  qaynaqlarla  yaxından  tanış  olmuş­

dur.  İndi haqlı olaraq belə bir sual  ortaya çıxır:

-  Y.V.Çəmənzəminli  bu  qaynaqlarla  harda  və  necə  tanış  olmuşdur? 

Həmin bilgilərə nə vaxt yiyələnmişdir?

■ 

246



 

■ 

~




Bu  suallara  cavab  verilməsi  ona  görə  əhəmiyyət  daşıyır  ki,  romanın 

yazıldığı dövrə-ötən əsrin 20-30-cu illərinə qədər Azərbaycanda  Fərhad Ağa­

zadənin  1920-ci  ildə  “Azərbaycan”  qəzetində  çap  olunmuş  “Kitab  tarixi” 

adlı  məqaləsindəki  [9]  xırda-para  fikirləri  çıxmaq  şərtilə  Şumer,  Babil  və 

Assur  tarixi,  ədəbiyyatı  və  mədəniyyəti  haqqında  bircə  cümlə  belə  yazıya 

rast gəlinmir.  Yazıçının romanın proloqunda adlarım  sadaladığı  qaynaqlar da 

[10]  həmin  vaxtlarda  Azərbaycanda  olmamışdır.  Deməli,  adlan  sadalanan 

qaynaqlan  yazıçı  Azərbaycanda  əldə  etməmişdir.  Həm  də  roman  ilk  dəfə 

inqilabdan əvvəl  yazılmışdır.  Əgər bu qaynaqlar yazıçının əlinə  düşməsəydi, 

çox  güman  ki,  əsəri  1934-cü  ildə  yenidən  və  indiki  şəkildə  işləməyəcəkdi. 

Burada bir neçə məsələ aydınlaşır.  Birincisi,  bəlli  olur ki,  “Qızlar bulağı”nın 

son  variantı  əvvəlkindən  tamamilə  fərqlənən  yeni  bir  əsərdir.  İkincisi,  gö­

rünür ki,  Yusif Vəzir romanı  1934-cü  ildə  tamamlamışdı.  Onu  yenidən  işlə­

məyə  isə  qərarın  qəbul  edildiyi  1932-ci  ildə  başlamışdır.  Nəhayət,  məqalə- 

dəki “yeni  qaynaqlar” ifadəsi elə-belə işlədilməmişdir.

Y.V.Çəmənzəminli  1920-ci  ildə  İstanbulda Azərbaycanın  səfiri  olmuş, 

XI  qırmızı  rus  ordusunun  işğalından  və  Azərbaycan  Demokratik  Cümhuriy­

yətinin  devrilməsindən  sonra  bu  vəzifədən  özü  çıxmışdır.  Yazıçı  Azərbay­

cana qayıda bilməmiş,  uzun tərəddüdlərdən  sonra Fransaya getmişdir.  1923- 

1926-cı  illərdə  Paris  və  onun  yaxınlığındakı  Klişi  şəhərlərində  yaşamışdır. 

Həmin illərdə Fransada assurologiya bir elm kimi  güclü  inkişaf edirdi.  Bu da 

onunla  bağlıydı  ki,  1842-ci  ildən  başlayaraq  fransız  arxeoloqları  İkiçaya- 

rasında  irimiqyaslı  arxeoloji  qazıntılar  aparır,  tapılmış  minlərlə  gil  kitablan 

və  digər  maddi  mədəniyyət  abidələrini  daşıyıb  Luvr  muzeyinə  gətirirdilər. 

Ona  görə  də  Parisdə  assurologiyanın  və  şumerşünaslığın  inkişafı  üçün  zən­

gin  maddi  baza  yaranmışdır.  Burada  həmin  illərdə  şumer və  akkad  dillərin- 

dəki  gil  kitablar  oxunur,  tərcümə  olunur,  nəşr  edilir  və  araşdırılırdı.  Paris 

dünyanın ən qabaqcıl assurologiya mərkəzlərindən biri  sayılırdı.

Tarixi  öyrənməyə  çox  maraq  göstərən  Yusif  Vəzir  Parisdə  yaşaya- 

yaşaya burada gil  kitablann oxunmasından, tərcümə və nəşrindən xəbərsiz qa­

la bilməzdi.  Burada yazıçının fransız dilini bildiyini də nəzərə almaq lazımdır

Əminliklə  demək olar ki,  Y.V.  Çəmənzəminli  Fransada yaşadığı  1923- 

1926-cı  illərdə  Şumer  məsələsi  ilə  yaxından  maraqlanmış,  fransız  və  digər 

Avropa  şumerşünaslannın  əsərlərini  tapıb  əldə  etmiş,  oxuyub  çox zəngin bi­

liklərə yiyələnmişdir.  Yazıçı  1926-cı  il  aprelin  3-də Bakıya gəlmişdir.  1932- 

ci ildə “Qızlar bulağı” romanını  yenidən işləməyə başlayarkən Fransadan gə­

tirdiyi  kitablardan  və  onlardan  aldığı  bilgilərdən  böyük  ustalıqla  bəhrələn­

mişdir.


Deməli,  Y.V.Çəmənzəminli  ötən  əsrin  20-30-cu  illərində  Azərbaycan­

da  Şumer,  Akkad,  Babil  və  Assur  qaynaqlarını  oxumuş,  onların  tarixinə, 

mədəniyyətinə  dair  zəngin  biliklərə  yiyələnmiş  iki-üç  ziyalımızdan  biri  ol­

muşdur.


247


ƏDƏBİYYAT

1.  Yusif  Vəzir  Çəmənzəminli.  Qərardan  sonra.  Bakı,  “Gənc  işçi”  qəzeti,  1934,  23 

aprel.

2.  Yusif  Vəzir  Çəmənzəminli.  Qərardan  sonrakı  yeni  əsərlərim.  Bakı,  “Gənc  işçi” 



qəzeti,  1935.

3.  Везир Ю. Оправдываю доверие. Баку, «Вышка»,  1935, 23  апреля.

4.  Yusif  Vəzir  Çəmənzəminlinin  şəxsi  arxivi.  AMEA  M.Füzuli  adma  Əlyazmalar 

İnstitutu. F21, sv. 21, 22, 23, 93,221.

5.  Yusif Vəzir Çəmənzəminli.  Əsərləri.  3 cilddə, 2-ci cild. Bakı,  1968.

6.  Sadıq İ.  Şumervə türk dastanları.  Bakı, Azəməşr.  2012.

7.  Sadıq İ.  Şumerdə izim var. Bakı, Azəməşr, 2008.

8.  Sadıq İ.  Şumer ədəbiyyatı. Bakı, Azəməşr, 2013.

9.  Ağazadə F. Kitab tarixi.  Bakı, “Azərbaycan” qəzeti,  1920,  18, 28, 30, 31  mart.

10.  Yusif Vəzir Çəmənzəminli.  Qızlar bulağı. Bala, Azəməşr,  1934.



Islam  Sadig

Y.V.CHAMANZAMINLI AND  SUMERIAN SOURCES 

Summary

The  great Azerbaijani  writer  Y.V.Chamanzaminli  was  derived  advantage  from  folk­

lore very  skilfully  in his art activities.  His novel “Girls  spring”  is raising great interest from 

this  view  point.  Azerbaijan  folk-lore  motives  meeting  in  the  novel  was  learned,  but 

Sumerian motives was left aside attention of explorers.

In  this  article,  for  the  first  time,  was  investigated  Sumerian  motives  in  the  novel 

“Girls  spring”,  their primary  source  was  found  and  was  given a  detailed  exploration  great 

examined.  There  were  given  a  lot  of  convincing  arguments  for  affirming  that 

Y.V.Chamanzaminli indeed derived Sumerian motives. Besides this, was learned how writer 

acquainted with Sumerian sources in the 30 years of last century.



Ислам Садыг

Ю.В.ЧЕМЕНЗЕМИНЛИ И ШУМЕРСКИЕ ИСТОЧНИКИ

Реноме

Великий  азербайджанский  писатель  Ю.В.Чеменземинли  в  своем  художествен­

ном  творчестве  с  большим  мастерством  питался  из  фольклора.  Его  роман  «Девичий 

родник»  с  этой  точки  зрения  вызывает  большой  интерес.  Мотивы  азербайджанского 

фольклора,  встречающиеся  в  этом  романе,  изучены,  но  шумерские  мотивы  остались 

вне точки зрения исследователей.

В  данной  статье  впервые  исследованы  шумерские  мотивы,  встречающиеся  в 

романе  «Девичий родник»,  выявлены их  первоисточники,  дано  широкое  объяснение. 

Для утверждения того,  что  Ю.В.Чеменземинли действительно  питался из  шумерских 

источников,  приводятся  многочисленные  достоверные  факты.  Кроме  того,  изучены 

пути  знакомства  писателя  с  шумерскими  источниками  в  тридцатых  годах  прошлого 

века.


248

Yüklə 233,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə