Azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 145,47 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü145,47 Kb.
#8633


 

Azərbaycan Milli Elmlər Akademiyası 

 

İNFORMASİYA TEXNOLOGİYALARI  

İNSTİTUTU 

 

 

 

Rasim Əliquliyev  

Cəsarət Valehov 

Rasim Mahmudov 

 

İNTERNET-JURNALİSTİKANIN 

FORMALAŞMASININ BƏZİ 

ASPEKTLƏRİ 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2008 


 

 



Əliquliyev R.M., Valehov C.F., Mahmudov R.Ş.  İnternet–

tı, 2008, 32 səh.  

Ekspress-informasiyada informasiya cəmiyyətinə müxtəlif yanaşmalardan təriflər 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə 

Elmi redaktor: t.e.n. Yadigar İmamverdiyev 

 “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2008 



jurnalistikanın formalaşmasının bəzi aspektləri. Ekspress-

informasiya. İnformasiya cəmiyyəti seriyası.  

Bakı: “İnformasiya Texnologiyaları” nəşriyya

 

verilir, informasiya inqilabları kontekstində jurnalistikanın yaranma zəruriyyəti və 



təkamülü məsələlərinə toxunulur. Müasir informasiya texnologiyalarının son 

nailiyyətlərinin tətbiqi ilə  İnternet-jurnalistikanın formalaşması istiqamətində 

mövcud olan bir sıra problemlər və onların həlli yollarının bəzi aspektləri 

araşdırılır. 

 

 

çapa tövsiyə olunmuşdur. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



©


 

 

3



 

 

səh. 


nformasiya cəmiyyəti haqqında qısa 

II.  İnformasiya inqilabları və jurnalistika...



III.  nternet-jurnalistika: problemlər və 

 

13 


 

MÜNDƏRİCAT 

 

I. 


İ

məlumat ............................................. 

 

 

 



 

İ

formalaşma aspektləri ...........................



 

 

 



 

 

 



 

 

 



 


 

 



I. İNFORMASİYA CƏMİYYƏTİ HAQQINDA QISA 

Bəşər tarixinin keçdiyi yol və inkişaf mərhələləri 

müxtəl

tıq 50 ildən 



çoxdur

MƏLUMAT 

 

if aspektlərdən qiymətləndirilir. Bu çoxəsrlik yolu 

Qərb alimləri cəmiyyətin inkişafının  əsasını  təşkil edən 

iqtisadi münasibətlər baxımından üç mərəhəlyə bölürlər: 

aqrar, sənaye və informasiya (postsənaye) cəmiyyətləri [1]. 

Aqrar cəmiyyətdə insanlar, əsasən, heyvandarlıqla və 

əkinçiliklə məşğul olurdular. Sənaye cəmiyyətində istehsal 

prosesləri ön plana çıxır, fabrik və zavodlar, sənaye 

məhsulları iqtisadiyyatın  əsasını təşkil edir. Postsənaye və 

ya informasiya cəmiyyətində isə bilik və informasiya əsas 

rol oynamağa başlayır. Belə ki, informasiyanın toplanması, 

saxlanması, emalı, istifadəsi və ötürülməsi ilə bağlı 

fəaliyyət sahələri bu cəmiyyətdə aparıcı mövqeyə 

yüksəlməklə iqtisadiyyatın əsasını təşkil edir.  

İnformasiya cəmiyyəti ideologiyası ar

 ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Bu 

ideologiyanın formalaşmasında müstəsna rolu olan 

E.Toffler, D.Bell, M.Kastels və digər məşhur alim-

sosioloqlar, filosoflar, iqtisadçılar bəşər tarixinin bu yeni 

keyfiyyət mərhələsinə müxtəlif aspektlərdən yanaşaraq, 




 

 

5



sas 

fəlsəfəs


rmasiya cəmiyyəti anlayışına texnoloji nöqteyi-

nəzərdə


görə, ümumi daxili məhsulda 

informa


onun tərifini verməyə çalışıblar [2, 3]. Məhz buna görə də 

informasiya cəmiyyəti  ideologiyasına dair müxtəlif sosial-

fəlsəfi, iqtisadi, texnoloji və s. yanaşmalar mövcuddur.  

Ümumiyyətlə, informasiya cəmiyyətinin  ə

i yaşından, dilindən, dinindən, irqindən, sosial və 

siyasi mənsubiyyətindən, həmçinin zaman və  məkandan 

asılı olmayaraq, bütün insanların informasiya, bilik 

 

tələbatını ödəməkdən, onların arasında sosial 



kommunikasiya mühiti yaratmaqdan, bilik və 

düşüncələrini, istədikləri məlumatı  ictimaiyyətə 

çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya 

bolluğunun yaradılması  və bu prosesin köməyi ilə, bir 

tərəfdən, bəşəriyyətin qarşısında duran problemləri həll 

etmək, digər tərəfdən, cəmiyyətin inkişafını  təmin 

etməkdir. 

İnfo


n yanaşsaq görərik ki, burada kompüter, İnternet 

əsas texniki vasitə olaraq informasiyanın toplanması, 

saxlanması, emalı, ötürülməsi və digər mühüm 

 

funksiyaları həyata keçirir.  



İqtisadi yanaşmaya 

siya iqtisadiyyatı sektorunun payı 50 %-i keçərsə, 

ölkə informasiya cəmiyyətinə  qədəm qoymuş sayılır [3]. 



 

 



yətinin qurulması kompleks 

tədbirlə


İnstitutunun 

informa


mərhəl

ompüterləşdirməni nəzərdə 

tutur. Yəni bu mərhələdə  hər bir kəsin, hər bir idarə, 

Kompüterlərin sayı, İnternetə qoşulma və çıxış imkanlarını 

xarakterizə edən indikatorlar və statistik göstəricilər 

əsasında da ölkələrdə informasiya cəmiyyətinin qurulması 

səviyyəsini və inkişaf dinamikasını qiymətləndirmə 

mexanizmləri mövcuddur.  

İnformasiya cəmiy

rin həyata keçirilməsi məqsədilə bir sıra  şərtlərin 

ödənilməsini, müəyyən mərhələlərin keçilməsini tələb edir 

ki, bütün bunlara da elmi cəhətdən əsaslandırılmış fəaliyyət 

proqramlarının köməyi ilə nail olmaq olar. Bu məqsədə 

çatmağın yolları barədə müxtəlif baxışlar, konsepsiyalar, 

tövsiyyələr və müsbət təcrübələr mövcuddur.  

AMEA  İnformasiya Texnologiyaları 

siya cəmiyyətinin qurulması  mərhələləri və 

arxitekturu ilə bağlı texnokratik yanaşmaya  əsaslanan 

məxsusi baxışları vardır. Bu yanaşmaya görə, informasiya 

cəmiyyətinin arxitekturu “5 mərtəbəli binaya” bənzəyir [4]: 

I mərhələ (mərtəbə) kommunikasiyalaş-dırma 

əsindən ibarətdir. Bu kommunikasiya 

infrastrukturunun formalaşması rabitəçilərin qarşısında 

duran əsas vəzifələrdən biridir. 

II mərhələ (mərtəbə) k



 

 

7



müəssi

d kompüterlər arasında 

şəbəkə 

-saytların, verilənlər bazalarının və digər 



informa

asiya 


cəmiyy

sə  və  təşkilatın kompüterinin və ondan istifadə 

imkanının olması informasiya cəmiyyətinin 2-ci 

mərtəbəsinin qurulması deməkdir.  

III mərəhələ (mərtəbə)  şəbəkələşdirmə adlanır. Bu 

mərtəbənin qurulması üçün mövcu

infrastrukturunun formalaşdırılması  işləri həyata 

keçirilməlidir.   

IV mərhələ (mərtəbə) informasiyalaşdırma 

proseslərini (veb

siya sistemlərinin yaradılmasını)  əhatə edir. 

Əvvəlki 3 mərhələdən fərqli olaraq informasiyalaşdırma 

prosesində cəmiyyətin bütün təbəqələrinin – dövlət, qeyri-

hökumət və biznes sektorunun nümayəndələri, bütün peşə 

sahibləri iştirak etməli, öz töhfələrini verməlidirlər.  

Bütün bu 4 mərhələ  uğurla həyata keçirildikdən 

sonra 5-ci mərhələ (mərtəbə) kimi  inform

ətinə xas olan virtual münasibətlər və  cəmiyyətlər 

(elektron hökumət, elektron təhsil, elektron elm, elelktron 

seçki və s.) meydana çıxır.  

 

 

 



 


 

 



İNFORMASİYA İNQİLABLARI VƏ 

JURNALİSTİKA 

Məlumdur k

asiya cəmiyyətinə 

gətirən yolun əsasında sivilizasiya tarixində baş verən 

informa

ədim zamanlarda insanlar arasında 



informa

əvvəl yazının (piktoqrafiya, 



II. 

 

i, bəşəriyyəti inform

siya inqilbları dayanır [5]. İnformasiya 

cəmiyyətinin  əsasını  və  məqsədini informasiya və biliklər 

təşkil etdiyinə görə sivilizasiyanın bu yeni mərhələsinin əsl 

mahiyyətini anlamaq üçün həmin inqilabları doğuran 

səbəblərə, onların yaratdığı təzahürlərə və imkanlara diqqət 

yetirmək lazımdır.   

Alimlərin araşdırmalarına görə, I informasiya 

inqilabı  hələ çox q

siya mübadiləsinin  əsasını  təşkil edən nitqin 

meydana gəlməsi və inkişafı ilə baş verdi. Bunun da 

nəticəsində informasiyanın, yəni danışıqların insanlar 

arasında səsin ötürülməsi məsafəsi ilə ölçülən çox məhdud 

coğrafi məkanda, eyni zamanda, informasiya daşıyıcısı 

funksiyasını yalnız insanların yaddaşı həyata keçirdiyindən 

həm də  məhdud zamanda yayılmasına (gələcəyə 

ötürülməsinə) imkan yarandı.  

Əksər elmi mənbələrdə II informasiya inqilabı 

təxminən 5-6 min il bundan 




 

 

9



heroqli

n alimi Qutenberq kitab çapı 

texnolo

qraf texnologiyasının meydana 



gəlməs

f, semiotika) meydana gəlməsi ilə  əlaqələndirilir. 

Artıq informasiya daşıyıcısı kimi təkcə insanların yaddaşı 

deyil, həm də maddı daşıyıcılardan – daş, heyvan dərisi, 

ağac və s. vasitələrdən istifadə edilməyə başladı. Bəşər 

tarixində baş verən bu mühüm hadisə informasiyaların 

qeydiyyatı, uzun müddətə yadda saxlanması, məkan və 

zamana görə yayılması üçün əvvəlki inqilaba nəzərən bir 

qədər geniş imkanlar yaratdı.  

III informasiya inqilabı XV əsrin sonuna təsadüf 

edir. Belə ki, 1497-ci ildə alma

giyasını ixtira etməklə bu inqilabın  əsasını qoydu. 

Bunun da sayəsində insanlar arasında informasiyanın 

kütləviləşdiril-məsi, daha çox həcmdə informasiyanın 

etibarlı şəkildə saxlanması, geniş coğrafi məkana yayılması 

və  nəsillərdən nəsillərə (gələcəyə) dəfələrlə ötürülməsi 

mümkün oldu. Məhz bu inqilabi mərhələdə nisbətən çoxlu 

sayda və  həcmdə  mətnlərin hazırlanması  zəruriyyəti digər 

müvafiq peşələrlə yanaşı jurnalist peşəsinin də 

yaranmasına səbəb oldu.  

IV informasiya inqilabının  əsasını elektrikin kəşfi 

nəticəsində telefon, tele

i (1876-cı il) təşkil edir, sonralar elmi-texniki 

tərəqqinin inkişafı  nəticəsində radio və televiziya kəşf 




 

 

10 



ə ARPANET-in 

(İnterne


hüquqi və s.) forma (mətn, 

audio, 


olundu. Bunun da nəticəsində müxtəlif formalı 

informasiyaların çox qısa zamanda uzaq məsafəyə 

ötürülməsi problemi həll olundu. Bu inqilabın verdiyi 

imkanlar hesabına informasiya bolluğu yaranmağa başladı, 

artıq mətnlərlə yanaşı, audio-video informasiyaların 

hazırlanması zərurəti çap (qəzet, jurnal və s.) jurnalistikası 

ilə yanaşı, radio və televiziya jurnalistikasının meydana 

gəlməsi və formalaşmasına səbəb oldu.  

V informasiya inqilabı kompyuterləri bir-biri ilə 

əlaqələndirən  şəbəkənin, 1969-cu ild

tin əsası bu şəbəkə ilə qoyulmuşdur) işə salınması, 

fərdi kompüterlərin yaradılmasına səbəb olan, onların 

özəyini təşkil edən mikroprosessorların layihələndirilməsi 

və istehsalı (1970-ci illər) ilə bağlıdır. Məhz bu inqilab 

zaman keçdikcə, informasiya texnologiyaları  cəmiyyətin 

müxtəlif sferalarında geniş  tətbiq olunduqca, İnternetin 

xidmətləri və infrastrukturu inkişaf etdikcə  jurnalistikanın 

əvvəlki sahələri sırasına yenisinin – İnternet-jurnalistikanın 

daxil olmasına gətirib çıxartdı.  

Qeyd etmək lazımdır ki, informasiya, əsasən, 

məzmun (siyasi, iqtisadi, tibbi, 

təsvir – rəsm, foto, video), həcm, məkan və zaman 

kimi xüsusiyyətləri ilə xarakterizə olunur. Dadbilmə, 



 

 

11



alı 

informa


İnternet istənilən formalı informasiyaları 

yadda 


iybilmə, lamisə orqanları (sensorları) vasitəsilə  qəbul 

edilən informasiyaların müasir informasiya texnologiyaları 

vasitəsilə qeyd olunması, emalı, istifadəçilərə  təqdim 

olunması  və ötürülməsi problemləri  hələlik dünyanın 

aparıcı elmi mərkəzləri və alimləri tərəfindən araşdırılan 

məsələlər sırasındadır.                                           

İnformasiya inqilablarının meydana gəlmə tarixi və 

yaratdığı təzahürlərdən göründüyü kimi,  müxtəlif form

siyaları qeyd etmək, yadda saxlamaq, emal etmək, 

məkan və zamana görə yaymaq, gələcəyə ötürmək 

obyektiv səbəblər üzündən çox çətin olubdur. Bu səbəbdən 

də tarixən informasiya (bilik) qıtlığı mövcud olmuş, zaman 

keçdikcə informasiyaların qeydiyyatı 

və yadda 

saxlanılması, emalı və ötürülməsi texnologiyaları meydana 

gəlmiş, tədricən informasiya bolluğu yaranmağa 

başlanmışdır. 

Yalnız V informasiya inqilabının təzahürü olan 

kompüter və 

saxlamağa, qeyri-məhdud məkanda (coğrafi 

məkandan virtual məkana keçid) yaymağa və  gələcəyə 

ötürməyə imkan verir. Bunun da nəticəsində  bəşər 

tarixində misli görünməmiş, çox yüksək sürətlə artan 



 

 

12 



qeyd etmək lazımdır ki, 

cəmiyy


İnformasiya cəmiyyətində sivilizasiyanın bu yeni 

keyfiyy


informasiya (bilik) bolluğu, sözün həqiqi mənasında, 

informasiya seli yaranır.  

Yeri gəlmişkən, 

ətdə informasiya bolluğunun yaranması  bəşər 

tarixindən miras qalmış çox böyük problemlərin (tibb, 

təhsil, aclıq, səfalət və s.) həllinə nail olmaqla yanaşı, 

əvvəllər mövcud olmayan müxtəlif problemlərin də ortaya 

çıxmasına səbəb olur. Hər tərəfdən daxil olan informasiya 

seli qarşısında bəzi insanlar hətta  əvvəllər müşahidə 

edilməyən psixoloji problemlərlə üzləşirlər. Belə bir 

şəraitdə informasiya ilə davranmaq insanlardan yeni 

mədəni normalara, vərdişlərə, texnoloji biliklərə 

yiyələnmək, başqa sözlə, informasiya mədəniyyəti tələb 

edir.  


ət mərhələsinə xas olan peşə, fəaliyyət sahələri 

(informasiya iqtisadiyyatı, informasiya hüququ, 

informasiya sənayesi və s.) yaranır ki, bunlar da, əsasən, 

virtual məkanda insanlar arasında formalaşmaqda olan 

müxtəlif səpkili informasiya münasibətləri ilə  əlaqədardır. 

Belə  fəaliyyət sahələrindən biri də, yuxarıda qeyd 

olunduğu kimi, İnternet-jurnalistikadır [6, 7]. 

Jurnalistikanın yeni istiqamətinin meydana gəlməsi, 




 

 

13



III. İNTERNET – JURNALİSTİKA:  

PROBLE

LƏRİ 

Məlumdur ki, tarixən jurnalistikaya humanitar 

fənlərin

lar jurnalistika humanitar peşə olmaqla 

artıq q

fərqli olaraq, 



İnternet  əsasında faəliyyət göstərən elektron KİV-də 

ümumiyyətlə, bu peşə sahəsində  ənənəvi olaraq həlli çətin 

olan bir sıra problemləri aradan qaldırır.  

 

MLƏR VƏ FORMALAŞMA ASPEKT



 

 bir qolu kimi baxılmışdır. Digər bilik sahələri – 

fizika, riyaziyyat, kimya, tibb, mühəndislik və s. sahələr 

üzrə jurnalistlər hazırlanmırdı. Məhz buna görə  də bu 

sahələr üzrə biliklər cəmiyyətdə çox da geniş yayılmırdı, 

populyarlaşmırdı. 

Son zaman

eyri-ixtiyari digər peşələrə  də sirayət edir, başqa 

sözlə,  İnternetin meydana gəlməsi ilə digər peşə sahibləri 

(riyaziyyatçı, mühəndis, hüquqşünas, həkim və s.) də 

jurnalistika peşəsi üzrə xüsusi bir təhsil almasalar da, 

sərbəst olaraq kompüterdə məqalənin hazırlanması, e-mail 

vasitəsilə    məlumatların göndərilməsi, öz fəaliyyətləri ilə 

əlaqədar veb-saytların işlənməsi və  s.  kimi  işlərin həyata 

keçirilməsi qabiliyyətinə malik olmalıdırlar.  

 Həmçinin  ənənəvi jurnalistikadan 




 

 

14 



(İnterne

lü və 


uğurlu 

n qismən tənzimlənirdi, 

bu tələ

t-KİV-lərdə) çalışan  kadrlara xüsusi tələblər 



meydana çıxır.  İnternet jurnalistləri artıq tək mətn 

hazırlamaq yox, eyni zamanda, audio, video materiallarla 

işləmək, dizayner keyfiyyətlərinə malik olmalıdırlar.  

Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham  Əliyev tərəfindən həyata keçirilən məqsədyön

dövlət siyasəti çərçivəsində ölkədə formalaşmaqda 

olan informasiya cəmiyyətinin əsasını təşkil edən elektron 

hökumət hakimiyyət orqanları  və  məmurlar qarşısında 

xüsusi vəzifələr qoyur. Onların fəaliyyətində  şəffaflıq, 

vətəndaşların  İnternet vasitəsilə informasiya əldə etmək 

hüquqlarını  təmin etmək kimi tələblər ön plana çıxır. Bu 

tələblərin yerinə yetirilməsi üçün də müvafiq kadrların 

İnternet jurnalistikası peşəsinin xüsusiyyətlərini 

mənimsəmələri zərurətə çevrilir.   

Vaxtilə  KİV-in sayı ilə jurnalist kadrları arasında 

nisbət müvafiq qurumlar tərəfində

bat nəzərə alınaraq kadr hazırlanırdı, BDU-nun 

jurnalistika fakültəsinə  təxminən ildə 25-50 nəfər tələbə 

qəbul olunurdu. Lakin artıq bu cür tənzimləmə mümkün 

deyil. Belə ki, V informasiya inqilabının təzahürlərindən 

biri kimi çoxlu sayda veb-saytlar meydana gəlir. Hal-

hazırda 150 milyondan çox veb-sayt vardır və onların sayı 




 

 

15



hərlərdə heç də hamı yazmaq-oxumaq 

qabiliy


böyük sürətlə artır (ildə ən azı 60% artım var). Bu saytları 

tək jurnalistlərin hesabına yaratmaq, müntəzəm olaraq 

kontentlə  təmin etmək və inkişaf etdirmək qeyri-

mümkündür.  

Əgər tarixə  nəzər salsaq, görərik ki, əvvəllər 

kəndlərdə,  şə

yətinə malik deyildi. Buna görə  də bu işi çox 

məhdud sayda mirzələr, müəllimlər, mollalar yerinə 

yetirirdilər. Sonralar cəmiyyət inkişaf etdikcə fasiləsiz 

olaraq bu problemi həll etmək üçün məktəblərdə  hər bir 

şagirdə savadsızlığın ləğvi məqsədi ilə kütləvi olaraq 

oxumaq, yazmaq, hesabı bilmək kimi qabiliyyət aşılandı. 

Nəticədə  məktəbi bitirmiş  hər bir şəxs lazımi materialları 

sərbəst oxuyur, fikrini yazılı şəkildə izah edir. Başqa sözlə, 

insanlar öz gündəlik fəaliyyətlərində  hər hansı  mətni 

hazırlamaq, sənədlərlə işləmək, kitab, məqalə və s. yazmaq 

kimi işləri sərbəst olaraq həyata keçirirlər. Jurnalistlər isə 

qəzet və jurnallar, radio və televiziya üçün materiallar 

hazırlayırlar. İndi də analoji vəziyyət yaranır. Yəni belə bir 

informasiya bolluğu  şəraitində çox yüksək sürətlə artan 

veb-saytların hazırlanması 

və müntəzəm olaraq 

yeniləşdirilməsi, müşaiyəti üçün jurnalistlər ordusunun 

gücü çatmır. Bunun üçün də kütləvi olaraq vətəndaşlar 




 

 

16 



əsində  əvvəllər həlli mümkün 

olmaya


m

irən  log-fayllar 

vasitəsi

yazmaq-oxumaq kimi, orta məktəbdən başlayaraq veb-

saytlar, yəni mətn, audio-videomaterialları hazırlamaq, 

dizayn etmək və bu kimi müvafiq qabiliyyətə 

yiyələnməlidirlər.  

Müasir informasiya texnologiyaları informasiya 

münasibətləri, KİV sah

n çoxlu sayda problemlərin aradan qaldırılmasına 

imkan verir, informasiyanın hə  istehsalçıları, həm də 

istehlakçıları üçün əlverişli şərait yaradır.  

Məsələn, veb-saytlara edilən müraciətlər zamanı 

bəzi mühüm parametrləri özündə  əks etd

 ilə reytinq məsələsi avtomatik həll olunur. Belə ki, 

əvvəllər hər hansı bir mətbu orqanın, onun səhifələrində 

dərc edilən məqalələrin reytinqini müəyyənləşdirmək çox 

çətin idi. Ənənəvi üsullarla aparılan rəy sorğularının da 

keyfiyyəti, obyektivlik dərəcəsi yüksək deyildi. Amma 

müasir veb-texnologiyalar elektron mətbuat orqanlarının, 

onlarda dərc olunan ayrı-ayrı  məqalələrin reytinqini, 

onların oxucu kontingentinin sosial tərkibini daha dəqiq və 

obyektiv  şəkildə müəyyənləşdirməyə imkan verir. Bu da 

mətbuat vasitələrinin öz fəaliyyətlərini düzgün qura 

bilmələri üçün olduqca əhəmiyyətlidir. Belə bir sistemin 

tətbiqi KİV-in keyfiyyətinin idarə olunmasına imkan verir. 




 

 

17



cinayət

n biri də Azərbaycan dilinin leksikonuna yad 

olan sö

Müasir mətbuatın  ən mühüm problemlərindən biri 



də  şərəf və  ləyaqəti alçaldan yazılara görə  məhkəmələrə, 

 və inzibati məsuliyyətlərə  cəlb edilmələri ilə 

bağlıdır. Lakin informasiya texnologiyalarının 

imkanlarından isitifadə etməklə  şərəf və  ləyaqəti alçaldan 

sözlərdən, söz birləşmələrindən ibarət bir intellektual 

informasiya sistemi düzəltmək olar. Bu sistem vasitəsilə 

korrektura və s. mərhələlər kimi çapdan öncə bütün 

jurnalist materiallarını (kontentləri) on-layn və ya off-layn 

rejimlərdə  həmin süzgəcdən keçirmək, hüquqi cəhətdən 

aşkar və ehtimal olunan pozuntuları müəyyənləşdirmək 

mümkündür. Bunun nəticəsində  həm KİV-in, həm də 

kontentin müəllifinin hüquqi immunitetini artırmağa nail 

olmaq olar. 

Jurnalistikada müşahidə edilən önəmli 

problemlərdə

zlərin işlədilməsi nəticəsində dilimizin saflığına 

xələl gətirilməsi, oxucuların materialların başa 

düşmələrində  çətinlik çəkmələrinə  səbəb olmasıdır. Bu 

problemin həllinə yardım məqsədilə jurnalist materiallarını 

elektron formada hazırlanmış Azərbaycan terminlər 

lüğətindən süzgəcdən keçirmək olar ki, dilimizə yad olan, 



 

 

18 



r ki, virtual məkan formalaşdıqca 

İnterne


(latın, fars, ərəb, 

alman, 


ər mətnləri 

(konten


leksikonumuza rəsmi  şəkildə daxil olmayan sözlər KİV-ə 

nüfuz etməsin.  

Məlumdu

tin imkanlarından istifadə edərək informasiyanı əldə 



etmək, toplamaq, emal etmək və ötürmək xeyli asanlaşır. 

Təbii ki, bu cür imkanlar jurnalistlərin fəaliyyətində  də 

keyfiyyət dəyişikliklərinə gətirib çıxarır.  

Mətnlərin çoxqrafikalı  təqdimatı 

fransız, kirill və s.) müxtəlif ölkələrdə yaşayan 

azərbaycanlılar üçün çox əlverişlidir. Belə ki, fərqli 

əlifbalardan və qrafikalardan istifadə edən bu insanlar 

əksər hallarda bir-birlərinin yazılı materiallarını oxumaqda 

çətinlik çəkiblər. Müvafiq çevirmə (konvertasiya) 

sisteminin işlənərək tətbiq edilməsi bu problemin aradan 

qaldırilmasına imkan verir. Bu da, öz növbəsində, İnternet-

mühitdə yerləşdirilən mətbuat orqanlarının istifadəçi 

auditoriyasının virtual məkan səviyyəsində genişlənməsinə, 

populyarlığının armasına xidmət edir.  

Bundan başqa, İnternet-KİV-də jurnalistl

tləri) hazırlayarkən müxtəlif terminlərin və 

təsvirlərin geniş  şərhini, izahını verməyə ehtiyac qalmır, 

çünki lazım olduqda ensiklopedik xarakterli veb-saytlarda  

mövcud olan və ətrafli izahla verilən sözlərə və foto-video 



 

 

19



k sürətlə 

artan i


ə

materiallara aktiv istinadlar vasitəsilə müraciət olunur 

(məs:  Wikipedia,  Britannika  və s.), əlavə biliklər  əldə 

edilir, həm də həcmin idarə olunması üçün imkan yaranır. 

Istifadəçilərin bilik səvviyyəsinə uyğun kontent müxtəlif 

həcmdə  və müxtəlif semantik yükə malik olur. Elə bil 

istifadəçi tərəfindən, öz səviyyəsi və arzusuna müvafiq 

olaraq dəyişən, həcmi idarə olunan kontent alınır. 

Bildiyimiz kimi, hal-hazırda  İnternet istifadəçiləri veb-

saytlarda işləyərkən lazım olduqda digər on-layn 

mənbələrə çoxlu sayda keçidlər (hiper-istinadlar) etməklə 

informasiya tələbatını məhz bu şəkildə ödəyirlər. 

Ümumiyyətlə, son zamanlar çox yüksə

nformasiya bolluğu  şəraitində insanlar tərəfindən 

lazımi informasiyaların müəyyənləşdirilməsi, duyğu 

orqanları vasitəsi ilə  qəbulu, hər hansı bir fikrin hasil 

olunması  həddən çox vaxt tələb edir və bioloji 

məhdudiyyətlər üzündən bəzi problemlər yaradır. Buna 

görə  də formalaşmaqda olan informasiya cəmiyyəti 

insanlar tərəfindən tez qavranılan, həcmi kiçik, amma 

semantik yükü çox olan bir informasiya təsviri və təqdimatı 

texnologiyasının, yəni janrının meydana gəlməsi 

zəruriyyətini  şərtləndirir. Müşahidələr göstərir ki, bu 

problemlər m hdud imkanlı semiotikaya əsaslanan mətn 




 

 

20 



t mühitində jurnalistlərin müəllif 

hüquql


çox asanlıqla aşkara çıxartmaq mümkündür. 

tipli informasiyalarla müqayisədə (insanlar düşündüklərini 

çox aşağı sürətlə hərflər və simvollar vasitəsi ilə təsvir edir 

və  əksinə, onların köməyi ilə  təxminən həmin sürətlə  də 

mətnləri oxuyub fikir hasil edirlər) çox böyük imkanlara 

malik audio-vizual, yəni multmedia tipli informasiyaların 

önə  çıxması, onları xarakterizə edən parametrlərin 

istifadəçilər tərəfindən öz tələblərinə müvafiq idarə 

olunması indiyə  qədər mövcud olan janrların müsbət 

tərəflərini nəzərə almaqla simbiotik və mücərrədləşdirmə 

xüsusiyyətlərinə malik bir İnternet janrının təzahürü ilə 

həllini tapmaqdadır. Bundan sonra da müasir informasiya 

texnologiyalarının inkişaf tempinə uyğun olaraq bu janrın 

daha da təkmilləşdirilməsi dərk olunan həqiqətlər 

sırasındadır.  

İnterne


arının qorunması, plagiatlıqla mübarizə üçün də 

əlverişli imkanlar yaranmışdır. Başqa sözlə,  İnternetdə 

mövcud olan axtarış sistemləri, rəqəm imzası  və digər 

xüsusi texnologiyalar vasitəsi ilə jurnalistlərə  məxsus 

intellektual məhsulların (kontentlərin) digərləri tərəfindən 

qeyri-qanuni istifadə  və üzərində  hər hansı  bəd niyyətli 

əməlin aparılması, məzmununun dəyişdirilməsi hallarını 



 

 

21



çərçivəsində 

müəyyə


ələrdə  fəaliyyət göstərən 

KİV-in


əhdud olan şəxslər də  İnternet jurnalisti 

kimi fə


viziya yayım qurumları “qızıl 

fond”, “fonoteka”, “filmoteka” və s. kimi adlar altında çox 

İnternet - KİV-də kontentlər  ənənəvi qaydada 

əvvəlcədən planlaşdırılmış proqramlar 

n efir məkanı  və zamanı deyil, istifadəçiyə 

məkandan və zamandan asılı olmadan onun sifarişinə görə 

verilməsi, onlarla interaktiv münasibətlər qurulması 

imkanları da mövcuddur. Bu da elə  KİV-lərin həm də 

fərdiləşdirilməsi deməkdir.  

Artıq virtual məkanın yaratdığı imkanlar hesabına 

bir ölkədə yaşamaqla digər ölk

  əməkdaşı olmaq, onlar üçün lazımi materiallar 

hazırlamaq asan bir işə çevrilib. Bu dünyanın hansısa 

nöqtəsində baş verən hadisə haqqında məlumatların 

operativ olaraq istənilən məkana çatdırılmasına  şərait 

yaradır. Məsələn, hazırda Sinqapur qəzetlərinin 

əməkdaşlarının bir çoxu Avstraliyada yaşayır, çünki 

əhalisinin sayı az olan bu kiçik Asiya ölkəsində jurnalist 

kadrları çatışmır.  

Müasir texnologiyalar imkan verir ki, həmçinin 

fiziki imkanları  m

aliyyət göstərsinlər.  

Uzun müddətdir ki, ənənəvi texnologiyalar əsasında 

fəaliyyət göstərən radio, tele




 

 

22 



az veri

olan a


lişləri yadda saxlaya bilir, elə indinin özündə  də 

əksəriyyəti itib gedir. Son zamanlar böyük həcmli yaddaş 

tutumuna və emal imkanlarına malik sistemlərin və 

qurğuların, informasiyanın həyat tsiklinin idarə olunması 

(information lifecycle managment), informasiyanin yadda 

saxlanması 

şəbəkələri (storage area networks), 

informasiyanın avtomatik miqrasiyası  (automated data 



migration) və s. kimi mütərəqqi texnologiyaların meydana 

gəlməsi  İnternet mühitində  fəaliyyət göstərən radio və 

televiziya kanallarında yayımlanan bütün verilişləri tam 

şəkildə və istənilən müddətə saxlamağa imkan verir.  

Digər tərəfdən, bu qurumların yaddaş sistemlərində 

toplanmış informasiyaların müxtəlif  əlamətlərə görə 

təsnifatını  və intellektual analizini aparmaq üçün mövcud 

nalitik informasiya texnologiyaları  (OLAP, Data 



mining, Web mining, Text mining  və s.) jurnalistlər üçün 

olduqca mühüm dəstəkdir. Belə ki, jurnalistikanın ən çətin 

istiqaməti olan analitika sahəsində bu texnologiyaların 

tətbiqi ilə istənilən mövzu çərçivəsində çox böyük həcmə 

malik olan məlumatları sistemləşdirmək, strukturlaşdırmaq, 

tendensiyaları  aşkarlamaq, yeni biliklər  əldə etmək və bu 

kimi digər intellektual işləri xüsusi aparat-proqram 

sistemləri vasitəsi ilə  həyata keçirmək mümkündür. Qeyd 




 

 

23



a

 həcmli mətnlərin, 

xülasəl

r. Son zamanlar 



fərdi o

etmək lazımdır ki, dünyanın aparıcı radio və televiziya 

yayımı  şirkətləri (CNN, BBC, Euronews və s.) bu 

texnologiyalardan geniş istifadə edirlər.  

Kompüter vasitəsilə  mətnlərin məzmunlarının 

maksim l saxlanması  şərti ilə avtomatik olaraq sıxılması, 

yəni orijinalla müqayisədə nisbətən kiçik

ərin hazırlanması, açar sözlərin, söz birləşmələrinin 

müəyyənləşdirilməsi və s., eyni zamanda, mətnlərin 

məzmununa görə avtomatik təsnif olunması kimi 

intellektual informasiya texnologiyaları informasiyanın 

həm istehsalçıları (İnternet-KİV-lər), həm də istehlakçıları 

(istifadəçiləri) üçün olduqca əlverişli imkanlar yaradır. 

Bundan başqa,  İnternet-mühitdə kompyuter tərcüməsi 

sistemləri müxtəlif dillərdə hazırlanmış materialların 

qarşılıqlı  tərcüməsini həyata keçirməklə onlardan istifadə 

məkanını qloballaşdırır və virtuallaşdırır.  

Məlumdur ki, ənənəvi KİV-də  hər kəsin tribuna 

əldə etməsi, sözünü deyə bilməsi üçün imkanlar obyektiv 

və subyektiv səbəblər üzündən məhduddu

n-layn “gündəliklərin”, yəni bloqların, heç bir 

məhdudiyyət olmadan İnternet üzərində müəyyən 

maraqlara görə virtual cəmiyyətlərin yaradılmasına imkanı 

verən eyni səviyyəli (pirinq) şəbəkələrin meydana çıxması 




 

 

24 



şələrində, nəqliyyatda və s.) istənilən 

anda  İ


 götürməyə 

başlayı


insan hüquqlarının, söz azadlığının  ən yüksək səviyyədə 

təmin olunması üçün real şərait yaradır. Bütün bunlar, 

Internetin yüksək demokratik potensiala malik olmasının 

göstəriciləridir.  

İnsanlar kompüterləri (noutbuk olsa belə) özləri ilə 

hər yerə daşıya bilmədiklərindən, müxtəlif situasiyalarda 

(parklarda, təbiət gu

nternetdən lazımi məlumatları almaq və  əksinə 

göndərmək imkanları verən elektron kitab, elektron kağız 

kimi fərdi multmedia vasitələrinin meydana çıxması da 

İnternet-jurnalistikanın “son mil” problemini həll etmək 

istiqamətində ən mühüm addımlardan biridir.  

 Yüksək sürətli və geniş zolaqlı Internet ənənəvi 

elektron KİV-in (televiziya, radio, eyni zamanda,  qəzet, 

jurnal və s.) funksiyalarını da öz üzərinə

bdır. Artıq  İnternet vasitəsilə dünyanın istənilən 

məkanında yayımlanan televiziya proqramına baxmaq, 

radio verilişlərini dinləmək, istənilən qəzet və jurnalın 

elektron versiyasını oxumaq mümkündür. Bu, eyni 

zamanda tamaşaçı, dinləyici və oxucu qismində  çıxış 

etmək imkanı qazanan insanlar üçün çox ucuz başa gəlir. 

Bütün bu üstünlüklərinə görə son vaxtlar “ümumdünya 

hörümçək torunun” .tv domen zonasında  İnternet TV 



 

 

25



malaşdırmağa başlayır. Belə 

ki, baza


texnologiyası  əsasında yayımı  həyata keçirən çoxlu sayda 

veb-resurslar meydana gəlir.  

Əvvəlki dövrdən fərqli olaraq, hal-hazırda KİV-lər 

həm də informasiya iqtisadiyyatının əsas sahələrindən biri 

kimi media iqtisadiyyatını for

r iqtisadiyyatı şəraitində KİV-in məlumatlandırma, 

maarifləndirmə  və  əyləndirmə funksiyaları  sırasına 

kommersiya funksiyası da əlavə olunur. Bu şəraitdə 

informasiya istehsalında digər dəyərlərlə (mənəvi, ideoloji 

və s.) yanaşı iqtisadi dəyərlər də önə  çıxır.  İnternet 

mühitində informasiya istehsalının maya dəyərinə daxil 

olan yığım, korrektə, yayım və  s.  kimi  xərcləri xeyli 

ucuzlaşır. Həmişə olduğu kimi informasiyanin ilkin 

istehsalı (hazırlanması) baha olur, sonradan onun surətinin 

çıxarılması, yayılması çox ucuz başa gəlir. İnternet-KİV-də 

kontentləri yadda saxlamaq mümkün olduğuna görə onları 

arzu edən insanlara həm ənənəvi (kassetlər, disklər və s.), 

həm də elektron kommersiya texnologiyasının köməyi ilə 

on-layn rejimdə  satıb gəlir əldə etmək olar. Bu isə həmin 

kontentlərin meydana gəlməsində  zəhməti olmuş 

müəlliflərin, yaradıcı  və texniki dəstək qrupunun əmək 

haqqının ödənilməsi və maddi həvəsləndirilməsi üçün çox 




 

 

26 



, inkişafını stimullaşdıran  əsas 

amillər


 əhəmiyyət kəsb edir. Dünya təcrübəsi 

göstərir


 s.

ənəvi motivlərə görə    İnternet-senzura və 

digər m

əhəmiyyətli iqtisadi mexanizm kimi İnternet-KİV-lərə 



mühüm imkanlar yaradır. 

Bütün bunlar İnternet-jurnalistikanın 

əhatə 

dairəsinin genişlənməsini



dən biridir. 

İnternet-jurnalistikanın hüquqi tənzimlən-məsi 

məsələsi də xüsusi

 ki, artıq ayrı-ayrı ölkələrin qanunları, hüquqi 

mexanizmləri ilə  bu fəaliyyət sahəsini tənzimləmək xeyli 

çətinləşir, bu problemlərə bir ölkə  çərçivəsində yox 

beynəlxalq cəviyyədə yeni yanaşmalar tələb olunur və artıq 

belə  təşəbbüslər gündəmə  gətirilir. Belə ki, UNESCO, 

Avropa  Şurası  və digər nüfuzlu qurumlar tərəfindən bu 

məsələlərin tənzimlənməsini nəzərdə tutan bir sıra tövsiyyə 

xarakterli sənədlər qəbul edilmişdir. 

İnternet-

jurnalistikanın fəaliyyəti ilə bilavasitə bağlı olan 

informasiya ekologiyası, informasiya etikası və  bu kimi 

məsələlər UNESCO-nun diqqət yetirdiyi məsələlər 

sırasındadır.   

Məlumat üçün bildirək ki, bəzi ölkələr müxtəlif 

siyasi, milli-m

əhdudiyyətlər tətbiq edirlər. Belarus, Çin, İran, 

Koreya və s. kimi ölkələri buna misal göstərmək olar. 




 

 

27



lmalıdır. Belə 

ki,  əg


ki

Qeyd etmək lazımdır ki, demokratiya, insan hüquqları 

baxımından bu cür məhdudiyyətlər dünya ictimaiyyəti 

tərəfindən heç də birmənalı qəbul olunmur.  

Nəhayət, 

İnternet-KİV-lərin 

İnternet-oxucusu, 

İnternet-dinləyicisi və  İnternet-tamaşaçısı o

ər  əvvəl  informasiya inqilabları dövründə 

insanlardan informasiya əldə etmək üçün oxumaq, radio, 

televiziya, maqnitofon və s. qurğuların bir neçə düyməsinin 

funksiyasını bilmək tələb olunurdusa, V informasiya 

inqilabı insanlardan daha çox bilik, bacarıq və  vərdişlər 

tələb edir. Digər tərəfdən, əgər əvvəlki inqilablar dövründə 

əldə olunan savad və qabiliyyət (yazib-oxumaq, radio, 

televizor və s. ilə davranmaq) ömür boyu kifayət edirdisə, 

V informasiya inqilabı dövründə formalaşan insanlar, 

başqa sözlə, elektron vətəndaşlar daim inkişaf edən 

informasiya texnologiyalarının, yeni aparat-proqram 

vasitələrinin sirlərinə  bələd olmalıdırlar,  əks halda nə 

vaxtsa  əldə olunan bilik yararsız olur. Belə bir şəraitdə 

cəmiyyətdə xüsusi missiya daşıyan jurnalistlərin, onları 

hazırlayan mütəxəssislərin və  təhsil müəssisələrinin 

üzərinə böyük məsuliyyət düşür. Bu peşə sahibləri sürətlə 

yeniləşən müasir texnologiyaları çevik şəkildə 



 

 

28 



ın 

təzahür


ƏDƏBİYYAT 

1.

 



Уэбстер Ф. Теории и

. М.: Аспект 

мационная эпоха. Экономика, общество 

нная экономика. Учебное 

ları, 26 aprel 2007-ci il. 

 



 

mənimsəmədən, öz fəaliyyətlərində onları  tətbiq etmədən 

üzərlərinə düşən missiyanın öhdəsindən gələ bilməzlər.  

Göründüyü kimi, V informasiya inqilabın

lərindən biri olan İnternet-KİV-in qarşısında 

mühüm vəzifələr durur, jurnalistikanın bu yeni sahəsinin 

formalaşdırılması  və inkişafı üçün informasiya cəmiyyəti 

quruculuğu istiqamətində çox böyük uğurlar qazanan 

ölkəmizdə real imkanlar vardır.  

 

 



нформационного общества

Пресс, 2004.-400с. 

2.

 

Кастельс М. Инфор



и культура. М.: OSIAF, 2000 

3.

 



Корнейчук К.В. Информацио

пособие.-СПБ.: Питер, 2006, 400с. 

4.

 

AMEA-nın İllik toplantısının material



5.

 

Информатика/Под ред. проф. Н.В.Макаровой. М.: Финансы



и статистика, 2001, 768с. 

6.

 



ru.wikipedia.org 

7.

 



www.journ.mgu.r

 



 

 

29



Alguliev R.M., Valehov J.F., Makhmudov R.Sh., Some aspects of forming 

he definition of information society is given in “Express Information” from 

лгулиев  Р.М.,  Валехов  Дж.Ф.,  Махмудов  Р.Ш.  Некоторые  аспекты 

 Технологии», 2008 г., 32 с.  

  экспресс-информации  дается  определение  информационного  общества  с 

р

 



р

of Internet Journalism. Express information. Series of Information Society.  

Baku: “Information Technologies” Publishing House, 2008, 32 pp. 

 

 



T

different approaches. Problems of necessity of creation and development of 

journalism in the context of informational revolutions are described. A number of 

problems in the direction of forming of Internet-journalism are investigated, some 

aspects of their solutions using achievements of modern information technologies 

are considered. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

А



формирования Интернет-журналистики. Экспресс-информация. Серия 

Информационное общество. 

Баку: Изд. «Информационные

 

 



В

различных подходов, затрагиваются вопросы необходимости возникновения 

и  эволюции  журналистики  в  контексте  информационных  революций. 

Исследуется  ряд  проблем  в  направлении  формирования  Интернет-

журналистики  и 

ассматриваются  некоторые аспекты  их 

ешения  с 

применением достижений современных информационных технологий. 

 

 

 



 


 

 

30 



   

 

 



AMEA İnformasiya Texnologiyaları 

İ

 



c

 

secretary@iit.ab.az 



  

     


nstitutunun direktoru və “İnformasiya

əmiyyəti problemləri” şöbəsinin rəhbəri,

AMEA-nın müxbir üzvü, texnika elmləri 

doktoru, professor 

 

director@iit.ab.az 



    

 

 



Azərbaycan İctimai Televiziya və Radio 

v

 



    

    


 

Yayımları Şirkətinin “Elm və Təhsil 

erilişləri” Departamentinin direktoru,

filologiya elmləri namizədi 

 

 

 



AMEA İnformasiya Texnologiyaları 

İnstitutunun elmi işçisi 

 

depart17@iit.ab.az 



Mahmudov 

Rasim 

Şərif oğlu 

Əliquliyev 

Məh

ğlu 

Valehov 

F

 

Rasim 

əmməd o

Cəsarət 

ikrət oğlu


 

 

31



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

32 



exniki redaktor: A.F. 

Səmidov  



orrektor:   Ü.H. Rzayeva 

ompyuter dizaynı:  

M.Y. 


Əsədov  

ompyuter yığımı: 

 A.M. Kərimova 



 

 

 

Çapa imzalanmışdır 30.01.2008. Çap vərəqi 60x84, 

Sifariş №7 , sayı 100 ədəd 

 

 



T

K

K

K

 

 

 

 

 

 

 

 

 

Yüklə 145,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə