Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   ...   57

 
21 
məmişdi
1
.  
Məhz  nisbi  azadlıq  mühitinin  yarandığı  həmin 
dövrdə Asan Səbri II Dövlət Dumasında Krımı təmsil 
edən  tanınmış  maarifçi  və  ictimai  xadim  Rəşid 
Mediyevlə (1887-1912) birlikdə “Vətən xadimi” qəze-
tinin  nəşrinə  başlamışdı
2
.  Az  tirajla  çıxmasına  və 
əsasən  yarımadada  yayılmasına  baxmayaraq,  yeni 
nəşr  kəskin  mündəricəli  publisist  yazıları  ilə,  hətta 
Peterburq  mətbuatının  da  diqqətini  çəkmişdi.  Tarixçi 
S.M.İsxakovun yazdığına görə, onun dərc etdiyi bəzi 
tənqidi  xarakterli  materiallar  paytaxt  ofisiozuna  yol 
tapmışdı
3
. Stolıpin irticasının vüsət alması ilə 1908-ci 
ilin yazında “Vətən xadimi” hökumət tərəfindən qapa-
dıldıqdan bir neçə ay sonra, daha dəqiq desək, oktyabr 
ayında Asan Səbri “Krım sədası” adlı yeni dövri nəş-
rin  əsasını  qoymağa  çalışmışdı.  Lakin  hakimiyyət 
dairələri Krım türkcəsini bilən senzorunun olmaması-
nı  əsas  gətirərək  təşəbbüsün  qarşısını  almışdı.  Gənc, 
enerjili  Asan  Səbri  həmvətənləri  arasında  qızğın  iş 
aparmaqla  bir  sırada  Bakıya,  “Kaspi”  və “Həyat”  qə-
zetlərinə yazılar göndərmiş,  “Tərcüman”la  əməkdaşlı-
ğını davam etdirmiş, habelə Misirdə İttihad və Tərəq-
qi hərəkatının ideoloqlarından Abdullah Cövdətin na-
                                                 
1
  Асан  Сабри  Айвазов.  История  национального  движения  в  Крыму. 
«Ватаным», 2005, № 3, с. 15. 
2
  “Tərcüman”  20  iyul  1907-ci  il  tarixli  sayında  “Vətən  xadimi”  qəzetinin 
rəhbərliyinə  Asan  Səbri  Ayvazovun  gətirildiyini  xəbər  verərək  yazırdı: 
“Qarasuda  (Krım  yarımadasında  qəsəbə  –  V.Q.)  rəfiqimiz  “Vətən 
xadimi”nin  məsul  müdirliyi  gənc  mühərrirlərimizdən  Asan  Sabri  Ay-
vazovun öhdəsinə həvalə edilmişdir”. 
3
  С.И.Исхаков.  Первая  русская  революция  и  мусульмане  Российской 
империи, с. 193. 


 
22 
şirliyi  ilə  çıxan  “İctihad”  məcmuəsində  ümumtürk  və 
ümummüsəlman  problemləri  ilə  bağlı  məqalələrin 
müəllifi  kimi  tanınmışdı.  Krım  ictimai-siyasi  fikrinin 
görkəmli  nümayəndəsi  Cəfər  Seyidəhmədin xatırladı-
ğına görə, Birinci rus inqilabından sonra o, türk hey-
ranlığını  və  müsəlman  siyasi  hərəkatına  bağlılığını 
kimsədən  gizlətmir,  ictimai  yerlərdə  yalnız  İstanbul 
şivəsi ilə danışır, nümayişkaranə şəkildə türk paltarın-
da  gəzir,  başına  ənənəvi  qırmızı  rəngli  türk  fəsi  qo-
yurdu
1

Daxilindəki bu sevgi təbii ki, onu türkçülüyün fikir 
atalarından  birinin  –  Əli  bəy  Hüseynzadənin  ümumi 
ideala xidmət edən nəşri ilə birincilər sırasında yaxın-
laşdırmalı, bağlamalı idi. Və gözlənildiyi kimi də ol-
du. 
“Füyuzat”ın  fəal  və  etibarlı  müəllifləri  sırasında 
yer alanda Asan Səbri artıq müəllim, ictimai xadim və 
jurnalist  kimi  həmvətənləri  arasında  kifayət  qədər 
yaxşı  tanınırdı.  Lakin  zəhmətsevərliyi  sayəsində  qa-
zandığı  erkən  şöhrətə  baxmayaraq  o,  özünü  İsmayıl 
Qaspiralı  ilə  bir  sırada,  həm  də  Əlimərdan  bəy  Top-
çubaşovun, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağa-
yevin  yetirməsi  saymaqdan,  Azərbaycan  mədəniy-
yətinin vurğunu kimi təqdim etməkdən qürur duyurdu.  
Onu  ilk  saylarından  etibarən  “Füyuzat”la  sıx 
əməkdaşlığa  cəlb  edən  başqa  bir  mühüm  amil  də 
vardı:  bu  da  Əli  bəy  Hüseynzadənin  yeni  nəşrin  ilk 
sayında yer alan “məcmuənin səhifələri qüdrətli, ədəbi 
                                                 
1
 Cafer Seyidahmet Kırımer. Bazi Hatıralar. İstanbul, 1993, s. 138. 


 
23 
qələm  sahibi  cəmi  hürriyyətpərvər  mühərrirlərə  açıq 
bulunacaqdır”
1
 – manifesti idi.  
Məqsəd  və  məramına  hər  cəhətdən  uyğun  gələn 
yeni  məcmuənin  nəşrə  başladığı  günlərdə  hələ  otuz 
yaşına  çatmamış  Asan  Səbri  “qüdrətli  qələm  sahib-
ləri”  sırasına  daxil  olmasa  da,  artıq  Rusiya  imperi-
yasındakı  türk  xalqlarının  azadlığı,  milli  inkişafı,  si-
yasi  haqlarına  sahib  durması,  vahid  dil  əsasında  bir-
ləşmələri  ideyasının  qızğın  tərəfdarlarından  biri  kimi 
tanınmaqda  idi.  Ötən  əsrin  əvvəllərindəki  Azərbay-
can-Krım  ədəbi  əlaqələri  baxımından  diqqəti  çəkən 
digər cəhət Asan Səbri ilə birlikdə Əli Rza Krımzadə 
(İstanbulda,  Məktəbi-Hərbiyeyi-Tibbiyyədə  Əli  bəy 
Hüseynzadə  ilə birlikdə  təhsil  almışdı  –  V.Q.),  müəl-
lim Bəkir Əməkdar kimi krımlı ziyalıların məcmuədə 
yaxından  iştirakı  sayılmalıdır.  Onlar  öz  publisist  ya-
zıları,  müxbir  məktubları  ilə  Azərbaycanla  Krım  ara-
sında  mədəni  və  mənəvi  bağların  təşəkkülünə,  möh-
kəmlənməsinə xidmət edirdilər.  
Məlum  olduğu  kimi,  “Füyuzat”ın  ömrü  bir  ildən 
də az sürmüş, cəmisi 32 sayı işıq üzü görmüşdü. Məc-
muənin  demək  olar  ki,  hər  sayında  –  24  nömrəsində 
altında  Asan  Səbrinin  imzası  olan  materiallar  yer  al-
mışdı. Bura onun yazıldığı dövrdə ədəbi-ictimai fikrin 
diqqətini  çəkən,  1907-ci  ildə  Bakıda  kitab  şəklində 
çap  olunan  və  bəzi  məlumatlara  görə,  Azərbaycan 
teatrının səhnəsində tamaşaya qoyulan “Nədən bu ha-
                                                 
1
  Həyatı  (Əli  bəy  Hüseynzadə).  Həyat  və  meyli-füyuzat.  “Füyuzat”,  1906, 
sayı 1, s. 3. 


 
24 
la  qaldıq?”  pyesi
1
,  müxtəlif  ədəbi-ictimai  məsələlərlə 
bağlı publisist məqalələri daxildir. Mövzu baxımından 
yazıların  əhatə  dairəsi  kifayət  qədər  geniş  idi.  Müəl-
lifin məqalə və hekayələrində qələmə alındıqları dövr-
də təkcə Krım türklərini deyil, daha geniş ölçüdə türk-
islam dünyasını düşündürən problemlər öz əksini tap-
mışdı.  Baş  redaktor  Əli  bəy  Hüseynzadə  və  Əhməd 
Kamalla  birlikdə  Asan  Səbri  məcmuənin  istiqamətini 
yönləndirən, əsas ağırlığını üzərinə götürən üç aparıcı 
ədəbi simadan biri sayılmalıdır. Bunun nəticəsidir ki, 
fəallığı  və  xidmətləri  müqabilində  minnətdarlıq  əla-
məti  kimi  “Füyuzat”  1907-ci  ildə  çıxan  saylarının 
birinin üz qabığında “Mühərrirlərimizdən Həsən Səbri 
Ayvazov” alt yazısı ilə onun portretini vermişdi
2
.  
Krım-tatar  müəllifin  “Füyuzat”dakı  ilk  məqaləsi 
Azərbaycan  mətbuat  tarixinin  biri-birinin  ardınca  baş 
verən iki mühüm hadisəsinə – “Həyat” qəzetinin bağ-
lanmasına və “Füyuzat” məcmuəsinin nəşrə başlama-
sına  həsr  edilmişdi.  Yeri  gəlmişkən,  ilk  saylarından 
etibarən Asan Səbri “Həyat”ın da müəllifləri sırasında 
yer almışdı. İlk irihəcmli əsəri –“Üsuli-tədris və təlim-
tərbiyə” adlı kitabı 1906-cı ildə Bakıda, “Kaspi” mət-
bəəsində  “Həyat”  qəzetinin  kitabxanası  seriyasında 
                                                 
1
 Pyes “Füyuzat” məcmuəsinin 1907-ci ildə çıxan aşağıdakı saylarında dərc 
edilmişdi: say 12, s. 187-190, say 14, s. 217-222, say 15, s. 232-235, say 
16, s. 254-256, say 18, s. 287-288, say 20, s. 317-320, say 21, s. 335-336, 
say 22, s. 334-242. Bütünlükdə, bir illik mövcudluğu ərzində jurnalda çap 
olunan ən irihəcmli əsər idi.  
2
 “Füyuzat”, 1907, say 23.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə