Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
58
(yazıda qrafem düşümü), sözün sonuncu hərfinin q, k, t ilə bitməsi
haqqında, omonimlik haqqında, sintaktik və semantik əlamətlər
haqqında, sabit söz birləşməsində iştirakı haqqında, feillərin qruplaş-
dırılması haqqında (valentlilik, təsirli və ya təsirsiz olması haqqında)
məlumatlar verilir. Həm də qeyd etməliyik ki, elektron lüğətlər açıq
sistemli olduğundan istənilən zaman buraya yeni sözləri əlavə etmək
imkanına malikdirlər.
Öyrədici sistemlər üçün hazırlanan lüğətlərdə isə əyani vasi-
tələrdən istifadə olunaraq sözlərin şəkillərlə təsviri və səsləndirilməsi
verilir. Bazaya daxil olan şəkilçilərə gəlincə isə, şəkilçilər mənsub
olduğu nitq hissələri üzrə qruplaşdırılır. Bundan başqa, sahə termi-
noloji lüğətləri linqvistik təminat kimi bazaya daxil edilir.
Fonologiya üzrə öyrədici proqramlarda tədris olunan adi
dərslərdən fərqli olaraq burada sait və samitlər sistemi, ahəngə
uyuşma qanunauyğunluqları dialoq şəklində səsləndirilmiş nü-
munələrlə verilir.
Leksikologiya üzrə öyrədici proqram sisteminə, əsasən söz
yaradıcılığı daxil edilir. Burada əsas vurğu Azərbaycan dilində
sözün sintezinin formal təsviri üzərinə düşür.
1
Sözün sintezinin formal təsviri üçün şəkilçilərin söz formaları
ilə ahəngə uyuşması, kök və şəkilçilərin qarşılıqlı münasibəti, şəkil-
çilərin kökə nəzərən tutduqları mövqe, şəkilçilərin söz mövqelərində
ahəngi, alqoritm məsələlərinin sorğu-dialoq şəklinə salınması lazım
gəlir.
Morfologiya üzrə isə öyrədici proqram sisteminə əsas və
köməkçi nitq hissələri (əsas nitq hissəsi: isim, sifət, əvəzlik, say,
zərf, feil) daxildir. Təbii ki, nitq hissələri haqqında məlumatlar
formal şəkildə kompüterin yaddaşına həkk olunur
2
, eləcə də kö-
məkçi nitq hissələri: qoşma və köməkçi adlar, bağlayıcılar, ədat-
lar, modal sözlər, bağlama, nida, təqlidi sözlər, imperativ sözlər,
uşaq sözləri, ritmik sözlər linqvistik bazaya daxil edilir.
3
1
Vəliyeva K.A. Mətnin avtomatik təhlili və sintezi. B., 1996, s.71-95
2
Müasir Azərbaycan dili. B., 1981, səh.28-408
3
Yenə orada: səh. 40-505
Maşın tərcüməsinin nəzəri problemləri
59
Frazeologiya üzrə öyrədici proqram sisteminə frazeoloji
sabit dil vahidlərinin varlığını şərtləndirən əsas amillər
1
və fraze-
oloji vahidlərin təsnifatı
2
məsələləri daxil edilir.
Leksik təhlildə mətnlərin abzasa, cümlələrə, sözlərə ayrılması,
mətnin hansı dilə mənsub olmasının təyini (açar sözlərin və əlifbanın
köməyi ilə), cümlələrin növlərinin müəyyənləşməsi, leksik ifadələrin
növlərinin təyini (jarqonlar, qarğışlar və s.) ilə baxılır. Bu məsələlə-
rin kompüterdə reallaşması o qədər də mümkün deyildir.
Morfoloji təhlil mətndəki sözlərin diferensial hissələrə ay-
rılması və onların hansı nitq hissəsinə mənsubluğu, bir sözlə,
əlamətlərin avtomatik təyini ilə məşğul olur.
Sintaktik təhlildə mətndəki cümlələrin sözləri arasındakı əla-
qələr və onların sıra mövqeyi təyin edilir. Öyrədici proqram siste-
mində sintaktik təhlil dedikdə, Azərbaycan dilindəki mətnlərdə cüm-
lənin baş üzvlərinin, ikinci dərəcəli üzvlərinin, sintaktik əlaqələrin
axtarışı başa düşülür. Əlbəttə ki, dialoq sistemində bu axtarışı apar-
maq üçün mütləq onları formal şəklə salmaq lazım gəlir.
Semantik təhlil ən mürəkkəb proses olub, mətndəki cümlələrin
məna məzmununu təyin edir. Məntiqə əsaslanan bu təhlildə sözlər
arasındakı məna asılılığı aşkar olunur və bununla əlaqədar qoyulan
məsələ formalizə edilir. Semantikanın formalaşdırılması qeyri-müm-
kün olduğundan bunun üçün mənanın nə dərəcədə düzgün olub-olma-
masını müəyyənləşdirən və keyfiyyətini yoxlayan xüsusi keyfiyyət
ekspert sistemləri hazırlanmalıdır. Bu da süni intellekt sistemlərinin
yaradılmasından asılıdır. Elmin bu istiqamətdə inkişafı hələ də həllini
gözləyir. Hal-hazırda mövcud olan informasiya texnologiyası axtarış
sistemlərinin effektli işlənməsi lazımi səviyyədə deyildir. Məhz öyrə-
dici proqram sistemləri, yuxarıda qeyd etdiyimiz kimi, axtarış sistem-
lərinin və dialoq sistemlərinin effektli işlənməsindən asılıdır. Öyrədici
proqram sisteminə nümunə üçün morfoloji sintez məsələlərini nə-
zərdən keçirək.
1
Mirzəliyeva M.M. Türk dillərinin frazeologiyası. B., 2009, səh50-53
2
Yenə orada: səh.72-115
Məhəbbət Mirzəliyeva, Kamilə Vəliyeva
60
I BÖLMƏ
MORFOLOJİ SİNTEZ MƏSƏLƏLƏRİ. İNGİLİS VƏ
AZƏRBAYCAN DİLLƏRİNDƏ MORFOLOJİ SİNTEZ
orfoloji sintez bilavasitə tətbiqi morfologiya mə-
sələlərini əhatə edir. Tətbiqi morfologiya kom-
püter dilçiliyinin tərkib hissəsi olub, ən çox təd-
qiq edilmiş sahədir. Tətbiqi morfologiyaya aşa-
ğıdakı məsələlər daxildir:
morfoloji prosessorların hazırlanması – yəni morfoloji
analiz və sintezin tədqiqi və avtomatik lüğətə daxil
olan söz forması haqqında məlumat, başqa sözlə linq-
vistik bazanın hazırlanması;
morfoloji prosessorların kompüterdə yoxlanılması üçün
uyğun alqoritmlərin tətbiqi və riyazi təminatın hazır-
lanması: kodlaşdırma və proqramlaşdırma.
Hal-hazırda morfoloji prosessorlardan mətn və nitqin ema-
lı üzrə müxtəlif avtomatlaşdırılmış sistemlərdə, mətnin avtoma-
tik redaktəsində, avtomatik referatlaşmada, nitqin analiz və sin-
tezində ekspert sistemlərində, optik tanınma sistemlərində, avto-
matik lüğətlərin tətbiqində, internet axtarış sistemlərində, öyrə-
dici sistemlərdə istifadə olunur.
Bir sözlə, morfoloji prosessorların hazırlanması maşın tər-
cüməsinə xidmət məqsədi ilə qurulur. Maşın tərcüməsinə gəl-
dikdə isə, ona ehtiyacın artması göz qabağındadır.
Müasir dövrdə külli miqdarda informasiya axınının çoxlu-
ğu böyük tərcüməçilər ordusu tələb edir ki, bu tələbatın artması
avtomatik tərcümə sistemlərinin yaradılması zərurəti meydana
gəlmişdir. Hal-hazırda bir çox dillərin tərcümə sistemləri, o
cümlədən ingilis dilindən italyan, rus, alman, yapon, türk, çex,
fransız və s. dillərə “sənaye” tərcümə sistemləri yaradılmış və
M
Dostları ilə paylaş: |