Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

məhsullardan  biri  hesab  olunurdu.  1886-cı  ildə  Ordubad 
şəhərindən  ixrac  olunan  məhsullarm  həcmi  65,6  min  manat 
təşkil  etmişdi  (61,  s.  66).
1836-cı  ilə  aid  bir  mənbədə  qeyd  olunur  ki,  XIX 
yüzilliyin  əvvollərində  Ordubad  şəhərində  615  ev,  6 
karvansara,  170 dükan,  1  bazar,  2 hamam var idi  (40,  s.  20). 
Onların  sayı  getdikco  artmış  əsrin  ortalarm da  evlərin  sayı 
874-ə,  dııkanlann  sayı  308-ə  çatmışdı  (34,  s.  20).  Bu  zaman 
şəhərdə  470-don  artıq  bağ  olmuşdu.  Həmçinin,  bu  zaman 
şəhərdə  63  məscid,  7  meydan,  5  körpü,  25  küçə,  3  ham am  
fəaliyyət göstərirdi.
Qeyd  olunduğu  kimi,  şəhordə  ticarət  durm adan  inkişaf 
edirdi.  X IX  əsrin  30-cu  illorində  Ordubad  şəhərində  olan 
170  dükan  artaraq  70-ci  illərin  başlanğıcında  308-ə 
çatmışdı.  Ticarotlo  məşğul  olan  şoxslorin  sayı  1842-ci  ildə  85 
nəfərdən,  70-ci  illərdo  148  nəfərə  qədor  artmışdı.  1893-ciı 
ildə şəhərdə 34 ticarot müəssisəsi fəaliyyot göstərirdi.
Ordubad  şəhorinin  iqtisadi  hoyatında  aqrar  sahə  xüsusi 
rola malik  idi.  XIX əsrin  60-cı  illərinə  aid məlumatlar təsdiq 
edir  ki,  şohordə  mövcud  olan  kənd  təsərrüfatı  sahələri 
əhaliyə  340  min  m anatdan  425  min  m anatadək  təmiz  gəlir 
gətirmişdi.
Ordubad  şəhərinin  təsərrüfat  həyatmda  bağçılıq  xüsusi 
yer  tuturdu.  Demək  olar  ki,  şəhərdə  bütün  ailələrin  bağı  var 
idi.  XIX  əsrin  II  yarısmda  şəhərdo  bağların  sahəsi  4  min 
desyatindən  artıq  idi.  Şəhərdəki  meyvə  bağlarmın  hər 
desyatini  40  m anatdan  50  nıanata  qodər  təmiz  gəlir 
gətirirdi.
1857-ci  ildə  Ordubadda  müxtəlif  növ  meyvələr  36  min 
m anatadək  golir  gətimıişdi.  XIX  osrin  90-cı  illorin.də 
O rdubaddan  hər  il  ancaq  15  min  pud  ərik  qurusu  ixrac 
edilmişdi  (48, s.  24).
XIX  əsrin  ortalarında  Ordubad  şəhərinin  sahəsi  2641
48


desyatin  idi.  Bu  zaman  şəhər  özünün  orta  əsr  feodal 
şəhərlərinə 
məxsus 
quruluşunu 
saxlamış 
tipik 
şərq 
şəhərlərindən  biri idi.
Şəhərin  su  ilə  təchiz  olunmasmda  kəhrizlərin  rolu  çox 
böyük  idi.  Burada  70-ə  yaxm  kəhriz  var  idi.  Kəhrizlərin 
böyük  bir  hissəsi  bir-biri  ilə  birləşdirilmiş  və  həyətlərdən 
keçirilmişdi. 
Həmin 
həyətlərdə  ovdanlar  düzəldilmiş, 
pillələrlə  oraya  düşərək  kəhrizlərdən  istifadə  olunmuşdur. 
Ordubad  ərazisində  «qırxpillə»,  «qırxayaq»  adlanan  bu 
ovdanlardan  yay  vaxtı  həm  də  soyuducu  kimi  istifadə 
olunmuş,  orada tez xarab olan ərzaqlar saxlanmışdır.
Bundan  əlavə,  şəhərin  məhəllələrinin  hər  birinin  aynca 
kəhrizi  var  idi.  Bunlardan  əhali  elliklə  istifadə  edirdi.  Bəzən 
əhali  suya  olan  tələbatmı  ödəmək  üçün  həyətlərdə  quyular 
qazıı* və onu kəhrizlərin  kanalı ilə birləşdirirdi.
Şəhər  5  böyük  məhəlləyə  bölünmüşdü:  1.  Anbaras.
t •
2.Kürdətal.  3.  Sərşəhər.  4.  Mingis.  5.  Uçtərəngi.  Bu  məhəllə 
adları  X IX əsrə aid  rusdilli ədəbiyyat materiallarında tez-tez 
xatırlansa da,  onlarm adı müəyyən təhriflərlə işlənmişdir.  '
Aparılan  tikinti  işləri  sayəsində  şəhər  getdikcə  genişlənir, 
sahəsi  artırdı.  Buna  görə  də  X IX  əsrin  sonu  -   XX  əsrin 
əvvəllərində şəhərin ərazisi 4725 desyatindən  artıq  olmuşdu.
Ordubad  şəhərinin  əhalisi  Türkmənçay  müqaviləsinə 
qədər  olan  dövrdə  ancaq  ərazinin  köklü  əhalisi  olan 
Azərbaycan  türklərindən  ibarət  olmuşdur.  M əlumdur  ki, 
ikinci  Rusiya-İran  müharibəsiniıı  yekunlarma,  Türkmənçay 
müqaviləsinin  şərtlərinə  əsasən  İrandan  Azərbaycana  çoxlu 
erməni  ailəsi  köçrülmüşdü.  1829-cu  ilin  yayından  1830-cu 
ilin  yaymadək  köçürülən  bu  ermənilər  Azərbaycanm 
müxtəlif  yerlərində  yerləşdirildi.  Həmin  vaxt  İrandan 
Naxçıvan ərazisinə  2551  erməni  ailəsi,  o  cümlədən Ordubad 
şəhərinə  36  ernıəni  ailəsi  (84  kişi,  98  qadın,  cəmi  182  nəfər) 
köçürüldü  (65,  s.  619-622).  Beləliklə,  ermənilər  şəhərdə
49


Azərbaycan  türkləri  ilə  biıiikdə  yaşamağa  başladılar.  XIX 
əsrə  aid  bir  sıra  rusdilli  ədəbiyyat  materialları  ləsdiq  edirlər 
ki,  köçümıəyə  qədər  Ordııbad  şəhərində  bir  nəfər  də  olsun 
erməni əhalisi  yaşamamışdır (65,  s.  619-622).
Bu  zamandan  başlayaraq  Rusiyanın  tərkibində  olduğu 
üçün  Ordubad  şəhərinə  rus  məmurları  gəlir  və  orada 
işləyərək  yaşamağa  başlayırlar.  Onlar  burada  uzun  müddət 
qaldıqları  üçün  ailələrini  də  oraya  gətirirdilər.  Məhz  bu 
səbəbdən  ilhaqdan  sonra  O rdubad  şəhəriniıı  əhalisinin 
tərkibində  az  da  olsa,  rus  milləlinə  mənsub  adam lara  da 
rast gəlinir.
Rusiya  ilə  biıiəşdirildikdən  sonra  O rdubadda  olan  rus 
məmuru  İ.Şopenin  yazdığma  görə,  həmin  vaxt şəhərdə  3262 
nəfər  Azərbaycan  türkü  yaşayırmış.  Burada  həmçinin, 
İrandan  köçürülən  182  nəfər  erməni  də  məskən  salıbmış. 
Beləliklə,  İ.Şopen  şəhərdə  olarkən  orada  3444  nəfər 
yaşayırmış  (65, s.  482).
Bu  əhalidən  13  nəfəri  bəy  və  sultan,  1  nəfəri  praporşik,  2 
nəfəri  ali  ruhani,  31  nəfəri  axund  və  molla,  5  nəfəri  mirzə,  1 
nəfəri dərviş  imiş  (65,  s.  482).  Uhaqdan  az sonra Ordubadda 
azərbaycanlıların  611  evi,  ermənilərin  1  evi.  xəzinəyə məxsus 
23  ev,  cəmi  635  ev  olmuşdur  (57,  s.  482).  Bu  məlumat 
göstərir  ki,  həmin  vaxt  ermənilər  O rdubada  yenicə' 
köçüriılübmüş.  Ermənilərə  məxsus  I  evin  olması  təsdiq  edir 
ki,  köçürülən erməniləı* hələ özlərinə ev inşa etməyiblərmiş.
İ.Şopenin  yazdığma  görə,  bazar  Ordubadın  mərkəzində 
yerləşirmiş.  Orada  197  dükan  var  imiş  ki,  onlardan  22-si 
boş  imiş.  Şəhərdə  6  karvansara  var  idi.  onlardan  ikisi 
bazarla  yanaşı  olub  fəaliyyət  göstərirdi.  Qalan  dörd 
karvansara  boş  olmuş,  ancaq  onlarm  birində  dulusçuluq 
zavodu  düzəldilibmiş.  Saz  vəziyyətdə  olan  bir  ham am   var
idi (65,  s.  482).
Rusiya  ilə  birləşdirilən  zaman  Ordubad  şəhərində
50


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə