Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

edilən  «Naxçıvanşah»  və  «Naxçıvanşahlıq»  məsələlərinə  bir 
daha  nəzər  salmağı,  «Naxçıvanşah»  adlandırılaıı  Naxçıvan 
hakiminin  müstəqil  dövlət  başçısı,  yaxud  Rəvvadi  və  ya 
Səddadi  dövlətləri  tərkibində  olan  feodal  mülk  sahibi 
olduğunu  aydmlaşdırmağı  vacib  edir»  (35,  s.  66)-  söyləyən 
akademik  N.Vəlixanlınm  fıkrincə  Naxçıvan  bu  dövrdə 
Şəddadilər  dövlətinin  tərkibində  əmirlik  olmuşdur  (35,  s. 
78).  Ordubad  şəhəri  də  həınin  vaxt  Naxçıvanşahlığın 
tərkibində  Şəddadi hakimlərinə  tabe olmuşdur.
Təxminən  80  il  mövcud  olan  «Naxçıvan  şahhğ»m  son 
dövrləri  haqqıııda  dəqiq  məlumatlar  olmasa  da,  məlumdur 
ki,  ərazi  1064-cü  ildə  Səlcuqlar  tərəfındən  tutulur  və  bütün 
Naxçıvan  ərazisi  kimi  Ordubad  da  Səlcuq  imperiyasmın 
təsir  dairəsinə  düşür.  Səlcuq  imperiyasınm  süqutundan 
soııra  ərazi  Azərbaycan  Atabəyləri  dövlətinin  tərkibinə 
daxil  olur.
XII  əsrin  otuzuncu  illərində,  1136-cı  ildə  Şəmsəddin 
Eldənizin  başçılığı  ilo  Azərbaycan  Atabəylər  dövləti 
yarandı.  Ordubad  ərazisi  bu  tarixdən  1225-ci  ilədək,  yəni 
Atabəylər 
dövlətinin 
süqutunadək 
onun 
tərkibində 
olmuşdur.
1221-ci  ildə  Azərbaycana  soxulan  monqol  qoşunları 
Cəbə  vo  Subutaym  başçılığı  ilə  Naxçıvan  ərazisini,  o 
cümlədən  Ordubadı  tuturlar.  1225-ci  ildə  isə  bu  ərazilər 
Xarəzmşah  Məhəmmədin  oğlu  Cəlaləddin  tərəfindən  işğal 
edildi və Atabəylər dövlətinin vaıiığına son qoyuldu.
1231-ci  ildə  monqol  sərkərdəsi  Cormoqon  noyonun 
başçılığı ilə  Azərbaycana hücum edən  monqol  qoşunları  bir 
sıra  yeıiəri,  o  cümlədən  Ordubad  şəhərini  işğal  etdilər. 
Ordubad  şəhəri  digər ərazilər  kimi  Qızıl  Orda  ulusuna  daxil 
edildi.  Bu  ulusu  Çingiz  xanın  oğlu  Cucinin  xələfləri  idarə  . 
edirdilər.  1258-ci  ildə  Ordubad  ərazisi  yeni  yaranan 
Hülaküləı*  dövlətinin  tərkibinə  daxil  oldu.  Məlum  olduğu 
kimi, 
monqol 
şahzadəsi 
H ülaku 
xan 
1256-cı 
ildə 
Azərbaycanı,  onun  ardınca  isə  1258-ci  ildə  Bağdadı  işğal
30


etdi.  Bununla da  uzun  müddət hakimiyyətdə  olan  Abbasilər 
xilafəti  dağıldı.  Bundan  sonra  H ulaku  xan  işğal  etdiyi 
ərazilər  hesabına  yeni  bir  dövlətin-  Hülakülər  dövlətinin 
əsasım  qoydu.  Azərbaycan  sayca  5-ci  monqol  ulusu  hesab 
ediləıı  bu  dövlətin  siyasi-inzibati  mərkəzinə  çevrildi. 
Bundan  sonra  Azərbaycan  yeni  idarə  sisteminə  cəlb  edildi 
və  müstəqil  vilayət  kimi  doqquz  tümənə  bölündü.  Həmin 
vaxt  Ordubad  şəhəri  Naxçıvan  tüməninə  daxil  edilmişdi. 
Təsadüfi  deyildir  ki,  tarixçi  və  coğrafiyaşünas  Həmdullah 
Qəzvininin  «Nüzhət  əl-Qülub»  əsərində  O rdubad  Naxçıvan 
tüməninə  daxil  olan  beş  şəhərdən  biri  kimi  göstərilir  (45,  s. 
51).
Aılıq 
XIV 
əsrdə 
Ordubad 
şəhəri 
Azərbaycanm 
əhəmiyyətli yaşayış məskənlərindən  birinə çevrilmişdi.  Bunu 
Ordubad  şəhərinin  ərazisində  bu  günədək  gəlib  çatan 
epiqrafik  abidələr-  müsəlman  kitabələri  də  təsdiq  edirlər. 
Məsələn  Ordubad  şəhərinin  .  şərq  tərəfindəki  «Malik 
İbrahim»  qəbiristanlığında  indiyədək  qalan  və  XIV 
yüzilliyin  ortalarma  aid  olan  bir  məzar  kitabəsinin 
mətnindən  aydm  olur  ki,  məzarda  uyuyan  şəxs  müsəlman 
şərqində  sufizmin  banilərindən  biri  olan  və  Nişapurda 
dərviş  cəmiyyətinə  rəhbərlik  edən,  ətrafmda  başqa  görkəmli 
şəxsiyyətlərlə  yanaşı,  bir  sıra  azərbaycanlı  alim  və  filosoflar 
da  toplaşan  Şeyx  Əbu  Səid  Əbül  Xeyr  əl-Xorasaninin 
yeddinci  nəsliııdən  olan  Şeyx  Əbu  Səid  ulu  babasının 
ideyalarmı  yaymaq  üçün  O rdubada  gəlmiş,  orada  sufi 
cəmiyyəti yaratmış və  ona  rəhbərlik etmişdir (Bax:  kitabə N° 
1).  Onun  rəhbərlik  etdiyi  dərvişlər  şəhərin  ictimai-siyasi 
həyatmda  fəal  iştirak  etmiş,  böyük  nüfuza .malik  olmuşduı* 
(29, s.  18).
Şəhərdə  belə  böyük  nüfııza  malik  olan  sufı  şeyxinin 
yaşayaraq  xanəgah  yaratması  və  dərviş  ordeninə  rəhbərlik 
etməsi 
sübut 
edir 
ki, 
Ordubad 
artıq 
XIV 
əsrdə 
Azərbaycamn 
mühüm 
mədəni, 
siyasi-iqtisadi 
mərkəzlərindən  birinə  çevrilmişdir.  Orta  əsrlər  dövründə
31


xanogahlar  adətən  mühüm  ticarət  yollarınm  keçdiyi,  ticarət 
və sənətkarlığın  inkişaf etdiyi  mərkəzlərdə  inşa  edilirdi.  XIV 
əsrdə  O rdubäd  şəhərində  əhalinin,  xüsusilə  sənətkaıiarm 
ictimai-siyasi  və  mədəni  həyatında mühüm  rol  oynayan  sufi 
təriqətiniıı  fəaliyyət  göstərməsi  bir  daha  təsdiq  edir  ki, 
həmin  dövrdə  Ordubad  şəhəri  Azərbaycanm  əhəmiyyətli 
yaşayış məskənləri ilə bir sırada durmuşdur.
Məlum  olduğu  kimi,  Hülakulər  dövləti  uzun  müddət 
yaşaya  bilmədi  və  XIV  əsrin  ortalarm da  dağıldı.  Ərazi 
Cəlairilərin  hakimiyyəti  altına  düşdü.  Tarixdən  məlumdur 
ki,  Cəlairi  əmiri  Şeyx  Üveys  (1359-1374-cü  illər)  1358-ci ildə 
Azərbaycana  hücum  etmiş,  hakimiyyəti  ələ  almış,  ancaq 
orada  möhkəmlənə  bilməmişdi  və  qayıdıb 
Bağdada
• •
getmişdi.  Ancaq  1359-cu  ilin  payızmda  Şeyx  Uveys  yenidən 
Azərbaycana 
yi'ırüş 
etmiş, 
Təbrizi 
tutaraq 
özünün 
paytaxtına  çevirmişdi. 
1367-ci  ildə  Şirvan  ərazisiııin 
tutulması  ilə  Ordubad  şəhəri  də  daxil  olmaqla,  bütün 
Azərbaycan 
Cəlairilərin 
hakimiyyəti 
altına 
keçmişdi. 
Ordubadın  bir  müddət  bu  dövlətin  hakimiyyəti  altmda 
olmasım  orta  əsı*  qaynaqları  ilə  yanaşı,  şəhərin  ərazisində 
arxeoloji  qazıntılar  zamam  aşkar  edilən  maddi-mədəniyyət 
nümunələri  də təsdiq  edir.
Azərbaycan  tarixçisi  Cahangir  Zeynaloğlunun  1924-cü 
ildə  İstanbulda  nəşr  edilmiş  «Müxtəsəı*  Azərbaycan  tarixi» 
kitabında  qeyd  olunur  ki,  1858-ci  ildə  Ordubad  şəhərində 
aparılan  qazıntı  işləri  nəticəsində  aşkar  edilən  çoxlu  maddi- 
mədəniyyət  nümunələri  içərisində  Cəlairilərə  aid  454  ədəd 
sikkə  də  ohnuşduı*.  O  zaman  Qafqaz  valisi  (caııişini)  bu 
sikkələri  Rusiyaya  göndərmiş,  onlarm  əsasmda  Ermitajda 
böyük  bir  kolleksiya  təşkil  olunmuşdur.  Sikkələrin  bir 
tərəfmdə  sikkənin  kəsilməsini  əmı*  edən  Azərbaycan 
hökmdarmm  adı,  kəsildiyi  yer  və  il,  o  biri  üzündə  isə 
kəlmeyi-  şəhadət  və  ilk  dörd  xəlifənin  adları  həkk 
edilmişdir.  Bu  dəfinənin  ən  qədimi hicri  750-ci  (miladi  1349- 
cu  il),  ən  axırmcısı  isə  hicri  786-cı  (miladi  1384-cü  il)  ilə
32


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə