mübahisəni həll etməkdən imtina etməyə haqlı deyildir. Lakin məhkəmə oxşar qanunu tətbiq
edərkən qətnamədə bunu geniş şərh etməli və oxşar qanunun tətbiqinin zəruri olmasım
əsaslandırmalıdır.
4.
Mübahisə edilən hüquq münasibətlərini tənzim edən norma, həmçinin oxşar norma
olmadıqda, məhkəmə Azərbaycan Respublikasmm hüquq qaydalarmm ideya və ümumi
prinsiplərini əsas götürməlidir. Bu, mülkİ prosessual hüquqda hüququn analogiyası adlanır.
Hüququn analogiyası zamanı hakimlərin hüquq düşüncəsinin kamilliyi, hüququn
məqsəd və vəzifələrini, onun mahiyyətiıü özündə əks etdirən ümumi prinsipləri dərindən
bilməsi və təcrübəsi son dərəcə əhəmiyyətli rol oynayır. Məhkəmə hüququn analogiyasınm
labüdlüyünü qətnamədə əsaslandırmalıdır.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri
14.1.
Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə
lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual
hüquq və vəzifələrim izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə
onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
14.2.
Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan
istifadə etməlidir.
14.3.
Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə
borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və
yaxud ondan imtina edə bilərlər.
14.4.
İşdə iştirak edən şəxslər qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna
edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil
olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım
almaq məqsədilə özlərinə sərbəst vəkil seçə bilər.
1. Məhkəmə baxışının prinsipləri dedikdə, mülki iş üzrə ədalət mühakiməsini həyata
keçirərkən məhkəmənin əsaslandığı rəhbər başlanğıclar anlaşılır.
İşin həqiqi hallan, maraqlı şəxslərin hüquq və vəzifələri o halda düzgün müəyyən edilə
bilər ki, iş üzrə mövcud olan faktlan məhkəmə hərtərəfli, tam və obyektiv olaraq tədqiq etsin.
Faktlarm hərtərəfli tədqiq edilməsi baxılan iş üzrə yaranan suallarm məcmu halında,
onlar arasında daxili əlaqələrm müəyyən edilməsi və tərəflərin həm xeyrinə, həm də zərərinə
olan faktlarm əsaslı şəkildə yoxlanması yolu ilə həyata keçirilir.
Faktların tam tədqiq edilməsi işin düzgün həlli üçün əhəmiyyəti olan və mübahisənin
mahiyyətinə aİd olan bütün faktiki məlumatlann və materiallarm prosesə cəlb edilməsi yolu
İlə təmin edilir. Buna görə də, məhkəmə maddi hüquq normalarma əsasən sübutetmə
predmetini (sübut edilməli olan faktlarm dairəsini) müəyyən etməli, sübutlarm aidliyi və
mümkünlüyü qaydasına uyğun olaraq işə aid olan sübutları qəbul etməklə, onları tam tədqiq
etməlidir.
İşin hallannm obyektiv tədqiq edilməsi - məhkəmənin müəyyən etdiyi və araşdırdığı
faktlarm qəmamədə əks etdirilməsi və həmin həqiqi faktlar əsasında qətna
17
mənin çıxarılmasıdır.
Faktların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi məqsədilə məhkəmə işdə iştirak
edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edib, bu hüquq və vəzifələrin
həyata keçirilməsinə yaxmdan kömək etməlidir.
2.
Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə
etməlidir. Lakin işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri
əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM, 77.3- cü maddə).
Məhkəmə öz təşəbbüsü ilə sübutları toplamağa haqlı deyil.
3.
Məhkəmənin tərəflərə işi barışıq sazişi ilə qurtarmağı təklif etmək vəzifəsi ar- bitrlik
prinsipinin məzmunundan doğur. Belə ki, hakim həm də münsif kimİ çalışmalıdır ki, tərəflər
arasında banşıq əldə edilsin, yəni tərəflərin hər ikisi öz iradə ifadələrini sərbəst həyata
keçirərək, məhkəmə qətnaməsi çıxarılmadan iş üzrə ieraatı başa çatdırsınlar. Lakin tərəflərin
barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan
mənafeyini pozarsa, məhkəmə belə banşıq sazişini qəbul etməyərək, mübahisəyə mahiyyəti
üzrə baxmalıdn. Bu qayda, həmçinin eavabdehin iddiam etiraf etməsi və yaxud iddiaçınm iddia
tələbindən imtina etdiyi hallara da şamil edilir.
4.
Mülki prosesdə bir qayda olaraq subyektiv hüquqları və qanunla qorunan mənafeyi
pozulmuş şəxslər şəxsən öz hüquq və mənafelərini müdafiə edirlər və mülki prosessual
hüquqları üzərində sərbəst sərəncam verirlər. Lakin tərəflər müxtəlif səbəblər üzündən
(xəstəlik, ezamiyyət, hüquqları bilməmək və s.) onların maraqlarınm təmsil olunması və ya
prosessual hüquqlarının həyata keçirilməsi üçün uyğun qaydada səlahiyyəti müəyyən edilmiş
nümayəndələr vasitəsi ilə məhkəmədə təmsil oluna bilərlər.
Bu təmsilçilik həm Vəkillər Kollegiyasının üzvü olan şəxslər, həm də pullu və ya pulsuz
hüquq yardımı göstərən hüquqşünaslar, həmçinin qanunda göstərilən sair şəxslər tərəfindən
həyata keçirilə bilər. MPM-in 4-cü fəslində nəzərdə tutulan maddələrin (MPM, 69-75-ci
maddələr) şərhində bu barədə daha genİş bəhs edilir.
Afaddo 15. Məhkomo akilartmn mochuriliyi
15.1.
Məhkəmə məhkəmə aktlarmı qətnamə, qərardad,, qərar və əmr formasında qəbul
edir.
15.2.
Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün
dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi
partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər
üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
15.3.
Məhkəmə aktlarının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik
hallan qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.
15.4.
Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda hu aktların
məcburi- liyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan
mənafelər inin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir.
18