418.4.1-
ci maddəsi şamil edilməlidir.
Məhkəmələr və hakimlər haqqında Qanunun 92-ci maddəsinə əsasən, mülki işləri və
iqtisadi mübahisələri araşdırıb, məhkəmə aktları qəbul edərkən məhkəmə tərkibinin hakimləri
bərabər hüquqlardan İstifadə edirlər. Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi
zamanı meydana çıxan bütün məsələləri hakimlər səs çoxluğu ilə həll edir.
Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı
deyildir.
Hər bir hüquqi və fiziki şəxsin Konstitusiyadan, qanunlardan və ya başqa normativ
hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması mülki işlər
və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələridir. Hakimin səsvermədə bitərəf
qalması həmin vəzifələrin yerinə yetirilməsindən imtina kimİ qiymətləndirilməlidir. Məhz, bu
səbəbdən də qanunvericilik məhkəmə tərkibinə daxil olan hər hansı bir hakimin öz vəzifəsini
yerinə yetirməkdən imtina etməsinin qarşısını alır.
Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün
məsələlərin həll edilməsində hakimlərin müstəqilliyinin təmin edilməsi və onların hər hansı
bir təsirə məruz qalmasına yol verilməməsi məqsədilə sədrlik edən axı- rmcı səs verir.
2.
Qərar qəbul edilərkən əksəriyyətin qəran ilə razılaşmayan hakim öz fikrində qalmaqla
həmin qəran imza etməyə borcludur. Qərann hər hansı bir şərt irəli sürməklə imzalanmasına
yol verilmir və bu cür hərəkət hakimin ədalət mühakiməsinin həyata keçirilməsində üzərinə
düşən vəzifələrin icrasından imtina etməsi kimi qiymətləndirilməlidir. Ona görə də, qəbul
edilmiş qərarı bütün hakimlər imzalayır. Azərbaycan Respublikasının Ali Məhkəməsi
Plenumunun qərarı istisna təşkil edir. Həmin orqanın qərarını onun sədri imzalayır (MPM,
430-cu maddə).
Qərarla razılaşmayan hakim öz rəyini yazılı surətdə şərh edə bilər. Həmin rəy məhkəmə
iclasında elan edilmir, qərarda rəyin mövcudluğu barədə qeydiyyat aparılmır və tərəflərə
göndərilmir. Tərəflər istinad etdiyi sübutların təsdiqi üçün rəydən istifadə etməməlidir. Rəy
işə əlavə edilir və yuxarı məhkəmə instansiyalarmda nəzərə almır.
Yuxarı instansiya məhkəmələrində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılarkən,
qətnamədə istinad edilən sübutlarla bərabər, xüsusi rəydə göstərilən sübutlar da araşdırılır,
onlara uyğun qərar qəbul edilir.
MPM-in 47-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin işin materialları ilə tanış
olmaq hüququ vardır.
Bununla belə, hakimin xüsusi rəyi iş materiallarına əlavə edilsə də, işdə İştirak edən
şəxslərə tanış olmağa təqdim edilə bilməz, həmin şəxslərin onun surətini çıxarmalarına və
ondan çıxarışlar etmələrinə yol verilmir.
3.
Hakimlərin müşavirə və səsvermə zamanı, habelə vəzifələrinin icrası başa çatanadək
müşavirənin və səsvermənin gizliliyini saxlaması onların vəzifələrindən biridir (Məhkəmələr
və hakimlər haqqmda Qanun, 99-cu maddə). Qanunvericiliyin bu tələbinin yerinə
yetirilməməsi hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinə sə
23