Azərbaycan həmkarlar iTTİfaqlari konfederasiyasi



Yüklə 97,7 Kb.
Pdf görüntüsü
tarix12.03.2018
ölçüsü97,7 Kb.
#31280


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI 

 

 

 

 

 

 

 

 

Müavinətlər 

Sosial yardımlar 

YADDAŞ 

 

 

 

 

 

 

 

Bakı-fevral 2014-ci il 




 



Azərbaycan Respublikasının 



Nazirlər Kabineti 

Qərar №113 

Bakı şəhəri, 13 iyul 2011-ci il 

 

«Məcburi  dövlət  sosial  sığortası  üzrə  ödəmələrin  və  əmək 



qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə  sığortaedənin  vəsaiti  hesabına 

ödənilən 

müavinətin 

 

hesablanması  və  ödənilməsi  haqqında 

Əsasnamə»nin  təsdiq  edilməsi  barədə»    Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  1998-ci  il  15  sentyabr  tarixli,  189  nömrəli 

qərarında dəyişikliklər edilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 dekabr tarixli 111 



nömrəli  sərəncamı  ilə  təsdiq  edilmiş  «2009-2015-ci  illərdə  Azərbaycan 

Respublikasında  sığorta-pensiya  sisteminin  inkişafına  dair  Dövlət 

Proqramı»nın  2.5-ci  bəndinin  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti Qərara alır: 

1.  Azərbaycan  Respublikasın  Nazirlər  Kabinetinin  1998-ci  il  15 

sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş  «Məcburi dövlət sosial 

sığortası  üzrə  ödəmələrin  və  əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə 

sığortaedənin  vəsaiti  hesabına  ödənilən  müavinətin    hesablanması  və 

ödənilməsi haqqında Əsasnamə»də müvafiq dəyişikliklər edilsin. 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

 

 

 

 


 



 

Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin  və  əmək qabiliyyətini 

müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin 

təyin  edilməsinin  şərtləri  və  qaydaları  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Əsasnamə» ilə tənzimlənir. 

Bu Əsasnamənin  müvafiq bəndlərinə  uyğun olaraq  idarə,  müəssisə və 

təşkilatların  həmkarlar  ittifaqları  komitələri  işçilərin  məcburi  dövlət  sosial 

sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə,  hamiləlik  və  doğuma, 

uşaq  doğumuna  və  dəfn  üçün  müavinətlərin  düzgün  təyin  edilməsi  və 

hesablanmasına məsuliyyət daşıyırlar.  

Müavinətin  müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən  və ya 

təyin  edilməsinin  ləngidilməsindən  müəssisənin,  təşkilatın  həmkarlar  ittifaqı 

komitəsinə şikayət edilə bilər. 



 



 



Dövlət Sosial Müdafiə Fondu hesabına  

ödənilən müavinətlərin almaq hüququ 

1.  Məcburi  dövlət  sosial  sığorta  ödəmələri  sosial  sığorta  hadisəsi  baş 

verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: 

 



Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi 

ilə 


müəyyən edilən əmək pensiyaları;  

 



əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət 

(qanunvericiliklə müəyyən edilmiş dövr üçün);  

 

hamiləliyə və doğuma görə müavinət;  



 

uşağın anadan olmasına görə birdəfəlik müavinət;  



 

qanunvericilikdə  nəzərdə  tutulmuş  yaş  həddinə  çatana  qədər 



uşağa qulluqla əlaqədar müavinət;  

 



dəfn üçün müavinət;  

 



sığorta  olunanların  sanatoriya-kurort  müalicəsi  üzrə  xərclərinin 

tam və ya qismən ödənişi; 

 

işsizlik müavinəti 



2. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta 

ödəmələrini almaq hüququ vardır.  

Qanunvericilikdə  nəzərdə  tutulmuş  müddət  ərzində  xeyrinə  məcburi 

dövlət 


sosial 

sığorta 


fəaliyyəti 

həyata 


keçirilməyən 

şəxslərin 

(qanunvericiliklə  müəyyən  olunmuş  hallar  istisna  olmaqla),  sosial  sığorta 

ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. 

Məcburi  dövlət  sosial  sığorta  haqları  hesabına  verilən  müavinətlər 

təyin  edilərkən,  sosial  sığorta  stacı  kimi  «Sosial  sığorta  haqqında» 

Azərbaycan Respublikası Qanununun 8-ci  maddəsinə əsasən sığortaolunanın 

xeyrinə  məcburi  dövlət  sosial  sığorta  haqqı  ödənilən  əmək  fəaliyyəti 

dövrlərinin ümumi müddəti nəzərə alınır. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət  və 

hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta 



 

stajı  olan  şəxslərə  şamil  edilir.  Hər  iki  halda  müavinətin  aylıq  maksimal 



həddi  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin  25  mislindən  artıq  ola 

bilməz. 


3. Əmək qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı məcburi dövlət sosial 

sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinin  ilk  14  təqvim  günü  üçün 

müavinət  sığortaedənin  vəsaiti,  qalan  günlər  üçün  isə  məcburi  dövlət  sosial 

sığorta haqları hesabına ödənilir. 

 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  bir  neçə  xəstəlik  vərəqəsinə 



görə  fasiləsiz  olaraq  ardıcıl  davam  edərsə,  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinin  ilk  14  təqvim  günü  üçün  müavinət  xəstəlik  vərəqələrinin 

sayından  asılı olmayaraq,  yalnız  bir  dəfə  sığortaedənin  vəsaiti,  qalan  günlər 

üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.  

 

Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  bir  neçə  xəstəlik  vərəqəsinə 



görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 

14  təqvim  günü  üçün  müavinət  xəstəlik  vərəqələrinin  sayından  asılı  olaraq, 

hər  dəfə  sığortaedənin  vəsaiti,  qalan  günlər  üçün  isə  məcburi  dövlət  sosial 

sığorta haqları hesabına ödənilir; 

4.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət,  əmək 

qabiliyyətinin  itirildiyi  birinci  gündən  başlayaraq  sağalanadək  və  ya  tibbi 

sosial  ekspert  komissiyası  (TSEK)  tərəfindən  əlillik  və  ya  sağlamlıq 

imkanlarının  məhdudluğu  müəyyən  edilənədək,  lakin  qanunvericiliklə 

müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. 

5. İşləyən  əlillərə  (müharibə  əlillərindən başqa və sağlamlıq imkanları  

məhdud uşaqlara) əmək qabiliyyətinin  müvəqqəti  itirilməsinə görə müavinət, 

əmək  şikəstliyi  və  peşə  xəstəliyindən  başqa  qalan  hallarda,  ardıcıl  və  yaxud 

təkrar  xəstələnmə  zamanı  təqvim  ilində  altı  aydan  çox  olmamaq  şərti  ilə 

verilir. 

Əgər  işləyən  əlilin  və  sağlamlıq  imkanları    məhdud  uşağın  əmək 

qabiliyyətinin  müvəqqəti  itirməsi  əmək  şikəstliyi  və  ya  peşə  xəstəliyi 




 

nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək 



şikəstliyi  və  ya  peşə  xəstəliyi  ilə  bağlı  əlillik  dərəcəsi  və  sağlamlıq 

imkanlarının məhdudluğunu yenidən müəyyən edilənədək verilir. 

İşləyən  əlillərə  (vərəm  xəstəliyi  olan  əlillərdən  başqa  və  sağlamlıq 

imkanları  məhdud  uşaqlara)  vərəm  xəstəliyi  ilə  xəstələndikdə  əmək 

qabiliyyətini  müvəqqəti  itirməyə  görə  müavinət  sağalanadək  və  ya  vərəmlə 

xəstələnmə  nəticəsində  əlillik  dərəcəsi  və  ya  sağlamlıq  imkanlarının 

məhdudluğu  yenidən  baxılanadək,  lakin  12  aydan  artıq  olmamaq  şərtilə 

verilir. 

6.  Sığortaolunana  respublikadan  xaricdə  əmək  qabiliyyətinin 

müvəqqəti  itirilməsi  ilə  əlaqədar verilmiş sənədlər  yaşayış və ya  iş yeri üzrə 

müalicə - profilaktika  idarələri  tərəfindən xəstəlik vərəqələri  ilə  əvəz olunur, 

iş  yerində  ümumi  əsaslar  üzrə  sığortaolunana  müavinət  təyin  edilir  və  bu 

Əsasnamə ilə müəyyən edilmiş qaydada ödənilir. 

7.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  hallarında  müavinət 

aşağıdakı miqdarda verilir: 

Qazancın 100 faizi miqdarında:  

x)  12 il və daha çox ümumi sosial sığorta iş stajına malik olan işçilərə;  

 

İstehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində 



peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə; 

 



Əfqanıstan  müharibəsində,  1990-cı  ilin  yanvar  ayında  Bakı 

şəhərində,  Lənkəran  və  Neftçala  rayonlarında  faciəli  hadisələr 

zamanı  xəsarət  (yaralanma,  travma,  kontuziya)  almış  şəxslərə, 

Azərbaycan  dövlətinin  ərazi  bütövlüyünün,  müstəqilliyinin  və 

konstitusiya quruluşunun müdafiəsi zamanı zərər çəkənlərə;  

 



Azərbaycan  dövlətinin  ərazi  bütövlüyünün,  müstəqilliyinin  və 

konstitusiya quruluşunun  müdafiəsində  iştirak edən şəxslərə, bu 

zaman  həlak  olanların,  ölənlərin  valideynlərinə,  dul  arvadlarına 

(dul kişilərinə) və  uşaqlarına, habelə bu hadisələrdə  iştirak edən 




 

hərbi  qulluqçuların  (o  cümlədən  müddətli  xidmət  hərbi 



qulluqçularının) arvadlarına;  

 



Azərbaycan  Respublikasının  dövlət  sərhədinin  mühafizəsi  üzrə 

xidməti 


vəzifələrinin 

icrası 


zamanı 

həlak 


olanların 

valideynlərinə,  dul  arvadlarına  (dul  kişilərinə)  və  uşaqlarına. 

Xidməti  vəzifələrinin  icrası  zamanı  həlak  olan,  ölən  ədliyyə  və 

miqrasiya  işçilərinin  valideynlərinə,  dul  arvadlarına  (dul 

kişilərinə) və uşaqlarına; 

 



1986—1990-cı  illərdə  Çernobıl  AES-də  baş  vermiş  qəzanın 

nəticələrinin  köçürmə  zonası  hüdudlarında  ləğv  edilməsində, 

yaxud həmin dövrdə Çernobıl AES-nin  istismarında və ya digər 

işlərdə  iştirak etmiş (o cümlədən  müvəqqəti göndərilmiş, yaxud 

ezam  edilmiş)  şəxslər,  habelə  xüsusi  toplanışlara  çağırılmış  və 

həmin  dövrdə  görülən  işin  növündən  və  yerindən  asılı 

olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin 

görülməsinə  cəlb  edilmiş  hərbi  qulluqçular  və  hərbi  vəzifəlilər, 

habelə  köçürmə  zonasında  xidmət  keçmiş  daxili  işlər 

orqanlarının rəis və sıravi heyətinə;  

 

qanyaradıcı  orqanların  (kəskin  leykoz),  qalxanvari  vəzinin 



(adinoidlər, xərçəng), bəd xasiyyətli şişlərin xəstəliyi zamanı;  

 



14  yaşınadək  uşaqların  Çernobıl  AES-də  qəzanın  ləğvində 

iştirak  etmiş  və  həmin  qəza  nəticəsində  zərər  çəkmiş 

valideynlərdən birinə xəstə uşağa baxmağa görə;  

 



Əmək  qabiliyyətini  postvaksinal  fəsadla  əlaqədar  itirən 

vətəndaşlara;  

 

Hemofiliya  və  talassemiya    irsi  qan  xəstəliyi  olan,  dağınıq 



skleroz xəstəliyinə tutulan  şəxslərə (Nazirlər Kabineti 146 №-li 

04.07.2012-ci il tarixli Qərar); 




 



 

Qan  və  qan  komponentlərinin  donorluğu  funksiyasının  yerinə 

yetirməsi  ilə  əlaqədar  olaraq  əmək  qabiliyyətini  müvəqqəti 

itirmiş şəxslərə; 

 

Hərbi  qulluqçuların  (müddətli  həqiqi  hərbi  xidmət  hərbi 



qulluqçuları istisna olmaqla) arvadlarına, məcburi köçkünlərə və 

vərəm xəstəliyinə tutulmuş şəxslərə;  

 

Onkoloci xəstələrə; 



Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə 

tutulduqda  ona  qanunvericilikdə  müəyyən  edilən  qaydada  sağlamlıq 

imkanlarının məhdudluğu müəyyən  edilənədək onun  valideynlərindən birinə 

və ya qanuni nümayəndəsinə. 



Qazancın 80 faizi miqdarında:  

- 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;  

 -  21  yaşına  çatmamış  və  5  ilədək  sosial  sığorta    stacı  olan  ata-

anasız yetim uşaqlara.  



Qazancın 60 faizi miqdarında:  

-   8 ilədək sosial sığorta stajı olan işçilərə.  

Hərbi  qulluqçulara  (müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçular 

istisna  olmaqla)  və  xüsusi  rütbəli  şəxslərə  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinə  görə  müavinət  sosial  sığorta  stajından  asılı  olmayaraq  aylıq 

təminat xərcliyinin 100 faizi miqdarında verilir.  

 

8.  Müavinətin  məbləği  təyin  edilərkən  sosial  sığorta  stajı 



sığortaolunanın əmək qabiliyyətinin itirildiyi günədək xeyrinə məcburi dövlət 

sosial  sığorta  haqqı  ödənilən  əmək  fəaliyyəti  dövrlərinin  ümumi  müddəti 

nəzərə alınmaqla hesablanır. 

9. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı 

hallarda verilmir: 

- 6 ay sosial sığorta stajı olmayan şəxslərə;  




 

-  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı  şəxsin  məcburi  dövlət 



sosial  sığorta  haqqı  hesablanmayan  əmək  fəaliyyəti  dövründə  baş 

vermişdirsə; 

-  işdən  və  ya  başqa  vəzifədən  boyun  qaçırmaq  məqsədi  ilə 

sığortaolunan  qəsdən  öz  sağlamlığına  zərər  vurduqda  və  yaxud  özünü 

yalandan xəstə kimi qələmə verdikdə; 

-  törətdikləri  cinayət  zamanı  aldıqları  zədə  nəticəsində  əmək 

qabiliyyətini müvəqqəti itirdikdə; 

-  məhkəmənin  qərarı  ilə  məcburi  müalicə  zamanı  (ruhi  xəstələrdən 

başqa). 

-  əmək  haqqı  saxlanılmadan  məzuniyyətin  və  ya  uşağa  qulluq 

etməkdən  ötrü  məzuniyyət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsinə görə;  

- işçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən 

keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün; 

- işçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə;  

-  "Sosial  sığorta  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçıya sığortaedən tərəfindən 

hesabat  təqdim  edilməyən  dövrdə  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi 

halı  baş  verdikdə,  müavinətin  verilməsi  hesabat  təqdim  edilən  tarixə  kimi 

dayandırılır.  Əgər  sığortaedən  hesabat  əvəzinə  fəaliyyətin  olmaması  barədə 

arayış təqdim edərsə, bu dövr müvəqqəti olaraq işin dayandırıldığı dövr hesab 

olunur  və  bu  müddət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi  halı 

(hadisəsi) baş verdikdə müavinət verilmir.  

10.  Müvəqqəti  olaraq  işin  dayandırıldığı  müddət  zamanı,  hərbi 

toplanışlar  və  ya  təhsil  müəssisələrində  istehsalatdan  ayrı lmamaqla  təhsillə 

əlaqədar  verilən  əlavə  məzuniyyət  zamanı  əmək  qabiliyyətinin  müvəqqəti 

itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra 

işə başlamalı olduğu gündən verilir. 




 

10 


11.  Hamiləliyə  və  doğuma  görə  müavinət  6  ay  sosial  sığorta  stacı 

olmaq  şərti  ilə  bütün  hallarda  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə 

görə  müavinətin  hesablanmasında  nəzərə  alınan  qazancın  100  faizi 

miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. 

12. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma 

görə  müavinət,  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  verilmiş  xəstəlik 

vərəqəsinə  (əmək  qabiliyyətini  itirmək  vərəqəsi)  əsasən  təyin  edilir.  Başqa 

sənədlər müavinət verilməsi üçün əsas sayıla bilməz. 

13.  Əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət  işçinin 

qazancından  hesablanır.  Əməyin  vaxtamuzd  və  işəmuzd  ödənilməsi 

sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və 

mükafatlar) başa düşülür.  

Müavinətin  məbləği  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi 

aydan  etibarən  əvvəlki  son  12  tam  təqvim  ayındakı  qazancın  məbləğindən 

asılı  olaraq  müəyyənləşdirilir.  Bu  zaman  bir  iş  gününə  düşən  orta  gündəlik 

qazanc  işçinin  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi  aydan  etibarən  əvvəlki 

son  12  tam  təqvim  ayı  ərzində  əldə  etdiyi  qazancı  həmin  dövrdəki  iş 

günlərinin sayına bölməklə tapılır. 

 

Sığortaolunanın  əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi  aydan  etibarən 



əvvəlki son 12 tam təqvim  ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir  iş 

gününə  düşən  orta  gündəlik  qazancı  müavinətin  hesablanması  əmək 

qabiliyyətini  müvəqqəti  itirdiyi  dövrdə  qanunvericiliklə  müəyyən  edilmiş 

minimum  aylıq  əməkhaqqının  qüvvədə  olan  məbləğinin  əmək  qabiliyyətini 

müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. 

14. Aşağıda göstərilən birdəfəlik və aylıq müavinətlər Azərbaycan 

Respublikası Prezidentinin Fərmanları ilə vaxtaşırı tənzimlənir: 

-  Uşaq  doğularkən  ailəyə  qanunvericilikdə  müəyyən  olunmuş 

məbləğdə  birdəfəlik  müavinət  90  manat  2013-ci  il  sentyabrın  1-dən  verilir 

(Fərman 29.08.2013-cü il). 




 

11 


Uşaq  doğmuş  ana  işləmədiyi  hallarda  və  ya  hər  hansı  bir  səbəbdən 

uşağın anası yoxdursa müavinət işləyən ataya verilir. 

İşləyən  valideynə  müavinət  onun  iş  yeri  üzrə  uçota  olduğu  Dövlət 

Sosial  Müdafiə Fondu orqanı tərəfindən, əgər hər  hansı bir səbəbdən uşağın 

valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi 

mərkəzləri  vasitəsilə  ödənilir.  Uşaq  doğuşuna  görə  birdəfəlik  müavinət, 

müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. 

İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət hər uşağa görə 

verilir. 

Övladlığa  götürülmüş  uşaqlara  uşaq  doğulmasına  görə  birdəfəlik 

müavinət ümumi əsaslar üzrə verilir. 

Uşaq ölü doğulduqda müavinət verilmir. 

-  Uşağın  üç  yaşı  tamam  olanadək  ona  qulluq  etməkdən  ötrü  işləyən 

qadınlar qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər. 

Həmin  məzuniyyət  dövründə  uşağa  qulluq  edən  şəxsə  hər  uşaq  üç 

yaşına  çatanadək  qanunvericilikdə  müəyyən  olunmuş  məbləğdə,  bir  yaş 

yarımadək  -  30  manat,  bir  yaş  yarımdan  3  yaşadək  -  15  manat  miqdarında 

müavinət  2013-cü  ilin  sentyabr  ayının  1-dən  verilir  (Fərman  23.08.2013-cü 

il). 

Çernobıl  qəzası  nəticəsində  şüa  xəstəliyinə  tutulmuş,  bu  xəstəliyi 



keçirmiş,  habelə  əlil  olmuş  şəxslərə  uşağa  qulluq  üzrə  qismən  ödənişli 

məzuniyyət üçün müavinət  qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş 

müavinətdən iki dəfə artıq məbləğdə ödənilir. 

Uşağın  üç  yaşı  tamam  olanadək  ona  qulluq  edilməsinə  görə  haqqı 

qismən  ödənilən  məzuniyyət  qadına  hamiləliyə  və  doğuma  görə 

məzuniyyətin  başa  çatdığı  günün  sonrakı  günündən  başlayaraq  təqdim 

olunur.  Bu  zaman  həmin  məzuniyyət  qadına  onun  arzusuna  görə  tam  və  ya 

hissə-hissə təqdim oluna bilər. 

Əgər  qadın  uşağa  qulluq  edilməsinə  görə 

məzuniyyətin 

rəsmiləşdirilməsi  üçün  vaxtında  müraciət  etməmişdirsə,  onda  keçmiş  dövr 



 

12 


üçün  müavinət  müraciət  edildikdə  verilir  və  bu  zaman  müraciət  müddəti 

məhdudlaşdırılmır. 

Əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət 

vaxtı  öz  arzusuna  görə  tam  olmayan  iş  vaxtı  ilə  və  yaxud  da  evdə  işləyirsə, 

habelə  istehsalatdan  ayrılmaqla  təhsilini  davam  edirsə,  bu  zaman  onların 

müavinət almaq hüququ saxlanılır. 

Müəyyən  olunmuş  qaydada  övladlığa  götürülmüş  uşaqlara  qulluq 

edilməsinə görə müavinət ümumi əsaslarla verilir. 

-  Sığortaolunan  vəfat  etdikdə    dəfn  üçün  müavinət  qanunvericilikdə 

müəyyən olunmuş qaydada 120 manat miqdarında 2013-cü il sentyabr ayının 

1-dən verilir (Fərman 29.08.2013-cü il). Pensiyaçı vəfat etdikdə isə dəfn üçün 

müavinət  Dövlət  Sosial  Müdafiə  Fondu  orqanları  tərəfindən  «Əmək 

pensiyaları  haqqında»  qanunun  42-ci  maddəsinə  əsasən  pensiyaçının  vəfatı 

tarixinə  yaşa  görə  əmək  pensiyasının  baza  hissəsinin  üç  misli  miqdarında 

ödənilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.  

Vəfat  etmiş  şəxs  eyni  zamanda  həm  sığortaolunan,  həm  də  əmək 

pensiyaçısı  olduqda,  dəfn  üçün  müavinətin  biri  –  məbləğcə  daha  böyüyü 

ödənilir. 




 

13 


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən 

müavinətlərin almaq hüququ 

15.  «Sosial  müavinətlər  haqqında»  Azərbaycan  Respublikasının 

Qanunu müavinətlərin aylıq və birdəfəlik təyin olunması və verilməsinin 

hüquqi  əsaslarını  müəyyən  edir  və  bu  sahədə  yaranan  digər 

münasibətləri tənzimləyir. 

«Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanunu 7 

fevral 2006-cı ildə təsdiq edilmişdir. 2013-cü il sentyabrın 1-dən müavinətlər 

artırılmışdır (Fərman 29.08.2013-cü il). 

Sosial müavinətlər alanlar sırasına əmək qabiliyyəti olmayan şəxslər: 

1. Əlillər, sağlamlıq  imkanları məhdud 18 yaşınadək uşaqlar,  62  yaşlı  

qadınlar  və  67  yaşlı  kişilər,  3  və  daha  çox  uşaq  doğub  8  yaşınadək  tərbiyə 

etmiş,  yaxud  uşaqlıqdan  əlil  övladını  8  yaşınadək  tərbiyə  etmiş  57  yaşına 

çatmış  qadınlar,  ana  vəfat  etdiyinə,  yaxud  analıq  hüququndan  məhrum 

edildiyinə  görə  3  və  daha  çox  uşağı  və  ya  sağlamlıq  imkanları  məhdud 

övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına 

çatmış  kişilər,  vəfat  etmiş  şəxsin  18  yaşına  çatmamış,  (əyani  təhsil  alanlar 

təhsili  bitirənədək,  lakin  23  yaşdan  çox  olmamaqla),  yaxud  18  yaşına 

çatanadək  sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən  olunmuş  18 

yaşından yuxarı əlil uşaqları. 

1.1. Aylıq müavinətlərin növü və miqdarı 

- yaşa görə müavinət  - 60 manat 

-  əlillik    «ümumi  xəstəlik»,  «hərbi  xidmət  dövründə  xəstələnmə», 

«əmək  zədəsi  və  peşə  xəstəliyi»,  «hərbi  əməliyyatlar  keçirilən  zonada 

olmaqla əlaqədar», «Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar» səbəbindən 

baş verdikdə əlilliyə görə müavinət: 

I qrup əlillərə – 67 manat və 2014-cü il aprelin 1-dən AR Prezidentinin 

təqaüdü təsis edilərək – 60 manat təyin edilərək cəmi – 127 manat 

II qrup əlillərə – 50 manat 



 

14 


III qrup əlillərə – 43 manat 

əlillik  «Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünün, 



müstəqilliyinin  və  konstitusiya  quruluşunun  müdafiəsi  ilə  əlaqədar»  və 

«1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar» səbəbindən baş verdikdə: 

I qrup əlillərə – 83 manat  

II qrup əlillərə – 66 manat 

III qrup əlillərə – 60 manat 

-  əlillik  «Çernobıl  AES-də  hərbi  xidmətlə  əlaqədar»  və  ya  «hərbi 

xidmət vəzifələrini yerinə yetirməklə  əlaqədar» səbəbindən baş verdikdə: 

I qrup əlillərə – 77 manat  

II qrup əlillərə – 66 manat 

III qrup əlillərə – 50 manat; 

-  sağlamlıq  imkanları  məhdud  18  yaşınadək  uşaqlara  müavinət  –  67 

manat  


- ailə başçısını itirməyə görə – 55 manat  

-  bəzi  kateqoriya  şəxslərin  16  yaşadək  (ümumtəhsil  müəssisələrində 

əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət: 

1.2. şəhid uşaqlarına – 17 manat; 

1.3.  müharibə  əlillərinin,  20  yanvar  hadisələri  zamanı  əlil  olanların 

Çernobıl  qəzası  nəticəsində  I  və  II  qrup  əlil  olmuş,  yaxud  vəfat  etmiş 

valideynlərin  uşaqlarına,  habelə  Çernobıl  qəzası  nəticələrinin  aradan 

qaldırılması  iştirakçılarının  dispanser  qeydiyyatında  olan  uşaqlarına   

- 12 manat. 

-  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  bəzi 

kateqoriya  şəxslərə  kommunal  və  digər  xidmətlərə  görə  müavinət 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tənzimlənir. 

-  Əmək  pensiyası  almaq  hüquq olmayan  Azərbaycan  Respublikasının 

ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə 

müharibə  veteranı  adı  almış  şəxslərə,  1941-1945-ci  illərdə  arxa  cəbhədə 

fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-




 

15 


ci  illərdə  keçmiş  sovet  ordusunda  (donanmasında),  daxili  işlər  və  dövlət 

təhlükəsizliyi 

orqanlarında  hərbi  xidmətdə  olmuş,  lakin  döyüş 

əməliyyatlarında  iştirak  etməmiş,  müharibə  illərində  orden  və  medallarla  

təltif  edilmiş şəxslərə, İkinci  Dünya  müharibəsi  illərində döyüşən cəbhələrin 

arxa  hüdudları,  yaxud  döyüşən  donanmaların  əməliyyat  zonaları  daxilində 

ordunun  və  donanmanın  mənafeyi  üçün  tapşırıqları  yerinə  yetirmiş  xüsusi 

birləşmələrin  işçilərinə,  İkinci  Dünya  müharibəsi  dövründə  Leninqrad 

şəhərinin mühasirəsi zamanı şəhərin  müəssisələrində, idarə və təşkilatlarında 

işləmiş  və  «Leninqradın  müdafiəsinə  görə»  medalı,  «Leninqrad 

mühasirəsində yaşayan» döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin 

ərazisində  gedən  məhəlli  müharibələrdə  və  hərbi  münaqişələrdə  hərbi 

birləşmələrin  tərkibində  iştirak  etmiş  şəxslərə  və  keçmiş  SSRi  silahlı 

qüvvələrinin,  Dövlət  Təhlükəsizliyi  Komitəsinin,  Daxili  İşlər  Nazirliyinin 

mütəxəssisləri  kimi  iştirak  etmiş  şəxslərə  müavinət  –  45  manat  2014-cü  il 

aprelin 1-dən (17 mart 2014-cü il tarixli Fərman); 

-  müddətli  həqiqi  hərbi  xidmət  hərbi  qulluqçularının  uşaqlarına  –  55 

manat; 


-  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət -50 manat; 

- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 45 manat. 

- beşdən çox uşağı olan qadınlara müavinət – 30 manat (01.01.2014-cü 

ildən) (27 dekabr 2013-cü itl tarixli Fərman) 

2.2. Birdəfəlik müavinətlər: 

- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün 

müavinət – 195 manat; 

- uşağın anadan olmasına görə müavinət – 90 manat; 

- dəfn üçün müavinət – 120 manat. 

 

16. Ünvanlı sosial yardım almaq hüququ 

Ünvanlı sosial yardım ailə üzvlərinin sayından asılı olaraq təyin olunur. 



 

16 


Sosial yardım təyin olunması üçün əsas şərtlər bunlardır: 

- sosial yardım təyin olunarkən ailənin yalnız ölkə  ərazisində yaşayan 

və  müraciətdən  əvvəlki  1  il  ərzində  ailədə  adambaşına  orta  aylıq  gəlirləri 

onlardan asılı olmayan səbəblərdən ehtiyac meyarından aşağıdır. 

-  ehtiyac  meyarı  ünvanlı  sosial  yardımın  təyin  olunması  məqsədilə 

istifadə  olunacaq  şərti  göstəricidir  və  onun  məbləği  ildə  bir  dəfə  dövlət 

büdcəsilə birgə təsdiqlənir. 

2014-cü il üçün ehtiyac meyarının həddi 2014-cü il yanvarın 1-dən 100 



manat məbləğində müəyyən edilmişdir (Fərman 22.11.2013-cü il). 

Yüklə 97,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə