- 33 -
şəklində təbiətən xas olan potensial mənəvi kamilliyi, müqəddəslik duyğusunu
aktivləşdirməsə, canlandırmasa, özünün həyat tərzinə, fəaliyyət prinsiplərinə çevir-
məsə – təkcə kənar bilikləri öyrənməklə kifayətlənsə – insan bəlkə bilikli ola bilər,
lakin kamil olmaz, alim ola bilər, lakin İnsan olmaz.
Mənəvi kamilləşmə yolunun, İnsanlaşma yolunun yeganə böyük bələdçisi
olan fəlsəfi təfəkkür tərzinə necə yiyələnmək olar? Necə etmək olar ki, uşaqlara
fitrən xas olan fəlsəfi düşüncə qabiliyyəti, mahiyyətə varmaq, cəsarətli suallar
vermək cəhdləri standart, normal təfəkkür qəliblərinə salınaraq sıradan çıxmasın,
yaşlı nəslin təslimçi və praqmatik düşüncəsi uşaqların üsyankar idrak qanadlarını
qırmasın? Gənclərimizin təlim-tərbiyəsini bu istiqamətdə necə yenidən qura
bilərik? Min illər boyu ata-babalarımızdan bizə həm də genetik olaraq miras qalmış
böyük mənəvi sərvətləri kənardan öyrənməklə yanaşı, öz daxilimizdə necə aşkar
edə bilərik? Özümüz mənən yüksəlmədən övladlarımızın tərbiyəsini «müasir
tələblər səviyyəsində» necə qura bilərik?
Bircə şeyi nəzərə almaq lazımdır ki, bu gün Avropada aşkar şəkildə etiraf
olunsa da, olunmasa da onların qazandığı nailiyyətlərdə fəlsəfi düşüncə tərzinin
rolu böyük olmuşdur. Təsadüfi deyil ki, hələ Siseron fəlsəfəni xeyirxahlığın
bələdçisi, həyat müəllimi adlandırırdı. Bütövlükdə antik sivilizasiya fəlsəfi düşüncə
üzərində qərar tutmuşdu. Avropanın ikinci böyük inkişaf dövrü, renessans da
fəlsəfi düşüncəyə qayıdışdan başlanır. Yeni dövrün bütün siyasi-hüquqi və mədəni-
mənəvi dəyərlər sistemi də, demokratiya, insan haqları, beynəlxalq dəyərlər sistemi
də, demokratiya, insan haqları, beynəlxalq hüquq normaları da fransız maarifçi
filosoflarından, Con Lokdan, Kantdan qidalanır. Bu gün biz bu dəyərlər sistemini
Avropadan hazır şəkildə götürməyə çalışırıq. Bu yaxşıdır. Lakin öz fəlsəfi fikir
qaynaqlarımıza qayıtmaqla biz həmin dəyərlər sisteminə təfəkkürün təbii inkişaf
yolu ilə də gəlib çıxa bilərik. Onda milli-ictimai şüurla demokratik dəyərlər sistemi
arasında müşahidə olunan müəyyən ziddiyyətlər də təbii yolla aradan götürülmüş
olar.
Fəlsəfi düşüncə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün
nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət
üçün, dövlət quruculuğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün
bir o qədər vacibdir.
Ölkə miqyasında subyekt kimi ayrı-ayrı fərdlər deyil, dövlət çıxış edir.
Başqa sözlə, dövlət sadəcə müəyyən inzibati funksiyaları həyata keçirən siyasi
qurum olmayıb, həm də düşünən, öz fəaliyyətini müəyyən bir ideya əsasında quran
və bu ideyanın müəllifi, daşıyıcısı və icraçısı olan bir qurumdur. Yəni, dövlət
sadəcə siyasi subyekt olmayıb, həm də fəlsəfi subyektdir. Xalqın, millətin strateji
inkişaf konsepsiyasının hazırlanması, milli maraqların beynəlxalq miqyasda təmsil
olunması və qorunması, bundan öncə isə milli maraqların məhz nədən ibarət
- 34 -
olduğunun müəyyənləşdirilməsi bu fəlsəfi subyektin əsas funksiyalarıdır.
Bütün ölkələrdə dövlətin müxtəlif sahələrdəki mövqeyini, vəzifələrini mü-
əyyən edən, onun ideya təminatçısı olan xüsusi qurumlarla (strateji inkişaf ins-
titutları və s.) yanaşı, nisbi müstəqil fəlsəfi tədqiqatların aşkar və qeyri-aşkar milli
dövlətçilik yönümü daşıması və nəticə etibarı ilə bütün xalqın intellektual
potensialının da bu məqsədə xidmət etdiyi şəksizdir. Lakin bu xidmət təşkil
olunmalıdır. Məhz buna görədir ki, milli fəlsəfi fikrin dövlətçiliyə xidmət etməsi
əslində ictimai təşkilatlanma dərəcəsindən asılıdır. Avropa ölkələrində bu proses
artıq ictimai şüur səviyyəsində öz əksini taparaq qeyri-aşkar müstəviyə keçmişdir.
Azərbaycan da Avropalaşma prosesində bu yolu keçməlidir. Lakin biz bu yolu
kiminsə yedəyində, başqalarının ideyasını, buyruğunu sadəcə yerinə yetirməklə
yox, bu ideyanı özününküləşdirməklə, daha doğrusu, «Avropa evi» ideyasının milli
ideya ilə vəhdətinə nail olmaqla keçmək istəyirik. Birlik, vəhdət proseslərin
sonunda, icra mərhələsində deyil, ideya təməlində, fəlsəfi məfkurə səviyyəsində
əldə edilməlidir. Bu baxımdan, sivilizasiyaların qarşılıqlı özünüdərki, Şərq və
Qərbin özünəməxsusluğu və sintezi, düşüncə tərzləri arasındakı eyniyyət və fərqin
üzə çıxarılması çox önəmlidir.
Dünya zaman-zaman yeniləşir və yeni dünya məntiqini açmaq və ahəngini
duymaq üçün dünyaya yeni baxışlar sistemi formalaşır, yeni fəlsəfi təlimlər
yaranır.
İstər iqtisadi, istər sosial, istərsə də idåoloji sahələrdəki yeniləşmə meylləri
bir tərəfdən öz fəlsəfi izahını gözləyir, digər tərəfdən də ciddi elmi-fəlsəfi zÿmèn
olmadan, bu yeniləşmələrin uğurla həyata keçirilməsi sadəcə olaraq mümkün deyil.
Fəlsəfə yalnız o zaman öz başlıca məqsədinə və metoduna sadiq qalmış olur
ki, o, yaradıcı xarakter daşısın, zamanla ayaqlaşsın və onu qabaqlaya bilsin. Əks
təqdirdə, ictimai şüur ictimai varlıqla əlaqəli olduğu üçün, real həyatdakı
təbəddülatlar fəlsəfəyə də sirayət edir. İctimai həyatda canlanma baş verən kimi,
fəlsəfə də ehkam çərçivəsindən kənara çıxaraq bu canlanmanı, bu yeniləşmə
prosesini əks etdirmək və proãnozlaşdırmaq mövqeyinə keçir və fəlsəfəyə yenidən
yaradıcılıq ab-havası gəlir. O, özünə qayıdır.
Lakin özünə qayıtmaq istəyən fəlsəfə, ilk baxışda nə qədər təəccüblü görün-
sə də, ictimai mühitin müqavimətinə rast gəlir. Məsələ burasındadır ki, neçə illər
ərzində fəlsəfənin öz həqiqi mövqeyindən uzaqlaşması onun nüfuzunun itməsi ilə
nəticələnib. Fəlsəfə haqqında səhv təsəvvür yaranıb və qurunun oduna yaş da yan-
malı olub. Fəlsəfi təfəkkür publisistik düşüncə və siyasi demaqoqiya tərəfindən
sıxışdırılıb.
Müasir mərhələdə bütün qüvvələr cəmiyyətin yenidən qurulması (lakin hansı
ideya əsasında?) uğrunda mübarizəyə qoşulduğu bir vaxtda, sözdən işə keçmək,
Dostları ilə paylaş: |