Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
- 35 - 
real quruculuq məsələləri ilə məşğul olmaq zərurəti dönə-dönə təkrar olunduğu bir 
məqamda yenə də yüksək materiyadan danışmağa, klassik irsə qayıtmağa, bir daha 
Zərdüştə, Sokrata, Bəhmənyara, Hegelə üz tutmağa,  marksizmi  yenidən nəzərdən 
keçirməyə  guya  ehtiyac  qalmayıb.  Marksizmlə  birlikdə  bütövlükdə  fəlsəfəni  də 
atmaq, yığılıb qalmış problemləri elə fəlsəfəsiz äÿ həll etmək xülyası beyinləri iflic 
edib.  
Nə etmək olar ki?! Görünür, biz keçmişin təfəkkür üsulundan hələ yaxa qur-
tara bilməmişik. Ən qorxulusu isə budur ki, biz bunu çox vaxt unamırıq və təfəkkür 
üsulunun  rolunu  lazımınca  qiymətləndirmirik.  İndi  biz  ictimai  həyatın  iqtisadi  və 
sosial  sahələrində  köklü  dəyişikliklər  etməyə  çalışsaq  da,  idarəetmə  formalarını, 
rəhbərlik üsulunu yeniləşdirməyə təşəbbüs göstərsək də, bunlar heç də həmişə arzu 
və  təşəbbüs  səviyyəsindən  o  tərəfə  keçmir.  Görülən  tədbirlər  bəzən  hətta  öz 
əksliyinə çevrilir. Səbəbi isə, bizcə, məhz düşüncə tərzindədir.  
“Bizə söz yox, mühakimə yox, iş lazımdır” prinsipi məhz keçmişdən: repres-
siya  illərindən,  «yetkin  sosializmdən»  miras  qalıb.  O  vaxtdan  ki,  cəmiyyətə  dü-
şünənlər yox, icraçılar lazım idi, çünki konkret düşüncəni ideologiya əvəz edirdi. 
Düzdür,  bu  prinsip  İ.V.Götenin  “Faust”  əsərindəki  mühakimələrə  zahirən  uyğun 
gəlir. Orada Faust sözü, zəkanı və əməli müqayisə edərək üsòünlüyü əmələ verir. 
Belə  hesab  edir  ki,  hər  şeyin  başlanğıcında  iş,  əməl  dayanır.  Lakin  məqsəd  işin, 
əməlin  heç  də  yalnız  başlanğıc  olduğunu  dərk  etmək  deyil.  Məqsəd  işin,  əməlin 
həm də nəticə olduğunu dərk etməkdir. İnsan fəaliyyətində zəka əməli qabaqlaya 
bilməlidir. Praktika bir tərəfdən idrakın əsasıdırsa, digər tərəfdən onun məqsədi və 
nəticəsidir. Elmə əsaslanmayan praktika fayda verə bilməz. Ekoloji və demoqrafik 
böhranın kəskinləşməsi, təbii, sosial və mənəvi ahəngin pozulması – bütün bunlar 
əslində yetərincə düşünmədən işləmək mövqeyinin bəhrələridir. Ziyalıların ictimai 
həyatda rolunun məhdudlaşdırılmasının, cəmiyyətşünas alimlərin ictimai praktika-
dan uzaqlaşdırılmasının nəticəsidir.  
Maddi  həyatın  ilkinliyini  qəbul  etmək  heç  də  mənəvi  həyatın  rolunu  heçə 
endirməyə gətirib çıxarmamalıdır. Unutmaq olmàz ki, bütün fəlsəfi təlimlər içəri-
sində nadanlığa ən çox yaxın olan kortəbii materializimdir. Bu gün də materializm 
dialektikadan  ayrılanda  öz  mütərəqqi  məzmununu  itirir  və  cəhalətə  qovuşur. 
Dialektika  isə  təfəkkür  üsuludur  və  ona  yiyələnmək  yüksək  fəlsəfi  mədəniyyət 
tələb edir.  
Nəzərə  almaq lazımdır ki, zəkada, mənəviyyatda dönüş yaratmadan,  maddi 
həyatın  yenidən  qurulması  mümkün  deyil.  Nə  qədər  ki,  insan  özü  dəyişməyib, 
yaşadığı  ictimai  mühiti  də  dəyişə  bilməz.  Bu  –  bir  tərəfdən.  Digər  tərəfdən  isə, 
əksinə, nə qədər ki, ictimai mühit dəyişməyib, sağlam sosial-mənəvi iqlim yaran-
mayıb,  insanların  da  yeniləşməsi,  mənəviyyatca  saflaşması  mümkün  deyil.  Çünki 
insan həm də ictimai mühitin məhsuludór. İlk baxışda həllolunmaz paradoks kimi 


 
- 36 - 
görünən bu vəziyyət əslində insan ilə ictimai mühitin dialektik vəhdətini əks etdirir. 
Ona görə də insan ilə mühitin, mənəviyyatla iqtisadiyyatın dialektikasını mükəm-
məl  surətdə  mənimsəmədən  bu  qapalı  halqadan  çıxış  yolu  tapmaq  və  cəmiyyəti  
uğurla yenidən qurmaq mümkün deyil.  
Məsələnin fəlsəfi tərəfinə dair bircə bunu qeyd edək ki, fərdi şüurun ictimai 
şüur sərhədlərini və deməli, mövcud ictimai mühitin qoyduğu məhdudiyyətləri aşıb 
keçməsi  üçün  bir  mühöì  vasitə  vardır  ki,  bu  da  babaların  maddiləşmiş,  ictimai 
məzmun  kəsb  etmiş  ruhu  –  milli  mədəniyyətdir.  Çünki  zaman  hüdudu  keçiləndə 
mühit  hüdudu  da  keçilmiş  olur.  Lakin  sovet  dövründə  ruhun  ilkinliyi  materialist 
təlim tərəfindən rədd edildiyi üçün, çoxları hər ehtimala qarşı ümumiyyətlə hər cür 
ruhu  və  idealı  rədd  etməyi,  bütün  mənəvi  körpüləri  uçurmağı  üstün  tutur  və 
bununla guya materializmə daha sadiq olduqlarını isbata yetirirdilər. Bu “sədaqət” 
yarışında  insan-mühit  paradoksunun  həlli  mümkün  deyildi  və  yaranmış  qapalı 
halqadan çıxa bilməmək qanunauyğun surətdə durğunluğa gətirməli idi.  
Əlbəttə, soruşula bilər ki, məgər repressiya və òîòàëèòàð ñîñèàëèçì äþâðöndə 
fəlsəfə  tədris  və  təbliğ  olunmurdu?  Bəs  nÿyə  görə  min  illərin  inkişaf  Qanunauy-
ğunluqlarını  öyrənə-öyrənə  yaşadığımız  dövrün  ziddiyyətlərini,  dialektikasını 
aşkara çıxara bilmədik? Niyə fəlsəfə öz sözünü deyə bilmədi, karımıza gəlmədi?  
Bütün  məsələ  də  bundadır  ki,  o  dövrlərdə  maddi  və  mənəvi  həyatın  başqa 
sahələri  kimi,  fəlsəfə  də  deformasiya  olunmuş,  öz  nisbi  müstəqilliyini  itirmiş, 
yuxarıdan  gələn  siyasətin  təbliğatçısına  çevrilmişdi. Ardıcıl  materialist təlim  olan 
marksist-leninçi  fəlsəfə  obyektiv  ictimai  münasibətləri  əks  etdirmək  əvəzinə,  bu 
münasibətləri kiminsə iradəsinə uyğun şəkildə şərh etmək məcburiyyətində qalmış 
və  əslində  həm  materializmdən,  həm  də  dialektikadan  ayrı  düşmüşdü.  Marksist-
leninçi  fəlsəfənin  ümumi  müddəaları,  prinsipləri  kitablarda  dəyişməz  şəkildə 
saxlansa  da,  onları  ìöàñèð  dövrə  tətbiq  etmək  daha  mümkün  deyildi.  Çünki  cari 
ùÿéàòûí elmi-fəlsəfi müzakirə obyektinə çevrilməsi bir növ qadağan edilmişdi. Bu 
isə “yaradacı təlimin” ehkamlar sistemi ilə əvəz olunmasına gətirmişdi. 
Gərək  fəlsəfə  ictimai  problemləri  nəinki  əks  etdirə  bilsin,  həm  də  onları 
qabaqlaya bilsin, onların önündə getsin ki, tətbiq də oluna bilsin. Sxemə salınmış, 
ehkama  çevrilmiş  bir  təlim  heç  vaxt  günün  real  problemlərini  üzə  çıxara  bilməz. 
Problemlər,  ziddiyyətlər  aydınlaşdırılmadan,  pozitiv  və  neqativ  sosial  proseslərin 
əsl  hərəkətverici  qüvvələri  üzə  çıxarılmadan  cəmiyyətin  elmi  əsaslarla  idarə 
edilməsi, məqsəduyğun surətdə dəyişdirlməsi mümkün deyil. 
Məlumdur ki, təbiət elmlərində gerçəkliyi öyrənməkdən məqsəd əldə olunan  
bilikləri  tətbiq  eləməkdir;  elmi  bilikləri  texnoloji  biliklərə,  onları  da  bilavasitə 
əməli  fəaliyyətə  çevirməkdir.  Cəmiyyətşünaslıq  da  analoji  məqsədə  xidmət  edir: 
cəmiyyətin  öyrənilməsi  və  dəyişdirilməsinə.  Kiçik  miqyaslı  konkret  ictimai 
hadisələrin öyrənilməsi empirik sosiologiyanın, tarixin, iqtisadi elmlərin və s. pred-


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə